Şah Abbas. Cahid Aydoğmuşoğlu
keçirərək gürcü knyazları ilə təmasa keçdilər. Bəzi gürcü tavatları13 itaət göstərməyə razılaşsalar da, bəziləri xərac verməkdən boyun qaçırdılar. Həm bu səbəbdən, həm də gürcü feodalları arasındakı çəkişmələrdən istifadə edən Səfəvi ordusu Gürcüstana yürüş təşkil etmiş, bu yürüşlər talanla, yağma ilə müşahidə olunmuşdu. Səfəvilər Gürcüstandan çox sayda əsir və böyük miqdarda qənimətlə qayıtmışdılar. Qeyd etmək lazımdır ki, 1569-cu ilə qədər Səfəvilər Şirvanla sərhəddəki gürcü knyazlıqlarına qısa fasilələrlə ümumilikdə yeddi yürüş həyata keçiriblər. Həmin vaxt indiki Gürcüstan torpaqları uğrunda Osmanlı ilə Səfəvi dövləti arasında ciddi mübarizə gedirdi. Gürcülər bu mübarizədən öz xeyirlərinə yararlanmaq üçün gah osmanlılara, gah da səfəvilərə sığınırdılar. Yeri gəlmişkən, tərəflər problemi yoluna qoymaq üçün Amasya müqaviləsinə ayrıca maddə əlavə etdilər, beləliklə, Gürcüstan Osmanlı və Səfəvi dövləti arasında bölüşdürüldü. Lakin bu, müvəqqəti həll yolu idi. Belə ki, gələcəkdə Rusiyanın da bölgədəki nüfuz savaşına qoşulması ilə vəziyyət daha da mürəkkəbləşəcəkdi…
Şah I Təhmasibin zamanında Səfəvi dövlətinin qərb sərhədləri boyunca Osmanlılarla müharibə apardığını fürsət bilən özbəklər hərəkətə keçdilər. Onlar Herat, Qəndəhar, Məşhəd və Nişapur şəhərlərini tutdular. Osmanlı ilə sülh müqaviləsi bağlayandan sonra I Təhmasib bütün hərbi gücünü şərqə yönəltdi və 1566-cı ilə qədər həmin şəhərləri geri qaytardı.
Amasya müqaviləsi nəticəsində iki ölkə (Osmanlı və Səfəvi) arasında yaranan dostluq havası bir müddət sonra pozulmağa başladı. Belə ki, Sultan I Süleymanın kiçik oğlu şahzadə Bəyazid atasına qarşı çıxdı və onun qəzəbindən qurtulmaq üçün Səfəvi sarayına sığındı. Bu, Osmanlı sultanının qəzəbinə səbəb oldu. Lakin 1562-ci ildə şahzadə Bəyazid Qəzvində boğularaq öldürüldü, bununla da münasibətlərin kəskinləşməsinə gətirib çıxaracaq məsələ yoluna qoyulmuş oldu. Qanunidən sonra taxta çıxan II Səlimə nüfuzlu elçilər vasitəsi ilə qiymətli hədiyyələr göndərən I Təhmasib onu təbrik elədi. Səfəvi elçiləri İstanbulda yüksək səviyyədə qarşılandı, bu isə tərəflər arasında dostluğun bərqərar edildiyinə işarə idi.
Lakin bu da diqqətdən qaçmamalıdır ki, Şah I Təhmasibin zamanında bəzi Avropa dövlətləri Səfəvi dövləti ilə Osmanlı arasındakı düşmənçiliyi yenidən alovlandır-maq, səfəviləri osmanlılara qarşı mübarizəyə təhrik eləmək üçün əllərindən gələni əsirgəmirdilər. Xüsusilə İnebahtı dəniz müharibəsindəki qələbədən ruhlanan Roma papası V Piy Səfəvi hökmdarına məktub yollaya-raq onu İraq və Suriyanı osmanlılardan almağa həvəsləndirmək istəmişdi14. Bunun ardınca Portuqaliya da iki nümayəndə heyəti göndərərək Səfəvilərlə diplomatik əlaqələr yaratmaq istədiyini bəyan etmişdi. Lakin I Təhmasib və ətrafının xristianlara qarşı mənfi münasibəti səbəbindən həm Roma papası, həm də portuqaliyalılar rədd cavabı almışdılar. Elə ingilislər də yenə eyni səbəblə Səfəvi hökmdarının rədd cavabı ilə üzləşmişdilər. Belə ki, onların iqtisadi əlaqələr yaratmaq barədə təklifini Şah I Təhmasib «münkirlərin dəstəyinə möhtac deyiləm» – deyərək rədd eləmişdi.
1571-ci ildə Deqli Alessandri adlı venesiyalı elçinin səyi də nəticəsiz qalmışdı: Səfəvi hökmdarı heç bir halda osmanlılarla imzalanan Amasiya müqaviləsini pozmaq fikrində olmadığını söyləmişdi. Bir sözlə, atası Şah İsmayıldan fərqli olaraq Şah I Təhmasib müharibələrə meyilli deyildi, sülhü və əmin-amanlığı daha üstün tuturdu. Onu da deyək ki, ortaboylu, sağlam cüssəli, qarabuğdayı, qalındodaqlı, qıvrımsaqqallı, gözəl sifətli biri olan bu Səfəvi hökmdarının mənfi cəhətləri də az deyildi. Xüsusilə xəsisliyi və var-dövlət hərisliyi ilə məşhur idi. Ölümündən sonra 80 milyon dukat15 dəyərində qızıl-gümüş və daş-qaşdan ibarət sərvəti ortaya çıxmışdı. Ölkəsində uyuşdurucu maddələri və spirtli içkiləri qadağan eləyən I Təhmasib qadınlarla əyləncəyə hədsiz meyilliliyi ilə də tanınırdı. O, 1576-ci il mayın 14-də vəliəhd məsələsinə görə qızılbaş bəyləri arasında yaranan qovğa səbəbindən zəhərləndirilərək öldürülmüşdü.
Şah I Təhmasibin ölümündən sonra ölkəni yenidən xaos bürüdü. Yeni hakimiyyətdə daha güclü mövqelərə malik olmaq istəyən türkmən, tacik və Qafqaz mənşəli qruplar arasında amansız mübarizə başladı. Bu mübarizəyə hərəm də qoşulunca vəziyyət daha da qəlizləşdi. Belə ki, mərhum hökmdarın çərkəz və gürcü mənşəli xanımları öz oğullarını iqtidara gətirmək üçün ciddi mücadiləyə girişdilər.
Səfəvi dövlətində yeni taxt müharibələri və Osmanlı ilə savaşlar
Vəliəhd təyin etmədən ölən I Təhmasibin həmin vaxt 45 yaşında olan böyük oğlu Məhəmməd Xudabəndə qarov16 idi. Ona görə də hakimiyyət uğrunda mübarizə mərhum şahın digər oğulları – Heydər Mirzə ilə İsmayıl Mirzə arasında gedirdi. Ustaclı bəyləri və gürcü knyazları Heydər Mirzənin, rumlu, təkəli və avşar ağaları, eləcə də çərkəzlər İsmayıl Mirzənin taxta çıxmasını istəyirdi.
Bu mübarizənin ilk mərhələsini Heydər Mirzə qazandı; o, atasının ölümündən sonra yeni hökmdar elan edilsə də, hakimiyyətinin elə ilk günlərində müxalifləri tərəfindən öldürüldü. Bundan sonra isə hələ I Təhmasibin zamanında Qəhqəhə qalasına17 atılmış İsmayıl Mirzə zindandan çıxarıldı və Şah II İsmayıl adı ilə taxtda oturduldu.
Şah II İsmayılın ilk işi bəzi qızılbaş başçılarını və şahzadələrin çoxunu aradan götürmək oldu. O, bununla da kifayətlənməyib sədaqətinə şübhə elədiyi bir sıra qızılbaş əmirlərini tutduqları vəzifələrdən azad elədi, bu əmirlərin yerinə hədsiz dərəcədə güvəndiyi, lakin təcrübəsiz adamları gətirdi. Həmçinin şafiiliyə18 meyilli olduğu üçün şiə məzhəbli üləmaları saraydan uzaqlaşdıraraq sünni alimləri ətrafına yığmağa başladı.
Ümumiyyətlə, Şah II İsmayıl bir il yarımlıq hakimiyyəti dövründə müxtəlif istiqamətlərdə radikal islahatlar aparmağa girişmişdir. Öncə rəqiblərini bir-birinin ardınca aradan götürmüş, sonra Heydər Mirzənin tərəfdarlarını saraydan və paytaxtdan uzaqlaşdırmış, qızılbaşları hakimiyyətdən təmizləyərək onları sünni bürokrat və alimlərlə əvəzləmişdir. Lakin Şah II İsmayılın ən cəsarətli addımı Səfəvi torpaqlarını təhdid altında saxlayan sünni məzhəbli osmanlıları və özbəkləri sakitləşdirmək məqsədi ilə dini yönümlü qərarlarıdır. Belə ki, o, indiki İranda sünniliklə şiəliyi ortaq məxrəcə gətirmək üçün səylə çalışmışdır. Əvəzində isə hətta ən yaxınlarının belə nifrətini qazanan II İsmayıl 1577-ci il noyabrın 24-də müəmmalı şəkildə öldü. Onun zəhərləndirildiyini söyləyənlər də, yüksək dozada uyuşdurucu maddə qəbul etdiyi üçün öldüyünü iddia eləyənlər də var.
II İsmayılın ölümündən sonra hakimiyyətə kimin gələcəyi
13
14
1571-ci il oktyabrın 7-də Osmanlı imperiyası ilə xaçlı donanması arasında dəniz döyüşü baş vermişdir. Osmanlı padşahı Sultan II Səlimin hakimiyyəti dövrünə təsadüf edən həmin döyüşdə türklər məğlubiyyətə uğradılar, onların donanmasına ağır zərbə dəydi. Yeri gəlmişkən, məşhur ispan yazıçısı Servantes də həmin döyüşdə iştirak eləmiş, əlindən və sinəsindən yaralanmışdır (red.).
15
16
17
18