Orion – 51. Ruzigar Ələkbər

Orion – 51 - Ruzigar Ələkbər


Скачать книгу
əldə edə bilib, lakin bəs biz? Biz ondan daha çox dəliyik…

      Bu hadisədən sonra kapitan Vlohas, iki gün bundan əvvəl, sadəcə, dörd saatlıq xidmət üçün yollandığı məntəqədən hələ də geri gəlmirdi. Zabitlər, ən çox da leytnant Nikolaydas ona görə narahat olsa da, digər tərəfdən də, heç biri onu narahat etmək istəmirdi. Öz aralarındakı söhbətlərin birində leytnant Nikolaydas demişdi: “O indi mənəvi paklaşmaq mərhələsindədir, qoyun Kovagnosun təbiəti ona dərman olsun!”

      Kapitan Vlohas dörd saatlıq gündüz xidmətini başa vurduqdan sonra yerləşdiyi təknəfərlik yataq otağından heç çölə çıxmamışdı. Onun qaldığı otaqda pəncərə əvəzinə, balaca bir arakəsmə var idi və bu da, o demək idi ki, o 51 ilə iki gün idi ki, görüşmürdü. Həm də, sanki onun özü də, bi-lərəkdən bu görüşün baş tutmağını istəmirdi. Nəhayət, üç gün tamam olanda, Kapitan Vlohas və onun əsgərinin olduğu maşın, dolanbac yollu yüksəklikdə göründü. Onlar İstehkamın qarşısından sürətlə ötüb, yan tərəfə keçdilər. Bu vaxt İstehkam rəisi onu öz otağında təmkinlə gözləyirdi.

      Qapını üç dəfə döyəclədikdən sonra Lefteris hərbi salam verib içəri keçdi.

      Taqmatarxes – Mayor Mitaras ona ciddi nəzərlə göz qoyur, hər hərəkətini izləyirdi.

      – Özünüzü necə hiss edirsiniz, kapitan Vlohas?

      – Sağ olun.

      – Bəs xidmətinizi niyə düzgün şəkildə aparmırsınız? Bundan əlavə, niyə özünüzü normal apara bilmirsiniz?

      Lefteris bu yerdə susub gözləyirdi. Lakin əlində saxladığı papağını elə

      sıxırdı ki, sanki onu bu dəqiqə kənara tolazlayacaqdı.

      – Sizinləyəm, sualıma cavab verin!

      – Aydındır! – deyib, köksünü ötürən mayor Mitaras, başını yellə-dikdən sonra ona qapını göstərdi.

      Lefteris bilirdi ki, artıq bütün limitləri doldurub və indi buradan, Kovagnosdan çıxıb getmək qaçılmazdır. Onun içərisində 51-ə nifrət daha da böyüyürdü, hətta o da, artıq dostları kimi inanırdı ki, bütün bunlar sadəcə psixi pozğunluğun fəsadlarıdır və buna görə də, özünü sadəcə olaraq, başqalarına axmaq kimi tanıdıb.

      Uzun dəhlizi keçib, yataq otağına qalxdı və otağın qapısını arxadan kilidlədi ki, heç kim içəri girməsin. Çünki bu otaqda ondan əlavə üç zabit də qalırdı. Yatağına uzanıb yuxulamağa çalışırdısa da, yata bilmirdi. Nəhayət, ayağa qalxıb, pəncərəyə tərəf getdi və pərdəni aralayıb, ürkək baxışlarla səmaya baxdı. Yağış yağırdı, hava buludlu və çiskinli idi. Saatına baxdı və 51-in yerini qiyabi ehtimalla müəyyənləşdirdi. Bu vaxt gözünü qərar-laşdırdığı nöqtədə heyrətamiz parıltılar görürdü. 51 buludların arxasında idi. Bu hadisə onun ürəyini elə incitdi ki, onun hətta gözləri də yaşardı. İri yumruğunu divara sıxıb, pəncərəni örtdü və gedib, qapının kilidini açdı.

      Səhərisi gün xidmətə hazırlıq gördüyü vaxt, təsadüfən dostu leytnant Nikolaydasla qarşılaşdıqda, onunla ötəri salamlaşıb, silahını kürəyinə keçirdi. Bu gün leytnant Nikoladaysla eyni məntəqədə xidmət aparmalı idi.

      Hər ikisi də əsgərlərinə təlimat verib, yola düşdülər. Hava dumanlı və rütubətli idi. Qonşu məntəqələr də, bu səbəbdən, günəşli günlərdəkindən fərqli olaraq, indi görünməz olmuşdular. Təkcə qatar-qatar uçan quşların qaraltısını görmək olurdu, dumanlıq arasında. Axşamçağı, xidmətlərinin sonuna az qalmış, nəhayət, Lefterisin susqunluğundan təngə gələn, leyte-nant ona yaxınlaşıb dedi:

      – Bilirsən, əslində, indi düşünürəm ki, birdən doğrudan da dediyin kimi, sabah yoxa çıxarsan. Yəqin, xatırlayırsan, sabah dediyin beş günün sonuncu günüdür.

      – Başqa söhbət elə. – deyə, kapitan Vlohas kəskin ifadə ilə dedi.

      – Bilirsən, Lefteris, əslində, bilmirəm niyə, amma sənə cuzi də olsa inanmağa başlamışam.

      – Nənəni xatırlayandan sonra bu qənaətə gəlmisən yəqin!

      – Eh, qurtar görək, zarafat etmirəm. Baxmayaraq ki, mən özümü materialist adam kimi tanıyıram, lakin niyəsə içimdən sənə inanmaq keçir.

      – Dedim, axı danışma bu mövzuda.

      – Düşünürəm ki, sən həqiqi Tanrı ilə görüşmüsən.

      – Birinci dəfədir ki, sənin kimi materialist görürəm.

      – Lənət şeytana bilirəm, paradoks var ifadələrimdə, lakin bunu da hiss edirəm ki, heç nə mütləq mənaya sahib deyil. Materializmin içərisində bir az metafizika da olmalıdır.

      – Bunun əksini düşünə bilirsən? Yəqin ki, yox. Ona görə də, boş-boş

      danışmaqdansa əsgəri göndər, gedib maşının mühərrikini işə salsın.

      – Niyə də olmasın?!

      – Yaxşı, Kostas, ikicə dəqiqə vaxt verirəm sənə, izah elə fikrini, amma ondan sonra söz ver ki, ağzını bir dəfəlik yumacaqsan.

      – Bax, mən deyirəm ki, mütləq məna yoxdur, hər şeydə bir istisna var.

      Hətta ən kəskin məntiqlə inandığımız şeylərin özündə belə istisna məqamlar var. Üçbucaqları, pramidaları götürək, məsələn. Onlar bir fiqur kimi ağlımızda canlanır. Müəyyən həndəsi bucaqlara, tərəflərə malik ol-maqları, bizə onların mütləq fiqur olduqları qənaətinə gəlməyimiz barəsində rasional inanc aşılayır, lakin kim sübut edə bilər ki, piramidaların out-racaq çoxbucaqları yalnız bir təpəyə birləşir, yaxud da üçbucağın sadəcə üç tərəfi var? Mən desəm pramidaların iki təpəsi, üçbucaqların beş tərəfi var, buna yalnız elmi arqumentlər, aksiomlarla qarşı çıxıb, məni məğlub etmiş

      ola bilərsən, amma mən sənə sübut edə bilmədiyim, üçbucaqdakı beşinci tərəfin sübutsuzluğu onun mövcud olmadığı mənasına gəlmir. Deterministlər ha özlərini həlak eləsinlər ki, bir şeyin yazılı sübutu olmalıdır ki, o şey var olsun, yaxud da özünü var edə bilsin, lakin məncə, bu fikir heç nəyi dəyişmir.

      – İndi bu dediklərindən nə nəticə çıxarmalıyam? – deyə, kapitan Vlohas bezgin tərzdə dedi.

      – Aydın ağıl yoxdur, dəqiq heç nə yoxdur, Lefteris. Bir şey dəqiqdirsə, ona skeptik yanaşmaq lazımdır.

      – Fəlsəfi mühazirələrin bitdisə, artıq çıxıb gedək – deyə, Lefteris fikirli-fikirli qarşılıq verdi.

      Əslində, üzə vurmasa da, Kostasın dedikləri onu son anda təsirləndirə

      bilmişdi. O, indi elə dərin düşüncələrə dalmışdı ki, bütün yolu əli çənəsində, ancaq torpaqlı yola baxmaqla keçirmişdi. Ağlına müdhiş, digər tərəf-dən də, dəhşətli fikir gəlmişdi. Səma buludsuz idi və indi Lefteris, içəri-sindəki “köhnə” Tanrıya dua edirdi ki, bircə yağış yağmasın..

      İstehkamın ətrafında yenə də,


Скачать книгу