Hekayələr. Самед Бехранги

Hekayələr - Самед Бехранги


Скачать книгу
ol, anasının oğlu!..

      Mən fürsət tapıb:

      − Gəlib vuraram səni! − dedim.

      Hamımız gülüşdük. Atası oğlunun əlindən dartıb bizdən bir az aralıdakı mehmanxanaya daxil oldu. Yenə bütün gözlər Mahmudun təzə ayaqqabılarına zilləndi.

      Mahmud dostcasına dedi:

      − Ayaqqabı mənə o qədər də lazım deyil, istəyirsiniz, verim sizə? − O, üzünü Əhmədhüseynə tutdu: − Balaca, gəl ayaqqabıları çıxart və öz ayağına gey.

      Mahmudun ayaqlarına şübhəli-şübhəli baxan Əhmədhüseyn yerindən tərpənmədi.

      Mahmud:

      − Nə baxırsan? − dedi, − təzə ayaqqabı istəmirsən? Gəl götür də!

      Bu sözlərdən ürəklənən Əhmədhüseyn yerindən qalxdı, ayaqqabıları çıxarmaq üçün Mahmudun qabağında yerə çökdü. Üçümüz də bir söz deməyib ona baxırdıq. Əhmədhüseyn Mahmudun ayağından yapışıb bərk dartdı. Əlləri sürüşüb arxası üstə səkiyə yıxıldı. Mahmudla taygöz elə güldülər ki, dedim, qarınları bu saat partlayacaq. Əhmədhüseynin əlləri qapqara olmuşdu. Taygöz əlini Mahmudun kürəyinə vuraraq elə hey deyirdi:

      − Mahmud, sənə demədim? Ha-ha-ha?.. Sənə demədim? Hi-hi-hi!..

      Mahmudun ayaqlarında Əhmədhüseynin barmaqlarının yeri görünürdü. Aldandığımızı indi anladıq. Amma hoqqabazların gülüşləri bizə də sirayət elədi. Biz də başladıq gülməyə. Səkiyə sərilmiş Əhmədhüseyn də yerindən qalxıb bir qədər bizə baxdı. O da başladı gülməyə. Əyilib diqqətlə Mahmudun ayaqlarına baxdım. Ayaqqabı harada idi? Ayaqlar məharətlə elə rənglənmişdi ki, elə bil ayağına təzə, qara ayaqqabı geymişdi…

      Mahmud oyun oynamağı təklif etdi. Mənim dördcə qranım* vardı. Qasım pulunun qədərini demədi. O iki nəfər dostun da beş qranı vardı. Əhmədhüseynin isə bir dinarı da yox idi. Bizdən bir az aşağıda bağlı mağazanın işığında oturduq. Oyuna Zivərin oğlu başladı. Sonra növbə Qasımın idi. O, Zivərin oğlundan bir qran aldı. Mahmud isə Qasımdan iki qran udduqda sevindi:

      − Bərəkət! Deyəsən, bəxtimiz gətirib!

      Oyunu beləcə davam etdirirdik. Bu ara yanımızdan səliqə ilə geyinmiş iki gənc ötdü. Əhmədhüseyn onlara sarı qaçıb yalvarmağa başladı:

      − Bircə qran!.. Ağa, xahiş edirəm, bircə qran ver!

      Cavanlardan biri onu kənara itələdi. Ancaq Əhmədhüseyn yenə də qaçıb yolu kəsdi və yalvardı:

      − Ağa, bircə qran ki bir şey deyil. İltimas edirəm, bircə qran ver. Sən Allah, bir qran ver!

      Bu zaman cavanlardan biri götürüb onu qarnı üstə tulladı. O, səkini xiyabandan ayıran dəmir hasardan asılı qaldı. Çırpınıb arxın qırağına düşdü. Ona tərəf gələn bir oğlanla iki qızı görcək qalxıb qızların birinə sarı qaçdı və yalvarmağa başladı:

      − Xanım, səni and verirəm Allaha, bir qran ver! Acam! Bir qran ki bir şey deyil! Xanım, sən Allah, əsirgəmə!

      Qız əvvəl məhəl qoymadı. Sonra Əhmədhüseynin əl çəkmədiyini görüb əl çantasından pul çıxardı və onun ovcuna qoydu. Əhmədhüseyn sevinə-sevinə yanımıza qayıtdı:

      − Mən də oynayıram, − dedi.

      Qasım soruşdu:

      − Pulun var?

      O, ovcunu açıb iki qranlığı göstərdi.

      Qasım soruşdu:

      − Yenə dilənçilik elədin? − Qalxıb onu döymək istədi. Mahmud onun əlini tutub qalxmağa qoymadı. Əhmədhüseyn sakitcə özünə yer eləyib oturdu.

      Mən ayağa qalxdım:

      − Dilənçilərlə oynamaq istəmirəm, − dedim.

      Bu zaman Mahmud da:

      − Aşıq atdıq, bəsdir, − dedi, − gəlin divaravurdu oynayaq.

      Qasım mənə:

      − Lətif, − dedi, − oyuna pəl vurma. − Sonra dönüb hamımızdan soruşdu: − Kim aşıq oynayır?

      Taygöz dilləndi:

      − Özün özünlə oyna, biz divaravurdu oynayırıq.

      Zivərin oğlu Qasımı göstərərək:

      − Bununla aşıq atmağın xeyri yoxdur, − dedi, − elə şeş-beşdir ki, atır. Gəlin pulatdı oynayaq.

      Əhmədhüseyn soruşdu:

      − Oynayaq?

      Mahmud dedi:

      − Yox, divaravurdu oynayaq…

      Xiyaban adamsız idi. Üzbəüzdəki dükanlardan çoxu bağlanmışdı. Oyuna başlamaq üçün arxın qırağında durub hərəmiz divara sarı bir qranlıq atdıq. Biz qranlıqları divarın dibindən hələ yığışdırmamış birdən Əhmədhüseyn qışqırdı:

      − Polis!

      Polis lap üç addımlığımızda idi. Mən, Əhmədhüseyn və taygöz qaçıb aradan çıxdıq. Mahmudla Zivərin oğlu da dalımızca qaçdılar. Qasım divarın dibindəki pulları yığışdırmaq istəyəndə polis özünü yetirdi. Qasıma bir zərbə endirdi. O da aldığı zərbədən fəryad çəkib qaçmağa üz qoydu. Polis onun arxasınca çığırdı:

      − Qumarbaz avaralar!.. Məgər ev-eşiyiniz, ata-ananız yoxdur? − və pulları yığışdırıb getdi.

      Meydanı ötüb-keçəndən sonra gördüm ki, tək qalmışam. Xiyabanın o tayındakı çilovkabab dükanı da bağlanmışdı. Deməli, atamın yanına qayıtmaq vaxtı keçmişdi. Küçə və xiyabanlardan keçərkən öz-özümə deyirdim: "İndi artıq atam yatmış olar. Kaş yatmayıb məni gözləyəydi. Bəs oyuncaq dükanı necə? Yəqin, o da bağlanıb. Gecənin bu vaxtında kimin hövsələsi çatar ki, oyuncaq alsın? Yəqin, mənim dəvəmi də vitrindən götürüb içəri aparıblar. Kaş onunla danışa biləydim. Yəqin, dünənki qərarımızı da unutmayıb. Çünki özü söz vermişdi ki, məni belinə mindirib Tehranı gəzdirəcək. Hələ əlavə etmişdi ki, dəvə ilə səyahət etməyin ayrı ləzzəti var". Mən xəyal aləmində ikən qulağımın dibində tükürpədici səs ucaldı. Dedim, işim bitdi. Özümə gələndə gördüm ki, xiyabanın ortasında bir minik maşını dayanıb. Mənə heç nə olmamışdı, ancaq ovcumun içi ağrıyırdı. Ovuşdurmağa başladım. Elə bu zaman bir nəfər maşından başını çıxarıb ucadan bağırdı:

      − Heykəl kimi nə dayanmısan? Rədd ol yolumdan!

      Özümə gələndə gördüm sükanın arxasında bəzək-düzəkli qoca bir qadın oturub. Yanındakı yekə it başını çıxarıb ətrafı süzür. Fikirləşdim ki, bir daş götürüb maşının şüşəsini sındırmasam, hirsim soyumayacaq. Lakin fikrimdən daşındım. Qoca qadın bir neçə dəfə siqnal verib qışqırdı:

      − Karsan? Yoldan rədd ol!

      Yanımızdan bir neçə maşın ötüb-keçdi. Qoca qadın bir də başını çıxarıb qışqırmaq istəyəndə üzünə tüpürüb götürüldüm. Bağlı bir dükanın səkisində oturdum. Ürəyim döyünürdü.

      Dükanın içərisində işıq yanır, dəmir qapının deşiklərindən içəri görünürdü. Cürbəcür ayaqqabılar səliqə ilə düzülmüşdü.


Скачать книгу