Qədim türklər. Лев Гумилев

Qədim türklər - Лев Гумилев


Скачать книгу
Orta Asiya hunları və yueçjalar arasında müharibə təzələndi.8 Jujanlar Tarbataqaya soxuldular və hamının canına elə qorxu saldılar ki, yueçjaların başçısı Tsidolo (Kidara) təhlükəli qonşuluqdan uzaqlaşmaq niyyəti ilə cənuba keçdi və Karşı vadisindəki Bolo şəhərini tutdu.9 Burada o, farslar və eftalitlərlə toqquşmalı oldu. Kidaranın silahdaşları – kidaritlər tarixə öz etnik adları ilə deyil, rəhbərlərinin adları ilə düşdülər.

      II fəsil

      ƏCDADLAR

      Jujan xanlığının Vey imperiyası ilə müharibəsi. 420-ci il jujanların qüdrətinin zirvəsi idi. Şimal və qərb tayfaları üzərində asan qələbələr jujanları Böyük Çölün hegemon qüvvəsinə çevirdi, lakin bu qətiyyən xanlığın sakitliyini və çiçəklənməsini təmin etmədi. Jujanların başlıca düşməni Toba-Vey imperiyası idi və jujan xanı Datan öz təbii rəqibinin qüvvətlənməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəmirdi.

      424-cü ildə Datan 60 min atlı ilə Çinə soxuldu, paytaxta qədər gedib çıxdı və imperatorun şəhər kənarındakı sarayını dağıtdı. Toba qoşunlarının səfərbərliyə alınması və jujanlar arasında intizamsızlıq onu döyüşə girmədən geri qayıtmağa məcbur etdi. 425-ci ildə tobalılar jujanları Qobinin o biri tərəfinə qovdular. 430-cu ildə imperator Tay-u-di (Toba Dao) Cənubi Çində əl-qol açmaq üçün jujanları aradan götürmək qərarına gəldi. Böyük qoşun Çölə hücum etdi, jujanlar qaçıb dağıldılar. Datan özü qərbə tərəf qaçdı və xəbərsiz itkin düşdü. Teleslər onun adamlarını öldürürdülər. Datanın oğlu Udi mübarizəni davam etdirməkdən əl çəkdi və Vey imperiyasına xərac verməyə başladı. Lakin bu sülhü 437-ci ildə imperiyaya qarşı yürüşə çıxan Udinin özü pozdu. Görünür, jujanlar öz həyatlarını qarətsiz təsəvvür edə bilmirdilər. Toba imperatorunun 439-cu ildəki cavab yürüşü heç bir nəticə vermədi, qoşun dərələrdə gizlənmiş jujanlarla qarşılaşmadan geri dönməli oldu.

      440-cı ildə Tobanın Xesiyə qarşı müharibəsindən istifadə edən Udi yenə sərhəddə hücuma keçdi, lakin pusquda durmuş dəstələr onun qoşununun ön hissələrini əsir götürdülər. Jujanlar yenə qaçmalı oldular. Eyni hadisə 445-ci ildə də təkrar olundu. Bundan sonra Udi öldü və taxta oğlu Tuxeçjen (445—464) çıxdı.

      İndi rollar dəyişilmişdi. Toba-Vey imperiyası öz inkişafının zirvəsinə çatmışdı, onun qoşunları tez-tez Çölə hücuma keçir, jujanları dağlarda gizlənməyə məcbur edirdilər. Əslində bu müharibə yox, cəza yürüşləri idi.

      Tuxeçjenin oğlu və varisi Yuyçen (464-485) mübarizəni davam etdirməyə çalışdı. Lakin 470-ci ildə darmadağın edildi və xərac vermək şərti ilə sülh xahiş etməli oldu. Jujan zəiflədi, artıq Çin üzərinə yürüşlər qeyri-mümkün idi. İndi qarət obyekti kimi daha kasıb və zəif olan Qərb ölkəsi seçildi. 460-cı ildə jujanlar Turfan vahəsini ələ keçirdilər və qalib tobalıların əlindən burada sığınacaq tapmış keçmiş müttəfiqlərinə – cənub hunlarına divan tutdular. 470-ci ildə jujanlar Xotanı çapıb-taladılar, lakin eftalitlərin qüvvətlənməkdə olan dövləti jujan işğalına son qoydu. Tyan-Şan Jujanın sərhədinə çevrildi.

      Jujanların yeni xanı Doulun (485—492) «qətllərə meylli olan amansız adam»10 idi. O, taxta çıxmasını əyanlardan birini bütün nəsli ilə birlikdə qırmaqla «tarixə saldı». Bu, ölkədə böyük qəzəb doğurdu. Xanın Çinə hücum etmək cəhdi daha böyük narazılıqla qarşılandı. Hamı yaxşı başa düşürdü, hətta ən uğurlu talandan sonra da, Çin ordusunun yürüşü başlanacaq. Onun qarşısını almaq isə imkan xaricində idi.

      Tele ağsaqqalı Afuçjilo xana təkidlə məsləhət görürdü ki, Çinlə müharibəyə başlamasın. Lakin dəlillərinin təsirsiz qaldığını gördükdən sonra o, öz xalqı ilə birlikdə üsyana çıxdı. Həmin dövrdə telelər sayca o qədər də az deyildilər (Çin məlumatlarına görə onlar 100 min araba idilər). Afuçjilo köçünü qərbə, İrtış çayı vadisinə çəkdi. O, burada «Səmanın Böyük oğlu» titulunu qəbul etdi. Bu özünü Jujan xanı ilə eyni səviyyəyə qoymaq idi. Müharibə odu yenidən alovlandı.

      490-cı ildə Çin qoşunları Çölə şərq tərəfdən hücuma keçdilər və telelərlə birlikdə jujanları iki tərəfdən sıxışdırmağa başladılar. Jujan əyanları bütün məsuliyyəti fərasətsiz xanın üzərinə yıxdılar və onu öldürdülər.

      Telelərin qərbə keçməsi fövqəladə əhəmiyyətə malik hadisə idi – qərbdə bu dağınıq köçərilər öz dövlətlərini yaratdılar.11 Asiyada yenidən etnogenez prosesi başlandı. Eyni dövrdə Altay dağlarında türk xalqı, Braxmaputra vadisində tibet xalqı formalaşırdı, Çində isə Suy və Tan sülalələrinə əzəmətli orta əsrlər mədəniyyəti bəxş edən dirçəliş başlanmışdı. Şərqi Asiya tarixinin antik dövrü başa çatırdı, bu dövrün eybəcər qalığı olan Jujan dövləti məhvə məhkum idi.

      Teleut xanlığı – Qaoqyuy. Teleutların ayrılması və 492-ci ildəki dövlət çevrilişi Jujanın tarixində dönüş nöqtəsinə çevrildi. O, Mərkəzi Asiyada öz hegemon rolunu itirmişdi və artıq hakimiyyət yox idi, mövcudluq uğrunda vuruşmağa məcbur idi. Öldürülmüş Doulanı əvəz edən Naqay yalnız bir il hakimiyyət sürdü. Onun hakimiyyət devizi belə idi: «Tam sakitlik». Başqa sözlə desək, Naqay öz sələfinin hərbi niyyətlərindən əl çəkmişdi. Naqayın oğlu Futu da imkan daxilində atasının siyasətini davam etdirirdi.

      Bu müddətdə teleutlar öz yeni vətənlərinə uyğunlaşırdılar və hun epoxasının sonuncu qalığı olan Yuebanı aradan götürdülər. Teleutlar köçüb gəldikləri yerdə öz dövlətlərini yaratmaq istəyirdilər. Bu məqsədlə də onlar xalqı iki yerə ayırdılar – şimal hakimi Afuçjilo «Böyük imperator», cənub hakimi isə «Varis hökmdar» titullarını qəbul etdi. Onların öz dövlətlərini necə adlandırdıqları məlum deyil, çinlilər isə bu dövlətə Qaoqyuy deyirdilər. Çin dilindən tərcümədə bu sözün mənası «hündür araba» deməkdir. Teleutların dövləti elə bu ad altında da tarixə daxil olmuşdur.

      Siyasi baxımdan Qaoqyuy Çinə meyl edirdi. Bu meylin arxasında Çindən ipək almaq niyyəti gizlənirdi. Lakin həmin ipək Qaoqyuya heç bir fayda gətirmədi. 494-cü ildə eftalitlər İranla haqq-hesablarını çürütdülər və arxalarını bərkitdikdən sonra üzlərini şimala çevirdilər. Qaoqyuy dövlətinin cənub hissəsi ildırım sürəti ilə darmadağın edildi, «Varis hökmdar» öldürüldü, onun ailəsi əsir götürüldü, xalq isə qaçıb dağıldı. Qaçqınların bir hissəsi jujanlara tabe oldu, bir hissəsi isə Çinə üz tutdu. Növbəti 496-cı ildə şimal dövləti də eyni sürət və asanlıqla işğal edildi. Eftalitlər əsirlərin içərisindən knyaz Mivotunu ayırıb onu sağ qalan teleutlara başçı təyin etdilər. Beləliklə, Qaoqyuy jujanların düşməni və Çinin müttəfiqi (bu ittifaqa görə çinlilər 60 topa ipək parça verirdilər) olan eftalitlərin vassalına çevrildilər. Görünür, elə həmin dövrdə (497-ci il) eftalitlər Karaşarı tutmuşdular, Turfan vahəsindəki Qaoçan knyazlığının hakimi çinli Ju onun təbəələrini qəbul etməyi və Çin ərazisinə köçürməyi Çin hökumətindən xahiş etmişdi. Jujanın ətrafında polad dairə yaranırdı. Lakin qaoçanlılar abad


Скачать книгу

<p>8</p>

Bu müharibənin tarixi belə müəyyən edilir: Yuebanla vuruşan Datan taxta 414-cü ildə çıxmışdı. 415-ci ildə, Çinə yürüş etmişdi. Deməli, başı Şərqdə qarışmışdı. Çinə növbəti yürüş 424-cü ildə keçirilmişdi. Deməli, Yuebanla müharibə bu iki tarix arasındakı dövrə təsadüf edir. Numizmatikaya dair məlumatlar həmin tarixi daha da dəqiqləşdirməyə imkan verir. 417-ci ildə üzərində Kidaranın adı həkk edilmiş sikkə buraxılmışdı.

<p>9</p>

Kidaritlərin paytaxtının Bəlxdə yerləşməsi haqqında R. M. Qirşmanın ehtimalı özünü doğrultmadı.

<p>10</p>

Н. Я. Бичурин. Собрание сведений… т I, с 196.

<p>11</p>

Qərbi teleləri teleut adlandırmaq daha rahat və düzgündür, çünki Altay teleutları onların varisləridir. Dağınıq Şərqi tele tayfalarını isə sovet tarixşünaslığında qəbul edildiyi kimi teleslər adlandırmaq lazımdır.