Dorian Qreyin portreti. Оскар Уайльд

Dorian Qreyin portreti - Оскар Уайльд


Скачать книгу
ehtiraslarınızı boğmayın, heç nədən qorxmayın! Sizin üçün mümkün olmayan heç nə yoxdur. Bu dünya bir müddətə sizə verilib… Bunu mən ilk baxışdan anladım. Məni heyran qoydunuz və başa düşdüm ki, sizə özünüzü dərk etməkdə kömək göstərməliyəm.

      Dorian acgözlüklə lord Henrini dinləyirdi. Əlindəki yasəmən budağı yerə düşdü. Həmin dəqiqə tüklü bir arı onun üstünü kəsdirdi. Çiçəkdən-çiçəyə qonub bütün budağı gəzdi. Sonra uçub aralıda başqa bir gülün ləçəklərinin arasına girdi. Dorian bu səhnəni elə diqqətlə izləyirdi ki, hətta arının qonduğu gülün xəfif titrəyişini də hiss etdi.

      Elə bu an Basil emalatxananın qapısından onları səslədi. Geri qayıdanda lord Henri Doriana baxdı:

      – Mənimlə tanış olduğunuza şadsınız, mister Qrey, deyilmi?

      – Hə, şadam. Amma bilmirəm, həmişə belə olacaq, ya yox.

      – Həmişə… – lord Henri gülümsədi. – Çox dəhşətli sözdür! Qadınlar bu sözü həddən artıq çox işlədirlər. Əyləncə ilə əbədi sevginin arasında fərq ondadır ki, əyləncənin ömrü daha uzun olur.

      Emalatxanaya daxil olanda Dorian əlini lord Henrinin çiyninə qoydu:

      – Elə isə, qoy bizim dostluğumuz da bir əyləncə olsun.

      Dorian təzədən körpücüyün üstünə çıxdı. Rəssam fırçasını götürdü. Lord Henri kresloda oturub onları seyr edirdi.

      – Hazırdır! – Nəhayət, Basil təntənəli surətdə elan etdi və əyilib rəsmin sol küncündə qırmızı hərflərlə öz adını yazdı.

      Lord Henri qalxıb portretə yaxınlaşdı.

      – Təbrik edirəm, əzizim Basil. Müasir rəsm əsərlərinin içərisində bundan yaxşısını görməmişəm. Mister Qrey, gəlin, özünüz də baxın.

      Dorian molbertin önünə keçdi, portretə tərəf döndü və heyrətdən bir addım geri çəkildi. Rəsmdəki bu gözəl sifəti ilk dəfə görürmüş kimi, sevincdən gözləri parıldadı. İndiyədək o öz gözəlliyinə əhəmiyyət vermirdi, Basilin komplimentlərini dost tərifi kimi qəbul edirdi, zarafata salırdı. Amma lord Henrinin ötəri gənclik və gözəlliyə oxuduğu himnə qulaq asandan sonra portret Dorianı çox həyəcanlandırmışdı. Dorian rəsmə baxır və bayaq lord Henrinin təsvir etdiyi gələcəyini açıq-aydın orada görürdü. Bir gün bu sifət solacaq və qırışacaq, gözlərin parıltısı itəcək, qamət əyiləcək. Zaman dodaqlarını qurudacaq, qızılı saçlarını ağardacaq.

      Sanki kimsə Dorianın ürəyini soyuq ovuclarında tutub sıxırdı. Bədənindən üşütmə keçdi.

      – Portret xoşunuza gəlmədi? – deyə Basil incik-incik Doriandan soruşdu.

      Onun əvəzinə lord Henri cavab verdi:

      – Əlbəttə ki, xoşuna gəldi. Şedevrdir. Bu portretə nə qədər istəsən, verməyə hazıram. Onu almaq istəyirəm.

      – Harri, mən bu rəsmi sata bilmərəm. O mənim deyil, Dorianındır.

      – Xoşbəxt!

      – Yox, bu çox kədərlidir, – Dorian gözlərini portretdən çəkmədən söhbətə qarışdı. – Mən qocalacağam, eybəcərləşəcəyəm, portretim isə əbədi cavan qalacaq. O, həmişə mənim bu iyul günündə olduğum kimi qalacaq. Ah, kaş tərsinə olaydı! Bu portret qocalaydı, mənsə həmişə cavan qalaydım. Bunun üçün hər şeydən keçərdim, qəlbimi də verərdim.

      Lord Henri güldü:

      – Bu, Basil, yəqin ki, sənin heç xoşuna gəlməzdi. Onda rəssamların taleyi çox ağır olardı.

      – Əlbəttə, – deyə Basil Dorianın fikrinə etirazını bildirdi.

      Dorian hirslə rəssamın gözlərinin içinə baxdı:

      – Mən gözəlliyi əbədi olan hər şeyə həsəd aparıram. Çəkdiyiniz bu portretə də həsəd aparıram. Çünki onun qoruyub saxlayacağı gözəlliyi və gəncliyi mən itirməyə məhkumam. Ah, kaş dəyişən portret olaydı, mənsə həmişə indiki kimi qala biləydim. Axı niyə siz bu portreti yaratdınız? Vaxt gələcək, o məni ələ salıb güləcək.

      Dorianın gözündən yaş axdı, o, divanın üstünə yıxılıb yastıqla üzünü qapadı.

      – Bunu sən elədin, Harri. – Basil acı-acı köks ötürdü.

      Lord Henri çiyinlərini çəkdi:

      – Sadəcə, əsl Dorian Qrey, nəhayət, dilə gəlib, vəssalam.

      – Mən iki yaxın dostumla, eyni zamanda münasibətlərimi korlamaq istəmirəm. Amma ikiniz də məndə ən gözəl əsərimə nifrət hissi oyatdınız. Bu rəsm dostluğumuzun axırına çıxmadan mən onu məhv etməliyəm.

      Basilin iti rəssamlıq alətlərindən birini əlinə aldığını görən Dorian yerindən sıçrayıb onun qarşısını kəsdi.

      – Yox, Basil, cırma! Bu, qətl törətməyə bərabərdir.

      – Deməli, – Basil soyuq tərzdə dedi, – siz mənim əsərimi qiymətləndirirsiniz? Mən artıq buna ümidimi üzmüşdüm.

      – Qiymətləndirirəm? – Dorian souşdu. – Bilmək istəsəniz, mən bu rəsmə aşiqəm. Sanki o mənim canlı bir parçamdır.

      – Lap yaxşı. Bu “canlı parçanızın” rəngləri tam quruyanda, onu çərçivəyə salıb evinizə göndərərəm. İndisə, yəqin ki, çay içməkdən imtina etməzsiniz.

      Çay masası arxasında lord Henri Basili və Dorianı teatra dəvət etdi.

      – Frak geyməkdən zəhləm gedir, – Basil mızıldandı. – Həm də işlərim çoxdur.

      – Mənsə böyük məmnuniyyətlə sizinlə teatra gedərdim, lord Henri, – deyə Dorian dərhal razılıq verdi.

      Rəssam dodağını dişlədi, qalxıb əlində fincan, portretə yaxınlaşdı:

      – Elə isə mən burada əsl Dorianla qalacağam.

      – Sizcə, əsl Dorian budur? – Dorian Qrey gəlib Basilin yanında dayandı. Rəssam gənc dostunu lord Henridən ayırmağa bir daha cəhd göstərdi:

      – Bu gün teatra getməyin, Dorian, qalın, birlikdə şam edək.

      – Yox, mən lord Henriyə söz vermişəm.

      Vidalaşanda Basil Doriandan sabah onun yanına gəlməyini xahiş etdi. Sonra köhnə dostuna tərəf döndü:

      – Harri, səhər bağdakı xahişimi unutma!

      – Artıq unutmuşam. Nəyi deyirsən?

      – Bax ha! Mən sənə etibar edirəm.

      Lord Henri gülə-gülə cavab verdi:

      – Heç mən özüm-özümə etibar etmirəm.

      Qonaqlar gedəndən sonra Basil divanda oturdu. Sifətindən ağrı keçirdiyi sezilirdi.

      3

      Ertəsi gün saat birin yarısında lord Henri evdən çıxdı. O, dayısı lord Fermerə baş çəkmək istəyirdi. Lord Fermer xeyirxah hərçənd bir az kobud adam idi.

      Lord Henri otağa daxil olanda dayısı qalın gödəkcədə, ağzında siqar oturub qəzet oxuyurdu.

      – A,


Скачать книгу