Qəbiristan. Muğanna İsa
sədri Sultan Əmirliynən böyük qardaşı Mədəd qənim kəsildilər bizə. Sultannan Mədəd gəbərəndən sonra oğulları Səmədnən Mədəd qənim kəsildilər. O Səməd sən Səməd – Səmi oldun, qənim kəsildin! Bu Kolyanı da o gorbagorlar təki böyüdəcəydi, Nəcəf göndərdi o gorbagorların dalınca ki, xəbərdarlıq olsun sənə, o Midini də göndərər ata-anasının dalınca, yurdunuzda bayquş ulayar! Möhlət verirəm, ağlını başına yığ, sakit ol, o biri uşağı böyüt” – dedi.
Səmi buz kimi tər içində, mat-məəttəl dayanmışdı.
Xəlvət isə bu dəfə tamam toxtaqlı: “Bu İrina deyilən də elə o vaxtlar özünü Mədədin altına yıxmışdı ki, bəlkə bunnan zaks kəsdirsin. Əmin Mariyanı bundan üstün tutdu, bu qəhbə bizə sığındı. İndi buna da sən sahib durmalısan!” – dedi. Sonra bir az da toxtayıb: “Çiynindəki Kalaşnikovu rədd elə, nə qədər istəyirsən qızıl verim, rahat otur!” – dedi.
Meyitlərin yanındaca belə öyüd-nəsihətdən sonra, Xəlvət elə orda da kəmərinin altından bir tənbəki kisəsi dolusu qızıl lirə çıxarıb Gülbənizin ovcuna basdı və Səmiyə işarə eləyib: “Keçən dəfə almadı, özün öyüd-nəsihət ver alsın bunu. Gecəynən dəfn eləyin səsi çıxmasın”, – dedi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.