Mart xoruzu. Отар Чиладзе

Mart xoruzu - Отар Чиладзе


Скачать книгу
uşağın keçirtdiyi hissə oxşayır, uşaq yellənir və “uçuş”un nə ilə nəticələnəcəyini bilmir. Amma Qogiya o uşaqdan fərqli olaraq nəticəni bilir, indi hər şeyi əslində olduğu kimi görməsə də. Birincisi, o qədər də axmaq deyil ki, tüfəngi tərsinə tutub özünə tuşlasın, ikincisi, əlləri nə qədər titrəsə də, çaxmağı çəkə bilib. Quldursa dayanmadan qaçır, elə bil Qogiyaya bəla üz verib, o da Qogiyanı xilas etmək üçün tələsir. Amma Qogiya ona diqqətlə baxa bilməmişdi, heç indi də onu aydın görmür. Qogiya onun əslində necə göründüyünü bilmir. Amma dayısı öz qurbanının üzünü xatırlayırdı. “Mən cəmisi bir anlıq onun üzünə baxdım, onun surəti yaddaşıma həmişəlik yazıldı, elə bil onu əvvəllər də görmüşdüm, ya da onu uşaqlıqdan tanıyırdım.” Ola bilsin şişirtməklə o özünün qiymətini artırmaq istəyirdi, amma doğrudan da qurbanının üzünü xatırlayırdı. Quldur artıq yaxınlaşıb, bir az da keçsə artıq tüfəngin lüləsindən yapışacaq. Elə olsa Qogiyanın anasını görəsən, onu dolamağa başlayacaq: “Eh, sən də lap atana çəkmisən.” Dayısı üzünü turşudub başını bulayacaq. Atasının milis yoldaşları onunla əylənəcək. Amma artıq gecdir, heç nişan almağa da vaxt yoxdur, Qogiya artıq ikinci dəfə – bu dəfə yuxusunda – çaxmağın ikisini də birdən çəkdi və elə bil ki, hər iki lülədən uçan ölümü öz gözləriylə gördü. Eyni zamanda siyrilmiş əlini sinəsinə sıxdı ki, daha artıq zədələməsin. Quldur birdən-birə dayanıb səndələdi. Ölür. Öldü. O artıq yoxdur. Onun taleyini Qogiya müəyyənləşdirdi. Bəs deyirlər hamı adam öldürə bilmir? Nə üçün o bacarmamalıdır? Çox çətin iş deyil. Hələ ki vaxt çatmamışdı, dayısı onun adam öldürə biləcəyindən əmin deyildi. Amma artıq vaxt çatdı və o bunu bacardı. Beləliklə… Beləliklə, vəziyyət tələb etsə, hamı bacarar. Bu camaatın fikirləşdiyi kimi elə də çətin deyil. Boş şeydir. Sadəcə tətiyi çəkmək lazımdır, qalanını silah özü edəcək.

      Amma yox, tanrı şahiddir ki, Qogiyanın qələbə sevincini korlayan nəsə var. Bəlkə o batumili oğlan, Niko meyidin barmağından üzüyü çıxartmağını görüb? Ola bilər. Amma səbəb tək bu ola bilməz, axı onun meyidlə nə elədiyi Nikonun nəyinə qalıb, meyid onundur, özü bilər, istəyər barmağından üzüyü çıxar-tar, istəyər ayağından şalvarını; amma Nikonun kolluqdan “Qatil!” qışqırmağı onun xətrinə dəyib, bu heç yaxşı olmadı. Əgər Niko Qogiyanın elədiyini başqasının ayağına yazsaydı, bəlkə də Qogiya belə məyus olmazdı. Bir sözlə, Qogiya hələ də bilmirdi ki, bugünkü hadisəyə sevinir, yoxsa yox, öz taleyindən razıdır, yoxsa narazı, amma bunu o heç vaxt bilməyəcək, çünki buna nə ağlı çatır, nə də təcrübəsi. Anası da hələ heç nə deməyib. O özü isə, ağlına və təcrübəsinə uyğun olaraq, etməli olduğu şeyi eləmişdi. İndi keçirtdiyi hisslər də, ac olanda və ya soyuqdan donanda keçirtdiyi hisslər kimi bir hiss idi, yəni çox da şişirtmək lazım deyil. İş orasındadır ki, o hələ tam ayılmayıb.

      – Dur ayağa, bəsdir yatdın. İndi yatsan gecə nə edəcəksən? – Anası oturduğu yerdən, sobanın yanındakı skamyadan onu səsləyir.

      – Gecədir də, hava da qaralıb. – Qogiya bunu deyib gülümsəyir, dikəlib taxtda oturur. Sağlam əliylə taxtın qırağından tutur, zədələnmiş əlini isə, kasıb ailənin qızı yeganə kuklasını sinəsinə necə sıxırsa, eləcə sinəsinə sıxır.

      Durub oturan kimi aclıq hiss edir, qarnı quruldayır.

      – Ərin hardadır? Nə üçün indiyəcən gəlməyib? – Sualı elə verir ki, elə bil stol hazırdır, yemək üçün ailə başçısını gözləyirlər.

      – Nə düşmüsən üstümə? Mən hardan bilim hardadır? Bütün günü ki onunla olmusan!

      Anası özündən çıxır, amma yerindən durmur.

      Ocağın üstündəki qazan çoxdan qaynara düşüb, deyəsən Qogiyanın anası daş qaynadır, – o adətən belə deyir: “Nahara sizin üçün daş bişirirəm.” O da mərhum qardaşı kimi həyatdan küsüb, dünyadan da küsüb, kiminsə onları vicdansızlıqla aldatdığına əmindir: özünü bəxtinə heç nəyə yaramayan ər düşüb, baxmayaraq ki, vaxtikən dəliqanlı cavanlar ondan ötrü bir-birinin üstünə xəncər çəkirdilər, o bu əfəlin yatağına qismət oldu, qardaşınınsa halal zəhmətinin qarşılığını əlindən almaq üçün dar ağacına göndərdilər.

      – Bu gün ağzıma bir tikə dəyməyib. Düz səhərdən axşamacan. – Qogiya mızıldanır.

      Anası cavab vermir. Onlar otaqda bir yerdədirlər, amma təkdirlər, hərəsi öz düşüncələrinə dalıb.

      – Heç olmasa dur lampanı yandır, qaranlıqda çox oturacağıq? – Qogiya hirslənir.

      Anası ayağa durub yavaş-yavaş, həvəssizcə stola yaxınlaşır, nəyisə qurdalayır, siçan kimi səs salır, bir az keçəndən sonra otaq yavaş-yavaş işıqlanmağa başlayır. İşıq taxtın üstündəki tüfəngi aydınladır. Stolun üstündə tiyəsi qaralmış, taxta dəstəli bıçaq vardı, onunla lampanın fitilini təmizləyirdilər.

      – Nə vaxta qədər belə keçinəcəyik? – birdən ana belə deyir. – Dayında hər şeyin nə ilə bitdiyini xatırlayırsanmı? – həyəcanla, tələsik, tez-tez danışır. – Çörəyi sobanın üstündə qızdır, mənsə kirayəçinin yanına qalxım, qoy bizim üçün ərizə yazsın… – bunu artıq qapının ağzında deyir.

      – Ərizə? Nə ərizə? – Qogiya anlamır.

      – Bəlkə, doğrudan da, bizə nə isə düşür… Özününkündən imtina etmək nəyə lazımdır! – oğlunun anlamazlığından dilxor olmuş ana qışqırır. Həqiqətən – gecə yarısı kirayənişinlə başqa daha nə işi ola bilər?

      – Mən nə bilim? – Qogiya çiyinlərini çəkir.

      – Mənsə bilirəm! – deyə ana onun sözünü kəsir və paltarını, başındakı yaylığını düzəldərək, acıqla gedir.

      Qogiya onu dərhal unudur. Sağlam qolunu, şaqqıldayacaq dərəcədə yuxarı atır (digər, zədələnən qolunu isə göz bəbəyi kimi qoruyur) və əsnəyir. ”Bir, iki, üç”, – deyə, sayır, hərbçisayağı, cəld və qərarlı şəkildə sıçrayaraq, döşənəcəkdən qalxır, küncdə qaralan vedrəyə doğru istiqamətlənir, çöməltmə oturur və uzun müddət, inadla suya baxır – elə bil, onun dumanlı, çirkli səthindən keçməklə, vedrənin dibində nəyisə gözdən keçirmək istəyir. Sonra sağlam əlinin barmaqlarını qərarsız halda, ehtiyatla suya salır və dərhal, yenə hərbçitək ayağa qalxır. Yaş barmaqlarını gözlərinə, sonra qulaqları ardına çəkir – budur, artıq hazırdır, indi ona yeməkdən başqa heç nə lazım deyil. Amma əgər heç nə yoxdursa, nə yeməli? Əvvəlcə çörəyi əldə etməli, sonra dadmalıdır. Divar şkafındakı uzunsov boyat çörəyi, sanki iyrənərək, iki barmağı ilə götürür, elə həmin vedrədə isladır və qızmar sobanın üstünə qoymazdan əvvəl bir neçə dəfə çırpır. Sobaya sıçrayan su damlaları fışıltı ilə “partlayır” və tünd, qaynar dəmirdə ağ ləkələr qoyur.

      Bu arada Qogiyanın anası da qayıdır. Hirslənmiş halda, quduzluqdan əsərək, qapını taybatay açır və lap kandardan qışqırır:

      – Bu da sizə müəllimimiz! Deyir, belə ərizələr yazmağı bacarmıram. Əgər adam öldürmüsünüzsə, pul diləmək deyil, peşiman


Скачать книгу