Пустодомка. Анна Константинова

Пустодомка - Анна Константинова


Скачать книгу
siz qızları sifariş etməmisiniz?– Maykl soruşdu

      – Mən Eşliyə xəyanət etmərəm.

      – Biz mütləq bunu nəzərə alarıq.

      – Necə də əclafsınız!

      – Əyilmiş mikroavtobus dayandı. Robbo avtomobili arxaya verdi, yenidən sağa döndərdi və nəhayət, Rod Steartla birlikdə mühərriki söndürdü.

      – Çatdıq. – O, bildirdi. – Növbəti dayanacaq – “Qəbirqazan” pivəxanasıdır.

      – Murdar addır, – Maykl mızıldandı. – Yaxşı olardı ki, pivəxana “Əriyən gözəlçənin yanında” adlanardı.

      – Gözlə, sənin üçün gözəlçə də olacaq.

      Kimsə arxa qapını açdı, kimin açdığını isə Maykl dəqiq bilmədi. Görünməyən əllər onun topuğundan dartdı, Robbo onun bir əlindən, Lyuk isə o birisindən tutdu.

      – Ey, siz nə edirsiniz?

      – Necə ağırdır, əclaf. – Lyuk donquldandı.

      Maykl bütün ağırlığı ilə şappıltıynan yaş torpağın üstünə düşdü. Daxili səsi nahaq yerə ona səhər-səhər xəbərdar etməmişdi ki, sevimli idman gödəkcəsi və bahalı cins şalvar oğlan qonaqlığı üçün heç də yaxşı geyim deyil.

      O qədər qaranlıq idi ki, göz gözü görmürdü. İşıq yalnız avtomobilin arxa fənərlərindən və cib fənərindən düşürdü. Yağış güclənmişdi, su axını ağzına, gözlərinə dolurdu. Saçları alnına yapışmışdı.

      – Mənim paltarım…

      Bu zaman onu əllərindən və ayaqlarından tutub yellədilər və harasa aşağıya çalaya atdılar.

      Maykl bir az çaşdı. Qurudur, lakin nə üçünsə ətraf bütünlüklə ağ atlasdır.

      – Siz… Siz nə edirsiniz? Ağlınız təmiz çaşıb?

      İçkili, istehzalı mimikalı dörd sifət ona tərəf əyildi. Yuxarıdan qarnının üstünə şappıltı ilə bir jurnal atdılar. Maykl təzəcə jurnalın üz qabığındakı kürən gözəlçəni görmüşdü ki, ardınca viski şüşələri, fənər və ratsiya tulladılar.

      – Uşaqlar siz neynirsiz? Təmiz…

      Kimsə rezin iyi verən çubuğu onun ağzına soxdu. Maykl ağzındakını tüpürməyə macal tapmamış ani cırıltı eşidildi və dostlarının üzü qəfildən yoxa çıxdı. Tam sakitlik oldu. Ağac, təzə parça və yapışqan iyi gəlirdi. Bir saniyəlik isti və rahat oldu amma sonra o təlaşa düşdü.

      – Ey, uşaqlar!

      Bu vaxt ərzində Robbo vintaçanı çıxartdı, Pit isə fənərlə tabutun qapağını işıqlandırdı.

      – Neynirsiz, vintləri bağlayacaqsız? – Lyuk təəccübləndi.

      – Əlbəttə, – Pit başı ilə təsdiqlədi.

      – Sizcə bu vacibdir?

      – Ona heç nə olmaz, – Robbo əmin etdi. – Onun hava almaq üçün çubuğu var.

      – Mənə isə elə gəlir ki, vintləri bağlamaq lazım deyil.

      – Lazımdır, lazımdır yoxsa çıxa bilər.

      – Ey, kişilər! – Maykl qalxdı. Lakin onu artıq heç kim eşitmirdi. Və o da başının üstündəki yüngül cırıltıdan başqa heç nə eşitmirdi.

      Robbo həvəslə dörd vintin hamısını bağladı. Əl işi ilə yüksək səviyyədə hind palıdından hazırlanmış bahalı qəbirə tuncdan tutacaqlar düzəltmişdilər. Dostlar tabutu dəfn bürosundan götürmüşdülər. Robbo özü də, sənət sahibi olmaq üçün orada bir neçə cəhd etmişdi, mumiyalayıcının şagirdi olmuşdu. Əla, möhkəm tunc vintlər oduncağa yağ kimi girirdilər. Maykl başını arxaya əydi, demək olar ki, burnu qəbrin qapağına toxunurdu. Onu hər tərəfdən fil sümüyü rəngli ipək əhatə etmişdi. O, ayaqları ilə yeri təpikləməyə çalışdı, lakin yer yox idi. Əlləri ilə itələməyə çalışdı, lakin, yenə nəticə vermədi.

      Bir neçə saniyə fikirləşdikdən sonra Maykl birdən harada olduğunu anladı.

      – Ey, ey qulaq asın! Məndə klaustrafobiya4 var. Bu gülməli deyil. – Ey! – Vərdiş etmədiyi özünün boğuq səsini eşitdi.

      Pit mikroavtobusun qapısını açdı və fənərləri yandırdı. Onlardan iki metr aralıda onların qazdığı qəbir görünürdü. Yanda bir yığın torpaq və əvvəlcədən ehtiyat üçün götürülmüş iplər var idi. Yaxınlıqda əyri-üyrü dəmir parçası və iki kürək atılmışdı.

      Dörd dost qəbirə yaxınlaşdılar və baxdılar. Gözlənilmədən özlərini pis hiss etdilər. Onlar qisas planını hazırlayanda olduqca şən idilər, lakin indi məsələ işə çatanda. İndi çala daha dərin, daha qaranlıq görünürdü… O, elə, həqiqətən, oxşayırdı… bəli, bəli, qəbirə oxşayırdı…

      Fənərin zəif işığı dərinlikdə oynadı.

      – Fikir verin orada su var, – Coş qeyd etdi.

      – Nə olsun ki, yağış damcılayıb, – Robbo laqeyd yanaşdı.

      Coş üzünü turşutdu:

      – Yox bir, yağış damcılayıb. Orada gölməçə var. Yəqin biz yeraltı su mənbəyini zədələmişik.

      – Sənin ananı! – Hər zaman hətta işlə bağlı olmasa da, dəbli qısa kəsilmiş saçları, bahalı kostyum, parıldayana qədər təmizlənmiş ayaqqabıları ilə sözsüz səliqəli görünən “BMW” satışı üzrə agent Pit özünü saxlaya bilmədi:

      – O, daim özündən əmin idi. Lakin indi bütün lovğalığın, təkəbbürün külək uçurtdu.

      – Buna bax! – Robbo çiyinlərini çəkdi. – Cəmi bir neçə dyümdür5

      – Biz belə bir çuxuru qazmağı necə bacarmışıq? – Təzə vəkil Lyuk təəccübləndi. O, yenicə evlənmişdi, baxmayaraq ki, gəncliyi ilə vidalaşmaq istəmirdi, artıq başa düşməyə başlamışdı ki, həyat heç də “alma piroqu” deyil.

      – Qəbirdən qəbirə fərq var, düzdür? – Robbo donquldandı. – Biz onu müvəqqəti basdırmağı qərarlaşdırdıq, – Coş gözlərini qıydı.

      Yağış daha güclü yağırdı.

      – Bəs birdən su qalxsa?

      – Ey oğlan! – Robbo əsəbiləşdi. – Çalanı biz dünən qazmışıq və iyirmi dörd saat ərzində cəmi bir neçə düym su yığılıb. Həyəcanlanmaq lazım deyil.

      Coş fikirli halda başını tərpətdi

      – Birdən onu çıxarda bilməsək necə?

      – Burda bacarmamalı nə var ki? – Qapağı götürəcəyik və iş bitdi.

      – Onda iş başına, – Lyuk əmr verdi.

      – O donuzdu, buna layiq idi, – deyərək Pit dostlarını ruhlandırdı. – Lyuk yadındadır o sənin qonaqlığında nə etmişdi?

      Lyuk başı ilə təsdiqlədi. O, öz toyqabağı “oğlan qonaqlığını” ömrünün sonuna qədər unutmayacaq. Uzun sürən içki gecəsinin səhəri o Edinburqa


Скачать книгу