Dələduz. Роберт Вальзер

Dələduz - Роберт Вальзер


Скачать книгу
oz möhtəşəm dillərində bu binanı da şeirləşdirmişlər hər halda, ən azından bu şeirləşdirmənin, bu memarlıq poeziyasının mütləqliyə ümidvaram.

      Yenə sizdən unutqanlığıma görə üzr istəməyəcəm, bilirəm ki, bu unutqanlıq bağışlanası bir hal deyil. Deməli belə, Dələduzun, kitab mətbəəsində zühur edərək, həmin mətbəənin sahibiylə qısa bir söhbət qaynatdıqdan sonra gəzintiyə çıxdığı, payızın duyulduğu meşədə başdan-ayağa qəhvəyi rənglərə bürünmüş bir Henri Russo tablosundakı qadınabənzər ilahi əzəmətlə qarşılaşması vardı ki, qadının qarşısında dilini udmuş kimi dayanıb, sükutun və heyrətin içində əriyən qəhrəmanımız, bu ərinmişliyin içərisində illər öncə yaşadığı bir qatar təəssüratını xatırlamış, uzaqlara axıb gedən bir qatar kimi qadına “Milana gedirəm” deməsini düşünmüşdü. Və onun bu zaman kəsiyində belə çərçivəsiz düşüncələr doğması yalnız indilərdə bir baqqalın vitrinində görsənən qəlib-qəlib şokoladları ildırım sürətiylə zövq və zamansızlıq aynasında canladırması ilə müqayisə oluna bilərdi. Uşaqların hər zaman, yəni bütün zamanların uşaqlarının yeməyi sevdikləri bu kiçik qəliblərdə Dələduz da zaman-zaman şokoladlara olan eşqində gizlənmiş uşaqlığını xatırlayır və bu xatırlanma müxtəlif periodlarda dövr edərək, müxtəlif yollar keçərək avaragorluq və sərsərilik peşəsinin ən vacib ünsürünə çevrilirdi.

      Qəhvərəngli qadın indi “Yalan danışma” deyə qoparmışdı zərif dodaqlarından sözlərin ən alovlusunu və zərif dodaqların ecazkar görünüşündən qopan növbəti sözlər də aram vermədən sıralanırdı. “Səni məhv edəcək şey sənin inancsızlığındır. Axı sən niyə inanmaq istəmirsən ki, ərtafındakıları yararlı, xeyirxah edən müsbət cəhətlər səndə də var və sən bu cəhətlərdən yapışaraq gözəl, mənalı, xoşxasiyyət bir ömür sürə bilərsən. Amma sən inadcıl uşaq kimi özünə təlqin edirsən ki, guya səndə bu yaxşı məziyyətlər yoxdur. Halbuki onlara malik olduğunu hamıdan daha yaxşı bilirsən, sadəcə malik olduqlarını dəyərsiz qılmaq kimi bir adətin var və bu adətin məni kədərləndirir, məyus edir, heyf. Heyf sənin bu istəksizliyindən, bu cəhdsizliyindən, heyf səndə bütün həyatın boyunca var olan amma işlətmək-dən qaçındığın o gözəl bacarıqlardan, o fitrətdən.”

      Qəhvərəngli qadının Dələduza dediyi bu sözlərdən sonra onların ikisinin arasına girib ümidsizcə, istifadə etmək marağında olduğum bir fitrətim yoxdur deməyə cəhd göstərərdim, amma sözlərimin onun məni ipə sapa yatmayan bir miskin, ümidsiz adlandırması ilə davam etməsindən çəkinirəm. Qoy heç demədiyim sözlərin altında guya ki, yüzlərlə ittihamın, istər haqlı olsun, istər haqsız uzun bir qırmızı ilan, yaxud da ciddi-ciddi irəliləyən bir qatar kimi arxasından gəldiyini, lakin onların heç birini duymayan, heç birini ciddiyə almayan biri olum və Dələduzun sözlərinə keçim. “Eh sevgili Henri Russo tablosundakı qadın, bunu deməkdən neçə vaxtdır çəkinsəm də indi deyəcəyəm. Siz yanılırsınız. Bəli, yanılırsınız. Mən olduğum kimiyəm, hansısa aktyorluq göstərisində yer almadan yaşayıram. Mənim davranışlarım mənim ruh halımdır. Və siz məni ittiham etdikcə anlamırsınızmı ki, özümü məndən daha yaxşı bilən birisi ola bilməz? Hə ola bilsin ki, taleyin güdazına getmişəm, onun oyununda cəsarətli bir cəngavərə çevrilmişəm. Amma həqiqətdə mən, dəhşətli dərəcədə qorxağam və bunu etiraf etməkdən qorxmuram və sizin mənə ünvanladığınız guya ki məziyyətlərim və istedadımla kimisə xoşbəxt etmək iqtidarında olmağım, amma bunlardan istifadə üçün ərindiyim sözlərinə isə sadəcə gülümsəyirəm, mən tənbəl, yaxud ərincək deyiləm, yenə də deyirəm ki, sadəcə sizin məndə gördüyünüz cəhətlər məndə əslində yoxdur.” Bu sözlərdən sonra yürüyüşünə davam edən Dələduza Qəhvərənglinin sözlərinə israrla qarşı çıxdığından meşə, dərə, təpə, bir sözlə hər yan qəzəblənmişdi. Tərs qadın isə elə hey dodaqaltı, o gözəl dodaqlarının, – hərçənd indi gözəlliklərini itirmişdi, – altında Dələduzu inamsızlıq və inadcıllıqla günahlandırmağa davam edərək deyirdi:“Axı necə də inadkar, ramolunmazsınız.”

      – Axı siz niyə məhrumiyyətini hiss etdiyim bir şeyin məndə varlığına bu qədər əminsiniz?

      –Axı, onu itirə bilməzsiniz, o itə bilməz?

      – Heç bir zaman sahib olmadığım bir şey necə itirə bilərəm axı? Əmin olun ki, onu kiməsə satmamışam, kiməsə bağışlamamışam. Siz inanın ki, məndə varlığınıza inandığınız cəhəti, mənim istedadlarımdan gələn bu cəhəti yaratmaq üçün mən bütün gücümlə mübarizə aparmışam, amma alınmayıb, inanın mənə!

      –Sizə inanmaq sadəcə mümkünsüzdür!

      Əlbəttə daima belə xırdalıqlara, kiçik təfərrüatlara girən Qəhvərəngli xanımımız Dələduzun öz gözəl məziyyətlərini ondan gizlədiyi, ona açmadığı yönündə dərin bir inanc, daha dəqiq desək, Dələduzun istedadsızlığına qarşı dərin bir inancsızlıq içərisində idi. Bu inancsızlıq bəlkə də bir inadın içindən qopub gəlirdi, yəni ki, bu qadını Dələduzun əslində özünü məhv etmədiyinə, hər şeyin onun üçün onun güclərinə uyğun formada həyatiləşdiyinə, nəinki Dələduz, heç tanrının özü də inandıra bilməzdi.

      Yürüyüşləri isə davam edirdi və döngələrin birinə çatanda qadın “mən bir pansion işlədirəm deyə” yenidən sözə başladı və mənə elə gəlir ki, qadının bu etirafı ağacların səmimi təbəssümü ilə qarşılandı. Dələduz isə bu sözlərin sıralandığı anda bir qönçəyə döndü, qadının qarşısında ölüm-qalım hökmünü vermək üzərə olan bir cəllada çevrildiyi anlarda, hərçənd qadın üçün bu metafora nəyə lazımdır, özüm də bilmirəm, sadəcə susub, qızarmaqla kifayətləndi. Qadın isə davam edirdi: Zavallı adam! Yoxsa sən künc-bucaqda qalmış, cəmiyyət üçün, cəmiyyətin xeyrinə istifadə olunmamış qırıntıların varlığından narahat olan tənha, əzab çəkən ruhlardansanmı? Mənim bu meşşan, Baqqal ruhum səni incidirmi? Söylə zavallı adam. Mənim özümdən, həyatımdan bu razılığım səni təngə gətirmir ki? Bax, sən məni məcbur edirsən ki, mən sənin özün haqqındakı səhv qənaətinə yenidən toxunum. Bu qənaəti necə formalaşdırmısan, mənə çox maraqlıdır. Axı bir insan özünü niyə bu qədər bədbəxtliyin dərinliyinə salsın. Bax, mən sənin üzünə qızarmadan deyirəm. Sən xoşbəxt deyilsən, Sən xoşbəxt deyilsən! Elə bu anda siz bizim Dələduzu görməliydiniz. Həqiqətən zavallı adam bu sözlərin qarşılığında gülümsəyir, qadına sizin bu düşüncələriniz, mənim həyatımı düzəltmək cəhdləriniz, bu ipə-sapa yatmayan qaba sözləriniz arxasında daldalanan səyləriniz məni neçə xoşbəxt edir bir bilsəniz deyirdi. Bununla belə qadının ittihamları kəsilmək bilmirdi, bu dəfə də qadın artıq sosial məsələlərə keçmiş, Dələduzu fərdi olduğu cəmiyyətə qarşı öz öhdəliklərini yerinə yetirməməklə günahlandırırdı və günahlandırıcı kəlmələr onun qapqara gözlərində zülmət kimi parıldadıqca, Dələduz belə zülmət baxışları olan birinin belə qaraürəkli danışmağını ən təbii hal sayaraq yenə qadına “Siz özünüzü akademikmi sayırsız?” kimi neştərli suallar verir və bu suallarda açıq-aşkar onun özünü qadından yayındırmaq həvəsi hiss olunurdu. Ah, mənim Dələduzum, necə də ürkək qız uşağına bənzəyirdi. Noyabr ayında keçən bu söhbət, noyabr soyuğunu və qadının


Скачать книгу