20000 lyö su altı ilə. Жюль Верн
Məgər “Abraham Linkoln” bütün dənizləri məhz məni ovlamaq üçün gəzmirdi? Yoxsa mərmiləriniz istəmədənmi mənim gəmimə dəyirdi? Bəlkə, mister Lend də öz çəngəli ilə məni istəmədən nişan almışdı?
Bu təntənəli sözlər qarşısında cavabsız qalmadım:
– Cənab, sizin Amerikada və Avropada yaratmış olduğunuz hay-küy, şübhəsiz, sizə bəlli deyil. “Abraham Linkoln” sizi təqib edəndə böyük bir dəniz heyvanı ovuna çıxdığını güman edirdi.
Kapitanın üzündə təbəssümə bənzər əlamət sezildi. O daha sakit bir səslə sözünə davam etdi:
– Cənab Aronaks, yəni “Abraham Linkoln” bunun sualtı gəmi olduğunu görüb bizi topa tutmayacaqdı?
Nə deyəcəyimi bilmədim. Əmindim ki, kapitan Faraqut buna tərəddüd etməzdi. Cavab verməyib susdum.
Kapitan sözünə davam etdi:
– Beləliklə, mənim sizinlə bir düşmən kimi rəftar etməkdə haqlı olduğumu anlayırsınız. Mən sizi gəminin göyərtəsinə çıxarar və suya cumar, sizi tamam unudardım. Məgər buna haqqım yox idi?
– Bu, mədəni bir adamın deyil, bir vəhşinin haqqı olardı…
– Cənab professor, sizin nəyə “mədəni adam haqqı” dediyinizi bilmirəm. Mən cəmiyyətlə əlaqəni yalnız öz bildiyim səbəblərə görə kəsmişəm. Mən bu cəmiyyətin qanunlarına boyun əymirəm və sizə də təklif edirəm ki, onları mənə xatırlatmayın.
O bu sözləri kəskinliklə dedi. Gözləri qəzəb və nifrətlə yanırdı.
Ağlımdan keçdi ki, onun keçmişində nə isə dəhşətli bir sirr gizlənir. Mən maraq və dəhşət qarışıq bir hislə ona baxırdım. Kapitan düşüncəli halda kayutda gəzişdi. Sonra yenidən danışmağa başladı:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.