Sevginin səsi. Nail Aydın

Sevginin səsi - Nail Aydın


Скачать книгу
istərdiniz? İlk görüş və xoşbəxt sonluq? Qırmızısaç və Nihad, onlar elə bu andaca, ilk görüşdə bir-birlərinə aşiq oldular və həyatlarının sonuna qədər birlikdə ruh kimi, xoşbəxt yaşadılar. Yox, bunu yazmayacam. Çünki belə olmayıb. Belə şeylər ancaq film… (cümləni tamamlamayacam).

      Axı onlar hələ bir-birilərini tanımırlar. İndi onlar yerdə olsalar da başqa dünyada, başqa həyatdadırlar. Burada onları bir-birilərinə bağlayan dəli ehtirasları yoxdu. Bədənlərinin azacıq şəkil dəyişməsi, sərtləşməsi ilə sevgini tapdıqlarını zənn etmələri mənasızdı. İnsanların buna niyə sevgi dediklərini isə anlamamışam heç zaman. Bu ehtirasla sevginin arasında bir şey olmalı, adlandırılmalıdı. Eşq. Bəli, eşq. Ya da, məncə, eşq. Bu insanların bir-birilərini görmə, istəmə arzusudur. Ehtirasdan daha üstün, amma sevgi qədər məsum deyil. Eşq müəyyən bir dozaya malikdir, eşq qoruma və sahib olma arzusudur. Eşq sözlərin yetərsiz qalıb da baxışların, bədənlərin önə çıxdığı bir qavramdır. Eşq bəsitdir, yalançıdır, riyakardır. İstəklərini əldə etmə üzərində qurulmuşdur. İnsan onsuz yaşaya bilməyəcəyini düşünür, aşiqini görməyi arzulayır və bu istək onun bədənini, qəlbini deyildə ciyərlərini daha çox işğal etməyə başlayır. Onu görəndə nəfəs tempi dəyişir, daha çox şiddətlənir, ürəyi daha sürətlə döyünməyə başlayır. Dediyim kimi, eşq müəyyən bir dozaya sahibdir və bu doza getdikcə şiddətlənən bir vulkan kimidir. Əgər o bitənə qədər sevgiyə çevrilməzsə quruyar və yenidən püskürənə qədər ətrafa ehtiras külləri üfürər sadəcə.

      Sevgiyə çevrilərsə… Ardını bilirsiniz, amma bu hər zaman olmur. Hətta çox nadir hallarda olur. İnsanların çoxu aşiq olduğu zamanda evlənir, uşaq sahibi olurlar. Zəncirləri artır, qalınlaşır və xoşbəxt olmasalar belə bir yerdə yaşamağa məcbur olurlar. Bitən eşqlərinin yerinə yenisi başladığında nə uşaqlarını, yoldaşlarını atıb gedə bilir, nə də ehtiraslarına qarşı çıxa bilirlər. Aldadırlar. Səhv etdiklərini bilsələr də xəyanət edirlər. Xəyanət dəqiqələri məhkumun hava alma dəqiqələri ilə müqayisə olunacaq dərəcədə olur. Həmin an azad olurlar. Havanı ciyərlərlərinə çəkir, Günəşi görmənin zövqünün çıxara bilirlər. Amma onun yanında qala bilmirlər. Yenidən evə dönməli, yoldaşlarının, uşaqlarının yanında olmalıdırlar. Bir saatın tamamında hücrəsinə qayıdan məhkumlar kimi.

      Ona görə də, sevgini belə bəsit yaranan bir şey hesab etməyin. Eşq bədəndən, sevgi ruhdan yaranır. Açarı söz olan sevgi. İnsanlar danışdıqca, bir-birilərini tanıyıb tamamladıqca yaranır sevgi. Sevgi yarandımı böyüyür, böyüyür və böyüyür. Sevən insanlar sevdiklərinin yanında rahatlıq tapanlardır. Qəlbləri ilə, ruhları ilə rahatlıq tapanlar. Sevginin bünövrəsi sözdən kərpiclərlə hörülür. Ona görə sevən insanlar bir-birilərinin yanında saatlarla susaraq otura bilərlər. Sadəcə varlıqlarını hiss edərək. Sevgi eşq kimi ondan aralı qaldığında nəfəsinin kəsilməsi, özünü tənha hiss etməyin deyil, sevgi dünyanın o başında olsan belə gözünü bağladığında əlini tutmağın, nəfəsini duymağındır.

      Sevginin divarları onu heç kimin dələ bilməyəcəyi qalın bir divarla örtülür. Hörmət ilə. Ən kiçik bir mübahisədə bütün eyiblərini açıb tökən, bir-birilərini alçaltmaqdan çəkinməyən tükənmiş eşqdən fərqli olaraq. Sevgi bütündür. Sevgi zamandır və Sevgi zamanın yox olduğu qavramdır. Ona görə də, mən bizim ruhların ilk görüşdə eşqlərindən yazmayacam. Tələsib sizə Qırmızısaçın da ruh olduğunu söylədiyim kimi.

* * *

      -Salam,– Qırmızısaç dedi.

      “Səsi yalnız bu qədər gözəl ola bilərdi”,– Nihad düşündü. Yalnızca bir söz və bu söz onun ruhunun dərinliklərinə qədər işləməyi bacarmışdı.

      Qırmızısaç cavab gəlmədiyini görüb bu dəfə əlini uzadaraq dedi:

      – Salam.

      Nihad yavaşca əlini uzatdı və günlər sonra bir insana toxundu:

      –Salam,– Nihad kəkələyərək cavab verdi. Ağlında o ana aid onlarca cavablanmamış sual var idi.

      –Ağlında bəzi suallar olduğunu bilirəm, amma məndən qorxmaq lazım deyil.

      –Siz kimsiz axı?

      –Sizbir ölü üçün kifayət qədər zərifdir.

      Lənət olsun, az qala ağlını itirmişdi,– Siz bunu necə bilirsiz?

      –Yəni, bu qədər insanın yanımızdan keçərkən görünməz sənlə danışıb insanların məni dəli zənn etmələrinə icazə verəcəyimimi düşünürdün?

      –Deməli, onlar səni də görmürlər?

      –Görmürlər.

      –Deməli, sən də?

      –Deməli, deməli. Hə, deməli, mən də ölüyəm. Ya da ruham. İndi bunun elə bir fərqi yoxdu.

      –Burada sonsuza qədər tək qalacağımı düşünmüşdüm,– üzü rahatlamış bir ifadə almışdı.-Bəs məni necə tapdın?

      – İki gündür səni izləyirəm.

      –Nə?

      –İki gündür səni iz-lə-yi-rəm.

      –Bəs niyə daha əvvəl gəlmədin yanıma? (bəs necə oldu da daha əvvəl fərqinə varmadım sənin?)

      –Əvvəlcə əmin olmalıydım.

      –Nədən?Ölü olduğumdan?

      –Yox, bunu öyrənməyim elə də çox vaxtımı aparmadı. Səni dəniz kənarında gördüyüm axşam özünü qəribə aparırdın və heç kim sənin hərəkətlərinə fikir vermirdi. Ona görə də səni izləməyə başladım. Maşınların, insanların içindən keçirdin.

      –Bəs nədən əmin olmalıydın?

      –Sənin pis ruhlardan, ya da cinlərdən olmadığına-yarı zarafat dedi.

      –Bağça uşaqları öləndə ruhları böyük olurmuş demək.

      – Bu elə də gülməli deyil. Sən gördüyüm ilk ruhsan, yəni özümdən sonra gördüyüm. Əslində özümü də görə bilməmişəm. Ona görə də yanına gəlməmişdən necə biri olmağına əmin olmalıydım.

      –Necə yəni sən də təksən?

      –Yox, biz ailəliklə ruh kimi gəzirik.

      –Zarafat yeri deyil.

      – Onda daha ciddi suallar ver.

      –Bir qız üçün çox kobudsan.

      –Sən də bir oğlan üçün çox axmaq.

      –Bağışla. İki həftədir təkəm və bu insanı bir az. Nəysə

      –Sən də bağışla, – bir qədər susdular. Qırmızısaç Nihadın yanında oturdu.

      –Bəs sən necə ölmüsən? – Nihad suallarına davam elədi.

      –Bilmirəm.

      –Bəs evə getməmisən?

      –Getmişəm, amma bunu öyrənmək elə də maraqlı gəlməyib. Ölümümdən sonra anamın vəziyyəti pisləşmişdi və mən də onun yanında xəstəxanada qalmışdım. Qohumlar isə anam heç nə eşitməsin, halı daha da pisləşməsin deyə onun yanında danışmırdılar. Sayları elə də çox olmadığı üçün çənələrini tutmaq


Скачать книгу