Orion – 51. Ruzigar Ələkbər

Orion – 51 - Ruzigar Ələkbər


Скачать книгу
Adnos Vlahosun sağlığında oxunulmayan bu kitab, sonradan, xeyli müddət Hellenas gənclərinin ən çox araşdırdığı kitab olmuşdu. Lefteris bu romanı, kitab kimi yox, hələ əlyazma halında olarkən, on yaşında ikən oxumuşdu. Roman kiçik həcmli olmağı ilə bərabər, həm də uşaqlarrın müta-liəsi üçün uyğun deyildi. Romanda bir qızın oyuncağa qarşı olan sadist sevgisindən bəhs olunur. Bu qız böyüyüb, ailə həyatı qurduqdan sonra çox möhkəm hislərlə sevdiyi həyat yoldaşının bədəninə, uşaqkən oyuncağına etdiyi hərəkətləri tətbiq edir və sonda, bir gün onu işgəncəylə öldürür. Bir növ Freyd psixoanalitik fəlsəfəsindən təzahür edən bu roman, bir vaxtlar məşhurlaşmışdısa da, bir müddətdən sonra Hellanasın yazarlar birliyi tərəfindən sərt tənqid olunmuş və qısa vaxtda bütün kitabxana və kitab mağa-zalarından yığışdırılmışdı.

      İraklion şəhəri uzaqdan ecazkar görüntüsü ilə diqqət çəkirdi. On iki mərtəbəli binaları çevrələyən, geniş ərazini zəbt edən həyət evlərinin qırmızı damları, Lefterisin ürəyində qəribə hislər yaratmışdı. Ölgün baxışlarla maşının şüşəsindən çölə baxır, siqaretinin külünü hiss etməsə də maşının 26

      içərisinə dağıdırdı. Şəhərə yaxınlaşdıqca, birbaşa evə gedib, Sofia ilə qar-şılaşmaqdansa, Demitriyə zəng edib, onu bir kafeyə dəvət etmək haqqında düşünür, baş verənləri əvvəlcə ona danışmaq haqqında göt-qoy edirdi.

      Problem burasında idi ki, Lefteris onun telefon nömrəsini bilmirdi və onu xeyli vaxt idi ki, itirmişdi. Beləliklə, maşını onların evlərinə tərəf sürdür-məli oldu.

      Vişnəyi rəngli çamadanını yerə qoydu və onu buraya qədər gətirən sürücüyə təşəkkür edib, paltosunun yaxalığını yuxarı qaldırdı. Küçələr nədənsə boş görünürdü və əslində, bu onun üçün daha yaxşı amil sayılırdı.

      Bəyaz qapını döyəcləyib gözlədi. Qısa vaxtda Demitrinin laqeyd üzü qapının astanasında peyda oldu. O bir az dayandıqdan sonra, qəfil gözlərini bərəldib, təəccüblü ifadə ilə “Lənət şeytana! Sən burada nə gəzirsən?!” –

      deyə, ikrahdoğurucu tərzdə dişlərini qıcayıb, astadan qışqırdı.

      – Sizinlə danışmalıyıq. – deyə, Lefteris ehtiyyatla dedi.

      Bu sözdən sonra qapını ötrüb içəri keçən Demitri, az sonra evin böy-ründən onu fitlə səslədi. Lefteris düşündü ki, onun qapıdan çıxmamağına səbəb, Sofianın diqqətini çəkməmək üçündür.

      – Nə olub? – deyə, qətiyyətlə soruşdu.

      – Bir yerdə oturub, çay içə bilərik? Xeyli vaxtdır susuzam, dilim-damağım quruyub.

      – Böyük kişi olmusan daha, yəqin yenə çay adıyla aparıb, içki istəmər-sən. – deyə, Demitri kinayə ilə dedi.

      – Gəl bir gedək hələ.

      Demitri əlləri cibində, qayğılı düşüncələrlə qabağda, Lefteris isə ağır çamadananı yelləyə-yelləyə onun arxasınca gedirdi.

      Gəlib, kiçik bir şəhər kafesinə çatdılar. Bu yerdə onun təəccübünə

      səbəb olan bir şey də vardı ki, o da Demitrinin həddindən artıq qırışmış

      üzü idi. O, onu heç vaxt belə görəcəyini düşünməzdi.

      Küncdə bir masanın arxasında əyləşdikdən sonra xidmətçini çağırıb, iki fincan çay sifariş etdilər. Qarson gənc, qırmızı saçlı və ortaboylu, qarabuğdayı bir qız idi.

      – Danış görək, di nə olub, ay yaramaz!

      Lefteris çamadanından eşələyib çıxardığı istefa sənədini onun qarşına qoyub, arxaya yayxandı. Şübhəli baxışlarla kağıza baxan Demitri, eynəyini taxıb, kağızı titrək əlləri ilə gözünə yaxınlaşdırdı.

      – Səni görüm ölüb, yerə girəsən! Bu nə hoqqadır?! – deyə, Demitri əsəbdən az qala qışqıracaqdı, lakin güclə səsini qısıb yavaşdan pıçıldadı.

      – Mənə həkim, ya da psixoloq lazımdır.

      – Nə sarsaqlayırsan? Sual verdim ki, bu nə biabırçılıqdı?

      – Qulaq as, Demitri, əlbəttə sənə böyük məmnuniyyətlə hər şeyi izah edə bilərəm, lakin söz ver ki, məni axmaq adlandırıb, çıxıb getməyəcəksən.

      Demitrinin əsəbdən əlləri titrəyirdi. Bir qədər fikrə gedib, nəhayət, təmkinlə dilləndi:

      – Eşidirəm.

      – Demitri, mənim əsəblərim təmiz pozulub. Gözümə qəribə şeylər, daha doğrusu şey görünür. Yaşlı bir kişi, gecələr səmada peyda olur və

      mənimlə söhbət edir. Mənə elə şeylər haqqında danışır ki, onu heç bir insan övladından eşidə bilmərsən. O şey ki, hər nədir, bilmirəm, amma çox müdrik bir şeydir. Onu hətta Tanrı da adlandıra bilərəm, ancaq onu Orion deyə çağırıram. İstefaya səbəb olan da məhz bu şeydir.

      – Sən doğrudan da, havalanmısan! Mənə nağıl danışma! Deyirəm ki, danış görüm niyə qovdular səni?!

      – Gecələr gözümə yaşlı kişi görünürdü. Bunu oradakılara danışdım və

      axırı da bu oldu. Mənə dedilər ki, həkimə müraciət etməliyəm.

      – Bağışla, amma daha bu qədər bəsdir! Nə vaxta qədər sənin zir-zibillərini mən təmizləyəcəm? O qədər murdarlıqdan sonra, indi də pey-ğəmbərlik eşqinə düşmüsən?! Bəlkə, bu sənin məndən pul qoparmaq üçün növbəti hiyləndir?

      İndi mənə qulaq as, məbada gedib, Sofiaya bu nağılı danışasan, inan ki, səni bu şəhərdən rədd etdirərəm.

      – Axı niyə? – deyə, Lefteris ümidsiz şəkildə soruşdu.

      – Hələ bir niyə də deyirsən? A kişi, sən nə qanmaz adam imişsən!

      Necə üzsüz, necə alçaq adamsan ki, hələ bir durub yenidən bura qayıt-mısan. Bu şəhərdə hamı sənin kim olduğunu bilir, bunu elə bilirsən ki, unudublar? O qızın valdeynləri, hələ də məhkəmələrlə mübarizə aparırlar.

      – Onların nə düşündüyü və nə etdiyi mənə maraqlı deyil. Bu, sadəcə, mənim gənclik vaxtlarımdakı axmaqlığım idi.

      Bu vaxt hiddətlənən Demitri ayağa qalxdı və onun paltosunun yaxasından yapışıb, qışqırdı:

      – Əclaf, mən nə dildə danışıram, qanmırsan?! Deyirəm ki, boşboğazlıq eləmə, başa düşdün?!

      Bu sözləri o elə hərarətlə qışqırırdı ki, onun ağız suyu Lefterisin bütün sifətini yumuşdu. İri addımlarla qapıya yaxınlaşıb, çıxmazdan qabaq barmağını Lefterisə tuşlayaraq:

      – Bir də qarşıma çıxma, çıxsan, indiki kimi olmayacaq! – dedi və qapını möhkəmcə çırpıb getdi.

      Lefteris sakit-sakit onun küçədə görünən yerişini izləyib,


Скачать книгу