Mart xoruzu. Отар Чиладзе

Mart xoruzu - Отар Чиладзе


Скачать книгу
öz borclarını yerinə yetirmiş kimi hərə öz evinə dağılışdı; yatıb sağalacaq – son qərar belə oldu, ona görə də indi hamı öz yerində uzanıb yuxuya gedib. O isə ölüb. O ölüdür. Əllərini sinəsində çarpazlayıb uzanıb, üstünə yarasalar tökülür, elə bil meşədə ağac altındadır, üstü yarpaqlarla örtülüb. Ölü yarpaqlar altındakı ölü uşaq. Amma bu da həqiqətən olmuşdu, deyəsən üç il qabaq idi, onda Batumidən təzə gəlmişdi və uşaqlarla bir yerdə meşəyə odun dalınca getmişdi, baltayla ayağını yaralamışdı, uşaqlar onu ağacın altında uzadıb birtəhər qanaxmasını dayandırmışdılar, özləri isə yenə işə başlamışdılar. Nə edəsən, evə odun lazımdır, heç kim gətirib sənə verməyəcək, gərək özün yarasan. Amma odunları əlindən ala bilərlər, ya meşəbəyi, ya da yoldan keçən kimsə, buna görə də tələsmək lazımdır. Uşaqlar işləyəndə həm də diqqətli olmağa çalışırdılar, hər səsə qulaq verirdilər. O isə ağacın altında, yarpaqların arasında uzanıb, heç nəyə yaramır, layiqli atanın layiqsiz oğludur. O çox qan itirib. Qan yerdə gölməçələnib, artıq meşənin milçəkləri qana yığılıb. Niko milçəkləri görür. Amma milçəyəfikir verməmək üçün hansısa şeiri yadına salmağa çalışır. Əgər o üç il qabaq ölsəydi, necə olacaqdı? Əgər onda ölsəydi, indi bu əzabı çəkməzdi. Ola bilsin, indi də qurtulacaq, necə ki onda qurtulmuşdu! Onda onu nənəsi xilas etmişdi. İndi də nənəsi xilas edəcək! Amma haçanacan? Axı nə üçün həmişə kimsə səni xilas etməlidir. Bir gün gələcək ki, yanında heç kim olmayacaq və sən öləcəksən. Üç il qabaq həkim ona hər gün çiy yumurta və bir stəkan çaxır içməyi tapşırmışd, nənəsinə demişdi ki, üç həftə içsin və gülmüşdü, stulunu cırıldada-cırıldada, bədəni yırğalana-yırğalana gülmüşdü və gülə-gülə nənəsinə demişdi ki: “Bilmirəm o qədər yumurtanı hardan tapacaqsan, bəlkə özün yumurtlayasan?” Amma nənəsi hər gün həyətdən qayıdanda fartukunun cibində isti yumurta gətirirdi. Amma heyif ki, onun bütün əziyyəti boşa getmişdi, budur, üç il keçib və Niko yenə də ölür. Ona deyiblər ki, yatmaq lazımdır, amma yuxuya getməyin yollarını başa salmayıblar. Yəqin ki, uşaqlara yuxu da çörək kimi böyüklərə lazım olandan az lazımdır. Niko uşaq deyil axı. O artıq uşaq deyil!

      5

      Külək hamı üçün əsirdi. O gün Uparaşvilinin evində çox da yüksək əhval hökm sürmürdü. Külək sobanın bacasını tuturdu, tüstü evə vururdu, rahat nəfəs almaq olmurdu və hamı öskürürdü. Ailənin başçısı hələ milis idarəsindən qayıtmamışdı, idarənin zirzəmisində, oğlunun vurduğu ovla məşğul idi və kim bilir işi haçan qurtaracaqdı, evi yadına düşəcəkdi. Onsuz da onu evdə gözləyən yox idi, oğlu yatmışdı, arvadı isə sobanın yanında oturub dərin fikrə dalmışdı, onun beynində bu saat təkcə bir fikir fırlanırdı, görəsən bu gün oğlunun başına gələn hadisə necə nəticələnək, hər şey yaxşı qurtaracaq, yoxsa pis, onun da taleyi qardaşının taleyi kimi olacaq, yoxsa həyat dayısından fərqli olaraq oğlunu mükafatlandıracaq.

      Qogiyanın anasını bu cür çətin və izaholunmaz hisslər çulğamışdı və ana o qədər dərin fikrə getmişdi ki, heç durub lampanı da yandırmamışdı, bayquş kimi qaranlıqda oturmuşdu. Qaranlıq ona daha yaxşı təsir edirdi, əsil bayquş kimi qaranlıqda daha yaxşı fikirləşə bilirdi.

      Günorta oğlu qatırın belində ölü qulduru aparanda o heç də xüsusi hiss keçirtməmişdi, sadəcə hamı kimi maraqlandığı üçün küçəyə çıxmışdı; və hamı kimi onu da bircə şey maraqlandırırdı – öldürülən tanış adam idi, yoxsa yox. Hamı itkin düşmüş əzizinin, atasının, qardaşının, ərinin və ya oğlunun şəklini götürüb küçəyə çıxmışdı və şəkili milislərə göstərirdi ki, öldürülən bu adam deyil? Qatırı izdiham müşayət edirdi, hamı qabağa keçib meyidə baxmaq istəyirdi. Görünür dörd illik müharibə camaatın meyidə qarşı münasibətini dəyişdirə bilməmişdi. Milislər də camaatı görüb özlərini itirmişdilər, atların üstündə narahat oturmuşdular, bilmirdilər özlərini necə aparsınlar – ovdan çoxlu qənimətlə qayıdan ovçu kimi məğrur dayansınlar, yoxsa bu gözlənilməz ölümdən sarsılan adam kimi başlarını aşağı salsınlar. Təkcə Qogiya gülümsəyirdi, üstündə meyidin qanı laxtalanmış qatırın dalınca şəstlə gedirdi və getdikcə sarınmış əlini yuxarı tutmağa çalışırdı ki, hamı yaralandığını görsün, hamı maraqlansın ki, görəsən Qogiyanın başına nə gəlib?

      Qogiyanın anası sakit idi, onun ərindən və oğlundan başqa əzizi və ya qohumu yox idi, əriylə oğlu isə burda idilər, salamat idilər və onun qabağında addımlayırdılar, buna görə də həyəcansız-filansız dayanıb onlara baxırdı; amma birdən kimsə ona qışqırdı: “Ay bədbəxt, oğlun adam öldürüb!” – onda o özünü itirdi, elə bil bədəni parçalandı; əvvəlcə bədənini soyuq tər basdı, sonra isə bədəni birdən-birə istiləndi, elə bil səhər yuxudan duranda balışının altından qanlı bıçaq, ya da yumurta boyda brilyant daş tapmışdı; hə, hə, çünki o çoxdan hər şeydən əlini üzmüşdü, heç ağlına da gəlməzdi ki, haçansa bəxti üzünə güləcək, onun da dəyərini anlayıb onu mükafatlandıracaq, axı onun qardaşı çoxdan qəbirdə çürüyürdü, əriylə oğlu isə artıq heç nəyə yaramadıqları ilə barışmışdılar və haçansa nəsə mükafata layiq bir iş görə biləcəklərinə ümid yox idi. O da bu günəcən belə fikirləşirdi, amma indi kimsə çıxıb qışqırır ki: “Oğlun adam öldürüb!” Ana özünü itirdi, bilmədi nə etsin, bilmədi ki, bu hərəkətin dalınca nə gələcək – mükafat yoxsa cəza? Qardaşının ölümündən sonra həyatla vuruşmağa nə gücü qalmışdı, nə də istəyi; o artıq həyatdan heç nə gözləmirdi, nə yaxşı, nə də pis; bu günsə bu boyda insan dənizinin içindən həyat məhz onu seçib barmağıyla göstərmişdi: budur, oğlu adam öldürən ana. Qogiyanın anası əlini yellədib oyundan çıxmağına baxmayaraq yenə özünü həyatın burulğanında tapdı və həyat yenə də onu məcbur etdi ki, silahını götürüb vuruşmağa davam etsin…

      İndi Qogiya taxtda, silahıyla üzbəüz uzanmışdı, amma anasının düşündüyü kimi yatmırdı, yatmağa çalışırdı. Gün ərzində keçirtdiyi qorxu və həyəcan öz işini görmüşdü, gözünü yummağa bənd idi ki, var gücüylə ona tərəf qaçan qulduru görürdü. O özü yüyənləri tutmağa çalışaraq çaşıb qalmışdı, tüfəng isə elə bil bilərəkdən əlindən sürüşürdü. Amma ola da bilərdi ki, o tüfəngi qaldırıb atmağı çatdırmayaydı… Həm də belə anda, dayısının dediyi kimi, əgər tərəddüd etsən, bircə anlıq da olsa qurbanının gözlərinə baxsan, onda işin bitdi. Dayıya inanmaq olardı, çünki o özü də haçansa bu hissləri keçirtmişdi, – Qogiya biixtiyar bir vaxtlar dayısının uzandığı küncə tərəf baxdı. Elə bil evdə dayısının iyini də hiss etdi və bu iydən burnu doldu, dayısının halına acıdı. “Qapını aç, adam boğulur burda,” – anasına dedi. Otaq tüstüylə dolmuşdu, Qogiyanın gözləri yaşarmışdı, bu sözü anasına deyən kimi də gülümsədi, qapını açıb soyuğu otağa doldur, sonra da qızdır, görüm necə qızdırırsan! Tüstü gözlərini deşirdi, amma istinin xətrinə dözmək lazım idi. Xoşbəxtlikdən anası ona fikir vermədi. Ya hələ hirsi soyumamışdı, ya da heç eşitməmişdi. Tüstü elə ona da təsir etmişdi, o da gözləri yaşarmış halda öskürürdü, amma soyuqdan dişin-dişinə dəyməyindənsə, bu yaxşıdır. Qogiya istədi atasının gəlib-gəlmədiyini soruşsun, amma soruşmadı,


Скачать книгу