Dərbənddən başlanan əzablı yol. Ağababa Rzayev

Dərbənddən başlanan əzablı yol - Ağababa Rzayev


Скачать книгу
işıqlıydı ki, Məhəmmədəliyə qanad verirdi. Həzin səsində bir ümid, kədərli gözlərinin şirin baxışlarında dalğın bir həsrət… Hələ anasının laylaları…

      Şərəfnisə öləndə Məhəmmədəlinin səkkiz yaşı vardı. Anasını dəfn edəndə atası Hacı Qasım icazə vermişdi ki, Məhəmmədəli də qəbiristanlığa getsin. Şərəfnisənin yerdən götürərkən verilən azan səsləri, mollaların oxuduqları “əl-rəhman”

      indi də qulaqlarında səslənirdi. Bu oturduğu otaq, otağın səliqə-sahmanı, bu pərdələr, bu yor-ğan-döşək, bu palazlar, yerə salınmış, divardan asılmış xalçalar ona anasını xatırladırdı.

      …Məhəmmədəli Qubadan Dərbəndə bu gün axşamüstü qayıtmışdı.

      Müəllimi Əbdüləziz onu çox tərifləmiş, hətta məntiq dərslərini ona tapşırmışdı. Məhəmmədəlinin sonuncu dərsini dinləyən Əbdüləziz tələbəsinə demişdi: “Nə gözəl danışırsan! Səni dinlədikcə mənə elə gəlirdi ki, söz yox, dənizin dibinə baş vurub oradan mirvari çıxarırsan”.

      Ondan bir gün qabaq da Molla Saleh Bilici Məhəmmədəlinin yazdığı “Ərəb qrammatikası üzərində təcrübələr”ini oxuyub ona parlaq bir gələcək vəd etmişdi. Müsəlman qanunlarından 13

      dərs verən Şeyx Məhəmməd Bəhreyn isə Dərbənd məclisində Cümə namazından sonra Hacı Qasımı inandırmağa çalışmışdı ki, Məhəmmədəli bütün gələcəyini müsəlman qanunçuluğu ilə

      bağlamalıdır.

      Məhəmmədəli Quranın 28 surəsini, peyğəmbərlərin 30 min hədisini, Kərbəla faciəsi he-kayətlərini, neçə-neçə mərsiyəni əzbərdən bilir, onların məğzini açır, izah edir, müqayisələr aparır, yeri gəlmişkən öz münasibətini yazırdı. Əli oxuduğu kitabların, onları yazan alimlərin əsiri ola bilmirdi. O, tarixə öz ağlının, zəkasının gözüylə baxırdı.

      Gecə səhərə kimi oxuduğu kitablar, əfsanələr, nağıllar yaddaşında ömürlük həkk olurdu. Onun yaddaşı da müəllimlər üçün bir sirr idi. Bir dəfə

      gördüyünü heç vaxt gözlərindən qaçırmır, bir dəfə eşitdiyini qulağında ömürlük sırğaya çevi-rirdi…

      Xaqaninin “Mədain xərabələri”, Nizaminin

      “Sirlər xəzinəsi”, Füzulinin “Leyli və Məcnun”u, Firdovsinin “Şahnamə”si, Sədinin “Gülüstan”ı dilindən düşmürdü.

      Bu dahilər dünyası və gündə 14-16 saat oxumaq onu elə yüksəklərə qaldırmışdı ki, o, ətraf-14

      dakı mühit üçün bir sirr, bir müəmma ol-muşdu.

      Görəsən, onu bu yüksəklərdə nə göz-ləyirdi?

      Mədrəsədə bu gözəl, ucaboy, vüqarlı gənc bütün

      müəllimlər

      üçün

      bir

      müəmmaya

      çevrilmişdi. Bu gənc… Aman Allah!.. Nə qədər ağıllı gözləri vardı. Səsi qətiyyətli idi. Bu, yalnız qüdrətli xarakterlərə məxsus bir qətiyyət idi.

      …Məhəmmədəli atası ilə söhbət etmək ehtiyacı duydu. O, atasının otağının qapısını azca aralayıb baxdı.

      Hacı Qasım bayaqdan pəncərə önündə dayanmışdı. Dərin düşüncələrə dalmışdı…

      Dərbənd şeyxülislamı Dərbənd xalqının gözündə o qədər hörmət və ehtiram qazanmışdı ki, bu, rus generallarını narahat etməyə bilməzdi.

      Hacı Qasım dünyanın min fitnə-fəsadlı oyununu görmüşdü və yaxın günlərdə fırtına qopacağı bəlli idi.

      …Ata ilə oğulun söhbəti gecəyarıya kimi çəkdi. Hacı Qasım qəlbindəki narahatlığı büruzə

      verməmək üçün yenə də Dərbəndin tarixindən söhbət açdı.

      ‒ Deyirlər, bu yerlərdə altun çağlar olub. Hər adamın, hər ailənin öz yeri, yurdu, öz heyvanı, öz daxması olub. Hamısı işlək olub. İnsanlar bir-15

      birinə sevgi ilə baxarmış. Qəlblərində vicdan, damarlarında qəhrəmanlıq qanı… İndi isə damar-lardan çirkab axır. Amma çox sonralar əli qələmli adamlar gəldi. Əkin yerlərini çərək-çərək böldülər. Heyvanları hesaba, ağacları, meynələri qələmə aldılar. Az qala salxımları da saydılar, daxmaları ölçdülər, quyulardakı suları hesaba saldılar. Hamısını haqq-hesaba vurdular: dax-maya vergi bu qədər, hər mala, hər qoyuna bu qədər, su pulu bu qədər… Vergi yazana da ver.

      Bu pullar getsin xəzinəyə, hökmdar da oğlan-larımızı yığıb aparsın qırğına, özünü, hərəm-lərini qorumaqçün qala divarları tikdirsin…

      Zəkat ver, fitrə ver… Ramazanda ver, orucluq qurtaranda ver… Nəzir ver, sədəqə ver, xərac ver… Belədir, oğul, eşitdiyin ədalət belə yaranıb.

      Mən bunların çoxunu kitabdan oxumuşam, çoxunu da özüm görmüşəm… Sən də oxu, çox oxu, amma gördüklərinə inan, kitablardakı hər yazıya inanma. Onlarda həqiqətdən uzaq şeylər də çoxdur… Oxu, sonra da çalış mümkün olanı gözünlə

      görəsən… Oxu, ancaq öz vicdanının səsinə qulaq ver. Ehtiyac üzündən sənə uzanan əlləri boş qay-tarma. Çörəksizə çörək ver, xəstəyə dərman. Eh-16

      tiyac ağır şeydir. Ehtiyac ən böyük qəhrəmanlara diz çökdürür, dahilərə baş əydirir.

      Məhəmmədəli bu sözlərin sehrindən qopa bilmirdi, amma atasının baxışlarında nə isə vardı ki, oğul yerindən qalxdı. Yorğun və kədərli baxışları ilə atasını oxşayaraq:

      ‒ Bağışla, ata, bəs yalanlar bəzən niyə çox güclü olur? Yalanlar öz gücünü-qüdrətini hardan alır?

      Hacı harasa, uzaqlara baxaraq danışırdı:

      ‒ Yox, oğlum, yalanlar bir dərya olsa da, bir damla həqiqətə güc gələ bilməz. Nə olursa-olsun, həqiqəti daşlama, həyatda düz həqiqətin gözünün içinə bax. Çünki həqiqətlə ədalət bir xə-mirdən yoğrulub. Onu da bil ki, ədalətli söz acı olur, amma o da dərman kimi şəfavericidir…

      Ədalətli sözlə dərmanın bir fərqi var ki, dərman vücudu müalicə edir, ədalətli söz isə qəlbi, ruhu, vicdanı… Müalicə uzun sürə bilər, sən ümidini itirmə, səbirli ol, özünə güvən… İnsanlara güvən… İnsanlardan ümidini kəsmə. İnsan tab gə-tirməyən qüvvəyə nə dağlar, nə də qalalar tab gətirə bilər.

      17

      Hacı Qasım acı həqiqətlərlə cavan oğlunun qəlbini alt-üst etmək istəmirdi. Ona görə də söhbəti elə burdaca bitirmək istədi:

      ‒ Vaxtını çox aldım, oğul, ‒ deyə Hacı Qasım oğlunun başını sığalladı, ‒ gecdir, gecə yarıdan keçib.

      ‒ Yox, ata, mən səninlə fəxr edirəm.

      ‒ Mən istərdim ki, səninlə fəxr edəm. Bir adama deyəndə ki, kimsə səndən ağıllıdır, acığı gələr, amma ataya desən ki, oğlun səndən ağıllıdır ‒ sevinər… Bugünlük kifayətdir. Vaxt gedir. O, qızıla bərabərdir…


Скачать книгу