Son yeniçəri. Reha Çamuroğlu

Son yeniçəri - Reha Çamuroğlu


Скачать книгу
ağanın heç vecinə də deyildi. Xoşbəxt idi. O qədər xoşbəxt idi ki, üç qızdan sonra doğulan oğ-lunu, hətta mənə də sevinə-sevinə göstərdi.

      Hələ də silahlarını və əbasını çıxarmamışdı. Mənə gülməli gəlirdi bu vəziyyət. Canavar kimi görünən bu adam və balaca yorğana bükülmüş oğlan uşağı… Lakin o, bütün bunları görmürdü. Heç vaxt tərk etmədiyi vüqarlı halını belə tərk etməyə hazır idi. Xoşbəxt idi. Bəlkə də, ye-ganə həyat mənbəyi olan bu uşağı mənə, Yusifə və Meh-metə göstərirdi.

      Sonra dayandı, həmin o ciddi və vüqarlı halı təzədən qayıtdı. Belə dedi:

      − Oğlum etiqadında, dinə və dövlətə xidmətdə həmi-şə sabitqədəm olacaq. Atasının üzünü ağ edəcək. Anadan yeniçəri kimi doğulub, yeniçəri kimi də yaşayacaq. Ona görə də adını Sabit qoyuram. Allah utandırmasın.

      EVİM

      İki il necə də tez keçib getmişdi. İndi öz-özümə fikir-ləşirəm ki, gör cavanlıq necə böyük nemət imiş. Cavanlı-ğın çətini-asanı olmur ki. Çətin dediyin işlər asan, asan dediyin işlər bir anda çətin olur.

      Tanrı mənə əsarəti layiq bilmişdi, amma dərmanını da gəncliyimlə vermişdi. Güclü idim, tez öyrənirdim. On-lara sarı saçlarım və gömgöy gözlərimlə qəribə görünür-düm.

      Bütün bağ-bağat mənə baxırdı. Hökmranlıq edirdim həyətə. Evin zirzəmisində qapısı bağçaya açılan balaca bir otaqda qalırdım. Səhər tezdən bağa çıxır, quyudan su çə-kir, evin giriş qapısının yanında olan böyük qablara tö-kürdüm. Qış olanda odun doğrayır, aşağı mərtəbədəki böyük sobanı qalayırdım. Ağacları budamaq, tut varsa tut, əncir varsa əncir yığmaq mənim işim idi.

      İşlərim bununla da yekunlaşmırdı. Sabiti və qızları əyləndirmək, bağçada yelləncək düzəldib onları yellət-mək, cümə günü evdəki böyük xanımın – adı Zəhra idi – arxasınca bazara gedib aldıqlarını evə daşımaq… Bütün bunların hamısı mənim vəzifələrimidi. Qapıdan içəri gi-rən satıcılara fikir vermək, mis qabları qalaylatdırmaq, ev-dəki taxta əşyaların təmir edilməsi – hələ mən bunları saymıram. Həyətdə balaca yer düzəltmiş, tapdığım dül-gər alətlərini ora yığmışdım. Qısa müddət ərzində bu mə-sələni də həll eləmişdim. Sən demə, bu məsələdə də ba-carığım var imiş. Evdəkilər ən çox Beltsi formalı dolabları bəyənirdilər.

      Ən mühim və bəlkə də, ən vacib vəzifəm Arif ağanın qonaqlarına xidmət etmək idi. Ən çox həyəcənlandığım vaxtlar da məhz bu anlar idi. İlk vaxtlar türkcə yaxşı bil-mədiyimə görə gələnlərin nə istədiklərini başa düşmür-düm. Amma sonra türkcə öyrəndikcə, gəlib-gedənləri ta-nımağa başladıqca, rahatlaşmış, xidmət barəsində də us-talaşmışdım. Qəhvələri köpüklü hazırlamaq, çubuqları tez-tez dəyişdirmək, yandırmaq mənim üçün elə də çətin deyildi. Türk dilində danışılanları yaxşı başa düşürdüm və söhbətin nədən getdiyini anlayırdım.

      Arif ağa, əsasən, qonaqları ilə din və dövlət məsələ-ləri haqda danışırdı. Mən onun daha çox dini mövzularda danışmağını istəyirdim. Çünki bu cür söhbətlər edərkən Arif ağanın üzü, hərəkətləri çox mülayim olurdu. Üzündə təbəssüm yaranır, dərin düşüncələrə dalırdı. Dövlət işlə-rindən danışmağa başlayanda isə olduqca ciddi görkəm alırdı. Elə bil xəncərinin qəbzəsi ilə boynumun dalından vuran insan geri qayıdırdı.

      Bu iki il ərzində elə bu söhbətlərə görəArif ağa məni şillələmişdi. Bir dəfə söhbət əsnasında ayaq üstə dayan-mışdım və özümdən asılı olmadan öskürdüm. Arif ağa qəzəblə mənə baxdı və:

      − Sarı, – dedi, – tez bura gəl.

      Yanına getdim, əyildim:

      − Buyur, ağam, – dedim. Və deməyimə də peşman ol-dum. Sifətimə dəyən şillədən az qala yerə yıxılacaqdım. Məni ən çox sarsıdan isə beş nəfərin yanında vurulmağım idi. Sanki daha çox vurmaq istəyirdi, amma nəyə görəsə bir şillədən sonra insafa gəldi və eyni səs tonu ilə:

      − İndi isə keç yerinə! – deyə əmr etdi.

      İkinci dəfə vuranda isə haqlı idi, amma mən qayda-ların məhz belə olduğunu bilmirdim axı. Arif ağa qonaq-ları yola salanda onların ayaqqabılarını hazırlamış, qapı-nın ağzına düzmüşdüm. Ayaqqabıların burnu qapıya tə-rəf baxırdı. Qəfil sifətimə dəyən şillə ilə yerimdə tullan-dım. Mat-mat baxdım və nə baş verdiyini anlamağa ça-lışdım.

      − Ayaqqabıları çevir, – dedi.

      Mən də ayaqqabıların yönünü yan tərəfə çevirdim. O isə qışqırmaqda davam edirdi:

      − Elə yox, axmaq, ayaqqabının burunları mənə bax-malıdır.

      Axı mən hardan biləydim ki, ayaqqabıların burnu-nun qapıya tərəf qoyulması qonağın istənilməməsinə işa-rə edir.

      Ən çox diqqətimi çəkən, ən çox gəlməyini istədiyim və həsrətlə gözlədiyim qonaq az-az gələnlərdən idi: Əh-məd baba.

      Əhməd babanı iki şeyə görə sevirdim. Birincisi, o gə-ləndə Arif ağa çox sevinirdi. Həddindən artıq mülayim olurdu. İkincisi, Əhməd baba və yanındakı dərvişlər bu evə gəlib mənim kimi kölə ilə danışan nadir insanlardan idilər. Halımı-əhvalımı soruşur, əvvəlki həyatımla ma-raqlanır, hətta bəzi məsələlərdə fikrimi öyrənirdilər. Mən onların gələcəyi günü gözləyir və ən çox da onların söh-bətlərinə maraqla qulaq asırdım. Bəlkə bunun bir səbəbi də söhbətlərinin həmişə ahəngli olması və əvvəl-axır gəlib musiqidə dayanması idi. Mehmet dərviş zənburla çalıb oxumağa başlayanda mən artıq göz yaşlarımı tuta bilmir-dim. Bəzən ağlayırdım, bu zaman onlar da mənə qoşulub ağlamağa başlayırdılar. Yaxşı, mənim ağlamaq üçün xeyli səbəbim var idi, bəs Arif ağa niyə ağlayırdı?

      Evimizi və yaşadığım məhəlləni artıq tanıyırdım. İs-tanbulu isə demək olar ki, tanımırdım. Bir-iki dəfə Unqa-panına, bir-iki dəfə isə Ətmeydanındakı o qorxunc hərbi düşərgəyə getmişdim. Hamısında da Arif ağa ilə birlikdə.

      Arif ağa küçəyə heç vaxt tək çıxmırdı. Ən az iki əs-gərlə gəzir, bəzən mənimlə bir yerdə dörd nəfər olurdu yanında. Bu çoxluqdan istifadə edib əksər hallarda göz-dən itir, ətrafıma göz gəzdirirdim. Amma çölə çox tək çıx-mırdım. Qorxurdum. Kölə və kafir olduğumu hamı bilir-di. Arif ağanın köləsi olmağım məni qoruyur, mənə az da olsa toxunulmazlıq duyğusu bəxş edirdi. Amma eyni za-manda da mən onlardan aşağı idim. Bunu isə heç vaxt unutmurdum.

      Rastlaşdığım bir təfərrüat mənim bu kompleksimi aş-mağıma az da olsa, kömək etdi. Əli Fakih və Hacı Həmzə məhəllələrinin arasında bir neçə xristian məhəlləsi yerlə-şirdi. Onlar arasında ermənilər məzhəb baxımından fərqli olsalar da, yunanlarla eyni idik. Bunu keşişlərin geyimin-dən, xaçların formasından və ibadət günlərindən bilirdim. Düzdür, dinlə bağlı elə də çox şey bilmirdim, amma ol-sun, bildiklərim nəyisə başa düşməyimə kömək edirdi. Artıq müqəddəslərimizin adının belə ortaq olduğunu bi-lirdim.


Скачать книгу