Hekayələr. İsi Məlikzadə

Hekayələr - İsi Məlikzadə


Скачать книгу
vətən yaxşı, Qədir… vətən yaxşı.

      Qəbiristanlıqdan çıxandan sonra Mirzə rayonu, maşınla da olsa, gəzmək, qırx il bundan qabaq qoyub getdiyi yerlərə axırıncı dəfə baxmaq qərarına gəldi. Qədir tələsdi, qorxdu ki, birdən Mirzənin sözü gerçək olar, Mirzə doğma yurdu görməmiş ölər – “Jiquli”ni o küçəyə sürdü, bu küçəyə sürdü, göstərməli nə vardısa, hamısını Mirzəyə göstərdi. Mirzə gördü ki, bura tamam başqa aləmdi, bura onun qoyub getdiyi tozlu-palçıqlı rayon deyil, burda yastı damlardan, qarğı çəpərlərdən əsər-əlamət qalmayıb. Nə araba var, nə arabaçı. Maşınlar belədən eləyə şütüyür, elədən be-ləyə… Bütün küçələrə asfalt döşənib. Burda daşdan evlər tikilib ki, tamaşasına adam iki göz də borc almaq istəyir. Təzə bazar, təzə xəstəxana, ikimərtəbəli univermaq, mədəniyyət sarayı, musiqi məktəbi… Bunları görəndən sonra arxayın ölmək olar. Amma ölməmişdən əvvəl o iki qəbri abıra salmaq lazımdır. Bir də Həsəni axtarmaq, sağdırsa, tapıb onun könlünü almaq lazımdır, yoxsa Mirzənin sağ əlinin içi o dünyada da gör-gör göynəyəcək. Ondan sonra rayonun ortasındakı bağda, bir palıd ağacının kölgəsində oturub doğma yurdun havasından doyunca udmaq və bu torpaqla halallaşmaq olar. Vəssalam! Yox, nə vəssalam? Səhərdən bəri Mirzənin ürəyini didim-didim didən qaranlıq bir məsələ qalır, indi, bu dəqiqə onu aydın laşdırmasa, Mirzə bu dünyadan nisgilli köçəcək.

      Mirzə dedi:

      – Qədir, mən bura gələndə dədə-baba evimizə getmək istədim, amma çaşıb qaldım, evi tapa bilmədim, adamlardan soruşmağa da utandım. Yəni təzə evlərin içində itib-batıb evimiz? İndi kimlər olur orda?

      Qədir dodaqlarının qıraqları ilə gülümsəyib, maşını bağın ayağından geri döndərdi.

      Rayonu tən yarıya bölən ensiz Qarqar çayının üstündəki dəmir körpüdən keçdilər… Bax, bu çaydan bir az aralıda od dəyirmanı vardı – indi yoxdu. Yerində ikimərtəbəli bina tikilib, deyəsən, idarədi… Sağ yanda gümbəzli hamam olmalı idi. Hanı bəs? “Bizim ev gümbəzli hamamın qabağındaydı”.

      Qədir maşını saxladı.

      – Bu da sizin ev, – deyib gülümsədi. Gördü ki, Mirzə bulud kimi tutulub, o da ciddiləşdi. Dedi:

      – Ev də adam kimidi: yiyəsiz, baxımsız qalanda tez qocalır… Hökumət dəyərini verib sökdü, yerində də görürsən də…

      Evin yerində balaca daş meydança salınmışdı, meydançanın içində söykənəcəkli taxta skamyalar qoyulmuşdu. Lap ortada hovuz vardı. Mirzə gözlərini dibi görünən dayaz hovuza zilləyib soruşdu:

      – Bəs tut ağacı hanı? Burda tut ağacı vardı.

      Qədir cavab vermədi, fikirləşdi ki, Mirzə qəribə adamdı, atasından o boyda evi yerlə-yeksan olub, yurdu dağılıb, onun dərdini çəkmir, bir qartımış ağac hayındadı…

      Qonum-qonşu gecə yarıdan keçəndə dağılışdı. Mirzəni sorğu-suala tutub əldən salmışdılar. Uşaqlar yatışandan sonra otaqda Mirzə, Qədir, bir də Güldəstə qaldı. Güldəstə deyəsən, səhərə qədər Mirzəylə diz-dizə oturmaq fikrində idi. Sandıqdan saralmış bir şəkil çıxardıb:

      – Sən yadıma düşəndə buna baxıram, – dedi. – Heç yadımdan çıxırsanmı? Ay tövbə!

      Bu şəkil nə vaxtın şəkli idi, görəsən? Burda Mirzə də cavan idi, Nina da; uşaqlar da körpə idilər. Bu şəkli Güldəstəyə kim göndərib? Bu şəkildən Mirzəgildə, deyəsən, yoxdu heç. Mirzə şəkli alıb arxasına baxdı və öz xəttini tanıdı: “Sevimli ata-anama!” Nədənsə, bu sözlərdən zəhləsi getdi. Şəkli bacısına qaytardı və hiss elədi ki, bacısı bu şəkillə bağlı onun nəsə deyəcəyini gözləyir.

      Mirzə dedi:

      – Heyif Ninadan, yaxşı adam idi.

      Güldəstə şəklə zənlə baxa-baxa:

      – Gəlinimizi görmək bizə qismət olmadı, – dedi, sonra da əlavə elədi ki: – Maşallah, yaxşı uşaqların var, kuklaya oxşayırlar.

      Mirzə gülümsədi:

      – İndi day kuklaya oxşamırlar, – dedi, – yekəliblər… Orda Tolikin beş-altı yaşı olar, Maya da ondan üç yaş kiçikdi.

      Güldəstə qardaşının qəlbinə dəyməkdən qorxurmuş kimi ehtiyatla danışdı:

      – Qurbanım olum, bir nisgil ürəyimi parçalayır, axı. Ayaqlarının altında ölüm, a Mirzə, bəs belə də dərd olarmı ki, sənin balalarının ayağı bu torpağa dəymədi. Balaların bizi tanımırlar, biz də onlara həsrətik.

      Mirzə yumruğunu ağzına dirəyib iki dəfə öskürdü və Güldəstə başa düşdü ki, qardaşı cavab tapmaqda çətinlik çəkir, başa düşdü ki, indi bu söhbətin, bu şikayətin məqamı deyildi.

      Güldəstə təzədən şəklə baxıb, kövrələ-kövrələ soruşdu:

      – Dərdin mənə gəlsin, qardaş, balaların sənə görüm-baxım eləyirlərmi?

      Qədir arvadına gözlərini ağartdı, amma Güldəstə ərinin hədəsini vecinə almadı. Qədir gözlərini təzədən zillədi Mirzənin ağzına.

      Mirzə gülümsəyə-gülümsəyə dedi:

      – Mənim pensiyam onların maaşından çoxdu. Bilmirəm nəyə xərcləyim, hara xərcləyim. Hərdən mən onlara görüm-baxım eləyirəm.

      Mirzənin gözləri süzülürdü, bənizi bir az da ağarmışdı. Qədir arvadına təpindi.

      – Dur, kişinin yerini sal, aaz!

      Yatağına uzananda Mirzə bu qərara gəldi ki, sabah Həsəni soraqlasın. Bəlkə Həsənin sümüyü də sürmə olub? Sağdırsa, qoy Mirzəni bağışlasın, ölübsə, qəbri nurla dolsun… Sonra Mirzə nazik adyalı sinəsinə çəkib qulaq verdi ki, qurbağalar indi quruldayar, bir azdan quruldayar. Ha gözlədi, qurbağa qurultusu eşitmədi. Bunlara nə oldu, bunlar hara yoxa çıxdı görəsən? Qurbağa od dəyirmanı deyil, gümbəzli hamam deyil. Salman kişinin evi deyil – sökələr, izi-tozu da qalmaya. Yəni bu həndəvərdə ikicə qurbağa yoxdu ki, ağız-ağıza verib quruldaya?

      Huşa gethagetdə Mirzə o biri otaqda nazik bir inilti eşitdi: Güldəstə inildəyirdi. Demək, Qədir dilini dinc sax laya bilməyib, Mirzənin vətəndə ölmək niyyətini danışıb Güldəstəyə. Eh, ay Qədir, ay Qədir… Dörd övlad atasısan, nəvən də var, saçın-saqqalın ağarıb, amma ağzında su ilinmir5.

      Xərcin çoxluğu Mirzəni qorxutmadı, Mirzə Şuşadan boz mərmər gətirdi, qəbirlərin ikisini də eyni biçimdə düzəltdirdi. Ustaya Mirzə özü kömək eləyirdi: qəbiristan lığın ortasındakı hovuzdan su gətirirdi, palçıq qarışdırırdı, amma qəribə idi ki, əvvəlki təki yorulmurdu, təngnəfəs olmurdu, hiss edirdi ki, bədəninə təpər gəlir. Bu gün dəmir şəbəkəni – qəbirlərin hasarını da gətirib qoyacaqdılar və buradakı iş tamam olacaqdı. İşin belə tez qurtarmağı Mirzənin ürəyincə deyildi, ona elə gəlirdi ki, görəcəyi işlər azaldıqca ölümü yaxınlaşır. Mirzə tez ölmək istəmirdi, düzünə qalsa, heç ölmək istəmirdi; bura gəldiyi iyirmi gündə əməlli-başlı dirçəlmişdi. Güldəstə də, Qədir də səhər-səhər yerlərindən duran kimi Mirzəyə baş


Скачать книгу

<p>5</p>

İlinmək– azca qızmaq, ilıq olmaq