Günahsız günahkar. Roman. Hissə – 3. Fatma Axmed kızı Nabieva
kəssələr qanı çıxmazdı, elə əsəbləşmişdi ki Ramizin sevdiyini qucağına alıb aparmasına, əli – qolu bağlı qalmışdı çarəsiz. Aylın Ramizi xatırlayırdı, başqalarını xatırlamağa çalışsada, alınmırdı.
Ramiz Aylını qucağında evdən çıxarıb aparırıdı, Aylın Ramizin üzünə baxıb, əli ilə üzünə sığal çəkib saçlarını qarışdırdı. Aylının bu hərəkəti Ramizin çox xoşuna gəlirdi, qucağında apardığı Aylına baxdı çarəsiz gülümsəyərək.
Sərdar isə hələdə yerində qalmışdı donub, Nərgiz kövrəldi bütün olanlardan, yaxınlaşıb Sərdarı qucaqlayıb ağladı hönkürüb. Tahirdə dərindən nəfəs alıb kənara baxıb üzüldü, həm qardaşının bu halına, həmdə bircəçik dostunun yaddaşını itirməsinə.
Ramiz Aylını evə gətirmişdi, isti limonnu çay hazırlayıb gətirdi yatağına, Aylın yerində oturdu. Ramizdə yanında əyləşib – Aylına: iç canım limonnu çay hazırladım sənə. Aylın ikki əli ilə çay fincanını tutub bir qurtum içib – Ramizə: dayım çox darıxmışdır indi bizimüçün. Ramiz istəmirdi atasının haqda eşitsin, ancaq Aylının bu halında deyə bilmirdi gerçəkləri. Ramiz – Aylın: sən onu düşünmə canım, iç çayını yaşı olacaqsan. Aylın – Ramizə: biz bura nə vatı gəldik? o adamlar kim idi? biz niyə oların evindəydik? Ramiz Aylının suallarına cavab verməkdə çətinlik çəkirdi. Ramiz – Aylına: olar bizim iş yoldaşlarımızdı canım, Aylın əllərini sıxıb xatırlamağa çalışdı. Aylın – Ramizə: biz hardasa işləyirikmi? Ramiz pis olurdu Aylının yaddaşının itməsinə görə, – Aylına: hə canım, səninlə ikimiz olarla ortaq şirkət açmışıq. Aylın xatırlamadı – Ramzə: yadımda deyil birdənəm, niyə mən xatırlamıram? nə oldu mənə?
Ramiz dərindən nəfəs alıb baxdı. Aylının üzünə sığal çəkdi əliylə – Aylına: sənin çantanı oğurlamaq istəmişlər yolda. Səndə dava etmisən alçaqlarla və olarda səni vurmuşlar başından, o üzdən xatırlamırsan canım, üzülmə yaxşı olacaqsan mən yanındayam.
İçəri Bahar girdi həyəcanla – Aylına: qızım yaxışanmı? gəlib Aylını qucaqlayıb öpdü. Aylın gülümsəyərək, baxdı Bahar xalasını tanıdı. Bahar xala xəsislik etmişəm yolda çantamı verməmişəm, ona görədə başımdan zərbə almışam. Necə deyəllər? xəsislər iki qat ödəyəllər, mənimkidə ondan olmuş. Əlimdən çantamı buraxsaydım olmazdı belə, əli ilə başının vurulan yerinə toxundu, ofuldadı.
Bahar Ramizə baxdı anlamdı yazıq arvad nə dediyini. Ramiz işarə etdi ki, gərçəyi deməməkçün yalan danışıb Bahar anladı, üzgün baxışlarla baxıb – Aylına: ah qızım ah, bu nə bəladır sənin başından çəkilmir heç qara bulud kimi. Aylın əlindəki çayı Ramizə verdi, Baharın əllərindən tutub mehribanlıqla gülümsəyərək, canım Bahar xalam mənim üzülmək yox, yaxşıyam bax. Hər kəsin başına gələ biləcək bir hadisədi, Dilqəm neynir sözünə qulaq asırmı? hardadıq o. Bahar əllərindən öpüb – Aylına: Dilqəm yaxşıdı qulaq asır sözümə, evdədir qızım. Aylın-Bahara: bu nədir xəstə kimi yerimdə qalmışam, gedək birdənəm çox qəşəng çay hazırlamış içəyin birlikdə. Gülümsəyib, baxıb zarafatla – Ramizə: çaylar səndən birdənəm. Ramiz gülümsəyərək, – Aylına: sən qalx canım mən hazırlayıram indi. Aylın ayağa qalxdı, Baharı qucaqlayıb gülümsədi, vallah yaxşıyam Bahar xala narahat olma. Baharı mehribanlıqla özünə sıxaraq, otaqdan çıxdılar, Ramiz Aylınçün canınıda verərdi, ardlarınca çıxdı otaqdan.
Sərdar özünə yer tapa bilmirdi, evdə oyana – buyana gəzirdi düşünürdü, düşüdükçədə axlı oynayırdı az qala yerindən. Birdən bağıraraq, vurub otağındakı əşyaları qırmağa başladı. Səsə qaçıb Tahirlə atası gəldilər, Tahir Sərdarı tutub saxlamağa çalışdı. Sərdar əl – ayaqla vurub sındırırdı hər şeyi, Tahir saxlaya bilmirdi Sərdarı. Atası tutub boynundan ikki əlləriylə sıxıb çağırdı oğlunu. Sərdar oğlum özünə gəl, sən vurub qırmaqla iş həll olunmaz, Sərdar atasını özündən kənara itələyə bilmədi. Dərindən – dərindən nəfəs alaraq baxdı kövrəldi, – atasına: mən nə edim ata? nə edim mən? gözləri yaşardı. Gözümün önündən apardı o tip Aylını, həmdə qucağına alaraq apardı, sanki onun sevgilisiymiş kimi. Sərdar bağıraraq danışırdı, – olara: sevdiyimdə məni deyil o tipi xatırladı, de mən nə edim? varmı verəcək məsləhətin? atası oğlunu bərk – bərk tutub qucaqladı. Atası – Sərdara: bu dəqiqə sakitləşməkdən başqa çarən yoxdur oğlum, Sərdar əsəbindən atasını qucaqlayıb bağıraraq ağladı. Tahir otaqdan çıxdı dözmədi dostunun bu halına. Nərgizdə kənarda dayanıb ağlayırdı olanları duyub.
Beləcə günlər keçirdi, bir sabah Aylın Ramizlə işə gəldi. Dilqəm oları görüb ayağa qalxıb gülümsəyərək, qarşılarına getdi – Aylına: vayy mənim qonşum gəldin sonunda iş yerinə, xoş gəldin. Aylınla qucaqlaşıb görüşdülər, işçilərdə – Aylına: xoş gəldin Aylın xanım, – olara: sağolun xoş gününüz olsun. Aylın xatırlamırdı çalışdığı yeri, Vəfa gəldi qaçaq, amanda kim gəlmişşş, gəlib sarıldı Aylına,. Vəfanıda xatırlamırdı Aylın, Ramizə baxıb çiyinlərini çəkdi. Vəfa Aylının üzündən öpüdü, dodağının pomadasının izi qaldı Aylının üzündə. Vəfa gülümsəyərək, Aylının üzünü sildi – Aylına: darıxdıq canım bacım sənsiz. Aylın heç kimi xatırlamırdı qalmışdı çətin vəziyyətdə. Ramiz – Aylına: gedək canım otağımıza, Ramiz – Vəfaya: Vəfa xanım işlə əlaqəli bizə ayid hər şeyi gətir. Vəfa gülümsəyərək, – Ramizə: baş üstə Ramiz bəy.
Ramiz Aylının qolundan tutub apardı çalışdıqları otağa, qapını açıb içəri keçdilər. Aylın otağa baxdıb – Ramizə: burda bizmi çalışmışıq? Ramiz əynindəki pencəyini çıxarıb asdı. Hə canım orası sənin masandır, Aylın keçib öz kreslosuna – masasına baxdıb əyləşdi, biraz düşündü xatırlamadı heçnəyi. Ramizdə yerinə keçib əyləşdi, qapı döyüldü, içəri Vəfa gələb əlindəki pafkanı qoydu Ramizin qarşısına. Vəfa – Aylına: sənə qəşəng bir qəhvə hazırlayım bacım, sən mənim hazırladığım qəhvəni özləmişsən bilirəm. Aylın Ramizə baxdı xatırlamırdı, çətin vəziyyətdə qalırdı. Ramiz gülümsəyərək, – Aylına: Vəfa xanım bizim katibəmizdir canım, həqiqətən sən sevirdin onun hazırladığı qəhvəni, yəni məndə Vəfa xanım.
Vəfa gülümsəyərək, – Ramizə: anladım Ramiz bəy iki qəhvə hazırlayım mən sizə, çıxdı otaqdan. Aylın – Ramizə: sizin aranızda nə isə varmı Vəfa xanımla? Ramizi öskürük tutdu – Aylına: yox canım o bizim sadəcə katibəmizdir. Sən indi xatırlamırsan, əslində Vəfa xanımı sən almısan işə. Aylın dərindən nəfəs alaraq – Ramizə: xatırlamıram canım heç kimi, necə pis bir şeydir xatırlamamaq, Aylın üzüldü. Ramiz ayağa qalxıb gəlib Aylının arxasında dayandı. Əyildi masaya tərəf – Aylına: bax canım bu kampyuteri açmaq lazımdır, düyməsini basdı kampyuterin açıldı, bütün işlər burdadır. Aylın uşaq kimi Ramizə baxdı altdan yuxarı, Ramiz Aylının alnından öpüb gülümsədi. Ramiz – Aylına: mən sənə yardım edəcəm çalışa bilməsən, Aylın başını qaşıyıb baxdı kampyuterə. Barmaqlarını oynadaraq dümələrin üstündə tutudu, ancaq hardan başlayacağını bilmədi. Ramiz anladı – Aylına: sən yorma özünü