Sızanaq. Zuleyxa NaEl

Sızanaq - Zuleyxa NaEl


Скачать книгу
vermədiyim üçün dəli adamlar kimi hara gedəcəyini bilməyərək, maşını yolun getdiyi səmtə sürürdüm. Ruhum sakitləşmək bilmirdi, daxilimdə bir vəhşi oyanmışdı. Bütün hirsimi maşından çıxırmış kimi döngələri sürətlə dönür, nə işarələrə fikir verirdim, nə də tanımadığım küçələrin çala-çuxuruna. Axmaq yeniyetmə kimi davranırdım. Heç mənə xas olan cəhət deyildi. Özümü tanımırdım o axşam. Bəlkə özümü elə indi tanımağa başlamışdım? Bəlkə elə bu vəhşi mən özüm idim, sadəcə onu etik qaydaların qurbanına çevirib çərçivəyə salmışdım? Xanımlığımdan, zərafətimdən istifadə eliyib o vəhşini əsir eləmişdim? Küçələri dolaşa-dolaşa mərkəzdən uzaqlaşmışdım. Bədbinliyin ağuşunda idim, yaşamaq istəmirdim, həyata marağım yox idi. Maşını yol kənarında saxlayıb pəncərələri açdım, nəfəsim kəsilirdi. Həmin an uşaqlıqda suda batmağımı xatırladım, o anda da nəfəsim eynən belə kəsilirdi. Suda çabalayaraq özümü xilas eləmək istəmişdim. Hər dəfə su məni hovuzun dibinə çəkdikdə mən təkan verib, yuxarı qalxmağa çalışırdım. Yeganə ümidim bulaqdan hovuza gələn su borusu idi. Nazik, bir əlimlə tuta biləcəyim qədər uzunluğu olan bir boru məndə tabe olmamağa, xilas olmağa inam yaratmışdı. Suyun altında onu görüb tutmaq istiyirdim, amma gah əlim çatmırdı, gah da əlim sürüşüb çıxırdı. Bir neçə cəhdin boşa çıxdığını görəndən sonra ölümə tabe olub, son anı gözləmişdim. Amma o anı da özümə yeni bir həyat kimi qəbul elətdirmişdim, çünki fikrimdə anama qovuşacaqdım. Uşaqkən anasız qalmağımla barışmırdım. Zaman-zaman onun yoxluğuna üsyan eliyirdim. Onun üçün çox darıxırdım. Artıq nə əllərim, nə ayaqlarım sözümə baxırdı, onlar sakit və hərəkətsiz idilər. Nəfəs ala bilmirdim, amma havaya heç ehtiyac da duymurdum. Tamamilə suyun üzünə qalxmış, hovuzun dibini görürdüm. Yavaş-yavaş huşumu itirirdim və bu özündəngetmədə qəribə bir həzz var idi. Bir neçə dəqiqə bundan öncə istəmədiyim bir haldan həzz almaq o qədər qəribə idi ki, artıq bu halıma sevinirdim. İndi anamın məni necə qarşılayacağını təsəvvür elədiyirdim. Qarşımda göz oxşayan mənzərələr canlanırdı ki, babam məni xilas eləyib yenidən həyata qaytarmışdı. Məni sudan çıxarıb hələ yaşadığımı görmüş, hönkür-hönkür ağlamışdı. Kiçik bacım hovuzdan səs gəldiyini eşidib, əvvəl elə bilib ki, ev quşlarından biri yenə hovuza düşüb. O, zənn etdiyi quşa kömək etmək üçün hovuza yaxınlaşıb və orda mənim çapaladığımı görəndə həşirlə babamı çağırmağa qaçıb. Bir neçə saniyə və ya bir neçə dəqiqə idi, dəqiq bilmirəm, heç kimi tanımamışdım. Üst-başı su içində, qara, iri gözləri yaşarmış babam o an mənim üçün məni ölməyə qoymayan müqəddəs bir varlıq idi. Bir anlıq məni o ölüm həzzindən ayırdığına, anama qovuşmama mane olmasına acığım tutsa da, özümə gəlib ciyər dolusu nəfəs aldıqdan sonra qayıtmağıma sevinmişdim. Həyata ikinci gəlişim idi. Bu hadisəni xatırlayıb dərk elədim ki, ölmək istəmirəm. Heç nəyə baxmayaraq, yaşamaq istəyirəm. Məni məhv eləmək, məni mənliyimdən uzaqlaşdırmaq istəyənlərin inadına özümdən çıxmamalı, özüm olmalıyam. Həyatın mənə verdiyi sınaqlara dözməli, özümə dönməliyəm…

      Əks halda “Mən” adlandırdığım varlıq öz gözümdə o qədər kiçik olacaq ki, özüm belə ona hörmət eləməyəcəm. Özümü paramparça olmuş “Mən“i toplamağa məcbur elədim. Bu dəfə yanımda məni xilas edəcək kimsə yox idi. Dərin bir nəfəs alıb udlağımdakı qəhəri uddum və maşını işə saldım…

      Hava çoxdan qaralmışdı. Saatın neçə olduğunu bilmirəm. Artıq otel otağındayam. Otaq olduqca rahat və zövqlü idi. O gülüş sindromu da artıq məni tərk etmişdi. Bilmirəm, bəklə də bu durum xəyanətin psixologiyamda anormalcasına olan təzahürü idi. Məncə, mən ağlamalı idim. Məncə, otağın qapısını açıb, ”rəfiqəmin” saçlarını yolub onu yerdə sürüməli, bəlkə də ərimin üzünə tüpürməliydim. Bəlkə də… bəlkə də…

      Məncə, həmin an heç nə düşünmədən ilk ağlıma gələni eləməli idim ki, indi bu “bəlkə”lərlə özümü yormayım.

      Mənim elədiyimi eliyən, çirkin bir ehtirasın səsinə qulaq asıb və qapıdan qayıdan neçə qadın var yer üzündə? Ümumiyyətlə, varmı görəsən?

      Otağa girər-girməz elə qapıdaca paltarlarımı soyunmağa başladım. Vanna otağının qapısını açdım, isti bir vanna qəbulu bu donmuş ruha dərman kimi gələcəyindən əmin idim. Suyu açdım, su normal dərəcəyə çatınca, mən güzgünün önündə özümə baxırdım. Özümdən ixtiyarsız əllərim saçlarımı, üzümü tumarladı. Əllərim boynumdan çiyinlərimə sürüşdü, özümü qucaqladım. Sanki özümü əzizləyirdim. Hamar qarnım, incə belim balıq kimi əndamımı daha da gözəgəlimli göstərirdi. Baldırlarıma, ayağlarıma göz gəzdirdim. Mən mükəmmələm! Sadəcə fərqində olmamışam, mən ilahəyəm. Bircə gün belə olsun Yaradanın mənə bəxş etdiyi bu gözəlliklərlə öyünmədim. Amma içimdəki sual məni yeyib-bitirirdi: Axı niyə? Bu bədənə necə xəyanət etmək olardı? Mənim o gəlincikdən nəyim əksik idi? Bakının ən kübar, ən zəngin, ən yaraşıqlı kişiləri mənim bir gülüşümə dünyanı ayağlarım altına sərmək istiyərkən mənim ərim niyə qudurğanlıq elədi? Niyə məni o silikonlu, tatuajlı marionetə dəyişdi? Niyə? Məgər getdiyimiz ziyafətlərdə mənə dikilər baxışları görmürdü? Onlarla, yüzlərlə insanın nəfəs almadan, gözlərini qırpmadan baxmaqları diqqətindən kənarda qala bilməzdi axı?! Bütün yad baxışlardan qorunmaq üçün onun kölgəsinə dönməklə səhvmi eləmişdim? Bu məqamda ona dikilən baxışlarla hətta göz-gözə gəlməmək üçün baxışlarını belə qoruyan insanla bu cür davranmaq olardımı? Axı mən hər kəsdən, hər şeydən özümüzü, adımızı qoruyurdum.

      Artıq vanna su ilə dolmuşdu. Suyu vanna köpüyü ilə köpükləndirib ehmallıca içinə girdim. Hiss edirdim ki, vannanın içindəki su belə bədənimə sarıldığı üçün sevinirdi. Suyun içində xeyli qalmağım xəyanətin tozunu məndən yuyub aparırdı sanki. Vanna otağından çıxdım. Çantamdan telefonumu götürdüm. Artıq neçə saat idi ki, telefonumu söndürmüşdüm. Telefonu yandırdım, ard-arda gələn zənglərin mesajları gəldi. Bilmirəm hansı üzlə, ancaq “rəfiqəmin” elədiyi zənglər ərimin elədiyi zənglərdən daha çox idi. Görəsən, nəyin açıqlamasını verməyə çalışacaqdılar? Eh insan, insan… Səhvləri barədə çox gec düşünüb peşman olur. Artıq onları düşünmək belə istəmirdim. Telefonu söndürüb, yenidən cantaya atdığım an gözümə qeyd dəftərçəm dəydi. Onu götürüb ən son qeydlərimə baxdım. Bir ay əvvəl yeni romanıma başlamaq həvəsindəydim, amma ərimin xarici qonaqlarına başım qarışdığından, şirkətində onu əvəz eləmək üçün günümün bir hissəsini ofisdə keçirdiyim-dən, həmişə olduği kimi, mənim planlarım elə kağız üzərində qalmışdı. İndi isə tamamilə azadam. Artıq “ailəmi” dibsiz bir quyuya atmışdım, daha doğrusu, özü ora düşmüşdü. Şirkətin problemləri isə artıq məni maraqlandırmırdı. Yeni qeydlərimi etdim. Sabah ilk işim əmlakçı ilə görüşüb dəniz kənarında kiçik bir ev kirayələmək, sonra isə bolluca bazarlıq eləmək olacaqdı.

      Çox yorğun idim və yatmaq istəyirdim. Çarpayıya uzandım. Ərimdən ayrı qaldığım ilk gecə idi. İçimdə bir boşluq vardı. Hərçənd ki, yazıya olan sevgimi ələ salsa da, məni məsxərəyə qoysa da, mən onu sevirdim. Adətim üzrə sağ tərəfimdə


Скачать книгу