Qəhrəmanım sənsən. Natiq Məmmədli

Qəhrəmanım sənsən - Natiq Məmmədli


Скачать книгу
sonra nəhayət, avqustun əvvəlində insan başının tapılması xəbəri bütün maşnetlərdə asılıb qalan müstəsna hadisəyə çevriləcəkdi. Əgər qabağa düşüb, şefimin sözü olmasın xəbəri yaxşıca “qazıb” bütün reytinqləri dağıda bilsək, heç şübhəsiz, reklamçılar da öz məhsullarını tanıtmaq üçün məhz bizi seçəcəkdilər. Qadın alt paltarından tutmuş, kişi corabları, uşaq bezindən tutmuş saqqız çeşidlərinə qədər cürbəcür reklamlar insan başının kəsilməsi xəbərini daha yaxşı “qazıyacaq” qəzetə axacaqdı. Qəzet demişkən, qovurduğu tumlarını qəzet kağızına büküb satan qoca kişi rəhmətə gedəndən və isti noxudu müştərilərinə qəzetdən düzəldilmiş üçkünc lülələrdə verən axırıncı “pivnoy” bağlanandan sonra bizim şefimiz də kağız qəzeti elektron formata dəyişməklə zamanın müasir çağırışlarınacavab verdi. İndi biz saytda işləyirik; bu, daha rahatdı, xəbərləri avtobusda, metroda, yol kənarında, bir sözlə harda gəldi yazıb, elə həmən anda da sayta yerləşdiririk, əlavə məsrəfə ehtiyac qalmır. Bayaq sahə müvəkkilindən aldığım məlumatları morqa gedən avtobusun basa-basında qaralayıb şefə göndərdim və dörd dəqiqə sonra telefonuma belə bir məzmunda ismarış gəldi “adam kişi olar!”, – bu sahə müvəkkili idi, deməli, şef müstəsna çevikliklə materialı sayta yerləşdirmiş və mən də artıq ilk oxucu reaksiyasını almışdım.

      Morqun qarşısında meyit aparanlarla meyit gətirənlər bir-birinə qarışdığından iynə atsan yerə düşməzdi. Heç bir tanış sifətə rast gəlmədim, adamların danışıqlarından belə anladım ki, bura yığılanlardan heç kim mənim həmkarım deyil, bu dəfə də birinci olacaqdım. Qapının ağzını kəsib, camaata gərgin nəzərlərlə baxan nəzarətçiyə yaxınlaşdım.

      – Başdan nə xəbər?

      – Nə baş?!

      – Adam başı?

      – Dəlisən?

      – Yox, jurnalistəm.

      – Hə, belə de… o baş…

      – Bəli, bəli, baş…

      – Özün hər şeyi yazmısan də, bir dənə kişi başıdı.

      – Sən görmüsən?

      – Görmüsən nədi, öz əllərimlə qoydum soyuducuya.

      – Necəydi?

      – Salam deyirdi.

      – Nə?

      – Əşi, əl çək məndən, səhərin gözü açılmamış nə düşmüsən üstümə?

      – İnformasiya verin.

      – Pah! İmkan ver qoy əvvəlcə yiyəsi tapılsın də… Yaxşı tay gəlmisən… Çox səliqəylə kəsilib. O qədər səliqəylə ki, mənə elə gəlir kəsiləndə heç yiyəsinin xəbəri də olmayıb. Tutqun, mavi rəngdə çuxura düşmüş gözləri var, harasa uzaqlara baxır. Alnında dörd dənə qırış gedir, amma saqqalı çox qalındı, Marksdan çox Engelsə oxşayır.

      – Bəs ilkin ehtimal nədi?

      – Nə ehtimal?

      – Niyə kəsiblər? Bədəni hardadı?

      – Mənə elə gəlir ki, baş həddən artıq ağıllı olduğuna görə kəsilib. Bəli, bu, mənim versiyamdı. Bədənə gələndəysə, kimə lazımdı başını itirən bədən?

      – Adın nədi?

      – Nəyinə lazımdı?

      – Bəs xəbəri kimin adından verim?

      – Buy! Sən bayaqdan burda xəbər yazırsan? İşə düşmədik! Bax ha, mənim adımdan nəsə yazsan, boynuma almayacam. Mən səni heç görməmişəm. Nə səviyyəsiz jurnalistlər var e.

      Morqun həyətində bir-birinə qarışmış tünlüyün içində itənə qədər qulağıma gözətçinin səsi gəlirdi “mən heç nə deməmişəm ha!”. Lakin artıq gec idi, bayaqdan bəri döş cibimdə işləyən diktofondakı səs yazısını heç qulaq asmadan şefin emailinə göndərmişdim. Təxminən yeddi dəqiqədən sonra gözətçinin bağırtısı ətrafa yayılacaqdı “nə səviyyəsiz jurnalistlər var e!”.

      Redaksiyaya çatanda kinder yumurtaları və diş məcunu firmalarının təcili “prays-list”imizi istədiklərini və qısa vaxtda reklam yerləşdirmək üçün onlara yer ayırmamızı xahiş etdiklərini eşitdim. Ofis qazan kimi qaynayırdı, hətta məzuniyyətdə olan əməkdaşlarımız da istirahətlərini yarıda qoyub işə çıxmışdılar. Məni əsl qəhrəman kimi qarşıladılar. Şefin “yes-yes” bağıraraq məni qucaqlamasından belə başa düşdüm ki, kəsilmiş baş xəbərinin oxunma sayı artıq milyona yaxınlaşır, amma sən demə yanılırammış oxucuların sayı çoxdan milyonu keçibmiş.

      – Bilirsiniz də… – şef üzünü əməkdaşlara tutub ucadan səsləndi.

      – Hə, hə… – kompüterin klavyaturasını ildırım sürətiylə şaqqıldadan əməkdaşlarımız başlarını azacıq yuxarı qaldıraraq dilləndilər.

      – Yaxşı-yaxşı qazmaq lazımdı…

      – Okey, okey.

      – Hərtərəfli…

      – Yes, yes!

      – Di, davay!

      – Davay, davay! – atüstü planlaşdırmadan hərə özünə uyğun olan siqnalları almışdı və hamı vaxt itirmədən işə girişmişdi. Hərə öz bildiyi istiqamətdən xəbəri bacardıqca dərin, lap dərindən qazmalı idi. Beynəlxalq şöbənin uşaqları Yaxın Şərqdə baş kəsməklə ad çıxarmış terrorçuların mətbuat katibiylə əlaqəyə girdilər. Onlar ümid edirdilər ki, dünyada insan başının kəsilməsi bu terror dəstəsinin monopoliyasında olduğundan, ola bilsin təşkilat cinayəti də öz üzərinə götürsün. Lakin versiya özünü doğrultmadı. Başın parametrləriylə yaxından tanış olduqdan və hansısa texniki göstəriciləri dəqiqləşdirəndən sonra başkəsənlərin mətbuat katibi münasibətini yığcam və qəti formada belə ifadə elədi: “Baş çox səliqəylə kəsilib, bizdə hələ belə texnika yoxdu”. “Təkzib özü də xəbərdir” deyib, materialı səhifəyə yerləşdirdik, beləliklə, yiyəsiz başa artıq beynəlxalq məzmun vermiş olduq.

      Humanitar sahədən yazan əməkdaşlarımızsa daha kreativ tərpənərək, başın sahibini axtarmaq qərarına gəldilər. Bunu da təbii ki, özlərinin kreativ metodlarını işə salmaqla etdilər. Onların hazırladığı “kiməsə ağıllı baş lazım deyil ki?” məzmunlu sorğuya elm təşkilatlarından “yox” cavabı gəldi, hansısa klinikadan isə qaraciyər axtardıqlarını bildirdilər. Şef əvvəlcə belə əcaib sorğuya təəccüblənsə də, uşaqların xətrinə dəymədi, kreativlikxatirinə bu materialı da sayta yerləşdirdik.

      Həmişə olduğu kimi, rəsmi açıqlamanın yubanması qol-qanadımızı açmışdı, xəbərin daha yaxşı qazılması işinə hərə öz bacardığı töhfəni verməkdə davam edirdi. Məzuniyyətini yarımçıq qoyub işə çıxan reportyorlarımız şəhərin bütün əsas küçələrində sorğular götürürdülər. Sadə insanlar vahimə içərisində başkəsənlərin tezliklə tapılıb cəzalandırılmasını tələb edir, başsız bədənə isə Allahdan rəhmət diləyirdi. İşləri korlayan rəqib saytlar idi, eksklüzivlərin hamısı bizdə olduğundan xəbərlərimizi istinadsız


Скачать книгу