Mart xoruzu. Отар Чиладзе

Mart xoruzu - Отар Чиладзе


Скачать книгу
aşağı enir. Hər halda, yaş özünü göstərir. Heç olmasa, həkimi xatırlamaq olar – əvvəlki sağlamlıq, əvvəlki qüvvələr yoxdur; zaman, həyat, ailə (həm də necə ailə), xidmət onları özilə aparıb. Hər şey aparılır, həm də həmişəlik aparılır. İnsan ağac kimidir: çiçəkləyir, qönçələri şişir, tumurcuqlanır, meyvələr dolur və sonda dağılır, yarpaqlarını tökür. Şairin dediyi kimi: külək qırğını aparır, qırğı da nəyisə caynaqlayır.”Oğlum bədbəxt ulduz altında doğulub, – Georgi Uparaşvili qurumuş palçıqlı başmağı, göyə atmağa hazırlaşdığı poçt göyərçini kimi əllərində tutaraq, leytenanta şikayətlənir. – Özünü də məhv etdi, bizim də üstümüzə belə böyük günah yüklədi, sanki dayısının ruhu üzərinə götürdüyü günah bizə azmış kimi, elə bil, ağır daşı boğazından asdı, -qocasayağı, köməksiz halda zarıyır. – Qarımla əl-ələ yapışıb Alazaniyə atılmaq vaxtımızdır”. Əlbəttə, bəs necə! Elə şey yoxdur! Qoy əvvəlcə öz qarısından soruşsun, buzlu çayda çalxalanmaq istəyirmi! Bəs necə, əri hara, o da ora! Elə bil, hələ heç vaxt ərinin sözündən çıxmayıb – indi, qoca yaşında da geri çəkilməz! Bəs necə, hətta etiraz etməyi də fikirləşmir, deyəcək – bir halda, ərim belə hesab edir, deməli, belə lazımdır; deməli, insanın günahdan təmizlənməsindən ötrü yeganə vasitə belədir. Ərinə ehtiram edir və bina görə də başqa cür deyil, belə fikirləşir, dünya da elə buna görə indiyə kimi salamatdır, buna görə də hələ ailə mövcuddur. Sonucda allah qadını ərə düşmən olmaq üçün deyil, həyatını, yatağını, mübarizə və əziyyətlərini, fikirlərini bölüşməkdən ötrü yaradıb. Baba deyir, qadın sarıdan bədbəxt olanı allah özü də xoşbəxt edə bilməsə də, qadın kimə xoşbəxtlik gətirsə, allah da onun xoşbəxtliyini əlindən almaz.Lakin indi bunun vaxtı deyil. Babanın atalar sözlərini sayıb qurtarmaq olmaz. Nə baş verir-versin, söhbət nədən gedir-getsin, onda dərhal müvafiq atalar sözü tapılır.

      – Ona… Ona… Ona… – sanki leytenant Georgi Uparaşviliyə hürür, elə bil, onunla oynayır, sanki soyuqdan və gərgin fikirləşmə üzündən qəflətən ağıldan gedib. Həqiqətdə isə, gərginlikdən dolayı dili dolaşır, sözləri çətinliklə əlaqələndirir. – Ona, bu adama daha nə paltar, nə də ayaqqabı gərək deyil – nəhayət, söyləyə bilir. – Amma, hər halda, öz başmaqlarını ona geyindirməliyik. Bundan kimə ziyanı var və hansı qanunu pozuruq? – deyə gözlənilmədən özündən çıxır.

      Sual özünə, Georgi Uparaşviliyə, hətta zirzəminin tağlarına ünvanlanıb.Lakin tağlar, ehtimal, görünmür, onların altında, əlbəttə, göz-gözü görməyən zülmət qaralır.

      – Geyindirmək lazımdır, bəs necə, lazımdir, əlbəttə, onun ayağı geyindirilməlidir. Artıq heç kəsin qarşısında günahkar deyil, – Georgi Uparaşvili fikirli halda, elə bil, şübhə ilə belə deyir. Danışmazdan əvvəl və sonra sözlərini ölçüb-biçməyi sevir. Ağla gələn hər şeyi danışmağın lazım olmadığını bilir. Arvadı və oğlundan daha bir fərqi də bundadır. Bəlkə, ümumiyyətlə, onları dinləyərək, fikirləşilməmiş, tələsik söhbətlərin yaxşı heç nəyə gətirmədiyini anlayıb.

      Pilləkənlə asta-asta qalxır, yuxarı uca çatana kimi boğazını qocasayağı arıtlayır, ah çəkir və ardınca qapını bağlayır. Leytenant isə öldürülənin ayaqları yanında dizləri üstə çökərək, ikinci başmağı geydirir və yaxınları qəbristanda məzarı üstünə gələrkən mərhumla danışdığı kimi, onunla danışır: “Mənə nə etdin, mənə acımadın, indi oğlumun gözlərinə necə baxacağam?”

      Birdən, öldürülmüş şəxs brezenti üstündən tullayır, qalxır, oturur və danışır: “Xeyirxah insan, məndən nə istəyirsən, niyə məni rahat buraxmırsan?”

      Bu da sizə möcüzə! Görünür, insan xəstə olanda onda adi deyil, qəribə və daha cəsur, həmişəkindən daha azad fikirlər doğur. İndi heç nədən qorxmur, heç nə ilə hesablaşmır, nəyə icazə olub, nəyə olmamasını unudur, elə bil, əgər xəstədirsə, ona hər şey bağışlanır, üstəlik, sanki onu yatağa uzatmışlarsa, artıq bir daha qalxmayacaq, ya da, elə bil, yataq onu xalça-təyyarə kimi, nə dostları, nə də düşmənləri olmayacaq, vicdanından başqa heç kəsin ondan heç bir münasibətlə cavab tələb edə bilməyəcəyi, istədiyi şey barədə fikirləşə və təsəvvürünə gətirə biləcəyi uzaq, tamamilə başqa ölkəyə aparır. Orda bu cür oxuya bilər: “Mən və yapıncım – ayrılmaz dostlarıq” – yaxud elan edə bilər: “Mən şair, dahi, mistikəm, əlimdə isə qırmanc var”. Buna görə, leytenant da ölünün dirilməsinə təəccüblənmir; o, brezenti kənara ataraq, oturub soruşanda: ”Xeyirxah insan, məndən nə istəyirsən, niyə məni rahat buraxmırsan? – leytenant təəccüblənmir – bu nədir, nə olur, bütün bunlar yuxuda baş verir, yoxsa əyanda? – yalnız öldürülmüş şəxsin sualına sualla cavab verir: “Bəs bilirsənmi, bu günlərdə ata olmalıyam?” Ölü isə artıq ayağa qalxıb və brezenti çiyninə ataraq (hər halda, zirzəmidə diriyə də, ölüyə də eyni dərəcədə soyuqdur), içəridə gəzişir, ayaqlarının keyini açır, bir divardan o birinə doğru və geriyə gedir. Görünür, yolda, atın kürəyində asılı vəziyyətdə olarkən əlləri, ayaqları, bütün bədəni yatıb. Hərəkət edir və oynaqları çatırdayır – o gülümsəyir, bu şaqqıltı ona xoşdur. Xüsusən leytenanta münasibətdə heç bir başqa hiss duymur: nə nifrət, nə acıma, nə də… Amma ölü dirilərə münasibətdə hansı hisslər duya bilər? Əgər diri, ümumiyyətlə, ölünü rahat buraxarsa – hər ikisi – həm ölü, həm də diri – üçün daha yaxşıdır; dirilər ölülərin ardınca boşuna demirlər: dönüb bizə baxmayasan. Ölülər də eləcə. Ölülər artıq başqa dünyadandır və bu dünyanın işlərindən baş çıxarmırlar. Ona dəfndən başqa heç nə tələb olunmur. Həqiqətən – leytenantın onun barəsində nə düşünməsindən, Naskidanın nə deməsindən, şəhərdə barəsində hansı dedi-qoduların olmasından ona nə; nə mənası var, onunçün nə fərqi var – yarmarkadan qayıdan adamları soymaqdan ötrü köhnə kilsədə gizlənmişdimi, yoxsa orda sevgilisinə görüş təyin etmişdimi; valideynləri öldüyünə, arvadı başqa ər tapdığına, uşağını isə başqa adamlar götürdüyünə görə, müharibədən qayıdandan sonra gedəcək yeri yox idimi, ya da ağılsız uşaq, yaxud şair-mistik kimi, özünü Amiraninin dirilmiş, nağıllardan həqiqi həyata çıxmış və istər-istəməz belə murdarlanmış xarabalıqlarda gizlənməyə məcbur olan oğlu sanmışdımı. Onun belə məqsədinin olmaması və hər şeyin öz-özünə baş verdiyi də mümkündür: kiminsə alışdırdığı alovu görərək, təsadüfən köhnə kilsəyə baş çəkmiş və ora xoşuna gəlmiş, keçmiş və indisinin, gəlmiş və başlamışının qəribə uyuşması, ya da yox, müqəddəslik və natəmizliyin yanaşı mövcudluğu onu cəlb etmiş, cəzb etmiş, sehrləmişdi… Bununla belə, indi bu da heç bir əhəmiyyətə malik deyil. O artıq ölüdür və əgər ölüdürsə, ölüm onu heç narahat etmir, sıxmır. Ölü üçün ölüm diridən ötrü həyatın olduğu kimi bir şeydir. Yalnız heç kəs onlardan hansının nə olduğunu dəqiq bilmir, bəlkə məhz ölüm həyat, həyat isə ölümdür?

      Öldürülmüş şəxs büzüşərək və ucu döşəmədə sürünən brezentə bürünərək, küncdə dayanır və gülür.”Nəyə gülürsən?” – deyə leytenant təəccüblənir. Ölünün dirilməsi – əhəmiyyətli deyil, təəccüblüsü onun gülməsidir.”Doğrudan


Скачать книгу