Mövcudluq mübarizəsi. Мехмет Ниязи
içirdi. Masanın ab-havasına öyrəşir, danışanlara qulaq asırdı. Növbə çərəzlərə çatmışdı. Məhmət yeməkləri boşqablara bölüşdürdü. Kəndlərində belə yeməyə az rast gəlinirdi. Tulumba şirniyyatını heç vaxt görməmişdi. Məhmət qardaşını gözlədi. Çəngəlin ucuyla bölür, bölünən hissəni çəngəli ilə götürürdü. Murad da eynisini etdi. Məhmət şirniyyatı bitirən kimi bir stəkan su içdi. Murad da içdi. Məhmət masadakılara “Nuş olsun” – deyərək qalxdı.
– Gedək, Murad.
Murad Məhmətin arxasınca gedirdi. Yuyunma yerinə gəldilər. Əllərini sabunla yuyub quruladıqdan sonra çölə çıxdılar.
* * *
Şagirdlərin əksəriyyəti kənddən idi. Bu ərəfələr İstanbuldan və başqa şəhərlərdən gələnlərin sayı azalmışdı. Çoxu kimi o da məktəbə öyrəşməmişdi. Bir səhv edərsə, məktəbdən qovulacağını düşünürdü. Hara gedərdi? Molla İbrahimin Süleymanı bura gələndən ona bir daha baş çəkməmişdi. Sağollaşanda, “Səni tez-tez yoxlayacam, atamın əmridir” – demişdi, amma o gündən bəri bir dəfə də görünməmişdi. Bir də pulunu itirərdisə, halı necə olardı? Yavaşca əlini sinəsindən qabırğasına doğru sürüşdürdü, pencəyinin astarındakı cibinə barmaqlarının ucuyla toxundu. “Oldu” deyərək rahatca nəfəs aldı və içinə şirin istilik yayıldı. Fadimə bacı Muradın cibinə xərcliyini qoymuş, ayrıca əlli lirə də bir bezə bürüyüb iç cibinə tikmişdi. “Heç vaxt buna əl vurma; pulun qutaranda, məktub yaz, göndərərəm. Nə olar, nə olmaz. Yollar qar olar və ya pulunu itirə bilərsən, onda heç kimin görmədiyi yerdə bu cibi sökərsən. Pulu xırdalayandan sonra da bir qismini yenə ora qoyarsan” – deyə bərk-bərk tapşırmışdı. Murad gündə bir neçə dəfə heç kimsəyə bildirmədən iç cibini yoxlayıb rahatlaşırdı.
Yatağa girəndə, sanki anasıyla göz-gözə gəldi: dərin baxışları məyus halda ürəyinə dolurdu. Göz yaşları axmağa başladı. Hıçqırdıqca çarpayı cırıldayırdı. Axşam vaxtıydı; Qarabaş çöldə yallanırdı… Sonra özünə gəldi. Tərləmişdi; yorğanı üstündən atdı. Məhmət qardaşını düşünərək rahat olurdu. Qısa vaxtda ona öyrəşmişdi… Necə də yaxşı insandı! Səssiz-səssiz içindən gələn hıçqırıqları boğduğunu hiss etdi. Yatağında dikəldi; yanındakı çarpayıya gözlərini zillədi. Boğuq bir hıçqırıq sinəsini deşirdi. Yorğanın altına girən kimi göz yaşları yenə axmağa başladı.
* * *
– Oyanın, saat yeddi olur.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.