Ögedey. Əkbər N. Nəcəf

Ögedey - Əkbər N. Nəcəf


Скачать книгу
görə hamı papağını çıxarıb çiyinlərinə qoydu. Qardaşı Cağatay onun sağ, Çingiz xanın kiçik qardaşı olan əmisi Temügə isə sol əlindən tutub taxta oturtdu. Daha sonra Tuluy hakimiyyət rəmzi olan içki qədəhini ona verdi. Elə bu vaxt hamı doqquz dəfə onun qarşısında əyilib diz çökdü.

      Beləliklə, Çingiz xanın vəfatından təqribən bir il sonra üçüncü oğlu Ögedey Böyük Monqol dövlətinin başına keçdi.

      Grousset iddia edir ki, Böyük Monqol dövləti üçün Ögedeyin varlığı bir o qədər də əhəmiyyətli deyildi. Onun fikrincə, imperiyanı «ağır təbiətli, bir az kobud xarakterli, sərxoş, şən və ürəyiyumşaq, son dərəcə comərd olan, böyük qüdrətini zövqlə içmək və əylənmək üçün xərcləyən» Ögedey yox, Çingizin qoyub getdiyi «yasaq»lar (qanun-qadağalar) idarə edirdi.

      Fransız tarixçisinin qənaəti ilə razılaşmaq çətindir. Çünki Çingiz imperiyanın təməllərini atsa da, onu formalaşdıra bilməmişdi. Bunu isə Ögedey bacardı. Üstəlik, imperiyanı formalaşdırmaqla kifayətlənməyərək onun sərhədlərini iki dəfə genişləndirdi. Ən əsası isə, bəlkə də, tarixdə ilk dəfə monqollar üçün bir şəhər inşa etdirdi. Söhbət paytaxt Qaraqorumdan gedir…

      II FƏSİL

      BİTMƏYƏN SAVAŞ

      Koreya və Çin səfərləri

      Ögedeyin xan elan edildiyi böyük qurultayda həmçinin dövlətin siyasi, idari və hərbi məsələləri ilə bağlı da ciddi müzakirələr aparıldı. Həmin məsələlər arasında üç problem xüsusilə mühüm əhəmiyyət kəsb edirdi.

      Bunlardan birincisi, Koreya və Çindəki vəziyyətin monqolların əleyhinə çevrilməsi idi.

      İkincisi, ələ keçirilən İslam ölkələrində durum yaxşı deyildi, məsələn, Cəlaləddin19 dağılan Xarəzmşahlar dövlətini bərpa etməyə çalışırdı.

      Üçüncüsü, Qərb ölkələrinin (Qıpçaq dövləti, Rus knyazlıqları və Avropa) fəthi hələ də tamamlanmamışdı.

      Ögedey ilk olaraq birinci problemin həllinə girişdi. Bu, təsadüfi deyildi. Belə ki, məğlubiyyətə uğradılaraq vergi ödəməyə məcbur edilən Koreya yenidən müstəqil hərəkət etməyə başlamışdı. Bu da azmış kimi, təyin olunan vergini ödəməkdən boyun qaçırırdı. Çində isə monqolların elə ilk həmləsi ilə dağılan Kin20 imperiyası yenidən dirçəlməyə çalışırdı. Üstəlik, Çingizin ölümü səbəbindən tanqutlarla21 müharibə də yarımçıq qalmışdı. Bütün bunlar Ögedeyin diqqətini ilk olaraq məhz Koreya və Çinə yönəltməsinə gətirib çıxarmışdı.

      1225-ci ildə ilk zərbədə məğlub olub monqol hakimiyyətini qəbul edən Koreya krallığı öncə Çingiz xanın tanqutlar üzərinə səfərini, ardınca isə onun ölümünü fürsət bildi və müstəqilliyini elan etdi. Ölkəboyu 16 yaşdan 60 yaşadək bütün kişilər orduya cəlb olundu, nəticədə 300 minlik yeni ordu yarandı. İşi belə görən Ögedey 1231-ci ildə Sartak Korçi adlı bir komandanı bölgəyə göndərdi. Sartak elə ilk toqquşmadaca Koreya ordusunu darmadağın elədi, ardınca isə paytaxt Sonq-do (indiki Kaesonq) şəhərini tutdu. Lap axırda da ölkəni 72 darğa arasında bölərək geri qayıtdı.

      Lakin bu səfərin üstündən bir il keçməmişdi ki, bütün Koreyanı üsyanlar bürüdü. Üsyançılar Sartakın təyin etdiyi darğaların hamısını qətlə yetirdilər. 1232-ci ildə Sartak yenidən Koreyaya səfər etmək məcburiyyətində qaldı. Koreya kralı Seulun qərbində yer alan Kanq-hua adasına qaçdı. Monqollar başsız qalan ölkədə qətliam törətdilər. Lakin bu qətliam koreyalıların gözünü qorxutmadı. Onlar müqaviməti davam etdirdilər, nəticədə Suvan adlanan yerdə baş verən döyüşlərin gedişində Sartak öldürüldü. Monqollar yenidən qaçmaq məcburiyyətində qaldılar.

      1236-cı ildə Ögedey növbəti dəfə Koreyaya böyük bir ordu göndərdi. Bu dəfə monqollar ölkəni tamamilə ələ keçirdilər. Lakin fərari Koreya kralı sığındığı adada öz hakimiyyətini davam etdirdi…

***

      Monqolların 1223-cü ildə Mukalinin22 ölümü ilə nəticələnən Çinə yürüşü ciddi uğursuzluğa düçar olmuşdu. Həmin uğursuzluqdan məharətlə istifadə edən Kin xalqı isə öz növbəsində bir çox əraziləri geri qaytara bilmişdi. Çingiz xan həm Mukalinin intiqamını almaq, həm də Kin dövləti ilə haqq-hesabı biryolluq çürütmək üçün növbəti səfəri təşkil etmək niyyətində idi. Lakin onun vəfatı buna imkan vermədi. Çingiz xan həmin niyyətini ölüm döşəyində yatarkən oğullarına vəsiyyət elədi. Hətta onlara Kin ilə Sonq dövlətləri arasında 100 ildən çoxdur sürən düşmənçilikdən faydalanmağı da məsləhət gördü.

      O zamanlar Çində iki güclü dövlət var idi: Kidan və Kin. Bu iki dövlətdən birinin – Kidanın yaradıcıları, əslində, cürçenlər idi. Cürçenlər türk-monqol əsilli ju-juanların davamçısı və Mancuriya (Çində tarixi ərazi) xalqlarından biri hesab edilir. Onlar Asiya tarixinin ən qüdrətli imperiyalarından sayılan Tanq xanədanının zəifləməsindən sonra (IX yüzilliyin əvvəlləri) bölgəni istila etmiş və qədim türk yurdu olan Hunanda məskunlaşmışdılar. Böyük hissəsi çinliləşsə də, cürçenlər hələ də güclü döyüş ruhuna sahib xalq kimi qiymətləndirilirdi.

      Beləliklə, 1230-cu ildə Ögedey Kin səfərinə çıxmaq əmri verdi. Ordunu şəxsən onun özü idarə edirdi. Cəsur və döyüşkən qardaşı Tuluy da Ögedeyin əmrində idi. Lakin monqollar səfərin birinci ilində ağır məğlubiyyətlə üzləşdilər. Kin dövlətinin ordu başçısı general Van-yen Yi monqolları öncə Qansunun şərqində, daha sonra isə Vei vadisində üst-üstə iki dəfə məğlubiyyətə uğratdı. İşi belə görən Ögedey böyük sərkərdə Subutayı (Subuqatey) ordu başçısı təyin etdi. 1231-ci ilin yazında yürüşə çıxan Subutay Genq-şianqı ələ keçirdi və kidanlar üzərində qələbə qazandı. Lakin onun yürüşü növbəti döyüşdə Ven-yen Yi tərəfindən dayandırıldı.

      Kin üzərində zəfərin asan olmayacağını anlayan Ögedey siyasətə əl atdı – o, Sonq dövlətinə müttəfiqlik təklif etdi. Bu məqsədlə Sonq sarayına göndərilən birinci elçi yolda öldürüldü. İkinci elçi isə böyük çətinliklə də olsa, Sonqa çatdı və monqolların arzuladığı şərtlər daxilində razılaşma əldə edildi. Bundan sonra yenidən ordunun başına keçən Ögedey iki istiqamətdən Kinə daxil oldu. Böyük xaqan öncə Şansiyə hərəkət edib Po-çu şəhərini tutdu, ardınca isə şərq istiqamətində irəliləyib Huanq-honun şimal torpaqlarına girdi. Bu zaman onun qardaşı Tuluy öncədən hazırlanmış plana əsasən 30 minlik süvari qoşunu ilə Sonq torpaqlarından keçərək Kini arxadan mühasirəyə aldı. O, yürüşboyu bir neçə dəfə istiqamət dəyişdirmiş, özünün bu gözlənilməz manevrləri ilə rəqibin diqqətini yayındırmağı bacarmışdı. Düzdür, monqollar hava şəraitinin pis keçməsi səbəbindən xeyli itki vermişdilər, lakin sonda Tuluy öz istəyinə çatmışdı.

      Həmin vaxt Ögedey də bir çox əhəmiyyətli yerləri ələ keçirmiş, axırda isə Yeşien yaxınlığında qardaşının ordusu ilə birləşmişdi. Bundan qısa müddət sonra iki qardaş general Ven-yen Yinin əmrindəki cürçen orduları ilə üz-üzə gəldilər. Ven-yenin 15 minlik ordusu Böyük Monqol dövlətinin


Скачать книгу

<p>19</p>

Cəlaləddin (1199–1231) – Orta Asiyada 1077–1231-ci illərdə mövcud olmuş Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı (red.)

<p>20</p>

Kin – Liao (Qarakitay) dövlətinə məxsus torpaqlarda 1125–1234-cü illər arasında mövcud olmuş dövlət. Çinin şimal-qərb ərazisini əhatə edirdi. Əhalisi türklərdən, monqollardan, manculardan, çinlilərdən, tibet və cürçenlərdən ibarət idi. Kin dövləti Çinin cənub-şərqində yerləşən Sonq dövləti (960–1279) ilə daim müharibələr aparmışdır.

<p>21</p>

Tanqutlar – qədim xalq. Bu xalq özünü «mi», «minya» adlandırıb. X əsrdə tanqutlar Çinin indiki Qansu və Şansi əyalətlərinin ərazisində Si Sya adlı dövlət yaradıblar və mütəmadi olaraq çinlilərə qarşı uğurla mübarizə aparıblar. Orijinal yazıya malik olan tanqutlar özünəməxsus sivilizasiya yarada biliblər. Lakin 1227-ci ildə monqollar tərəfindən darmadağın edildikdən sonra onların bir hissəsi tibetlilərin tərkibinə daxil olub, digər hissəsi isə monqollar və çinlilərin assimilyasiyasına məruz qalıb (red.).

<p>22</p>

Mukali (1182–1223) – monqolların ən məşhur sərkərdələrindən biri, Çingiz xanın yaxın silahdaşı (red.)