Sufi hekayətləri. Народное творчество
etməyimi istərdiniz?
Onlar bir ağızdan cavab verirlər:
– Bizə söylədiklərinizdən bəzilərini onlara da söyləyin.
Simab deyir:
– Niyyətiniz yaxşıdır, amma istəyinizə əməl edə bilməyəcəyəm. Bildiklərimi sizə ötürmək əvəzinə onlara ötürməliyəm? Yoxsa onlara lütfkarlıq nümayiş etdirib çevrəmdən uzaqlaşacaq və yeni şagirdlərə diqqət ayırmağıma imkan yaradacaqsınız? Bəlkə, sadəcə, onları susdurmaq istəyirsiniz ki, haqqınızda ləyaqətsiz birisinin şagirdi kimi ifadələr işlətməsinlər?
DƏYİRMAN ÇARXI
Deyilənə görə, bir nəfər Ömər Xəyyamın yanına gəlib deyir:
– Mənim ən ülvi arzum sizin şagirdiniz olmaqdır. İstəyirəm ki, nəzəriyyəniz əvvəlki müəllimlərdən öyrəndiklərimi möhkəmləndirsin. Axı məni bura gətirən də elə onlardır.
Ömər Xəyyam bu adamı su dəyirmanının yanına gətirir. O, əlinə bir ağac parçası götürüb çarxa paz vurur və dəyirman dayanır. Xəyyam deyir:
– Bu ağac parçası sizin əvvəlki müəllimlərinizin rəmzidir. Onu çarxa paz kimi vurub, məsələn, təmir məqsədilə dəyirmanın işini müvəqqəti dayandırmaq olar. Pazın vurulduğu an eşidilən taqqıltı çarxda çox böyük hislər oyada bilər. Beləcə, yanından su axan çarx, özü də hərəkət etməli olduğu halda, hərəkətsizliyin dadını çıxarmaq fürsəti qazanar. İndi o, zərbədən doğan səsin kəsildiyini dərk edib yenidən oxşar hislər yaşamaq istəyə bilər. Amma çarxın ehtiyac duyduğunun daha bir ağac parçası olması ilə razılaşa bilərikmi?
Əzizim, təkcə müşahidəçi mənzərəni bütövlükdə görə bilər. Mənzərənin özü nə desən təsvir edə bilər. Təsəvvür hələ görüntü anlamına gəlmir.
QƏSR ƏL-ARİFİN HAVASI
Deyilənə görə, Buxara əmiri Bəhaəddin Nəqşbəndidən məsləhət almaq üçün onu yanına çağırtdırır. Əmirin məktubunda yazılırdı: “Səfir gəlir, yanımda olmağına, məsləhət verməyinə ehtiyacım var. Lütfən, dərhal gəl”.
Bəhaəddin cavab verir: “Gələ bilmərəm, çünki hazırda həyatım Qəsr əl-Arifin havasından asılıdır, xüsusi səhənglər olmadığından isə onu özümlə götürə bilmirəm”.
Əmir əvvəlcə qulaqlarına inanmır, sonra qəzəblənir. Müdrikə ehtiyacı olsa da, onu camaat qarşısında cəzalandırmağı qərara alır.
Bu arada səfirin gəlişi alınmır və nəticədə əmirin Bəhaəddinə ehtiyacı qalmır.
Aylar sonra əmir öz taxt-tacında oturarkən muzdlu qatilin hücumuna məruz qalır. Həmin an içəri daxil olan Bəhaəddin qatilin üzərinə atılır və onu tərk-silah edir.
– Ədəbsizliyinə baxmayaraq, həyatımı sənə borcluyam, – əmir deyir.
– Bilənlərin ədəbi gəlmək fikrindən vaz keçmiş səfiri boş-boşuna oturub gözləmək deyil, lazım olan anda lazım olan yerdə olmaqdır.
MÜDRİK XIZIRIN SEHRLİ SÖZÜ
Sarsaqlar ölkəsinin üç ən müdrik adamı xoş təsadüf nəticəsində öz müdrikliyini hər kəsə çatdırmaq üçün yer üzünü dolaşan Xızırla rastlaşır.
– Elə bir söz bilmək istərdinizmi ki, sayəsində istənilən arzunuza çatasınız? – onlardan soruşur.
– Əlbəttə ki, – müdriklər cavab verir.
– Həmin sözü eşitməyə hazırsınızmı? – Xızır bir də soruşur.
– Əlbəttə, – müdriklər söyləyir.
Xızır onlara bu sözü deyir.
Birinci müdrikin cavabı bu olur:
– Bu sözü hər kəs söyləyə bilər! Ondan nə fayda ola bilər ki?
Və sözü o andaca unudur.
İkinci müdrik deyir:
– Bu söz qulaqları heç oxşamır.
Və elə həmin an aşkarlayır ki, sözü xatırlaya bilmir.
Üçüncü deyir:
– Əgər bu sözü harasa yazmaq olarsa, deməli, o faydasızdır.O elə gözlənilməz səslənir, deməli, heç də sehrli deyil.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.