İblisin vəkili. Эндрю Найдерман

İblisin vəkili - Эндрю Найдерман


Скачать книгу
Bir daha təşəkkür edirəm. O günü səbirsizliklə gözləyirəm.

      Milton başını tərpətdi, yəni «sizi gözəl başa düşürəm».

***

      ‒ Gördünüz, necə insandır, hə?! ‒ onlar kabinetdən çıxanda Pol yavaşca dedi.

      ‒ Onun məsələnin məğzini dərhal tutması adamı heyran qoyur. Olduqca ciddidir, amma təkcə biznes barədə düşünmür. Mənə elə gəldi ki, həm də çox səmimi adamdır.

      ‒ Elədir. Düzünü deyim ki, ‒ Pol ayaq saxladı, ‒ biz hamımız onu çox sevirik. O bizə… ata kimidir.

      Kevin başını tərpətdi.

      ‒ Hə, mən də bunu hiss etdim, ‒ o geri baxdı. ‒ Mənə elə gəlirdi ki, oturub öz atamla söhbət edirəm.

      Pol bu sözdən sonra Kevini qucaqlayıb güldü. Onlar Deyv Koteynin kabinetinin qarşısında dayandılar.

      Deyvlə Kevin arasında yaş fərqi böyük deyildi: otuz bir yaşlı bu vəkil də Nyu-York universitetinin hüquq fakültəsini bitirmişdi. Elə ki eyni ali məktəbdə oxuduqları məlum oldu, osaat professor və müəllimlərini yada salmağa başladılar.

      Deyv balacaboy idi, açıq-şabalıdı saçları qısa vurulmuşdu. Belə saçla o, hərbçiləri xatırladırdı. «Miriamın ondan, yəqin ki, xoşu gələcək, ‒ Kevin düşündü. ‒ Onun göy gözləri, yüngül, xoş gülüşü Miriama kiçik qardaşı Seti xatırladacaq».

      Zahiri kövrəkliyinə baxmayaraq Deyvin dərin, məlahətli səsi var idi. Bu cür səsə görə istənilən xor rəhbəri, yəqin ki, hətta ruhunu şeytana satmaqdan belə çəkinməzdi. Kevin bir anlıq da olsa, təsəvvüründə Deyvin məhkəmə zamanı şahidləri dindirdiyi səhnəni canlandırdı və ürəyində heç bir şübhə yeri qalmadı ki, belə gözəl səs onu dinləyənlərin qəlbində əks-səda doğurmaya bilməz. Tanışlıqlarının elə ilk dəqiqəsindən Kevin başa düşmüşdü ki, Deyv Koteyn olduqca ağıllı və mədəni bir insandır. Pol dedi ki, Deyvin adı Nyu-York universitetinin beş ən yaxşı məzunu sırasında olub və əgər o istəsəydi, Nyu-York, yaxud Vaşinqtonun ən nüfuzlu hüquq firmalarında işləyə bilərdi.

      ‒ Gəlin ekskursiyamıza davam edək, ‒ nəhayət, Pol dedi. ‒ Onsuz da Deyvlə danışmaq imkanınız çox olacaq. Həyat yoldaşlarınızın da həmçinin.

      ‒ Çox gözəl. Sizin uşağınız var? ‒ Kevin soruşdu.

      ‒ Hələ yox, amma artıq bu barədə düşünürük, ‒ Deyv cavab verdi. ‒ Yəni bu məsələdə biz, bir növ, Miriamla sizin vəziyyətinizdəyik.

      Kevin gülümsədi, hərçənd yeni iş yerində çalışanların hətta onun şəxsi həyatı barədə bu qədər məlumatlı olmalarına əməlli-başlı təəccüblənmişdi.

      Pol onun verəcəyi sualı qabaqladı.

      ‒ Biz xüsusi namizədləri hərtərəfli öyrənirik, ‒ o dedi. ‒ Buna görə də sizin barənizdə bu qədər çox şey bildiyimizə təəccüblənməyin.

      ‒ Bura təsadüfən Mərkəzi Kəşfiyyat İdarəsinin şöbəsi deyil ki?

      Deyv və Pol bir-birinə baxıb güldülər.

      ‒ Pol ilə mister Milton namizədliyimi gözdən keçirəndə mənim də ağlıma, demək olar, eyni fikir gəlmişdi.

      ‒ Bu barədə sonra danışarıq, ‒ Pol dedi və Kevinlə birlikdə kitabxanaya yollandı.

      Kitabxana «Boyl, Karlton və Sessler»in müvafiq bölməsindən təxminən iki dəfə böyük idi. Burada bütün yeni materialları tapmaq olardı. Pol izah etdi ki, kitabxananın kompüteri polisin məlumat bazasına, hətta federal məlumat bazasına qoşuludur. Bundan başqa, indiyədək baş vermiş eynitipli hadisələr və ya hərəkətlər barədə bütün məlumatlar, istintaq materialları da həmin kompüterdə saxlanılır. Bunun sayəsində vəkillər polis materiallarını və kriminalistlərin hesabatlarını əsaslı surətdə təhlil edə bilirlər. Monitorun qarşısındakı katibə xəfiyyələrdən hansınınsa gətirdiyi son məlumatları kompüterə daxil edirdi.

      ‒ Vendi, bu bizim yeni həmkarımız Kevin Teylordur. Kevin, bu, Vendi Allendir.

      Katibə dönüb ona baxanda Kevin qızın parlaq gözəlliyinə, mükəmməl bədən quruluşuna heyran qaldı. Vendi Allenin 22-23 yaşı ancaq olardı. Buruq-buruq açıqrəngli saçları çiyninə, telləri alnına düşürdü. O, qonur gözlərini qıyıb gülümsədi.

      ‒ Xoş gördük.

      ‒ Salam.

      ‒ Vendi eyni zamanda Deyvin də, sizin də katibəniz olacaq. Sonra biz sizin üçün ayrıca katibə taparıq.

      Şəxsi katibəsinin olacağı barədə fikir Kevini gülümsəməyə vadar etdi.

      ‒ Sizinlə işləmək mənə xoş olacaq, mister Teylor.

      ‒ Mənə də sizinlə.

      ‒ Biz gərək Tedi tapaq, ‒ Pol pıçıldadı. ‒ İndicə yadıma düşdü ki, o bu gün girov qoymalıdır.

      ‒ Hə, əlbəttə…

      Kevin Polun arxasınca getdi, yarı yolda dönüb bir də gözəl Vendiyə baxdı. Qız ona gözqamaşdırıcı təbəssüm bəxş etdi.

      ‒ Belə gözəl qızların yanında soyuqqanlılığınızı necə qoruya bilirsiniz? ‒ Kevin zarafatyana soruşdu.

      Pol dayanıb üzünü ona çevirdi.

      ‒ Vendi və Diana çox qəşəngdirlər. Karla da həmçinin. Eyni zamanda peşəkar katibədirlər, ‒ Pol güldü və kitabxanaya boylandı. ‒ Mister Milton deyir ki, kişilərin əksəriyyəti gözəl qadınları ağılsız hesab edir. O, bir dəfə prokuror da məhz bu cür düşündüyü üçün məhkəmə işini udmuşdu. Yadıma salın, ondan həmin hadisəni sizə danışmağı xahiş edim. Yeri gəlmişkən, ‒ Pol astadan əlavə etdi, ‒ mister Milton bütün katibələri şəxsən özü seçib işə qəbul edir.

      Kevin başını tərpətdi və onlar Ted Makkartinin kabinetinə yollandılar.

      Kevinlə ondan bir-iki yaş böyük Makkarti arasında oxşarlıq çox idi. Hər ikisinin boyu və bədən quruluşu, demək olar, eyni idi. Tedin qara saçları və tünd-qonur gözləri var idi. O da Lonq-Aylenddə doğulmuş və böyümüşdü. Sonra Makkarti Nortportda yaşamış, Sirakuz universitetinin hüquq fakültəsində oxumuşdu. Onun arvadı Miriam kimi ömrünü Lonq-Aylenddə keçirmiş, indi isə Kommakda həkim köməkçisi işləyirdi. Makkartilərin də uşağı yox idi, ancaq onlar da ailə üzvlərinin sayını artırmaq barədə düşünürdülər.

      Kevin həmkarının xalis pedant olduğunu elə ilk dəqiqələrdən anladı. O, palıd ağacından düzəldilmiş iri masanın arxasında oturmuşdu. Masanın üstündə kağızlar həddən artıq səliqə ilə düzülmüşdü, böyük gümüşü çərçivədə Tedin arvadının, digər çərçivədə isə onların toy şəkilləri yerləşdirilmişdi. Deyv Koteynin, ya da Pol Skolfildin iş otaqları ilə müqayisədə Makkartinin kabineti xeyli sadə idi. Di gəl, burada qayda-qanun və səliqə ab-havası daha aydın hiss edilirdi.

      ‒ Sizinlə tanış olmağıma şadam, Kevin, ‒ Pol onları bir-birinə təqdim edəndə Makkarti ayağa qalxıb dedi.

      Deyvlə Pol kimi onun da əsl natiqlərə xas məlahətli səsi vardı, sözləri dəqiq tələffüz edirdi.

      ‒ Əminəm ki, tezliklə bizimlə işləməyə başlayacaqsınız. Mister


Скачать книгу