Hekayələr. Иван Бунин

Hekayələr - Иван Бунин


Скачать книгу
titrəyirdi. Mitya gözlərini qaldırdı: səma bağın üzərində təntənə və sevinclə parıldayırdı, onun ətrafında qar kimi ağappaq bağ işıq saçırdı, ikindiçağının sərinliyini artıq duymuş olan bülbül nəşə ilə, vəcdə gələrək aydın və güclü səslə uzaqdakı kolların təravətli yaşıllığında cəh-cəh vururdu, – Mityanın pörtmüş sifəti ağardı, tükləri ürpəşdi.

      O, evə yavaş-yavaş gedirdi, – onun sevgi kasası aşıb-daşırdı. Sonrakı günlər də sakitcə, səadət hissi ilə yeni məktubu gözləyə-gözləyə bu duyğunu qəlbində elə o cür ehtiyatla gəzdirirdi.

XIII

      Bağ müxtəlif qiyafəyə düşürdü.

      Bağın bütün cənub hissəsi üzərində ucalan, hər yerdən görünən nəhəng qocaman ağcaqayın daha da böyümüş və qol-budaq atmışdı, – təravətli, sıx yaşıl yarpaqlarla örtülmüşdü.

      Mityanın öz pəncərələrindən daim tamaşa etdiyi böyük xiyaban da hündür və görkəmli olmuşdu: onun qocaman cökələrinin zirvələri hələlik seyrək də olsa, tər yarpaqlarla naxış-naxış bəzənmişdi, baş qaldıraraq bağın üzərində açıq-yaşıl cərgə ilə uzanmışdı.

      Ağcaqayından aşağıda, xiyabanın alt tərəfində isə nəsə başdan-başa ağ rəngli, xoşətirli qıvrım bitki sahəsi idi.

      Həm də bütün bunlar – ağcaqayının qalın yarpaqlarla örtülmüş nəhəng zirvəsi, xiyabanın açıq-yaşıl cərgəsi, duvaq kimi ağ alma, armud ağacları, meşəgilası, günəş, səmanın göylüyü və bağın aşağı tərəfində, dərədə, yandakı xiyabanlar və cığırlar boyunca, evin cənub divarlarının dibində – nə göyərirdisə, – yasəmən kolları, akasiyalar və qarağat kolları, pıtırğan, gicitkən, cır ərik, – bunların hamısı öz qalınlığı, təravəti və təmizliyi ilə insanı valeh edirdi.

      Təmiz və yaşıllığa qərq olmuş həyət hər tərəfdən uzanan bitkilərdən elə bil darısqallaşmışdı, ev sanki kiçilmiş və gözəlləşmişdi. O sanki qonaqlar gözləyirdi: bütün otaqların – ağ zalın, köhnə dəbli göy qonaq otağının, kiçik istirahət otağının – bu otaq da göy idi – divarlarından oval miniatürlər asılmışdı, gün işığı düşən kitabxananın, qabaq bucağında köhnə müqəddəs surətlər olan və divarlar boyunca alçaq kitab dolabları düzülmüş böyük və boş künc otağın pəncərə və qapıları bütün gün açıq idi. Hər yerdə də evə yaxınlaşan, müxtəlif yaşıl, gah açıqrəngli, gah da budaqlarının arasını parlaq mavilik bürüyən tutqun, təravətli ağaclar otaqlara boylanırdı.

      Lakin məktub gəlmirdi. Katyanın məktub yazmağa həvəsi olmadığını Mitya bilirdi, onu da bilirdi ki, yazı masası arxasında əyləşməyə hazırlaşmaq, qələm, kağız, zərf tapmaq, marka almaq Katya üçün çox çətin idi… Lakin bu ağıllı fikirlər yenə pis kömək edirdi. Onun ikinci məktubu gözlədiyi bir neçə gün ərzindəki xoşbəxt, hətta qürurlu inamı yox olmuşdu, o, getdikcə daha çox, daha artıq əzab çəkir və təşvişə düşürdü. Axı birincitək kağızdan sonra dərhal nəsə daha gözəl və sevindirici bir şey gəlməli idi. Lakin Katya susmuşdu.

      Mitya daha kəndə seyrək gedir, tarlaya az-az yollanırdı. Kitabxanada əyləşir, on illər ərzində saralan və dolablarda quruyan məcmuələri vərəqləyirdi. Jurnallarda qədim şairlərin bir çox gözəl şeirləri, ecazkar sətirlər var idi, onlar, demək olar, həmişə eyni şeydən bəhs edirdi – dünya yaranandan bəri bütün şeir və nəğmələrin dolğun məzmununun nədən ibarət olduğundan, indi onun özünün də ruhunun nə ilə yaşadığından və hər halda, nəyi daim özünə, öz sevgisinə, Katyaya aid edə bildiyindən bəhs edirdi. Beləliklə də, açıq dolabın yanındakı kresloda saatlarla hərəkətsiz oturub özünə əzab verə-verə bu sətirləri dönə-dönə oxuyurdu:

      Adamlar yatır, dostum, gedək kölgəli bağa,

      Hamı yatır, ulduzlar başlayıb göz qoymağa…

      Bütün bu məftunedici sözlər, bütün bu çağırışlar sanki onun özününkü idi, indi onlar elə bil ancaq bir adama, onun Mityanın daim hər şeydə və hər yerdə gördüyü cananına edilən müraciət idi, həm də bəzən az qala müdhiş səslənirdi:

      Ayna suların üstüylə

      Qu quşları qanad çalır.

      Çay da ürək kimi çırpır:

      – Gəl çıx! Ulduzlar parlaşır,

      Yarpaqlar da pıçıldaşır,

      Mavi göy üzünü tapır.

      Mitya gözlərini yumaraq dəhşətə gəlib bu çağırışı – öz təntənəsinin fərəhli həllini səbirsizliklə gözləyən sevgi qüvvəsi ilə dolu qəlbinin çağırışını dalbadal bir neçə dəfə təkrar edirdi. Sonra xeyli vaxt qarşısına baxır, evi əhatə edən dərin kənd sükutunu dinləyir və qəmli-qəmli başını bulayırdı Yox, Katya cavab vermirdi, o haradasa orada, yad və uzaq Moskva mühitində dinməzcə şəfəq saçırdı! Yenə qəlbi zərif duyğudan məhrum olurdu. Bu müdhiş, məşum ovsunlayıcı çağırış yenə artırdı:

      – Gəl çıx! Ulduzlar parlaşır,

      Yarpaqlar da pıçıldaşır,

      Mavi göy üzünü tapır.

XIV

      Bir dəfə, nahar edib mürgüləyəndən sonra, – günorta nahar edirdilər, – Mitya evdən çıxaraq aram-aram bağa getdi. Bağda tez-tez qızlar işləyirdilər, alma ağaclarının dibini belləyirdilər, onlar bu gün də işləyirdilər. Mitya qızların yanında əyləşib onlarla gap eləmək istəyirdi, – bu artıq vərdiş şəkli alırdı.

      İsti, sakit bir gün idi. Mitya iki tərəfi açıq xiyabanın kölgə tərəfi ilə gedir, öz ətrafındakı qar kimi ağ, bəzəkli budaqları uzaqdan görürdü. Armud ağaclarının rəngi daha qəliz, daha tünd idi, ona görə də bu ağlıqla səmanın parlaq maviliyinin qatışığı bənövşəyi çalar əmələ gətirirdi. Armud ağacları da, alma ağacları da çiçəklənir və çiçəkləri tökülürdü, onların altında qazılıb çevrilmiş torpağa bütünlüklə solmuş çiçək yarpaqları səpələnmişdi. İsti havada onların xoş zərif qoxusu ilə birlikdə, qızıb buğlanan peyinin qoxusu duyulurdu. Bəzən kiçik bir bulud peyda olurdu, göy səma maviləşirdi, isti hava da, çürüntü qoxuları da daha zərif və xoş təsir bağışlayırdı. Bu bahar cənnətinin bütün ətirli istisinə qar kimi ağ çiçəklərə qonan bal arıları ilə eşşəkarılarının vızıltısı qarışmışdı, havaya qəribə bir uğultu yayılırdı. Həm fərəhlənən, həm də darıxan gah bu, gah da başqa bir bülbül hərdənbir ara vermədən səslənirdi.

      Uzaqda, xırmana açılan darvazanın yanında xiyaban qurtarırdı. Sol tərəfdə, lap uzaqda bağ bəndinin küncündə küknarlıq qaralırdı. Küknarlığın yanındakı alma ağaclarının arasında iki qız görünürdü. Mitya həmişəki kimi, xiyabanın ortasına çatanda onlara tərəf döndü, – əyildi, zərifliklə üzünə toxunan və həm bal, həm də sanki limon qoxusu verən alçaq qol-budaqların arası ilə getdi. Həmişə olduğu kimi, qızlardan biri – arıq, kürən Sonka onu görəndə şaqqanaq çəkib qışqırdı.

      Yalandan özünü qorxmuş göstərərək ucadan:

      − Vay, ağa gəlir! − dedi, oturub dincəldiyi yoğun armud


Скачать книгу