Dərbənddən başlanan əzablı yol. Ağababa Rzayev

Dərbənddən başlanan əzablı yol - Ağababa Rzayev


Скачать книгу
yaxın səfərə hazır idi. Məhəmmədəli ürəyinə sığmaz dərdlərin, beynini parçalayan qay-nar fikirlərin ağırlığı və yuxusuz gecənin yor-ğunluğu altında cümə məscidinə gəldi. Yeddi yüzillik möhtəşəm çinarların altında ayaq saxladı.

      Məscidin həyəti adamla dolu idi və məscidin həyətinə açılan üç qapıdan camaat içəri do-luşmağa başladı. Azan səsi eşidildi. Bu son azan səsi uzun zaman Məhəmmədəlinin ürəyində səs-lənəcək və ömür boyu vətənindən ayrılığın son günündə, acı həyatın dəhşətli ağırlığı altında göylərdən imdad diləyən bədbəxt insanların yorğun üzlərini xatırlayacaqdı.

      31

      Məhəmmədəli bütün Dərbəndlə vidalaşırdı.

      O, sabah səhərdən doğma şəhərini tərk edib Həştərxana, atasının yanına yola düşürdü.

      Məhəmmədəli məsciddən çıxıb Qalaya ‒ Qırx-larqapı tərəfə yollandı. Karvansarayın yanından keçdi, Çartəpə məscidinin qabağında ayaq saxladı, məscidin yanından axan bulaqdan üzünə su çilədi. Aram addımlarla şəhərin qərbində rus qoşunlarının yerləşdiyi Dübarə meydanına gəldi.

      Buradan bütün şəhər ovuc kimi görünürdü. Bu yer şəhəri nəzarət altında saxlamaq üçün ən mühüm nöqtə idi. Məhəmmədəli yoluna davam et-di. Minarət məscidinin yanından keçəndə qapıda dayanmış camaat Hacı Qasıma olan böyük hörmətin əlaməti olaraq onun oğluna baş əydilər.

      Bu Xan bulağı, bu da Şeyx Saleh bulağı…

      İbrahim bəyin imarəti, Mədət bəyin, İman-qulu bəyin, Hacı Tacaroğlu Soltan qar-daşlarının mülkləri… hamısı yerindədir, sahibləri yox. Hərəsi bir dərəyə çəkilib gedib.

      Məhəmmədəli şəhərin şimalındakı Qırxlar qəbiristanlığına yollandı. Burada ərəblərlə vuruşmalarda həlak olmuş qırx qəhrəman ya-tırdı.

      Qəbirlərin yanında dayanıb salavat çevirdi. Qırx-ların yaxınlığındakı Fətəli xanın arvadı Tuti Bi-32

      kənin oğlanları Əhməd xanın və Həsən xanın məzarları önündə də baş əyib, anası Şərəfnisənin məzarı başına gəldi. Məzarın başına dolandı.

      Soyuq torpaqda anasının qarşısında diz çökdü.

      Günortadan ötmüşdü. Məhəmmədəli qon-şunun uşağını nişanlısı Gülnargilə göndərdi, ona desin ki, axşam Qalanın sağ tərəfindəki çinar ağacının yanına gəlsin. “De ki, Məhəmməd sabah səhər tezdən yola düşür, uzun səfərə çıxır” ‒

      deyə Məhəmmədəli əlavə etdi.

      Məhəmmədəli Gülnarla olan son görüşünü ömür boyu xatırlayacaqdı; “Möhtəşəm çinar altında qorxusundan tir-tir əsən Gülnarı bağrıma basdım, onu ilk dəfə öpdüm, bütün qanun-larımızı, adətlərimizi ayaqlar altına atdım”. O, Məhəmmədəlinin bağrına sığındı, aman istədi,

      “getmə” dedi.

      Amma tale öz işini görürdü. Və taleyin qis-mətindən qaçmaq mümkün deyildi. Sevənlər ay-rılacaq, bir daha bu dünyanın gözüylə bir-birlərini görməyəcək, sevgiləri həsrət daşları altında əbədi gömüləcəkdi.

      Cümə günü səhər açılar-açılmaz, Məhəmmədəli yoldaşlarıyla bərabər Xəzərin sahilinə

      gəldi. Yükləri atlardan düşürüb sahildə da-33

      yanmış gəmiyə tərəf aparmağa başladılar. Məhəmmədəli yoldaşlarından aralandı. Üzünü Xə-zərə tutdu:

      “Xəzərim mənim… Mən həmişə sənin qiyamət qoparan qasırğalarından söz açan kitabları oxumuşam. Amma bu sərt qış günündə sən məni gözəl təbəssümlə yola salırsan… Mən sənin qəzəbini çox görmüşəm. O gün də səhər yuxusundan oyanan bir gözəl kimi naz-qəmzə ilə

      qaşlarını çatdın, bütün köksün həyəcana gəldi, suların saçaq-saçaq olub köpükləndi… Sabahısı…

      Sabahısı sən bir qədər də gözəlləşdin, bül-lurlaşdın, şəffaflaşdın, pak oldun… Səni çox şairlər görməyib… Səni nə Homer gördü, nə Bayron, nə Şekspir sənə vuruldu, nə Dante… Gör-səydilər, sən onlar üçün bir alova, bir məşələ

      çevrilərdin, mənim Xəzərim… Mən sənin həsrətini çəkəcəyəm… Yox, sənin Həştərxan sahil-lərini yuyan dalğaların Dərbəndi qucaqlayan su-larından deyil. Mən sənin intizarında olacağam…

      Bir dilə gəl, Xəzərim, sənə dediyim xatirində qa-lacaqmı?..”

      Gəmi bir neçə dəfə fit verib ağır-ağır sahildən aralandı. Məhəmmədəli ürəyini Dərbənddə qoyub gedirdi.

      34

      Yenə düşüncələr, xatirələr, gah acı… gah şirin…

      Gəmi coşğun suları yara-yara Həştərxana doğru üzürdü. Əlvida, gözəl Dərbənd, əlvida!

      35

      Həştərxanda

      

      Həştərxan Məhəmmədəlini çox qaşqabaqla qarşıladı. Sulu qar yağırdı. Külək həsrət “havası çalırdı”. Və bu “həsrət havasının” içində elə bir ümidsizlik vardı ki!.. Sanki Həştərxan qəm-qüssə

      dumanına bürünmüşdü. Bəlkə bu qəm-qüssə, bu həsrət və bu ümidsizlik Məhəmmədəlinin taleyindən xəbər verirdi…

      Məhəmmədəli Volqanı ilk dəfə görürdü. Həştərxanda çay bir neçə qola ayrılırdı və bu möhtəşəm çayın əzəməti gözə görünmürdü.

      Böyüklər xırdalandığı, əzəmət parçalandığı zaman gözdən düşür və insanlar onların böyüklüyünü dərk edə bilmir.

      36

      Məhəmmədəli şəhərə çıxdı. Həştərxan onun gözünə Dərbənddən böyük göründü. Dağın təpəsində Həştərxan qalası yüksəlirdi. Sanki bu qala şəhərin qüdrətini qoruyan bahadırdı.

      Razinin üsyanları haqqında oxuduğu kitablarda da bu Qalanın adına rast gəlib.

      Məhəmmədəli

      şəhərin

      dolaşıq,

      dar

      küçələrindən keçib Uspenski kilsəsinin yanından sağa döndü. Uzaqdan görünən xırda taxta evləri ona göstərdilər. Sürgünə məhkum olunanlar orada yaşayırdı.

      Məhəmmədəli ürəyini yeyə-yeyə özünü taxta evlərə yetirdi. Ürəyi dərddən partlamaq dərə-cəsinə gəlirdi. Və atasını görüb ona sarılan kimi qəlbindən qopan qara fırtınalar məstedici sevinc burulğanı içində qərq oldu. Söhbət gecəyarısına qədər uzandı. Məhəmmədəli atasına bildirdi ki, bir daha Dərbəndə qayıda bilməz.

      …Şəhər bələdiyyə idarəsində Məhəmmədəliyə

      işləmək üçün bir neçə yer təklif etdilər. Heç biri ürəyinə yatmadı. O, rus dilini bilmirdi, rus dili isə Həştərxanda hökmran dil idi. Axşam ata və

      oğul çox götür-qoy elədilər. İngiltərədən gəlmiş

      Qlen


Скачать книгу