Qızılbaşlar: Oyanış. Xan

Qızılbaşlar: Oyanış - Xan


Скачать книгу
xatırladır? Kimlərin işi ola bilər, səncə?

      – Kimlərin? Nəbilim… Kimlərin? – Kleon hər zamankindən daha qorxmuş halda qeyri-ixtiyarı Tarkinsin bütün suallarını titrəyən səsiylə təkrarlayırdı.

      – Deyirlər ki… Yəni, gizlin-gizlin deyirlər, açıq-açıq heç kəs cürət eləmir, amma yenə də… Deyirlər ki, – eybəcər erras bir az da qabağa əyilərək güclə eşidiləcək şəkildə fısıldadı. – Qızılbaşlardır.

      – Qızılbaşlar? Qı-zıl-baş…? Hansı qızılbaşlar? O… Başları qızıl olanlar? Baş hissəsi qızıl kimi parıldayır eee… Qızılbaşlar. Heç eşitməmişəm. Onlar kimdir? – Kleon o qədər açıq-aşkar yalan danışırdı ki, səsindən, hərəkətlərindən bu adın əslində nə demək olduğunu çox yaxşı anladığı o dəqiqə hiss olunurdu.

      – Bəsdir, səncanı, insan övladı, bəsdir, – Tarkins daha bir stəkan içgi üçün ayağa qalxdı. – Guya sən öz irqinin qəhrəmanlıq dastanlarını eşitməmisən də, hə? “Qızılbaş” sözünü hər bir insan mütləq eşidib. Sizin qürurlu qatilləriniz. Hansı qürurdan söhbət getdiyini anlamaq çətindir. Qisasçılar, ay nəbilim, Qarşıdurma… Nə istəsən, necə istəsən deyə bilərsən. Amma bircə yalançılıq eləmə. Yaxşı? Sənin kimi mehriban qonağa qətiyyən yaraşmır. Yoxsa, bir azdan arvadımla bağlı dediklərinə də inanmayacağam. Bax onda, həqiqətən də, xətrimə dəymiş olarsan. Mənim arvadım hələ indiyə qədər bu şəhərdən heç kəsi narazı yola salmayıb. Amma yalan danışa bilmədiyin ortadadır. Qızılbaşları sən də eşitmisən. İnsanların döyüşçü qatillərini…

      Bu vaxt yuxarıdakı yataq otağından qızların üçü də aşağı endi. İkisinin əynində lüt bədənə geydikləri nərmənazik tül xalat olsa da, üçüncüsü tamamilə çılpaq idi. Kleon onların heç birinin adlarını bilmirdi.

      – Necəsən, yaşlı Tarkins? – paltarlı qızların hər ikisi gülümsəyərək eyni anda kişiylə salamlaşdılar. – Tarlada işlər necə gedir?

      – Yaxşıyam, qızlar. Tarladı da, qan-tər içində işləyirik, – son sözlərini Kleona baxıb göz vuraraq demişdi. İki qız burcuda-burcuda qapını açıb çölə çıxdılar. Digər çılpaq erras isə kişini qucaqlayıb dodaqlarını iştahlı şəkildə öpdü. Əlindəki stəkanı alıb bir nəfəsə içginin hamısını içdi.

      – Ərimdir deyə demirəm, çox zəhmətkeşdir, – yaşıl dərili qız Kleona baxaraq dedi. Sonrasa ərinə tərəf çevrilib gülümsədi – Qan-tər içində, hə? Yaxşı zarafat idi.

      Hər iki erras möhkəm gülməyə başladılar. Kleonsa söhbətin nədən getdiyini heç anlamırdı da. Amma Ximeludakı ilk səhər idi ki, xoşuna gəlməmişdi bura.

      – Sabah axşam bizimlə tarlaya gedə bilərsən? – Tarkins oğlana baxaraq soruşdu. – Bir iş var, bizə köməyin dəyə bilər.

      – Hə, hə… Əlbəttə, gedərəm. Problem deyil. Nə vaxt lazımdırsa, kömək eləməyə hazıram, – Kleon bacardığı qədər şirin görünməyə çalışırdı. – Nə işidir ki?

      – Gedəndə görərsən, gənc dostum. Yüngül işdi, narahat olma.

      Bu vaxt qapı möhkəm döyülməyə başlandı. Elə bil indicə sınıb yerə düşəcəkdi.

      – Tarkins? Qapını aç… – qalın və xırıltılı səslə kimsə əmr etdi.

      – Patrullardır, narahat olmayın, – Tarkins soyuqqanlı səslə dedi. – Yüz faiz hansısa təzə qonaq gəlib şəhərə və səni istəyirlər, – gözəl arvadına baxaraq fəxrlə dedi.

      – Neyləmək olar? Vətən çağırır, – qız zarafatyana şəkildə bayğın gözləriylə Kleona göz vurub qapıya yaxınlaşdı. – Darıxma, çalışacam ki, tez gəlim.

      Tarkinsin arvadı qapını açdı. Üç nəfər əlisilahlı kron patrulu üçün sanki qızın lüt olmağının heç bir önəmi yox idi. Hazaratın ordusunun digər böyük hissəsi olan robot patrullar kimi olduqları yerdə dayanmışdılar.

      – Buyurun, oğlanlar? Məncə, sizə mən lazımam, – qız bir əlini qapının kənarına, digərini isə ombasına qoyub sözləri uzada-uzada dedi.

      – Tarkins lazımdır, – ən öndə dayanan kron əyri-üyrü dişlərinin arasından tüpürcəklər sıçradaraq danışdı. Hətta tüpürcək damcılarından biri lüt errasın qaşlarının arasından düz alnına yapışdı.

      – Tarkins eşidir, uşaqlar. Nolub? – yaşlı erras da arvadının yanına gəlib əlini onun boynuna atdı.

      – Ağ şahzadə Narissa oğlanı istəyir, – kron ciddi və qalın səslə dedi.

      – Oğlanın özüylə danışmışam, axşam birbaşa tarlaya gətirəcəm. Heç nədən xəbəri yoxdur yazığın, – Tarkins arvadıyla baxışıb yaxşı bir əməlin verdiyi özgüvənlə gülümsədilər.

      – İNDİ! – Kronun az da olsa əsəbiləşdiyi ağzından çıxan tüpürcəklərin çoxalmağından hiss olundu. Tarkinsin də üz-gözü bu tüpürcəklərdən qismətinə düşənləri sahibləndi. Arxadakı patrullar da quduz it kimi xırıldamağa başladılar.

      – İçəridədir, keçin. – qapıdan çəkilən kişi əliylə əsas qonaq otağını göstərdi. – Səncanı, bircə bu yağışı dayandır. Səhər-səhər yuyunduq əməlli-başlı.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCAkeBdwDAREAAhEBAxEB/8QAHgAAAgIDAQEBAQAAAAAAAAAAAgMBBAAFBgcICQr/xAAcAQADAQEBAQEBAAAAAAAAAAAAAQIDBAUGBwj/2gAMAwEAAhADEAAAAfxr4N2hCXQ5b6y45vbnoudnGxp1qhyb5u6NDm2nrxC28Ljn0nHtYg2CiQEBaMeBIEByE2xEgQ5ESJGxshSmaIZgGkTrEGxqeCxs5UMwYsMJRILbEWBDBE5MkEGDERBDDTwJAwgMEY8RDCCR4IkQOQU5geBAAABgsDGGnCUt4BAAYIAwIAgIBCRyKAgIRDMCAwUjwMAgETRknIMCQkLSZg9NoCNQhZgQktiRAzEAFdoBLaxPGSCgWCmsRLJQDCQYyARCACls08Fg3hAEiG5E0GJuDBmhTUAaYtQORAEAoWN4IAASw+e+rzltXpp6fccfd5h3+bqbh81YVSBjW52melpNdC0VWMC059Hju2MEpQzEQEBAEBMMJlkJozGQhGSDCQMGKsCBMGTGIYOANkAQMGCGBieNEnggawaWjRDCTIICQgRDEGBAEEgSAbJLAkCCRyAgTAQIC5kcAAQEAIpGSQtyIhkACwBCQhEtwGCkeCEMCQFEMkUAQwA0EmTThsHiDBqeNWE3p2wwqUq7SRYxieBTaAQMQ0gEtSgQEAYIoQtqULZg5FIyAgAIFCBZIyFIzGYsAkyaNN4zAhEqloAhGAukSAGILawBCAAQB86dXmyPaRdCo6/n6eP6ebWVNOssBiqUSFpabzO6dK6qpuVBbc93HVvM9JAh4ECFuRYBoMIG1BAxGDMMYSGDIDQTcgSDGwRNyhg5SJvAwZpMHICAixgJiwhCKE5YwYpLaNPGSBohhIx1BIpkxiMZKMAwAcAIoELIQLMTxoQwDAEQ0wcBKFtQOUsbxIm1oIWDxqAFEjFokAyQlGManYByCTeNYmDagmXF
Скачать книгу