Cəbhədən cəbhəyə . Гасан Мехти оглы Сеидбейли

Cəbhədən cəbhəyə  - Гасан Мехти оглы Сеидбейли


Скачать книгу
köynəyi budağa ilişdi. Şəmsi mü-vazinətini itirdi və Teymur dəhşətli bir mənzərənin şahidi oldu. Hasarın üstünə çəkilmiş məftilin iti tikanı Şəmsinin sol yanağını elə siyirdi ki, lap sümüyü göründü. Onun yerə düşmüş papağının içindəki göy alçalar ətrafa diyir-ləndi… Şəmsi bu ağır yaranın ağrısını isti-isti o qədər də hiss etmədi. Cəld əli ilə üzünü tutub divara söykəndi. Hə-mişə özünü başqalarından üstün tutmağa çalışan Şəmsi bu səhnənin şahidi olan Teymura elə qəzəblə baxdı ki, onun bədənini soyuq tər basdı. Teymur Şəmsinin gözləri-nə baxmamaq üçün əyilib yerdən onun papağını qaldırdı. Şəmsi yanağından axan qanın barmaqları arasından sü-zülməyə başladığını hiss edib özünü itirdi, papağını Tey-murun əlindən qapıb, qanlı barmağı ilə onu hədələdi.

      – Ağzını qıfılla!

      Şəmsi qanı axa-axa harasa qaçdı. Amma Teymur uzun zaman özünə gələ bilmədi. Şəmsinin üzü çox pis çapıl-mışdı.

      Bu hadisə haqda Teymur heç kəsə bir söz demədi. Məhəllə uşaqları kimi, o da sirr saxlamağı bacarırdı.

      O vaxtlar bu məhəllənin cavanları arasında yazılma-mış bir qanun hökm sürürdü. Həbs cəzası çəkmiş, yaxud bədənində bıçaq, güllə yarası olan adamlar nədənsə igid-lər siyahısına düşür, tay-tuşlarına, bəzən özlərindən bö-yüklərə belə, əmr edirdilər. Bunun üçün də Şəmsi yara-lanmasının əsas səbəbini gizlədib başqa bir əhvalat uy-durmuşdu:

      – Çəmbərəkəndin uşaqları idi. Məhəlləmizə şuluqluq salmağa gəlmişdilər… Hayıf, yanımda bir şey yox idi, yoxsa üçünün də meyitini salmışdım…

      Uşaqlar onun yanağındakı dərin yaraya heyrətlə baxanda, Şəmsi soyuqqanlılıqla izahat verirdi:

      – Gicgahımdan vurmaq istəyirdilər… Eybi yoxdur, qal-sın qulluqlarında!

      Məhəllə uşaqları nə qədər təkid etmişdilərsə, Şəmsi “öz düşmənlərini” nişan verməmişdi.

      – Haqq-hesabı özüm çürüdəcəyəm! – demişdi.

      Bu, onun tay-tuşlarının çox xoşuna gəlmişdi. “Şəmsi bütöv oğlandır” – deyə hamı ona hörmət eləməyə başla-mışdı. Beləliklə o, məhəllənin görkəmli “cayıllarından” biri oldu. Üzündəki dərin çapığa görə onu “Çapıq Şəmsi” çağırırdılar.

      Deməli, Şəmsinin üzündəki çapığın sirrini bircə adam bilirdi. O da Teymur idi. Bəlkə buna görə də Şəmsinin Teymuru görməyə gözü yox idi. Teymurun bu sirri aça-cağından qorxurdu. Onu susmağa məcbur etmək üçün iki yol var idi: gözünə şirin görünüb yaltaqlanmaq, yaxud da onu həmişə qorxu, vahimə içərisində saxlamaq. Birinci yol Şəmsinin ürəyinə heç yatmırdı. Çünki Teymur məhəl-lə uşaqları ilə çox da qaynayıb-qarışmırdı. Həm də onun adı “cayıllar” siyahısında yox idi. Şəmsi ona baş əysəydi, hamıda şübhə oyadardı. İkinci yol Şəmsinin xasiyyətinə daha uyğun vəəlverişli idi. Şəmsi ikinci yolu seçdi. O, Teymuru qorxutmağa, hədələməyə başladı və onun susduğunu görüb elə bildi ki, Teymur doğrudan da ondan çəkinir. Halbuki Teymur “namərdlik etmək” istəmirdi. Şəmsi yerli-yersiz Teymura sataşır, söz atır, təhqir edirdi. Özü də məhəllə uşaqlarının yanında edirdi ki, əgər gələ-cəkdə Teymur onun sirrinin üstünü açarsa, hamıda elə təsir oyansın ki, Şəmsidən əvəz çıxmaq üçün onun üstünə şər atır. Belə hallarda Teymur ancaq dişlərini qıcaraq: “Nə istəyirsən məndən?! Mənim ki, səndə işim yoxdur…” – deyə bilirdi.

      Məhəlləyə söz yayılmışdı ki, Çapıq Şəmsi Teymuru vuracaq. Bu düşmənçiliyinin səbəbini hərə bir cür izah edirdi. Kimi deyirdi ki, Teymur Şəmsiyə qumarda udu-zub, borcunu verməyib; kimi deyirdi ki, bu düşmənçilik qız üstündədir; bəziləri də həqiqətə daha çox uyğun olan bir mülahizə yürüdürdülər. Teymur Şəmsiyə baş əymək istəmir. Yenə də həmin yazılmamış qanuna görə, belə söhbətlər haqqında nəinki milis idarəsinə, hətta ata-analara belə xəbər vermək qorxaqlıq sayılırdı. Hər sirdə romantika axtaran yeniyetmələrin bəziləri nəzarətsiz qa-lıb özlərini çox sərbəst aparır, ayrı-ayrı şübhəli adamların ictimai qanunları pozmasına qəhrəmanlıq nümunəsi kimi baxır və şüursuz olaraq onların təsiri altına düşürdü. “Sərbəst yaşamağa” belə tezliklə başlayanlar öz yaşıdla-rına təsir göstərir beləliklə, yazılmamış qanunlar yeniyet-mələr arasında da yayılırdı. Teymura da o vaxtlar elə gəldi ki, susmaq, sirri saxlamaq lazımdır. Əgər məhəllədə bir nəfər haqqında “qorxaqdır”, “satqındır”, deyilsəydi, ona “göz verib, işıq verməzdilər”, nifrətlə baxar, o ki var döyərdilər.

      Bir dəfə Çapıq Şəmsi yenə Teymurgilin evlərinin ya-nındakı daşın üstündə oturub bıçağını itiləyir və sözləş-mək üçün bəhanə axtarırdı. Teymurun kiçik qardaşı Sey-mur qapının ağzında dayanıb Çapıq Şəmsinin əlindəki bı-çağın iti ucuna baxırdı. Şəmsi qara daşın üstünə tüpürüb iri bıçağını sola-sağa çevirə-çevirə birdən başını qaldırdı. Seymurun arıq bədənini təpədən dırnağacan süzdü.

      – Adə, qız Seymur, qarnında qurd var?

      Teymurun qardaşı nərmə-nazik, ağbəniz və qəşəng olduğu üçün Şəmsi ona “qız Seymur” deyirdi. Bu xoşagəl-məz ləqəbi eşidən kimi Seymurun qəşəng, nazik qaşları çatıldı.

      – Necə bəyəm?

      – Bir dərisən, bir sümük. Filəsəm canın burnundan çı-xar.

      Seymur onun qorxunc və çapıq üzünə baxıb qapıya qısıldı:

      – Mənim sənə bir pisliyim dəyib?

      Şəmsi qəhqəhə ilə güldü:

      – Sən nə zibilsən ki, mənə pisliyin dəysin! Get Teymu-ru çağır.

      – Neyləyirsən onu?

      – Sənə qalmayıb. Get çağır. De ki, Şəmsi səni qapıda gözləyir.

      Seymur dinməz həyətə girib anası görməsin deyə Teymuru işarə ilə çağırdı, özü isə cəld mətbəxə sarı qaçdı.

      Teymur küçəyə çıxıb Şəmsiyə salam verdi. Şəmsi hə-mişə onu müşayiət edən yoldaşalarının yaxında olduqla-rını yoxlamaq üçün başını geri döndərdi və onların iki-üç addımlıqda dayandıqlarını görüb ürəkləndi, yoldaşlarına göz vurubTeymura dedi:

      – Sənin o bacın niyə elə arıqlayıb?

      – Mənim bacım yoxdur ki!

      Şəmsi yenə qəhqəhə çəkib güldü:

      – Bəs qız Seymur sənin nəyindir?

      Teymurun yumruqları düyünləndi. Ancaq o yenə də bütün iradəsini toplayıb Şəmsiyəəl qaldırmadı.

      – Şəmsi, uşağa ad qoyma, yaxşı deyil.

      Şəmsi sırtıq-sırtıq qımışdı:

      – Bütün məhəllə mənə Çapıq Şəmsi deyir. Mən heç in-cimirəm.

      – Sən bu adınla fəxr eləyirsən. Amma Seymurla işin ol-masın.

      – Olsa neylərsən?

      – Elə


Скачать книгу