Hekayələr. Иван Бунин

Hekayələr - Иван Бунин


Скачать книгу
Bağda ağacların çiçəkləri soluxub tökülürdüsə də, yaşıllıq olduqca sıxlaşır və qalınlaşırdı. Meşələri artıq saysız-hesabsız çiçəklər, hündür ot bürüyürdü; meşənin yaşıl don geymiş dərinliklərində bülbüllərlə ququ quşları ara vermədən oxuyurdu. Tarlalar daha çılpaq deyildi – onları taxılların müxtəlif zəngin cücərtiləri örtmüşdü. Mitya bütün gün vaxtını bu meşələrdə və tarlalarda keçirirdi.

      Hər səhər eyvanda, yaxud da həyətin ortasında bikar dayanıb kovxanın, ya da işçinin poçtdan qayıtmasını əbəs yerə gözləməkdən həddən artıq xəcalət çəkməyə başlamışdı. Bir də ki kovxanın və işçinin boş şey üçün səkkiz verst yol getməyə həmişə vaxtı olmurdu. Ona görə də poçta özü getməyə başlamışdı. Lakin o özü də daim evə Orlovda nəşr edilən bir qəzet nömrəsi, yaxud da Anyadan, Kostyadan gələn məktubla qayıdırdı. Onun iztirabları artıq son həddə çatmağa başlamışdı. Yollandığı tarlalarda meşələrin gözəlliyi, səadət bəxş edən mənzərəsi onu elə sarsıdırdı ki, sinəsinin harasındasa hətta cismani ağrı duymağa başlamışdı.

      Bir dəfə ikindiçağı, poçtdan qayıdanda qonşunun köhnə parkdakı boş malikanəsindən keçirdi; park onu əhatə edən tozağacı meşəsi ilə birləşirdi. Mujiklər bu malikanənin əsas xiyabanına bayram prospekti deyirdilər. Mitya həmin xiyabanla gedirdi. Xiyaban iki cərgə nəhəng qara küknarlardan əmələ gəlmişdi. Başdan-başa qalın, sarı, sürüşkən iynəyarpaqla örtülmüş olan çox gözəl, qaranlıq enli xiyaban onun koridorunun lap qurtaracağındakı köhnə evə qədər uzanırdı. Sol tərəfdə parkın və meşənin arxasına enən günəşin qırmızı, quru və sakit şüaları bu koridorun alt tərəfinə gövdələrin arasından çəpəki işıq saçır, onun qızılaçalan iynəyarpaq döşənəyinə parlaq ziya səpələyirdi. Həm də ətrafda valehedici dərin sükut hökm sürürdü, – parkın bir başından o biri başınadək yalnız bülbüllər cəh-cəh vururdu, – hər tərəfdən evi dövrələyən küknar və jasmin kollarının qoxusu yayılmışdı, həm də Mitya bütün bunlarda kiminsə elə böyük, çoxdankı yad səadətini hiss etdi, qəflətən, çox böyük, köhnəlmiş eyvanda, jasmin kollarının arasında Katyanı öz gənc arvadı surətində elə dəhşətli, aydın şəkildə təsəvvürünə gətirdi ki, bütün sifətinin kağız kimi ağarmasını özü də duyaraq qətiyyətlə, bütün xiyabanı ağzına alan uca səslə dedi:

      − Bir həftədən sonra məktub gəlməsə, özümü güllə ilə vuracağam!

XVII

      Ertəsi gün yuxudan çox gec oyandı. Nahardan sonra eyvanda oturmuşdu, dizlərinin üstündə kitab var idi, səhifələrə baxa-baxa, aciz halda fikirləşirdi: “Poçta yollanım, yoxsa yox?”

      Qızmar gün idi, ağ kəpənəklər isti otların üzərində, şüşə kimi parlayan gərməşov üzərində bir-birinin arxasınca cüt-cüt uçurdu. Mitya kəpənəkləri müşahidə edə-edə yenə öz-özündən soruşurdu:

      − Yollanım, yoxsa bu biabırçı səfərlərin arasını birdəfəlik kəsim?

      Dağın ətəyi ilə atlı kovxa darvazanın ağzında göründü. Ayğır belində əyləşən kovxa eyvana baxıb atı düz oraya sürdü. Yaxınlaşaraq atın başını çəkib dedi:

      − Sabahınız xeyir! Hey kitab oxuyursunuz?

      Gülümsəyib ətrafına nəzər saldı. Yavaşdan soruşdu:

      − Ananız yatır?

      Mitya cavab verdi:

      − Mən bilən, yatır. Necə məgər?

      Kovxa bir az susub birdən ciddiləşərək dedi:

      − Nə demək olar, ağazadə, kitab yaxşı şeydir, amma hər şeyin vaxtını bilmək lazımdır. Siz niyə rahib kimi yaşayırsınız? Məgər arvad, qızlar azdırmı?

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      “Domostroy” – XVI əsrə aid rus yazılı abidəsinin adı

      2

      “Azra” – P.İ.Çaykovskinin H.Heynenin “Azra” şeirinə yazdığı romans

      3

      Blaqoveşşeniye – xristian bayramlarından biri

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAQDAwQDAwQEBAQFBQQFBwsHBwYGBw4KCggLEA4RERAOEA8SFBoWEhMYEw8QFh8XGBsbHR0dERYgIh8cIhocHRz/2wBDAQUFBQcGBw0HBw0cEhASHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBz/wgARCAlXBdwDASIAAhEBAxEB/8QAHAAAAQUBAQEAAAAAAAAAAAAAAwABAgQFBgcI/8QAGgEAAwEBAQEAAAAAAAAAAAAAAAECAwQFBv/aAAwDAQACEAMQAAAB8wSWvAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSYHTJjpnBJnBJJCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSYHTIHTIHSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAii9sw18bb6wXm9Pye/1fBHyY3Vcr7HGklSSSBJISSQ0kgSSEkkCSQ0kgSSBJISSQJJDSSBJISSQJJNpJJJJAkkCSQJJDSSBJIEkhJJAkkCSQ0kgSSBJISSQ0khJJAkkNJISSQJJDSSEmewmm+rZ+T2/J6+sFJ8n1fpj5o7+aSS68kkk0khJJAkkNJISSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAvbvEet5tvotvFF4vd7W/iiHz3Jae37vn8ku0QcWu0ZHGK3U3zS1t7K+LXaJPi12mezm02tpnlLs3y04tdog4tdog4tdBz+kJJVKXT3cdeLXaJHFrSzNs3S7Ka41dos64tdpx+kjSVwkkCS6ia5Z+zWd8Yu0QcWuwA1yy1My5ZJql0kxLqrWOvFrtEji12fG3DLd15vi12iRxa7Tmamil1VLlV2izvi12nM0qKU9Igu0WOnFrtGDi7IJa5/WM/FH+e9P2peKpHpHzV33AetyJ7nT9OHGLtFF8Wut5LSElr0ZC7N8r4tdpls59Ja5JJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAkkCSQJJAvcPD/ceHp9GjNfNelBTYPnL2Txv0v3uH0FSXg90GIwfPnF+k+a/WeV6x6/5l6f4HfBTXFtDzz0XyLsy8j9c8k929rh9BUl8x6cFNBBTQcd87/Uvy39B56SXqcv0P13J9d8p68VNc1+V+M/T3zH9J5r/V3yh9X4aHaa8Puh8s/U/yv7HHRSXt8CZ2Y/0j82/SXl9fSqS+e9CCmmQeSAebrJrxLzX618S9zi82ZL1+L6V6Hn+j+Q9mCmsqH8o/WPyf7XF7D6b5l6hw9EFNcesPn76E+e/U5uL+lfmn6a7MNxTXz/oQ8h9h5jqz+bbVa19P5X1TOBfkPYgxIs
Скачать книгу