Mart xoruzu. Отар Чиладзе

Mart xoruzu - Отар Чиладзе


Скачать книгу
yoldaşının şeir dəftərini cırırsan – budur, sən artıq pis adamsan. Amma kindir Nikoya qulaq asan? Kimdir onu adam yerinə qoyan? Nə uşaq kimi uşaqdır, nə də kişi kimi kişi. Bircə boyu uşaq boyu deyil, əslinə qalsa, heç kişi boyu da deyil. Onu uşaqlığını istədiyi kimi yaşamağa qoymadılar, zorla dartıb uşaqlıqdan çıxartdılar, kişi olmaq vaxtı isə heç vaxt gəlməyəcək.

      Qogiya isə hələ də diz üstdə oturub. Onun əli və üzü qana batıb, amma bu quldurun qanı deyil, öz qanıdır, görünür yüyənləri düz tuta bilmədiyi üçün əlinin dərisi siyrilib. Aramindara onun yarasına tütün tökürdü. Qogiyanın atasıyla Nesva atları tutmağa çalışırdılar. Leytenantla Qrdzelo ölənin yanında dayanmışdılar. Ölənsə yerdə uzanıb qalmışdı, elə bil quş və ya heyvan kimi qoşalülə ilə öldürüldüyünə görə hamıdan utanırdı… Bir sözlə, artıq hər şey qurtarmışdı. Amma istədikləri kimi yox. Qrdzelo iki dəfə kilsəni gəzib başqa quldurları axtarmışdı – amma əlbəttə ki, tapa bilməmişdi, çünki olmayan şeyi tapmaq mümkün deyil. Hamı nəyləsə məşğul idi, hamı bir-birinin üzünə baxmaqdan utanırdı, elə bil yaraya tütün tökmək, atları tutmaq, kilsəni axtarmaq bu saat ən vacib işlər idi, amma ölən bir qıraqda, daşlaşmış torpağın üstündə üzü üstə atılıb qalmışdı, elə bil o heç kimə lazım deyildi, elə bil ümumiyyətlə yox idi; və əslinə qalsa, o heç quldur olmaya da bilərdi, deyək ki, Nikonun fərziyyəsincə hansısa nağıldan çıxıb gəlmiş, amma düşdüyü yeri anlamağa, ətrafına baxmağa və gəldiyi yerə qayıtmağa macal tapmadan güllələnib öldürülmüş nağıl qəhrəmanı da ola bilərdi. Bu da nağılın sonu.

      Nağılı bir yana qoysaq, Niko fikirləşir ki, bu xalasına aşiq olan tsnorili Soso da ola bilərdi. Kilsədə onun yanında oturanda Niko adamın təbəssümünə fikir vermişdi, onun qəribə təbəssümü vardı (xalası da deyir ki, Sosonun təbəssümünə baxanda ağlamaq istəyirdim). Ola bilsin o istədiyi qızın, yəni Nikonun xalasının dalınca gəlirmiş, amma burda dayanıb qalıb, ayaqları getməyib, çünki hələ də xatırlandığına, hələ də gözlənildiyinə ümidi qalmayıb… Ümumiyyətlə, onun həyatında cəmisi bir dəfə gördüyü, Tsnorinin tozlu yollarında bir yerdə gəzdiyi, axşam isə evə ötürdüyü və adını soruşmağa da utandığı qızı sevgilisi saymağa haqqı var idimi? Kaş ki bu adam Soso olmayaydı. Çünki xalası hələ də möcüzə baş verəcəyinə inanır, özünü buna inandırıb və belə yaşamağa da öyrəşib. Amma bu adamın həmin Soso olub-olmadığı heç nəyi dəyişmir. Dünya Sosolar ilə doludur, müharibə hamısını evdən-eşikdən didərgin salıb, bitki kimi kökündən dartıb qopardıb, onların haçansa qayıdıb-qayıtmayacağını heç kim bilmir.

      Birdən hardansa at qazalaqda oturan İoseba peyda oldu. Leytenant onu görən kimi dedi: “Vaxtında gəlmisən.” Amma İoseba meyidi görən kimi çiyninin üstündən tüpürdü və qamçını ata elə çəkdi ki, araba da atla bir yerdə yerindən götürülüb toz qopartdı.

      İoseba ölülərdən qorxur, özü dediyi kimi, elə meyid görən kimi bədənini titrətmə bürüyür. Bu haqda neçə dəfə Nikonun nənəsinə danışıb. Guya ölülər olmasaydı, onda o da içkiyə qurşanmazdı, adam kimi yaşayardı. Özü də içəndən sonra hansısa ölü yadına düşür, ölünün dalınca söyür və ölülərdən elə şeylər danışır ki, sən də qorxmağa başlayırsan. Yaşlansa da bu qorxu onu tərk etməyib. Həmişə də bir hadisə danışır, heç kim bilmir ki, bu hadisə doğrudan da olub, yoxsa İoseba onu qorxusuna bəraət qazandırmaq üçün quraşdırıb.

      Bu hadisə baş verəndə onun on iki yaşı vardı. Ömründə birinci dəfə atası olmadan, təkbaşına qazalağa mindi və taleyinin dönüklüyündən birinci sərnişini meyid oldu. Həmin gün atası xəstə idi, buna görə də qazalağı oğluna etibar etmişdi. “Axı hələ uşaq idim, – İoseba deyir, – ona görə də mənə yaman təsir etdi.” İki hörmətli adam – tacirlə keşiş qazalağı kirayələdilər, dedilər ki, kilsədən öz varidatımızı aparmaq istəyirik, həmin varidat isə meyid imiş. Meyid tabutda olsaydı dərd yarı olardı, amma bu meyid açıq idi və əynində sinəsi medalla dolu polkovnik, bəlkə də general mundiri vardı. Meyidin bir gözü açıq idi, bu da ona dəhşətli görkəm verirdi. “Həmin gün mən lənətləndim və həmişə qazalağa oturan kimi, o meyidin nəzərlərini kürəyimdə hiss edirəm.” İoseba qorxsa da, daha dayana bilməzdi. Qazalaq getdikcə meyid yırğalanırdı və meyidin başı qazalağa toxunub səs salırdı. İoseba bu səsə daha dözə bilmədiyi üçün qazalağı saxlayıb əynindəki yarımkürkü çıxartdı və meyidin başının altına qoydu (atası onu yola salanda öz yarımkürkünü də vermişdi ki, o yaşından böyük görünsün). Tacirlə keşiş meyidin yanında, üzü yola oturmuşdular. Amma heç biri nə üçün dayandıqlarını soruşmadı, çox güman ki, heç buna fikir də vermədilər. Ola bilsin apardıqları meyiddən daha vacib işləri vardı və hal-hazırda onları fikirləşirdilər. Ünvana çatanda tacirlə keşiş qazalaqdan düşüb üstlərini çırpdılar və bir qıraqda dayandılar. Meyidi İoseba tək daşımalı oldu. Amma yoldan keçən qadının ona yazığı gəldi və meyidi ikinci mərtəbəyə çıxartmağa kömək etdi. Bu gombul, sağlam bədənli qadın idi. İoseba bu haqda danışanda deyir: “Meyidi elə tutmuşduq ki, getdikcə əlim qadının döşünə dəyirdi,” – sonra da gülümsəyir. On iki yaşlı uşaqlar lazım olan hər şeyi bilirlər. O gün bu gündür İosebanın işləri yaxşı getmir. “Dünya dağıldı və təzədən düzəldi, axmaqlar ağıllandı, keçəllər saç çıxartdı – amma mən hələ də arabaçıyam. Həmişə o meyidi daşıyıram, əslində tək o meyid yox, bütün qəbiristanlıq mənim qazalağımdadır.” İoseba bu haqda yorulmadan, usanmadan danışır, təki bircə nəfər də olsa, ona qulaq asan adam olsun. Elə Nikonun özü bu hadisəyə azından min dəfə qulaq asıb; amma Niko qətiyyən yorulmur. İosebanın dili çox şirindir.

      İosebanın qazalağı gözdən itməyə macal tapmamış korlar gəldi. Əlbəttə ki, dəstənin başında Sandro əmi addımlayırdı. Sandro, Fido, Abe, Noe, Abe, Fido, Sandro. İoseba deyir ki, Marqarita Sandronu gül kimi əkib çoxaldır, Sandrodan bir tikə kəsib dibçəyə əkir və təzə Sandro çıxır. Doğrudan da onlar bir-birinə çox oxşayırlar, yəqin ki, hamısının kor olmağındandır. Heç biri görmür və buna görə də eyni görünürlər. Hətta eyni cür danışırlar. Heç vaxt mübahisə etmirlər, həmişə bir-biriylə razılaşırlar və dörd səslə eyni şeyi deyirlər.

      Korlar dayandılar və kor gözlərini göyüzünə dikib xeyli vaxt belə dayandılar. Onlar burdakılara heç nə demədilər – həmçinin burdakılar da onlara. Milislər onlara baş qoşmalı halda deyildilər. Korlar yəqin ki, burda nəsə pis bir şeyin baş verdiyini hiss etdikləri üçün getmək istəmirdilər və indi onlar üçün qalmaq da getmək qədər çətin idi. Ola bilsin, əbədi qaranlıqları içində hiss etdikləri, işdir kor olmasaydılar, indi görə biləcəklərindən daha çox idi və buna görə də, bu hiss onları tərpənməyə qoymurdu. Onlar sakitcə dayanıb göyüzünə baxırdılar. Sonra Sandro əmi papağını çıxartıb hər iki əliylə sinəsinə sıxdı. Buna bəndmiş kimi qalanları da papaqlarını çıxartdılar, amma vəziyyətlərini dəyişmədilər. Külək onların saçını yellədirdi. Deyəsən onlar Bodbisxevi bazarından, ip satmaqdan qayıdırdılar, axı ip lazımlı şeydir, bağlanmalı, asılmalı o qədər şey var ki. Onlar toxuduqları ipi bazarda satıblar, indi də təzə ip toxumaq üçün evə qayıdırlar. Onların həyatı bu axarla davam edir: bazar – ev – bazar. Hərdən Niko onların yanına, həm də emalatxana olan evlərinə gedir və onlar Nikoya


Скачать книгу