Bakı rüzgarı. Saryal İsmayıl
dörd şagird də həmin məktəbə qəbul olmuşdu. Onlarla görüşmək, yola hazırlaşmaq barədə məsləhətləşmək Oğuzun yeni və ləzzət aldığı əyləncəsinə çevrildi. Yola düşəcəkləri günü intizarla gözləyirdi.
Birgə səfərə çıxacağı yoldaşlarından ona ən yaxın olanı bir dükançının oğluydu. Ad-soyadı Abdulla Rəhimliydi. Atası cır-cındır içində gəzirdi, amma pul da yığa bilmişdi, oğlunu sevir, hətta ona pərəstiş eləyirdi.
Oğuz və Abdulla digər yoldaşlarını gözləmədən yola çıxmaq qərarına gəldilər. Atası Abdullaya verdiyi qızıl pulları oğurlamasınlar deyə şalvarının belində xüsusi olaraq zolaq formasında hazırlanmış cibə yerləşdirdi. Bundan başqa yenə pencəyin xüsusi olaraq tikilmiş iç cibinə çoxlu kağız pul qoydu. Oğuz isə cəmi bir neçə ay ona bəs eləyəcək pulla səfərə çıxacaqdı.
Səfər günü yaxınlaşdığı məqamda Oğuzun atası Əhməd bəy xəstələndi. Əvvəlcə xəstəliyin səbəbi məlum olmadı, amma sonra çox ağır, təhlükəli olduğu aşkara çıxdı. Oğuz atasını bu vəziyyətdə qoyub səfərə çıxa bilməzdi. Oğlunun bu fikrindən xəbər tutan atası onu yanına çağırıb öyüd-nəsihət verdi:
– Xəstəliyi bəhanə eləyib səfərdən qalmağın düzgün olmaz. Sən məni müalicə eləməyəcəksən ki. Əksinə, səfərdən qalmağın məni kədərləndirəcək, xəstəliyim daha da şiddətlənəcək.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.