Meymun qəbiləsindən Tarzan 1. Эдгар Райс Берроуз

Meymun qəbiləsindən Tarzan 1 - Эдгар Райс Берроуз


Скачать книгу
yolu dəniz sahilindəki daxmanın yanından düşürdü, amma alovsaçan qara dəyənəyi unutmadıqları üçün onlar evdən aralı keçirdilər. Tarzan isə Kaladan və dostlarından gizlin tez-tez bura gəlirdi. Daxmanın başına dolanır, dama çıxır, əlini pəncərə qəfəsinin taxta milləri arasından soxub pərdəni aralamağa çalışır, içəri girmək üçün yer axtarırdı. Bu ağzıbağlı böyük qutu Tarzan üçün sonsuz maraq mənbəyi idi. Uşaq onun içində nə gizlədildiyini bilmək istəyir, xəyalında ən fastastik səhnələr cızırdı. Əlbəttə, Tarzan məhz bu yerdə anadan olduğundan xəbərsizdi. Kala demişdi ki, onun atası qəribə ağ meymun olub, amma başqa qadından, hansı şəraitdə doğulduğunu uşaq bilmirdi.

      Bir gün Tarzan qapının dördkünc çərçivəsinə diqqət yetirdi və başa düşdü ki, o, divardan ayrıdır. Xeyli qapının dəstəyini, qıfıl yerini əlləşdirdi, axır ki, onu açmağın yolunu tapdı.

      Tarzan sehrlənmiş kimi uzun müddət yerindən tərpənmədi, nəhayət, gözləri otağın qaranlığına alışdı və o, qorxa-qorxa içəri girib heyrətlə ətrafına baxdı.

      Yerdə, çarpayının üstündə və beşiyin içində üç skelet var idi. Tarzan onlara əhəmiyyət vermədi. Cəngəllikdə belə sür-sümüklərdən çox görmüşdü. Əvvəl daxmadakı qəribə əşyaları, kitabları, silahları, paltarları gözdən keçirdi. Bəzi şeylər zamanın təsirindən və nəmişlikdən çürümüşdü, əl vuran kimi ovxalanıb tökülürdü. Sonra Tarzan dolabın siyirmələrini açdı, içini eşələdi. Buradakı əşyalar daha yaxşı vəziyyətdə qalmışdı. Əlinə bir ov bıçağı keçdi. Parıltısından xoşu gəldi. Bıçağın iti ucu ilə barmağını yaraladı, bir az onunla oynayandan sonra kənara qoydu və axtarışı davam etdirdi. Rəfdən şəkilli bir kitab götürdü. Bu, tanımadığı atasının İngiltərədən gələcək övladı üçün gətirdiyi əlifba idi.

      Tarzan kitabdakı işarələrə, rəsmlərə baxır, heç nə başa düşmürdü. Gəmilər, qatarlar, atlar, inəklər ona maraqlı gəlmirdi – bunların nə olduğunu bilmirdi. Səhifələrin çoxunda özü kimi ağ meymunların şəkilləri vardı. “M” hərfi yazılan səhifədə isə dostlarının rəsmini görüb sevindi. Əlini atıb onlara toxunmaq istədi, amma gerçək olmadıqlarını başa düşdü. Başqa bir səhifədə Tarzan köhnə düşməni Saboru tapdı.

      Necə də maraqlı idi! Onyaşlı Tarzan ömründə belə şey görməmişdi. Başı kitaba elə qarışmışdı ki, havanın necə qaraldığına fikir verməmişdi.

      Daha qaranlıqda şəkilləri aydın görmək olmurdu. Tarzan kitabı yerinə qoydu. Bıçağı dostlarına göstərmək üçün özü ilə götürüb otağın qapısını örtdü. İstəmirdi ki, kimsə daxmanın sirrini bilib bu xəzinəni talan etsin. Meşəyə tərəf qaçdı.

      Tarzan cəngəlliyə girən kimi kolluqda tərpəniş hiss etdi. Oradan nəhəng bir heyvan çıxıb ağ meymunun yolunu kəsdi. Bu, qorilla Bolqani idi. Səhərdən meşədə özünə yemək axtaran, amma gün ərzində əlinə bir şey keçməyən ac Bolqani qəzəblə Tarzana baxırdı. Qaçmağa imkan yox idi. Tarzan başa düşdü ki, həyatını xilas etmək üçün vuruşmalı olacaq. Odur ki Bolqani nərildəyə-nərildəyə onun üstünə cumub qollarının arasına salanda Tarzan da özünü müdafiə etmək üçün xırda yumruqları ilə qorillanın sinəsini döyəcləməyə başladı. Əlindəki bıçağın ucu Bolqaninin tüklü sinəsini deşdi. Qorillanın tükürpədici fəryadı cəngəlliyi başına götürdü.

      Əgər Bolqaninin qarşısına Tarzan deyil, insanabənzər meymunlar qəbiləsinin onyaşlı başqa üzvü çıxsaydı, onlar bir-birinə layiqli rəqib olardılar. İngilis lordunun balaca oğlu isə öz yaşına görə nə qədər güclü olsa da, Bolqaninin yanında sısqa görünürdü. Ona görə də Tarzanın cəsarəti qorillanı lap özündən çıxardı. Bolqani iri yumruqları ilə uşağın başına ağır zərbələr endirir, caynaqları ilə onun bədənindən parça-parça ət qoparırdı. Bıçağın sirrini öyrənmiş Tarzan isə dalbadal qorillanın qollarından, qarnından vururdu. Bir neçə dəfə bıçaq dəstəyinə qədər Bolqaninin sinəsinə girdi. Amma Tarzan get-gedə yorulur, haldan düşürdü. Nəhayət, ağ meymun huşunu itirib otların üstünə diyirləndi…

      Bolqaninin fəryadı meşəni bir-birinə vurmuşdu. Kerçak dərhal qəbiləni başına yığdı. Bu, hücum deyil, müdafiə tədbiri idi. Qorilla tək olmaya bilərdi.

      Balasını dəstədə tapmayan və heç kimin onun köməyinə getməyə hazırlaşmadığını görən Kala özü təkcə səs gələn tərəfə qaçdı. O, budaqdan-budağa atıla-atıla ağacların arası ilə uçurdu. Kala cəngəlliyi çox yaxşı tanıyırdı, zəngin təcrübə və ana ürəyi isə ona səsin gəldiyi yeri dəqiq nişan verirdi. Çox keçməmiş Kala döyüş yerinə çatdı və ay işığında otluqda uzanmış Tarzanı gördü. Tarzan qan içində idi, nəfəs alıb-almadığı bilinmirdi. Yanında nəhəng qorillanın cəsədi sərilib qalmışdı.

      Onun balaca Tarzanı bu yekəpər vəhşinin öhdəsindən necə gələ bilərdi? Heç nə başa düşməyən Kala Tarzanı ehmalca qaldırıb bağrına basdı, onun ürəyinin zəif döyüntüsünü hiss etdi. Balasının əzablarını artırmasın deyə gəldiyi yolla yavaş-yavaş geri qayıtdı.

      Gecə-gündüz Kala oğlunun yanından aralanmırdı. İlk vaxtlar Tarzan heç nə yemirdi, yalnız su istəyirdi. Kala ağzında balasına su gətirir, milçəklərini qovur, yaralarının çirk verməməsi üçün onları yalayırdı.

      Tarzanın sinəsi parçalanmış, üç qabırğası sınmış, bir qolunun əti sümüyə qədər qoparılmışdı. Boynunda elə dəhşətli yara var idi ki, damarı görünürdü. Ölümlə həyat arasında bu çətin mübarizədən ana qalib çıxdı. Bir neçə həftədən sonra Tarzanın qızdırması düşdü, yaraları qartmaq bağladı, yavaş-yavaş sağalmağa başladı.

      Tarzan ağrılara böyük mərdliklə dözürdü. Bu müddət ərzində heç kim bir dəfə də onun iniltisini, ya şikayətini eşitmədi.

      Kala harada yemək tapsa, Tarzana gətirirdi, özü isə əriyib çöpə dönmüşdü.

      VII fəsil

      Elmin nuru

      Nəhayət, Tarzana sonsuzluq kimi görünən bir neçə çətin ay keçdi və o, yataqdan qalxıb yeriməyə başladı.

      Tezliklə Tarzan əvvəlki sağlamlığını tamamilə bərpa etdi və ilk növbədə bıçağını axtarmağa getdi. Bu balaca dəmir parçasındakı sehrli qüvvə Tarzanı özündən qat-qat güclü düşməndən xilas etmişdi. Tarzan silahını qorillanın cəngəllik heyvanları tərəfindən tər-təmiz gəmirilmiş sümüklərinin yanında, saralmış yarpaqların altında tapdı. Bıçaq daha parıldamırdı, nəm torpaqda çox qaldığından paslanmışdı. Bu, Tarzanı məyus etdi.

      Sonra o, çoxdan bəri həsrətində olduğu daxmaya baş çəkdi. Əvvəlcə cəftənin və qıfılın mexanizmi ilə maraqlandı. Qapını dəfələrlə açıb-örtdü. Gördü ki, onu içəridən də bağlamaq olur. Belə də etdi. Rəfdən əlifba kitabını tapıb açdı. Tarzanın diqqətini şəkillər daha çox cəlb edirdi, amma yazılara da baxıb düşünürdü ki, görəsən, bu cücüyə bənzəyən qara şeylər nədir?

      Səhifələrdən birində yenə özünə oxşayan ağ meymuna rast gəldi. Əllərindən


Скачать книгу