Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде
yazmış farslar və türklər olduğu kimi, farsca yazmış türklər dəxi, az deyildir.
İbni Sina haqqındakı bu anlaşmazlıq, ildönümü yapıldığı günlərdə İran, türk və ərəb mərkəzləri arasında dartışmalara belə səbəb olmuşdur.
Nizamiyə aid bu qələm təcrübəsinə şairin 800-cü ildönümü münasibətilə girişilmişdir. Çox ehtimal ki, bu ildönümü sahibinin milliyyəti dəxi, bir takım (sıra) münaqişələrə yol açacaqdır və ona verilməyə başlanan «Azərbaycan şairi» vəsfi onu «İran şairi» deyə tanıyanlardan bir qismində etiraz deyilsə də, alışqanlıqlarını pozan bir xoşnutsuzluq hissi doğuracaqdır.
Fəqət nə yapmalı, dünya böyüklərinin adları ətrafında millətlər arasında dartışma yeni bir şey deyildir. Sonra başqalarının yanlış alışqanlıqlarını pozmamaq için Azərbaycan öz təbii haqqından necə vaz keçər?! Bilxassə, bu dartışmada iki millət və ya topluluğu pozuşduracaq bir cəhət də yoxdur, əksinə, bu, iki tərəfcə sayılan şəxsiyyət ətrafında bəhs edilən millət və topluluqlar daha çox birləşmiş və anlaşmış olurlar.
Məşhur elm və ürfan adamlarının milliyyətləri haqqındakı dartışmaya Avropa dəxi, yabançı deyildir. Orta çağlarda latınca bütün avropalılar için ortaq bir bilgi dili idi. Hər millətdən aydınlar əsərlərini bu dildə yazarlardı. Milli oyanış və kültür istiqlallarını qazandıqları dövrdə isə ortaq latınca dövrünə aid tanınmış kültür simaları milli mənsubiyyətləri baxımından qızğın dartışmalara səbəb olmuşdur.
Batıda və Doğudakı bu iki olayın kökü birdir. Latın bilginliyi xristian topluluğuna girmiş bütün batılıların milliyyət və irq qeyrəti güdmədən yaratdıqları bir dəyər olduğu kimi, ərəb bilginliyi də eyni şəkildə müsəlman topluluğuna girmiş doğuluların vücuda gətirdikləri bir varlıqdır.
Tarixin müəyyən qanuna tabe yürüşündən çıxan bu olayı elmi bir əda ilə anlatmaq istərsək fikrimizi bu surətlə xülasə edə bilirik:
Ümmət dövründə milliyyət və irq ayrılığına dəyər verilmədiyi için çox da aranmayan «mədəniyyətdə ortaqlıq hissəsi» milliyyət dövründə aranmağa başlanmış və hər millət islam mədəniyyət və ürfanına öz cinsindən böyüklərin xidmətlərini bəlirtməkdən özəl bir zövq duymuşdur.
3. DOĞU İSLAM MƏDƏNİYYƏTİNDƏ AZƏRBAYCANIN ROLU
Müəyyən milliyyət və irqdən olanların islam mədəniyyətinin irəliləməsindəki yerlərini bəlli etmək qeyrəti nisbətən yaxın zamanların işidir. Coğrafi bölgələrin bu xüsusdakı dəyərlərini göstərmək isə daha əskidir.
Türk olmaları etibarı ilə azərbaycanlıların islam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri bulunduğu kimi, bir Doğu islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə önəmli bir rolu vardır.
Türkcədən başqa, əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir sırası yazılırsa böyük bir cild olur. M.Ə.Tərbiyətin «Azərbaycan bilginləri»nə ayırmış olduğu çox qısaldılmış cildi belə 400 böyük səhifəni aşmaqdadır.6 Bu qədərini qeyd etmək yetər ki, islamiyyətdən əvvəlki əski dövrlərə aid məşhurlar ilə,7 Batının təsiri ilə islam dünyasında başlayan yeni oyanış dövrünə aid isimlərdən8 başqa sadəcə, Nizami və çağdaşları üzərinə doğrudan-doğruya təsir yapan və onlardan təsir alan dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə, həm sayı, həm də dəyər baxımından diqqətəlayiq bir önəmdədir.
Bunlardan bir neçə önəmlisinə burada işarət etmək istərik. Bu surətlə Doğu İslam Mədəniyyətinin hər alanında Azərbaycanın tutmuş olduğu yer haqqında genəl bir fikir verilmiş olur.
Hicrətdən sonra 421-ci ildə [m. X yüzil] doğulmuş olan Təbrizli Xətib9 ərəb ədibləri ilə sözlükçüləri arasında çox önəmli bir mövqe sahibidir, ərəb ədəbiyyatının ana kitablarından bir çoxunu anlatmış və aydınlatmışdır.
Hicri 458-ci ildə ölən [X yüzildə yaşamış] Mərzban oğlu Əbülhəsən Bəhmənyar «müəllim-i əvvəl» Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. Ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir.10
Hicri VI yüzil münəccimlərindən Şirvanlı Fəridəddin otuz illik əməyin məhsulu ziclərilə məşhurdur.11
VIII yüzildə yaşamış Bakılı Abdül Rəşid ərəb coğrafiyaçıları arasında yüksək dəyərli bir müəllif deyə tanınmaqdadır.12
Yenə VIII yüzil adamlarından Marağalı Əbdülqadir musiqidəki bilgisi, bu xüsusda yazmış olduğu əsərləri və yapdığı yeni icadları ilə tanınmışdır.
IX yüzilin bilinmiş təbiblərindən Şirvanlı Şükrüllah öz ixtisasında olduğu qədər başqa bilgilərə aid əsərlərilə də məşhurdur.13
Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam- Qazani14 də Azərbaycan türküdür.
Memarlıq, çiniçilik, nəqqaşlıq və gözəl yazı [xəttatlıq – kalliqrafiya] kimi gözəl sənətlərdə azərbaycanlı sənətkarları Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda duran yüksək əsərlərilə təqib edə bilirik.
Təbrizdəki Göy məscidin15 çiniçilik sənəti baxımından almış olduğu şöhrət, yıxıntıları üzərində araşdırmalar yapan mütəxəssislərcə bir ağızdan təsdiq olunmaqdadır. Naxçıvanda Azərbaycan Atabəylərinin yapdırdıqları Möminə xatun türbəsi16 yüksək bir sənətin qalıntısıdır. Azərbaycan memarlarından S.Ə.Dadaşov ilə M.Ə.Hüseynovun «Bakı akropolu» dedikləri, Şirvanşahlar zamanından qalma, «Şaşal»17 üstündəki saraya aid binalardan ən məşhuru «Divanxana»nın ağ daş üzərində işlənmiş oymalarla, yapılışındakı memarı özəllik, zövq və sənət əhllərini heyranlıqlar içində buraxmaqdadır.18
XIV yüzil şairi Ərdəbilli Arif Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edər ki, divarlarında dikili bulunan incə yapılı birər gözəl statüdən fısqılar halında sular axarmış. Gərək bunları, gərəksə Bakıdakı memari anıtları bu şair nəfəs almadan anlatmaqda və «Fərhad oğulları»nın bu əsərlərinə ciddən bayılmaqdadır.19
İran nəqqaşlığının ən məşhur ustadı Kəmaləddin Behzadın öyrətməni Pir Seyid Əhməd təbrizlidir. Bu zat İlxanlılardan, rəsm və sənətlə yaxından ilgilənən Əbu Səidin zamanında yetişən Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baq-i Şimali kimi məruf Azərbaycan rəssam və nəqqaşlarındandır.20 Teymurlulardan
6
«Danişməndan-i Azərbaycan» adındakı bu kitab əsərlərini bilxassə, ərəbcə və farsca yazmış azərbaycanlılara ayrılmışdır. Kitab farscadır, Tehranda hicri 1314-də basılmışdır.
7
Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan bilginləri arasında saymaqdadır. Zərdüşt gerçəkdən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin bundan 1000 il əvvəl yazmış olduğu ərəbcə əsərdə Zərdüştün Azərbaycanda [Muğanda] doğulub, yetişdiyi qeyd olunmuşdur.
8
XVIII yüzil Avropa hürfikirliliyini Doğuda qüvvətli təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış ilk müsəlman dramaturqu və çağdaş Azərbaycan ədəbiyyatının qurucusu Mirzə Fətəli Axundzadədir.
9
10
11
12
13
Fateh Sultan Məhəmmədin xüsusi təbibi olan bu adam təhsilini Misirdə yapmışdır. Təfsir ilə hədis elmlərinə aid əsərləri də vardır.
14
15
16
17
18
Rus mühəndislərindən birinin Götenin «memarlıq susmuş musiqidir» vəcisəsindən (bənzətməsindən) mülhəm olacaq, «daşa dönmüş musiqi» deyə heyran olduğu bu binanı 1845-ci ildə nəşr olunmuş səyahətnaməsində Kazan Universitetinin professoru İ.Berezin «Müsəlman memarlığının ən gözəl abidələrindən biri» deyə tərif etməkdədir.
1683-cü ildə Bakını ziyarət edən isveçli Kemfero Engelberto bu abidə haqqında bunları yazmışdır: «Divanxana özəl bir heyranlıq verməkdə… Özünəməxsus şəkil və memarlıqdakı tərzilə də bu seçkin bina sarayın ən ehtişamlı bir zinətini dəxi, təşkil etməkdədir».
19
Arif Ərdəbilinin «Fərhad və Şirin» adındakı əlyazmasının bircə nüsxəsi İstanbulda, Ayasofya kitabxanasındadır, qeyd nömrəsi 3335-dir.
20
Binyon. «Persian miniature Paintiq». Oxford, 1832, s. 183.