Pianoçu. Владислав Шпильман

Pianoçu - Владислав Шпильман


Скачать книгу
fərq bunun daha müntəzəm və qanuniləşdirilmiş şəkildə baş verməsi idi. Müvafiq səlahiyyətləri olmayan almanlar gettoya girə və bizi soya bilməzdilər. Bu cür səlahiyyət Üçüncü reyxin qarəti leqallaşdıran qanununa uyğun olaraq özü də təkcə komendantın sərəncamı ilə alman polisinə verilmişdi.

      1941-ci ildə Almaniya Rusiyaya hücum etdi. Gettoda hər kəs nəfəsini içinə çəkərək almanların növbəti hücumunun nə ilə başa çatacağını gözləyirdi. Onlar əvvəl-əvvəl nasistlərə, nəhayət, layiqli müqavimət göstəriləcəyinə bihudə ümid bəsləsələr də, sonradan öz aqibətlərinə və bütünlükdə bəşəriyyətin gələcəyinə görə şübhə dolu qorxu hissi keçirməyə başladılar. Bu qorxu və şübhələr Hitlerin qoşunları Rusiyanın dərinliklərinə doğru irəlilədikcə daha da artırdı. Hərçənd almanlar ölüm təhdidi altında yəhudilərin bütün xəz məmulatlarını müsadirə edəndə həmin duyğu nikbinliklə əvəzlənirdi. Belə ki, bu hərəkətlər adamı istər-istəməz düşünməyə sövq edirdi: madam ki qələbə tülkü və qunduz xəzindən hazırlanmış jaketlərdən asılıdır, bəlkə, onların işləri heç gözümüzə soxduqları kimi yaxşı getmir.

      Gettonun sərhədləri daralırdı. Onun ərazisini bir ucdan kiçildirdilər, elə almanların hər ölkəni işğal etdikdən sonra Avropanın azad hissəsinin ətrafında sərhədi sıxlaşdırdığı kimi… Sanki Varşava gettosu almanlar üçün heç də Fransadan az problemli deyildi, Zlotaya və ya Jelyaznaya küçələrinin ondan ayrılması isə almanların yaşayış məkanının genişləndirilməsi üçün elə Elzasla Lotaringiyanı Fransadan ayırmaq qədər mühüm idi. Amma yenə də daim eyni fikrin altında əzilməli olurduq (və heç nə bizi onun qədər incitmirdi): Hamımız dustağıq! Zənnimcə, azadlığımızı daha aydın hiss edilə biləcək şəkildə məhdudlaşdırsaydılar, başımıza gələnlərə nisbətən daha rahat qatlanardıq; məsələn, bizi dustaqxana kamerasına salsaydılar… Bu cür təcridolunma gün kimi aydındır və bizim ətraf dünya ilə münasibətimizi aşkar müəyyənləşdirərdi. Axı, heç olmasa, orda bizi nə gözləyəcəyini bilirdik: dustaqxana yalnız arzulaya biləcəyin normal həyatın hətta görüntüsündən belə məhrum olan fərqli reallıqdır. Orda hər şey dustaqxana mövcudluğu ilə yüklənib – gettoda isə hər yer və hər şey illüziya örtüyünə bürünüb – harda olursan ol, hər dəqiqə, hər addımda sənə itirdiyin azadlığı xatırladır. Getto həyatı normaldan az fərqləndikcə ona qatlanmaq daha da çətinləşirdi. Küçəyə çıxarkən adi şəhərdə olduğunu düşünə bilərdin. Qollardakı sarğılardan artıq heç kəs utanmırdı – hamının qolunda bu cür sarğı vardı. Gettoda bir müddət yaşadıqdan sonra isə ona necə öyrəşdiyimin fərqinə vardım. Müharibə illərindən öncəki dostlarım yuxularıma girəndə onların qolunda sarğı görürdüm. Bu sarğılar sanki kostyumlarının ayrılmaz hissəsi idi, lap elə qalstuk, ya da burun yaylığı kimi. Hərçənd gettonun küçələri heç yerə aparmırdı. Onların sonunda daim divar olurdu. Mən tez-tez baş alıb gedir və sonda burnum həmişə divara dəyirdi. Özü də bu divar qarşıma qəfil çıxırdı. Arzuladığım halda yolumu davam etdirməyin mümkün olmamasının heç bir məntiqi izahı yox idi. Divarın o tayındakı küçə mənim üçün böyük əhəmiyyət kəsb etməyə başlayırdı, sanki həyatımın ən qiymətli parçasıymış kimi onsuz keçinə bilmirdim. Orda baş verənlərin iştirakçısı olmaq üçün yer üzündəki hər şeydən keçməyə hazır idim… Beləcə, suyu süzülə-süzülə, dilxor halda geri qayıdırdım və bu hər gün təkrarlanırdı. Gettoda restorana və ya kafeyə getmək olardı. Biz orda dostlarımızla görüşür və onlarla elə dünyanın istənilən başqa kafesində olduğu kimi, xoş bir axşam keçirdiyimizi düşünürdük. Amma məclisdə oturanlardan biri gec-tez ağzından qaçırırdı ki, istirahət günlərində elə bu dəstə ilə Otvoska baş çəkmək pis olmazdı. Axı indi yay mövsümüdür, günəş hələ uzun müddət kürəyimizi isidəcək və bu olduqca sadə niyyətin qarşısında heç nə dura bilməz. İstəsək, elə indicə gedə bilərik. Bircə qəhvənin pulunu ödəyib küçəyə çıxmaq, dostlarla deyə-gülə vağzala getmək, bilet alıb şəhərkənarı qatara minmək qalır. Biz gettonun qapalı divarları arasında dəyişik saldığımız xəyali dünyada idik…

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Konfederatka – Polşa milli hərbi papağı

      2

      Buq – Ukrayna, Belarus və Polşa ərazisində yerləşən çay

      3

      Dişlə – arabaya qoşulmuş qoşa atın arasında olub qabaq təkərlərin oxuna bənd edilən uzun ağac (red.)

      4

      Üzlük – faytonun üzərinə çəkilmiş örtük (red.)

      5

      İnstrumentovka – bir musiqi əsərini orkestrdə çalmaq üçün uyğunlaşdırma

      6

      Fermata – çalarkən, ya oxuyarkən səsi bir qədər uzatmaq və ya ara vermək lazım gəldiyini göstərən işarə

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAQDAwQDAwQEBAQFBQQFBwsHBwYGBw4KCggLEA4RERAOEA8SFBoWEhMYEw8QFh8XGBsbHR0dERYgIh8cIhocHRz/2wBDAQUFBQcGBw0HBw0cEhASHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBz/wgARCAkVBdwDASIAAhEBAxEB/8QAHAAAAQUBAQEAAAAAAAAAAAAAAgABAwQFBgcI/8QAGQEBAQEBAQEAAAAAAAAAAAAAAAECAwQF/9oADAMBAAIQAxAAAAH1wCXyvQwSwZsqQBEJBMh0jYyyjGcc0mOPUOMn1IVLXxqeNFY0UqDTGOxwWMyWdNXsrJjYtBB3DOJxwN0SBlkFmgmjGJo4Z6JgYZEETMapgIaZpFYLmwSYVY3OITFBKCWCSGySCREREMpGCo40wlLGMb14kBBmknPNgMZNRGn1HhlAjYVjRHWUTIHBF5ZY5BanA2h0mATqHBSWJE+4nZ6jGV8UDUJMCIB1EsskBomGWw1CqdM8DIKCdhskgIZU7LNkikDSOcWylZh3CB2hOzwQMwISnLGbylck9MjahRxjJ48UnjOnilYgNnwGOxHKccYLOLPBwSPbSGy/OiZQaksRx0JOEolFIJmhy62QS+j5k4FmyQSrUZjizZRGUYSr6SjIOToCEJsCJxqaCVBZGEmjHdlCZkssYkJOhojCHZ3hiYSYI0G8bZpEBUzEkUgsEIqnRPpEbiDMJUKIJJY4pVZOojad4jkS1GAmoVYiljRoExjR0MuaLxSkoEOgtJHkDu2aRC+ozEoGM2ljCaKaSUkkQ2WK0kkamKaEUZQ8JxhkmCQlonSAeM82QSfeVFKMMZPoEUoZpgZVETwJKURDsah2dtRBKoiI1UbmA6CWgGVI4utIY5xxYjI4iTvRiYUFmNQSZUNa0s2s5x40SinREBbkDvJm1ZHKVV5YpYmtBzoJNqObQSytAcssIkJC47iNFBIsojdowOy+YPoH6/EbPlOzL6by0fkdn0lytjyDN9wLigTf6XwP2Fc3pfnT2ezRbz+rL7JyFrws+lsFeZx6xe803yx1nzn7WDpeI+gV2GTzHHnvfI6PhR9HZWXykd7r+Pd+Vep+bPeaU/lmtm+mczB5TX0dy1ryCT24ePjjd6fwf1zTL6r519irXr8RnR7LyGh4VX0tgv5nHql/zDpCXufmX6MOS6v5s91qaTzSzXqvK2PFI+lOaPyjL20vPrZrdP8AP3sdU+j+fvU66KpxuGe0cjpeEn0hj0+HzfS9Hyrrobqvm/3PUDQ8f6le/wALN82T6C5W54xL71V5vJjr9fxn06MnrfnT2u2aXzwz1bmJvGLPozmj8yzfW5OE0s272Pz37wct1Hzt7fuHZ8s2K7/HpeaZ
Скачать книгу