Postmodernizm. Gencay Şeylan

Postmodernizm - Gencay Şeylan


Скачать книгу
əksinə avant-grade hadisəsi reallaşa bilməmişdir. Məsələn Frank Loyd Rayt, tikililərin insana yaxud cəmiyyətə ən yaxşı xidmət verəcək bir formada dizayn olunmasının vacibliyindən söz edir. Buna görə sadəlik, təbiətlə harmoniya və praktiklik modern memarlığın əsas təməllərini təşkil edir. Memarlıq estetikası da bu əsas təməllərə uyğun səviyyədə müəyyən olunur. Göründüyü kimi praktiklik modern memarlığın əsasını təşkil edir. Hər tikili insana yararlılıq məqsədi ilə dizayn olunmalıdır və buna görə də ən uyğun tikinti materialları və inşaat texnikasından istifadə olunması tələb olunur. İrəlidə üzərində duracağımız məsələlərdən biri də postmodernizmin modernizmdə ən ağır şəkildə tənqid etdiyi sahələrdən biri olan memarlıq olacaqdır. Postmodern memarlıq anlayışı, başda şəhərsalma olmaqla, modern memarlığın bütün prinsip və təhlillərini ən azı sözdə inkar edir.

      XIX əsrin ikinci yarısından etibarən inkişaf etmiş, sənayeləşmiş cəmiyyətlərdə, sosializm kapitalizmin alternativi olaraq meydana gəlmişdir. Beləliklə inqilablar, müharibələr, döyüşlər dövrü başlamışdır. Bu müddət ərzində modern sənətə yön verən əhəmiyyətli mərhələlərdən biri, azadlıq və bərabərlik kimi əxlaqi tərəfləri olan humanizmin kapitalizmi tənqid hədəfinə çevirməsi olmuşdur. Məsələn Flobertin romanlarında burjuaziyanın tənqidinə tez-tez rastlanır, Tolstoy Rusyadakı kapitalistləşməyə çox çiddi reaksiya vermişdir. Lavrens (D. H. Lawrence) yaşadığı dövrün ingilis toplumunun əxlaq anlayışını tənqid etmiş, məşhur Leydi Çatterlinin sevgilisi adlı romanında cinsəlliyin insan həyatı üzərindəki təsirini və ağırlığını çatdırmağa çalışmışdır. Lavrens bu romanında sadəcə cinsəllik üzərində durmayıb, sənayeləşmənin sakit əyalət cəmiyyətinin həyatına necə dramatik və mənfi təsir etdiyini göstərməyə çalışmışdır.

      İnqilablar, müharibələr, kapitalizmə alternativ ictimai sistem nümunələri və ideologiyalar, sənətkarların siyasi baxımdan tərəf seçmələri yaxud tarixi mərhələni sürətləndirməkdə aktiv rol oynamaq missiyası ilə ortaya çıxmaları modern sənət ilə əlaqəli yeni mübahisələrə yol açmışdır. Bu mübahisələr modern sənət anlayışında ortaya çıxan yeni bir paradoks yaratmışdır. Sənətkar sərbəst olaraq subyektiv fikrini ortaya qoyur, amma bu onun siyasi olaraq bitərəf olacağı mənasını daşımır. Sənətkarlar da adi insanlar kimi hansısa ideologiyanın tərəfdarı olur, ictimai problemlər qarşısında bitərəf olmurlar. Bu sənətkarın missiyası problemini üzə çıxarmaqdadır, bu fikir sənətkarın azadlığının yenidən tərif olunmasıdır. Məsələn, bütün dövrlərin ən önəmli rəssamlarından olan Pablo Pikasso, çox məşhur Gernika tablosunda çoxşaxəli bir hadisəni, bir şəhərin (dünyada ilk dəfə) havadan bombardman edilərək yox edildiyini, insanların əzabını və çarəsizliyini, modern müharibədə əsgər, sivil yaxud heyvan fərqinin aradan qalxdığını və hər bir canlının hədəf ola biləcəyini hərtərəfli şəkildə əks etdirməyə çalışmışdır. Amma Pikasso eyni zamanda bitərəf deyil, İspaniya vətəndaş müharibəsində, Respublikaçıların tərəfində, faşistlərə qarşıdır. Pikasso üçün humanizm, sosializm dəyişməyəcək uca dəyərlərdir və rəssam burada tərəfdir və tərəfkeşliyi rəsimlərində də əks olunmuşdur.

      Sənətkarın siyasi tərəf olması və könüllü olaraq azadlığını yenidən müəyyən etməsi, modern sənətdə, “sənət sənət üçündür” yoxsa “sənət cəmiyyət üçündür” mübahisəsinə yenidən imkan yaratmışdır. Bu mübahisənin məzmunu sırf sənətkar üçün bir məna kəsb etmir. Başqa sözlə desək, ismarıcı istər zəif istərsə də güclü olsun, yaranan bir sənət əsəridir və o anın şərtlərinin təsirini özündə daşıyır. Sənətin sənət üçün yaxud cəmiyyət üçün olacağı mübahisəsi, sənətkarın özündən kənar sosial qurumlarla (partiyalar, bazar mexanizmi, təbliğat formaları) əlaqəsi baxımından da əhəmiyyətlidir. Əgər tərəf tutmaq və missiya birinci plandadırsa, o missiyanın sahibi (məsələn çevriliş edəcək partiya) ilə sənətkar arasındakı əlaqədə sənətkarın azadlığı, əhəmiyyətli şəkildə müdaxiləyə və istiqamətlənməyə məruz qala bilər. Xüsusilə Soyuq müharibə dövründə hər iki tərəfdə bu kimi hadisələr baş vermişdir.

      Modern sənət anlayışı və estetikası baxımından digər təsiredici proses sənaye inqilabı ilə meydana gələn yeni sivilizasiya və inkişaf ideologiyası olmuşdur. Yeni sivilizasiyada texnologiya çox böyük rol oynamışdır. Cünki XX əsrdə elm və elmə bağlı olan texnologiya son dərəcə sürətlə inkişaf etmişdir. Texnoloji inkişaf, mexanikanın həyatdakı təsirinin getdikcə artması deməkdir və bu reallıq sənət dünyasını da öz təsiri altına almışdır. Bəzi sənətkarlar texnoloji inkişaf və mexanikləşməyə son dərəcə müsbət yanaşarkən, Lavrens kimi bir çoxları da mənfi münasibət göstərmiş və tənqidi yanaşmışlar. Məsələn, modern sənət axımlarından olan futurizm elm və texnologiya sahəsindəki inkişafa bağlı olaraq gələcəyin dizayn olunması üzərində durmuş və bunun sənətin əsası olmasının vacibliyini irəli sürmüşdü. Futurist sənət axımı, təbii olaraq elm və texnologiya əsasında “qüsursuz bir gələcək dizayn edərkən mövcud zamana qarşı ciddi tənqidi münasibət göstərməkdə və bu zamanın hərtərəfli məhv edilməsinin lazımlılığını qeyd edir”. Türkcənin böyük ustadlarından olan Nazim Hikmətin şeirlərində də texnologiyanın inkişafına və mexanika mədəniyyətinə göstərilən güvən və heyranlıq dilə gətirilir.

      Nazim, Marinetti, Mayakovski kimi sənətkarlar, yaradıcılıqlarında texnologiyaya geniş və müsbət yer vermişdirlər. Davamlı irəliləmə və beləliklə gələcəkdə xoşbəxt və problemsiz cəmiyyət yaratmaq ancaq elm və texnologiyanın inkişafı ilə mümkün ola biləcək. Amerikanın məşhur şairi Ezra Paundun da makina mədəniyyətinin təsiri altına düşərək, dili mükəmməl makina kimi istifadəyə yönəldiyini söyləyə bilərik. Ona görə, mexanikalar insana təbiətin ramolunmaz güclərinə hakim olmaqda böyük imkanlar açırsa, dilin də mükəmməl bir mexanika kimi istifadəsi insanın problemlərinin həllində əhəmiyyətli rol oynayacaqdır. Bunun əksinə olaraq texnologiyanın və mexanika mədəniyyətinə ümidsiz baxan modern sənətkarlar da vardır. Çarli Çaplinin bütün zamanların ən yaxşı filimlərindən olan Modern Zamanlar filmi, mexanikanın insan üzərindəki yadlaşdırıcı təsirini fövqəladə bir şəkildə işləmişdir. Sənət dünyasında modernizmin doğru dürüst dörd əsas üzərində durduğu söylənə bilər. Bu dörd əsas, eyni zamanda modern sənətə aid estetika anlayışı və standartlarının müəyyən edilməsində də rol oynayır.

      Birinci üzərində durulmalı nöqtə, azadlıq və orijinallıq olaraq bilinir. Bu azadlıq və orijinallıq, sənət ifadəsinin bütün tərəflərini (forma, məzmun) əhatə edir. Məsələn, impressiyonist axımın ilk nümayəndələrindən biri olan Mone, günəşin doğuşunu özünün qavradığı şəkildə, istədiyi rənglərlə kətanına işləmişdir. Bu xüsusiyyət, aid olduğu dövr və şərtlərlə uzlaşır. Sənaye cəmiyyəti, fərdin cəmiyyətdə əriməsi, mexanikləşən istehsal dövrünün mexanik hissələrdən birinə çevrilməsi mənasını da daşıyır. Başqa sözlə, reallıq, qarışıq yəni çoxtərəfli, dinamik yəni durmadan dəyişikliklər içərisində olma şəklində başa düşülməlidir. Bu isə fərdin fərqli olmaq və fərqliliyini ictimailəşdirmək ehtiyacı ilə qarşı qarşıya qalması deməkdir.

      Bundan başqa unutmaq olmaz ki, sənaye cəmiyyəti subyektin itməsini


Скачать книгу