Mart xoruzu. Отар Чиладзе

Mart xoruzu - Отар Чиладзе


Скачать книгу
boğazı xırıldayır.

      İndi hər kəs ona baxaraq, deyər: əgər bu dəqiqədə nəyəsə susayıbsa, bu, anasını öldürməkdir. Öldürər, əli əsməz, nə demək olar, axı birinci dəfə deyil. Bıçağın sapını, əlinin damarları şişəcək qədər, qüvvə ilə sıxır. Ana karıxıb. Oxşayır, ağ elədi. Törəməsində hiddətlənməyə iradə çatacağını, bu cür heyrətlənəcəyini və ən əsası, qeyri-qanuni doğulmuş olmasından inciyəcəyini, bunun ona belə təhqirli görünəcəyini fikirləşməmişdi.

      – Soruşuram, hansı gəzəyənin oğluyam, niyə səndən söz almaq olmur? Səni atın quyruğuna bağlamaq gərəkdir. – deyə Qogiya xırıldayır.

      – Özünə güzgüdə baxaydın, nəyə də oxşayırsan! – anası hırıldayır və elə bil, onu qədərincə hiddətləndirməmiş kimi, çəhrayı lifçiyi qarşısında yellədir.

      – Ana-a-a…Fahişə!.. – Qogiya, sanki onu boğurlarmıştək, xırıldayır.

      Əlində ağac saplı, qaralmış tiyəli bıçaq var. Anası isə gülür, süni, xoş olmayan şəkildə hırıldayır. Düz burnunun dibində kiminsə lifçiyini hərləyir, onu daha artıq qıcıqlandırır, mübahisəyə, döyüşə çağırır, elə bil, oğlunun adam öldürə bilib-bilməyəcəyini, onlara mükafat düşüb-düşmədiyini yoxlamaq istəyir.

      – Eh səni, tam atana çəkmisən, – gülür, istehza edir.

      – Axırına çıxmamış söylə, mən kimdənəm, ana! – Qogiya xırıldayır və bıçaqla burnu qarşısında dalğalanan lifçikdən müdafiə olunur, lakin yalnız havanı yarır – ana daha zirək, cəlddir və hər dəfə son dəqiqədə çəhrayı, bərq vuran parçanı qaldırılmış bıçağın altından qaçırır.

      – Əlin daha əvvəl quruyar, – anası qıcıqlandırıcı, saxta şəkildə gülür – Məgər məndən xaric olmamısan? Kim səni məndən yaxşı tanıyır? Yəqin, heç o quldur da sənin tərəfindən öldürülməyib. Eh səni, atasının oğlu!

      Anasının hırıltısı, onun lağları, qıcıqlandırıcı tonu və burnu qarşısında dalğalanan çəhrayı əsgi Qogiyanı quduzluğa gətirir, qəlbini bulandırır – amma onu buxovlayır da, sanki ana sözlərilə sehrlənib, elə bil, onun tərəfindən ovsunlanıb, cadulanıb, nə qeyz, nə də hiddət onu hərəkətə gətirmir, elə bil, yalnız anasını əyləndirməkdən ötrü onun iradəsini, şıltağlığını yerinə yetirir. Həqiqətdə isə – axmaq yuxudakı kimidir, anasını vurmaqdan ötrü bıçağı qaıdırmaq istəyir və bacarmır, əlində qüvvə yoxdur. – elə bil, əli qopub, ancaq bunu göstərmir, öz gücsüzlüyünü gizlədir, anasının ona daha təhqirli güləcəyindən qorxur. Xoşbəxtlikdən, həmin dəqiqədə kirayəçi otağa daxil olur və sakitcə, elə bil, ötəri olaraq, sözarası Qogiyaya: “Bıçağı burax!”– deyə qışqırır, sanki, ümumiyyətlə, burda təsadüfən peyda olub. Əynində çiyninə atılmış şinel var. Görünür, ana və oğulun sonsuz höcətləşməsi onu təngə gətirib və “nizam yaratmaqdan” ötrü aşağı enib. Kirayənişinin görünməsi ilə Qogiyanın gözləri qorxudan kəlləsinə çıxır, amma bu gözlənilməz qorxu dərhal bir elə də qəfil sevinclə əvəz olunur, bu təsadüfi gəliş onları ayıra, anası ilə barışdıra, onları bəladan qurtara biləcəyinə görə sevinmir, əksinə, əgər anasının öhdəsindən gələ bilmirsə, heç olmasa, kirayəçi onun əlindən heç yana gedə bilməyəcək.Üstəlik də, Qogiyanın onunla köhnə hesabları var.

      – Bıçağı yerə qoy, Qogiya, özünə gəl, – Vano müəllim təmkinlə belə deyir.

      – Yaxınlaşma! Yaxınlaşma! – Qogiya şivənlə, hamı eşidəcək dərəcədə (axı həmin bu vaxtda küçədə, yaxınlıqda hansısa yol keçən ola bilər) qışqırır, qoy hamı Qogiyanın indi də öldürmək istəmədiyini, onu məcbur etdiklərini bilsin.

      – Bıçağı tulla, utan, sonra necə yaşayacaqsan, – Vano müəllim sakitcə, lakin möhkəm danışır.

      Həqiqətən, utanca bənzəyən hansısa hiss Qogiyanı qaplayır, budur, artıq ikinci dəfədir Qogiyanın işlərinə qarışan, onun həyatına müdaxilə edən, sanki Qogiyanın yanına göndərilmiş bu qəribə adamın gözlərinə baxmağa qərar verə bilmir, – tamamilə qəribə olan isə Qogiyanın nə baş verdiyini, niyə əlində bıçağın sıxıldığını, kimi – anasını, kirayəçini, yoxsa hər ikisini birlikdə – öldürmək istəməsini doğru-düzgün xatırlamamasıdır – hə, hə, hər ikisini birgə, dərhal.

      – Yanaşma! Yanaşma! – deyə bıçağı hərləyərək, amma artıq tutularaq, titrək səslə qışqırır.

      – Belə bir şey eşidilibmi? Öz oğlu ilə öz evində dərdləşmək olmazmış! – Qogiyanın anası da belə deyir.

      Anasının gözlənilməz havadarlığı Qogiyanın döyüş coşqusunu yenidən alovlandırır.

      – Sən hardan çıxdın, niyə mənə ilişirsən! – deyə kirayənişinə bağırır. – Nə müəllim, nə də rəis mənə göstəriş verə bilməz, istəyərəm – ehsanda doyunca içərəm, istərəm – toyda; ümumiyyətlə, nə istəsəm, onu da edəcəm.

      – Etməyəcəksən! – Vano müəllim onun sözünü kəsir və birdən, bir göz qırpımında dəmir barmaqları ilə Qogiyanın əlini tutur və sıxır. Onun sifəti ağrıdan əyilir.Şinel Vano müəllimin çiynindən sürüşür, onu boş əli ilə o biri çiynində qaydaya salır – elə bil, arxasınca zibil və lillə dolu tor daşıyır. Qogiya qolunu polad kimi möhkəm yapışılmadan qurtara bilmir, ancaq barmaqları şişib, göyərərək, qaralsa da, bıçağı buraxmır.

      – Bizi öldürməyin, nəyimizdən razı deyilsiniz, iki kəlmə yazmağınızı xahiş etdik, daha ananızı söymədik ha! – bu iyrənc, xoş olmayan görüntü səbəbindən qəlbinin dərinliyinə qədər təhqir olunmuş ana oğluna sanballı şəkildə, layiqincə arxa çıxır.

      Vano müəllim şineli buraxır, bıçağı Qogiyanın şişmiş barmaqlarından qoparmaqdan ötrü o biri əlini də boşlayır.Şinel ayaqlarının yanına sürüşür – sanki qum təpəsi uçulur. İndi, elə bil, dizinə kimi qumun içində – qumda, çamurda, bulanıq lehmədə dayanıb.”Etməyəcəksən!” – deyə təkrar edir və güclə qoparılmış bıçağı geriyə, Qogiyanın əlinə dürtür, elə bil, sözlərinin nə qədər ədalətli olduğunu yoxlamaq istəyir.Lakin Qogiya artıq müəllimin haqlı olduğunu başa düşür, əgər hələ də dartınırsa, bu yalnız anasının görməsindən ötrü görüntüdür – indi ona nifrət edir, onun istehzalarından, lağa qoyan hırıltılarından ölümdən də betər qorxur. O tutulub, hind toyuğu kimi acıqlanıb; qaytarılmış bıçaq onu daha çox sıxır, gülünc edir – Qogiya onu hara qoyacağını, onunla nə edəcəyini bilmir, elə bil, bıçaq, artıq müəllimin əlində olaraq, dərhal öldürücü qüvvəsini, qorxutma, özünə tabe etmə qabiliyyətini itirib və təyinatı barədə ona sanballı heç nə məlum olmayan ziyansız təsərrüfat əşyasına çevrilib.

      – Ah, murdar… Mən bu murdarı… Bu… Mən bununla…qıcıqlandırıcı nə isə demək, ilişdirmək, yandırıb-tökmək istəyir – təki cəzalandırılmış uşaq kimi kirayəçisinin qarşısında dayanmasın, təki bu insanın önündə ikən hardansa peyda olmuş tərəddüdünə, qorxusuna üstün gəlsin, onu özündə boğsun, – nahaq çalışır, fikirləşıb heç nə


Скачать книгу