Cəbhədən cəbhəyə . Гасан Мехти оглы Сеидбейли
deyəcəksən?
– Desəm də, deməsəm də, əvvəl-axır biləcək.
– Qoy bir az gec xəbər tutsun.
Teymur həyəcanla yan-yörəsinə baxdı:
– Bəs, anam özü hardadır?
Seymur yumşaq, xurmayı saçlarını əli ilə darayıb düzəltdi.
– Çörəyə gedib, camaat ala-qaranlıqdan ordadır.
– Bəs özün niyə getməmisən? – deyə Teymur soruşdu.
Seymur gülümsündü, onun sədəf kimi parıldayan saf dişləri ağardı, sol yanağında batıq əmələ gəldi.
– Qoyur ki! Burda oturma, orda otur, bunu yemə, onu ye, bunu geymə, onu gey. Məni lap pambıq içində böyü-dür. Bir də deyir ki, növbədə duranların hamısı arvaddır.
Teymurun qaşları çatıldı.
– Neyləsin. Atamız həlak oldu, mən cəbhəyə getdim. Gözünün ağı-qarası bircə sən qaldın. Yaxşı, necədir? Ürəyi…
Seymur tələsik cavab verdi:
– Yox, yox, arxayın ol. Babatdır. Bircə səndən nigarandır. Elə durub, oturub səni çağırır. Adın dilindən düş-mür. Bir Teymur deyir, bir də “can bala”.
Teymur, qardaşını dinləyə-dinləyə qoyub getdiyi hə-yəti gözdən keçirirdi. Balaca həyət yenə əvvəlki kimi səli-qəli idi. Həyəti kölgələyən üzüm talvarı daha da şaxələn-mişdi. Meynələrin yarpaqları solub qarsımışdısa da, iki-üç yerdən iri üzüm salxımları asılmışdı. Ancaq bu salxım-ların rəngi bozarmış, bəndəmləri o qədər nazikləşmişdi ki, az qala, indicə qırılıb düşəcəkdi.
Teymur qardaşına tərəf dönmədən soruşdu:
– Bəs bunlar niyə qalıb?
– Anam qoymadı dərim, dedi qalsın, bəlkə Teymur tez gəldi, ona qismət oldu, – deyə Seymur gülümsündü. İki qardaş qucaqlaşmış halda evə girdilər.
Seymur Teymura kömək edib onu soyundurdu. Mətbəxdə su qoydu və anası gələnədək qardaşını çimdirib ba-şını, bədənini yudu. Peysərini sabunlayanda Teymur da-vam gətirməyib inildədi. Seymur qardaşının başındakı şişi görcək təəccüblə soruşdu:
– Bu nədir?
– Bax, bunu anam bilməsə yaxşıdır, – deyə Teymur qəti bir səslə tapşırdı, – Mən axırıncı dəfə yaralananda çox qan itirmişəm. Hərdənbir, başım az gicəllənir. Səhər qa-tardan düşəndə yenə başım gicəlləndi, zərblə yerə yıxıl-dım.
– Hansı qatarla gəlmisən? – deyə Seymur soruşdu.
Teymur gülümsəyib cavab verdi:
– Heç əməlli-başlı qrafik var ki, qatarların adını da yadımda saxlayım?
Seymur elə bil birdən ayıldı:
– Bəs çamadanın hanı?
– Doğrusu, yaman tələsiyə düşdüm, Seymur. Məni cəbhədən Qroznıya göndərdilər, oranın xəstəxanasında bircə gün yatdım. Sonra çoxlu ağır yaralı gətirdilər. Bil-mirəm, hardasa almanlar bizim üç alayı mühasirəyə alıb top atəşinə tutmuşdular. Odur ki, ayaq üstündə durmağa taqəti olanları evlərinə göndərdilər. Mən aldığım puldan özümə üst-baş düzəldib tez yola düşdüm. Adi paltarda gəldim, qoy anam arxayın olsun ki, bir də geri dönməyə-cəm. O ki qaldı şeylərimə, yaralanandan sonra Rostovda bir yoldaşımın yanında qoydum. Əgər sağ qalarsa göndərər.
Seymur nazik əlini qardaşının enli kürəyində şappıldadıb güldü:
– Özün sağ-salamat gəlmisən bəsdir. Hər şeydən qa-baq cansağlığıdır, cansağlığı…
Seymur qardaşına qurulanmağa da kömək edib onu otağa gətirdi və öz paltarlarını ona təklif etdi. Onun pal-tarları Teymura dar gəldi. Seymur sandığı açıb Teymurun köhnə paltarlarını çıxardı və Teymur əynindəkiləri soyu-nub, naftalin iyi verən paltarlarını geydi. Onlar stolun başına keçdilər. Seymurun dəmlədiyi pürrəng çaydan içə-içə söhbətlərinə davam etdilər…
Elə bu vaxt həyətdən bir səs eşidildi:
– Can bala! Sən gələn yollara anan qurban.
Teymur yerindən sıçradı:
– Ana!
– Ana sənə qurban, Teymur! – deyə Cavahir həyəcanlı, lakin ahəstə bir səslə inildədi… O, heç vaxt ən ağır dəqi-qələrdə belə ucadan danışmazdı. Necə deyərlər, kədərini də, sevincini də həmişə içinə salardı, çox həyalı qadın idi. Qonşular onu təkcə xasiyyətinə görə yox, gözəlliyinə görə də çox sevirdilər.
– Ana!
– Boynuna qurban, Teymur!
– Heç dəyişməmisən, ana!
– Məni tək əlli niyə qucaqlayırsan, ay bala?
Teymur gülə-gülə anasının solğun çöhrəsinə nəzər salıb sol əli ilə onun saçlarını oxşadı. Mehriban üzündən öpdü və qəti bir səslə dedi:
– Ana, gəl kişi kimi şərtləşək. Bax, bədənimdən bir tük dəəksilməyib. Sağ qolum balaca burxulub, əgər bunun üçün ürəyini sıxsan, gəlməyimə peşman olaram…
Cavahir yaşarmış gözlərini oğlunun sağ qoluna dikib titrək barmaqlarını onun üstündə gəzdirdi.
Teymur dedi:
– Qorxma, gipsdir, ana, bax, bu da mənim barmaq-larım.
Cavahir qorxu və şübhə içərisində soruşdu:
– Burxulmuş qolu da gipsə salarlar?
– Həkimlərin işini bilmək olmur, ana! Biri belə deyir, o biri elə. Dedilər guya dirsəyim yerindən oynayıb, mən də dedim ehtiyat igidin yaraşığıdır, salın gipsə.
Cavahir üzünü yana tutub ağladı.
– Bu olmadı ki, ana, axı biz səninlə şərtləşdik.
Cavahir yana-yana dilləndi:
– Allah onların bəlasını versin!
Teymur ürəyində fikirləşdi ki, “nə yaxşı anam çörək almağa gedəndə, mənim yıxılıb, qaldığım dalandan keç-məyib, məni o halda görsəydi, ürəyi partlardı…”
Evə keçdilər. Cavahir nədənsə oğluna o qədər də ya-xın düşmürdü. Elə bil, yaxınlaşarsa, bunun həqiqət deyil, xəyal olduğunu görəcəyindən qorxurdu. Ancaq arabir tab gətirməyib yaxınlaşır, onun yanaqlarından öpür, həyətə çıxıb özünə iş tapır və “can bala” deyən səsi eşidilirdi.
Axşama yaxın Teymurun vəziyyəti birdən-birə ağırlaşdı. O qusdu. Sevindiyindən bu gün dərsə getməmiş Sey-mur cəld həkim dalınca qaçdı və təcili yardım maşını ilə gəlmiş həkim, Teymuru müayinə edib eşiyə çıxdı. Cava-hirlə Seymur həkimin üzünün tutulduğunu görüb daha da qorxdular. Həkim astadan dilləndi:
– Beyni tərpənmişdir. Özü də xəbərdarlıq edirəm, və-ziyyəti ağırdır. Ən azı beş-altı ay yatmalı olacaq.
Cavahir oğlunun qospitala aparılmasına razılıq vermədi. Teymur evdə qaldı.
Cavahirin