Avropa. Türklər. Böyük Çöl. Murad Acı

Avropa. Türklər. Böyük Çöl - Murad Acı


Скачать книгу
Kiyev Rusundan cidd-cəhdlə təmizlənmiş rus arxivlərini görəndə çaşıb-qalırlar. Nə qədər sənəd məhv edilib! Məsələn, M.İ.Karger özünün ikicildlik “Qədim Kiyev” əsərində həyəcanla yazırdı ki, arxeoloqlar tərəfindən tapılan nə varsa hamısı müəmmalı şəkildə harasa yox olub.

      Deyək ki, Vladimirəqədərki dövrə aid, eynilə Altaydakı kimi atla, nökərlərlə, məişət əşyaları ilə birlikdə dəfn edilmiş kimlərinsə qəbrini tapırdılar. Lakin onları tədqiq etmir, onlar haqqında az yazmağa və danışmağa çalışır, sonra isə tamamilə unudurdular. Sanki heç nə tapmayıblar.

      Bir dəfə arxeoloqlar Desyatina kilsəsinin cənub mehrabının altında bu vaxtadək çox yaxşı qalmış qəbir tapdılar. Görünür, bura nə vaxtsa kurqan olmuş, sonra üzərində Kiyevdə ən qədim olan kərpic məbəd ucaldılmışdı. Qəbir çox zəngin idi. Atın yüyəni üzərində (Altayda arxeoloqlara belə bəzək əşyaları tez-tez rast gəlirdi) qıpçaqlar üçün ənənəvi olan və aydın görünən gözəl ornament var idi. Qəbirdən bir vaxtlar türklərdən mənimsənilmiş müxtəlif bərabərtərəfli xaçlar və çoxlu digər əşyalar tapıldı… Lakin bütün bu tapıntılar Moskva tarixçilərinə inandırıcı görünmədi.

      Hətta qədim məbədlərin üzərindəki türk run yazıları da onları inandırmadı!..

      Budur, akademik Rıbakov da Kiyev miniatürləri haqda açıqca qərəzli yazır. Qədim Kiyev xronikalarında onlar, əlbəttə, mövcud idi. Mövcud olmaya bilməzdi. Qıpçaqlar üçün təsvir xoşməramlı ənənə idi. Bu ənənə qayalar üzərindəki şəkillərdə də özünü göstərir: özlərinin; özlərinə məxsus üsulla çəkdikləri; məhz türklərə aid şəkillərdə… Qeyd etmək lazımdır ki, bu şəkillər salnamələrdəki şəkillərlə eyni üslubda çəkilib.

      Bu şəkilləri indinin özündə də qıpçaqların Dneprə, Dona, Dunaya, Mərkəzi və Qərbi Avropaya gəldikləri Cənubi Sibirdə – Altayda qayalar üzərində görmək olar. Onlar arxeoloqların kurqanlardan tapdıqları qızıl əşyaları üzərində də var. Yoxa çıxmayıb! Qaraçaylı elmlər doktoru Soslan Bayçorov “Avropanın run abidələri” adlı tədqiqat əsərini nəşr etdirib, orada çoxlu maraqlı məlumatlar var.

      Bir sözlə, Kiyev kitablarında varyaqlardan xeyli əvvəl əsrlərlə, minilliklərlə cilalanmış türk mədəniyyəti ənənələri yaxşı görünür, bu, inandırıcıdır. Salnamə miniatürləri onunla qiymətlidir ki, Kiyevin həyatı, qədim cizgiləri barədə ətraflı təsəvvür yaradır; məsələn, silah, zireh, baş geyimləri, mebel, paltar və digər şeyləri rəssam nəzərdən qaçırmayıb, axı onları özü həyatda görüb, necə deyərlər, bütün bu əşyaları naturadan çəkib.

      Çerniqovdakı məşhur Qara Məzar kurqanı (X əsrin ortaları). IV–V əsrlərdə Böyük Çölün tipik qəbri; onda dəfnin qıpçaq ənənəsi dəqiq görünür. Vaxt var idi ki, Kiyevdə xanları Altayda olduğu kimi atlarla, ev əşyaları və qullarla birlikdə dəfn edirdilər.

      Naturadan çəkilmiş şəkillər dəfələrlə dəyişdirilmiş mətnlərin düzgün məlumatlar çatdırması haqda şübhə yaradır; məsələn, Kiyevdən çox uzaqda yerləşən kurqanlardan tapılmış silah və zirehlər salnamələrdə çəkilmişlərə eynilə oxşayır.

      Deməli, şəkil mətnə uyğun gəlmir. Bu həqiqətən belədir, çünki “rus” slavyanlarının (knyaz drujinalarından başqa) silahları başqa idi: onlar piyada döyüşçülər üçün nəzərdə tutulmuşdu! Qıpçaqlar isə, bildiyimiz kimi, piyada döyüşmürdülər… Demə, şəkillərdə böyük qüvvə var imiş! Tədqiqatçılardan birinin dediyi kimi, salnamə miniatürləri “itmiş dünyaya pəncərədir”. Gözəl bənzətmədir. Əgər pəncərə varsa, demək, oradan baxmaq olar.

      Əvvəlcə şəkillərin süjetinə nəzər salaq. Şərq ənənələrinə uyğun olaraq süjetlərdə ən mühüm məqamlar təsvir edilirdi. Onlarda müəllifin (yaxud sifarişçinin) bu və ya digər hadisəyə münasibəti, rəssamın əhvali-ruhiyyəsi aydın görünürdü. Məhz bu keyfiyyət – vacib olanı seçmək! – bütün Şərq, o cümlədən türk mədəniyyətinə xas xüsusiyyətdir. Şəklin mərkəzində süjetin əsas məqsədi qabardılır, izləyicinin diqqəti onun üzərində cəmləşir. Çox qədim ənənədir.

      Radzivil salnaməsindən olan şəkil. Dəşt-i Qıpçağın şərq torpaqlarından çıxan adam baş geyimi və qablar (korçaqlar) diqqəti özünə cəlb edir. Bütün bunlar indi də Çöl xalqlarının məişətində istifadə olunur.

      Kiyev salnaməsindəki şəkildə də başlıca olan mərkəzdə yerləşdirilib ki, izləyici yalnız ona baxsın. Baxsın və mətnlə müqayisə edib fikirləşsin.

      Rusun slavyanlaşdırılması dövründə sənədi pozub təzədən yazmaq peşəsinə ilk yiyələnən, gününü, bir növ, saray nəşriyyatını xatırladan skriptoriumda[37] keçirən knyaz Mstivlav oldu. O bu işə dərindən girişdi, sözəbaxmayan rahibləri üzüyola dünyəvi adamlarla əvəz etdi. Tac sahibi olan atası “Kiyev” tarixinin gələcək konspektini cızdı (Monomax öyrətdiyi kimi). Əmrə müntəzir oğlu isə cəfəngiyyatı kağız üzərinə köçürdü.

      Bununla da Mstislav yeni salnamə yazmağın xüsusi üsulunu yaratdı. Ona görə də salnamələrin, o cümlədən Rusiya tarixinin ancaq qələbə və qəhrəmanlıqlarla, hətta uydurmalarla belə dolu olduğuna təəccüblənmək lazım deyil. Qalan nə varsa, heç birindən söz açılmır. Təəssüf ki, bu da ənənədir.

      Məlum olduğu kimi, qələbələr bəzən hay-küylü və müxtəlif olur. N.M.Karamzinin bəhs etdiyi qələbələrdən biri: “1095-ci il. Qələbə. Nəhayət, Böyük knyaz və Vladimir qələbələri ilə xalqının kədərli ruhunu yüksəltdilər… Poloves rəhbərləri İtlar və Kitay Monomaxla sülh müqaviləsi bağlayaraq oğlu Svyatoslavı girov götürdülər. Kitay şəhər divarının yanında təhlükəsiz yerdə, düşərgədə qalırdı, İtlar Pereyaslavlda kübar adam olan Rotiborun qonağı idi”.

      Elə bu vaxt Kiyev knyazı yaranmış vəziyyətdən istifadə etmək qərarına gəldi. Fevralın 24-də, gecənin bir aləmi ruslar Kitay xanın düşərgəsinə girdilər və yatmış xanı öldürdülər. “Heç nədən xəbəri olmayan İtlar isə mehriban ev yiyələri ilə səhər yeməyinə hazırlaşırdı, elə bu vaxt Rotiborun oğlu Olbeq otağın yuxarı hissəsində əvvəlcədən hazırlanmış oyuqdan oxun yayını çəkdi. Bədbəxt İtlar və onun məşhur yoldaşları alçaq sui-qəsdin qurbanı oldular. O vaxt bu hərəkət Rusiya knyazlarının tez-tez əl atdıqları hiyləgərlik idi”.

      Həmin dövrdə “knyazların ən yaxşıları” belə hərəkət edirdilər.

      Həyatın reallığından üz çevirmək mümkün deyil. Faktlar sözlərdən güclüdür. Məhz faktlar həmişə rus hakimlərindən hadisələrin başqa cür təsvirini yaratmağı tələb edirdi. Uydurmaçılıq tələb olunurdu! Burada Vladimir Monomaxın sözəbaxan oğlu ciddi səy göstərdi: o, salnaməni səhifə-səhifə yenidən işləməyə başladı.

      Mstislavı istedadsızlıqda günahlandırmaq olmaz, o çox ustalıqla həyatın cod hissəsini cilalamağa başladı. Hər halda, Rusda ilk redaktor idi! O, illüstrasiyalı salnamə yaratdı: hər şəklə əlavələr edilirdi. Əfsanə rəmzlərinin dövrü başlandı. Bu belə edilirdi:

      1111-ci


Скачать книгу

<p>37</p>

Skriptorium – orta əsrlərdə əl ilə yazılan kitabların çap olunduğu və üzü çıxarıldığı emalatxana