Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде

Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде

Скачать книгу
aralarında davam edən bitməz-tükənməz rəqabətlər üzündən eninə-boyuna çarpışma halında bulunan köçəri sülalələrin bir-birini dəyişdirən hakimiyyətləri nəticəsində müsəlman Doğusunun həyatı müəyyən tarixi dövrlərdə qanlı olaylar və siyasi böyük devrimlər içərisində keçmişdir. Bu üzdən bizi ilgiləndirən coğrafi bölgə üzərində təsir yapan kültür mərkəzləri də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə ilgili olaraq Doğu İslam Mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII yüzildə Azərbaycana keçmişdir.

5. XII YÜZİLDƏ AZƏRBAYCAN

XII yüzil böyük Səlcuq İmperatorluğunun çöküş dövrünə rastlar. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən çökən böyük səltənət yerli əmirliklərlə atabəyliklərə parçalanmışdır. Bu sıralardadır ki, İslam Doğusu batıdan xaçlıların, doğudan da bütpərəst moğolların saldırqanlıqlarına uğramış, əsrlik mədəniyyət yıxılmağa üz tutmuşdur.

Bu qarışıqlıq və düzənsizlik dövründə Anadoludakı Konya Sultanlığı kimi, Şirvan Şahlığı ilə Azərbaycan nisbi bir əmniyyət və asayiş içində bulunmuş, Doğu İslam Mədəniyyətinin bilxassə, klassik İran ədəbiyyatının önəmli sığınaqlarından biri olmuşdur.

Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Doğunun birər kültür mərkəzi idilər. Bilxassə, şeirin ən parlaq müməssilləri və İran ədəbiyyatında önəmli birər yer tutan ustadlar burada vücuda gələn okuldan yetişmişlər.

Məmləkətin ozamankı ədəbi çöhrəsi haqqında genəl bir fikir verə bilmək için Nizami ilə çağdaş Şirvan Şahlığı və Azərbaycan Atabəyliyi saraylarına bağlı seçkin şairlərin bir listəsini gözdən keçirək:

1. Əbül Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçehr ilə oğlu Axsitanın saraylarına mənsub böyük bir şairdir. Eyni sarayın parlaq şairlərindən Xaqanilə Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik vergisini kəşf edərək onu Şirvan şahına təqdim ilə ona «Xaqani» təxəllüsünü verən odur. Şeirdən anlayanlar Əbül Ülanın böyük bir əhatə və sənətlə yazılan əsərlərini Xaqaninin əsərlərinə eş tutarlar. Çağdaşları ona «şairlər ustası» demişlər. Fəxriyyələrindən birində «Gəncəlilər mənimlə öyünürlərsə yeridir» deyir.49

2. Xaqani Şirvani – Dığdığalı və coşqun bir həyat sahibi olan bu şair, klassik İran ədəbiyyatının məşhur simalarındandır. Onun Şirvan şahı Axsitanın rus axınçılarına qarşı qazanmış olduğu zəfəri təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvanşahlardan başqa Xaqaninin Azərbaycan Atabəylərindən Qızıl Arslana yazdığı qəsidə dəxi, bəllidir. Doğu tənqidçiləri arasında Xaqanini qəsidədə Ünsürilə Ənvəridən yüksək tutanlar vardır. Batı tənqidçiləri yanında da Xaqaninin sənəti, üslubu, həssaslıq və yaradıcılıqdakı qüdrəti təqdir olunmaqdadır. 1864-cü ildə nəşr etdiyi fransızca ədəbi bir risaləsində Xanıkov Xaqanini böyük fransız şairi V. Hüqoya bənzətməkdədir.50

3. Fələki Şirvani – Şirvan ilçəsində doğulmuş olan şair qeyd etdiyimiz vəchlə Xaqani kimi, həm Əbül Ülanın şagirdi, həm də yenə onun kimi, Şirvan sarayının şairidir. Fələki, şairlikdən başqa çağının məşhur heyətşünaslarındandır (astronom), təxəllüsünü də, o münasibətlə Fələki deyə almışdır. Şeirlərində ulduzlara və fələkiyyata aid bir çox təşbeh və istiarələr qullanmaqdadır. Onu şairlikdə Xaqaniyə eş tutanlar olmuşdur.

4. Mücir Beyləqani – Arranın əskidə məşhur şəhərlərindən Beyləqanda yaşadığı için Beyləqani deyə məşhur olan Mücirəddin, Azərbaycan Atabəylərinə mənsub şairlərdəndir. Atabəylərin birincisi Eldənizə və oğlu Məhəmməd Pəhləvana yazdığı qəsidələrilə mərufdur. Müciri şairlikdə və üslubda böyük çağdaşlarından Xaqani və Nizami ölçüsündə görənlər vardır. Şairi təqdir edənlər arasında ədəbiyyatdakı səlahiyyəti qəbul edilən Əmir Xosrov Dəhləvi dəxi, bulunmaqdadır ki, onu sənətdə Xaqaniyə belə tərcih edərlər.

5. Qivami Mütərrizi – Nizaminin hal tərcüməsinə aid bölümdə özündən ayrıca bəhs edəcəyimiz bu şair də gəncəlidir. Onun Azərbaycan Atabəylərindən Qızıl Arslana yazmış olduğu qəsidəni sənətdən anlayanlar bir harika deyə təqdir edərlər.

6. Zəhir Faryabi – Əslən türküstanlı olan bu şair Azərbaycan Atabəyləri zamanında saraya mənsub olub, Məhəmməd Pəhləvanla Qızıl Arslana qəsidə və mədhiyyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərdən ibarət olan divanı Divan-i Zəhir-i Faryabi Dər Kəbə bedozd əgər beyabi.51

beytindən anlaşıldığı kimi, əskilərcə çox bəyənilmiş və məşhur olmuşdur. Qızıl Arslana yazdığı qəsidədən bir beytini haşiyəyə alırıq. Bu beytdəki buluş və bənzədiş şeirdəki yüksək dəyərinin bir örnəyidir.52

7. Əsirəddin Əxsikəti – Bu da Türküstandan gələrək Atabəylər zamanında Azərbaycanda yaşamış və o zamanın məruf şairlərindən olub himayələrini gördüyü Azərbaycan Atabəylərinə mədhiyyələr yazmışdır.53

8. Seyid Zülfüqar Şirvani – Eldənizlərə mənsub şairlərdəndir. 9. Yusif Füzuli. 10. Şafur ibni Məhəmməd. 11. Cövhəri. 12. Fərrux Şirvani. 13. «Nizam ət-təvarix»in sahibi Qazi Beyzavi. 14. Kəmaləddin Naxçıvani. 15. Seyid İzzəddin Ələvi və başqaları ozamankı ədəbiyyat səmasında parlayan şeir mənzuməsinə daxil ulduzlardandırlar.

O dövrlərin parlaq şairlərindən Məhsəti xanımı da bu işıldaqlar arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu, şair Əmir Əhmədi ilə evli bulunan bu qadın Gəncənin yoxsul bir ailəsindən yetişmiş ikən, zəka və istedadı sayəsində zamanının ən yüksək təbəqəsinə qalxmış, saraylara yol bulmuşdur, musiqidəki məharəti və danışmadakı hazırcavablığı ilə Sultan Səncərin məclislərində bulunmuşdur. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmilə məşhurdur.

Məmləkətin genəl bayındırlığı və mədəni durumu bu fəaliyyətlə ahəngdə idi. Mənuçehr Axsitan zamanındakı Şirvan kiçik ölçüdə, Sultan Mahmud dövründəki Qəznəni andırırdı.54 Önəmli bir ticarət mərkəzi olan Şirvan [Şamaxı] memari anıtları, bağ və bağçaları ilə mərufdu.

Gəncəyə gəlincə, Arranın əski paytaxtı Bərdənin55 dastanlar konusu olan sərvət və bayındırlığına varis olan bu şəhər zamanının ən məruf yerlərindən biri idi. İstəxrinin məlumatına görə, 1139-cu ildə çıxan bir zəlzələdə 300.000-ə qədər tələfat verdiyinə baxılırsa, əski Gəncənin nə böyük mərkəz olduğu anlaşılır. Həmdullah Qəzvininin yazdığına görə, Gəncə Orta Asiyanın ən gözəl şəhərlərindən biri sayılırdı. İbni əl-Əsir isə [XI yüzil müəllifi] buraya «Arran şəhərlərinin anası» demişdir. O sıradakı Gəncənin sadə, böyüklüyü və bayındırlığı deyil, etnik durumu haqqında dəxi, məlumatımız vardır. 1070 sənələrində Gəncənin bir türkmən şəhəri adlandırıldığını

Скачать книгу

49
Zəmirəm əbr-o-soxən qouhər-əst-o-del dərya.Zəban monadi-ye in qouhər-o-zəmane bəha.Beçune məni ke əz əqran-e xod səbəq bordəmKe əhl-e Gənce təfaxor konənd həst rəva.(Mənim təbiətim bulud, sözüm gövhər, ürəyim dəryadır.Dilim bu gövhərin carçısı, zamana qiymət (verəndir).Öz yaxınlarından üstün olan mənimkimisiləGəncəlilər öyünürlərsə yeridir. – R.Ə.).

50

Chanikoff. «Memoire sur L’Chagani». Paris. 1864.

51

(Zəhir Faryabinin divanını Kəbədə tapsan, oğurla! – R.Ə,).

52
An tork-e sorxcame səvar-e səmənd şadYaran həzər konid ke atəş bolənd şad.

53

Bu beytlər onundur:

Anəm ke bər emruz bərəd rəşk diyəmCanəm xordəm tənəm nədanəm ke kiyəm.Çun porsidi ba to bequyəm ke kiyəmOstade-soxən Əsire-Axsikətiyəm.

54

Bu bənzətmənin dəyərini haqqı ilə ölçə bilmək için bunu qeyd etmək gərəkdir ki, M.İ.Darmsteter tərəfindən fransız kralı XIV Lüdoviqə bənzədilən Sultan Mahmudun sarayında zamanımızın belə bilmədiyi bir müəssisə vardı: şeir bakanlığı. Məlik-üş şüəra ləqəbini daşıyan baş şairin xüsusi nəzarəti altında sarayda 400-dən çox, adları dəftərə yazılı şair vardı. Baş şairin imtahanından keçərək diplom almadıqca heç bir şair, özü də ən böyük şairlərdən sayılan sultanın hüzuruna çıxamazdı. İran ədəbiyyatının məşhur simalarından Ünsüri Sultan Mahmudun məlik-əş-şüərası, yəni şeir bakanı idi.

55

X yüzil tarixçisi Məsudi Bərdədən bəhs edərkən ona «Arranın Bağdadı» demişdir. Eyni çağın müəllifi İbni Höuqəl də «Rey ilə İsfahandan sonra Bərdədən daha böyük, verimli və gözəl bir məmləkət yoxdur» deyə yazmaqdadır.