Qəbrinizə tüpürməyə gələcəyəm. Борис Виан
istədiyin qədər içə bilərdin. Dekster dostlarını nə ilə sevindirmək lazım olduğunu yaxşı bilirdi. Mən bir neçə dəfə hələ yaxından tanış olmadığım qızlarla rumba rəqsi etdim, bir qədər viski aşırdım – onsuz da başqa məşğuliyyət yox idi. Cudi ilə bluzdan sonra özümü normada hiss etdim: bizim bütün dəstədən ən az onunla cinsi əlaqədə olmuşdum. O sanki mənə diqqət yetirməməyə çalışırdı, elə mən də onunla başqalarından daha çox olmağa səy göstərmirdim. Ancaq bu gün Cudini sanki dəyişmişdilər. Hətta mən artıq onun budlarının arasından salamat çıxmayacağımı fikirləşməyə başlamışdım. Lənət şeytana, temperamentə bax! O məni çəkib Deksterin otağına salmaq istəyirdi, ancaq mən orada yaxalanacağımızdan qorxurdum, vəziyyətdən çıxmaq üçün onu içməyə dəvət etdim. Elə bu vaxt içəri yenicə daxil olan dəstəni görüb yerimdəcə qurudum, sanki alnımın ortasından kimsə yaxşı bir yumruq ilişdirdi.
Dəstə üç qadın – ikisi gənc, biri isə qırx yaşlarında – və bir kişidən ibarət idi, ancaq söhbət, şübhəsiz ki, sonuncudan getmir. Mən anladım – budur axtardığım! İki gözəlçə – və Körpə sevincindən məzarda çevriləcək. Cudinin əlini sıxdım, o isə elə fikirləşdi ki, mən onu çox arzuladığım üçün belə etdim, odur ki mənə bərk-bərk sıxıldı. Halbuki mən indi yalnız yeni gələn bu iki gözəlçə ilə yatmaqdan başqa bir şey barədə fikirləşmirdim! Cudini yüngülcə itələyib özümdən kənarlaşdırdım, əlimi aşağı hərəkət etdirərək onun arxasını yüngülcə sığalladım.
– Bu kuklalar kimdir, Cudi?
– Səni onlar maraqlandırır, qoca kataloq alverçisi?
– Hələ soruşursan da? Dekster bu cür gözəlçələri haradan tapıb?
– Onlar mədəni cəmiyyətdəndir. Şəhərətrafının qızları deyil. Onlar səninlə çimməyə belə getməzlər.
– Çox heyif! Hər halda, bu ikisi ilə birlikdə olmaq üçün üçüncüsü ilə də yatmağa hazıram.
– Nahaq həyəcanlanırsan, qoca. Onlar bizim tərəflərdən deyillər.
– Bəs haradandırlar?
– Priksvilldən. Buradan yüz mil aralıdan. Deksterin atasının köhnə dostlarıdır.
– Hər ikisi?
– Özünü axmaq yerinə qoyma, əziz Co Luis. Onlar bacıdırlar, digərləri isə onların atası və anasıdır. Lu Eskvit və Cin Eskvit. O sarışın – Cindir, böyük bacı. Lu ondan beş yaş balacadır.
– Deməli, onun on altı yaşı var? – mən təəccüblə soruşdum.
– On beş. Li Anderson, olmaya artıq bizim banda ilə vidalaşmağa və ata Eskvitin qızlarının dalınca düşməyə hazırlaşırsınız?
– Sən dəlisən, Cudi. Yəni bu qızlar sənin ağlını bu cür alır?
– Mən kişilərə üstünlük verirəm. Yaxşısı budur, rəqs edək, Li.
– Məni tanış edərsən?
– Bu artıq Deksterin işidir.
– Oldu, – mən dedim.
Musiqi bitənə kimi Cudi ilə rəqs etdim, sonra Deksteri axtarmağa getdim. O, dəhlizdə bir gözəlçə ilə dilxoşluq edirdi. Onu səslədim:
– Dekster!
– Hə.
O çevrildi. Sanki mənə bir qədər rişxəndlə baxırdı, ancaq mənim vecimə deyildi.
– Qulaq as, burada qızlar var… Eskvitlərin qızları… Məni onlarla tanış et.
– Əlbəttə, dostum. Gedək.
Yaxından səhnə mənim gözlədiyimdən də gözəl görünürdü. Onlar, sadəcə, heyrətamiz idilər! Nəsə cəfəng şeylər mızıldanıb qarayanızı – onun adı Lu idi – rəqsə çağırdım. Lənətə gələsən! Mən səmaya və smokinqi bədənimə uyğunlaşdıran şəxsə dualar etdim! Rəqs zamanı ona qaydaların əksinə olaraq daha çox yaxınlaşırdım, ancaq bizim bandamızda öyrəşdiyimiz sayaq onu özümə lap yaxınlaşdırmağa cürətim çatmırdı. O hansısa anlaşılmaz və əlbəttə ki, çox bahalı ətirlə ətirlənmişdi – ehtimal ki, fransız ətri idi. Qızın tünd saçları bir tərəfə daranmışdı, vəhşi pişiyin gözlərini xatırladan sarı gözləri solğun sifətində parlayırdı, bədəni isə… Deməyə söz tapmıram! Paltar sanki öz-özünə əynində dayanırdı – nə bir çiyin bağı, nə boyun qayışı görünürdü. Bu cür bərk və iti döşlər isə, sizə deyim, bir yox, bir düjün paltarı da saxlaya bilər. Mən onu özümdən sağ tərəfə çəkdim ki, smokinqin kəsiyində ipək köynəyimin üzərindən sinəmdə onun döş gilələrini hiss edim. Digərlərində paltarın parçasından tumanın rezini qabarıb bilinir, ancaq bu qızda hər şey başqa cür idi, qoltuqaltından topuğa qədər paltar hamar qalırdı. Heyranlıqdan nəfəsim tutuldu, buna baxmayaraq bir qədər özümə gələn kimi söhbətə başlamağa cəhd etdim.
– Niyə sizi heç vaxt burada görmürəm?
– Bu da mən. Məgər mən görünmürəm?
O mənə baxmaq üçün başını bir qədər arxaya çəkdi. Mən ondan bir baş hündür idim.
– Mən şəhəri nəzərdə tuturam…
– Siz Priksvillə gəlsəniz, məni görə bilərsiniz.
– Demək, mən Priksvilldə ciddi nəyəsə ümid edə bilərəm?
Bu hücum qərarını dərhal verməmişdim. Çox tələsmək də istəmirdim, di gəl, bu cür qızların necə reaksiya verəcəklərini heç vaxt bilmək olmur. Odur ki riskə getməli olursan. O, qətiyyən utancaqlıq etmədən yüngülcə gülümsədi, ancaq gözləri soyuqluğunu saxladı.
– Bu işdə yalnız sizin istəyiniz kifayət deyil.
– Fikirləşirəm, orada sizin pərəstişkarlarınız çoxdur…
Mən ədəbsizcəsinə onu sıxışdırırdım. Gözlərin buz kimi soyuqdursa, zəhmət çəkib bu cür geyinməmək lazımdır.
– Priksvilldə maraqlı adamlar elə də çox deyil, – o dedi.
– Əla. Onda mənim ümidim var.
– Sizin nə dərəcədə maraqlı olduğunuzu bilmirəm.
Ağzımdan vurdu. Özümü yaman ilişdirmişdim! Ancaq məni dayandırmaq elə də asan deyil.
– Bəs sizi hansı adamlar maraqlandırır?
– Siz pis təəssürat yaratmırsız, ancaq mən yanıla bilərəm. Mən sizi qətiyyən tanımıram.
– Mən Deksterin, Dik Peycin və digərlərinin dostuyam.
– Hə, Diki tanıyıram, Dekster isə… O, çox qəribədir…
– Həqiqətən, qəribə olmaq üçün onun pulu çoxdur.
– Elə isə fikirləşirəm ki, mənim ailəm də ürəyinizdən olmayacaq. Bizim də pulumuz çoxdur.
– Hiss olunur… – mən yanağımla onun saçlarına toxunaraq dedim.
O yenidən gülümsündü:
– Mənim ətirlərim xoşunuza gəlir?
– Onlardan bihuş oluram.
– Qəribədir,