Qədim türklər. Лев Гумилев

Qədim türklər - Лев Гумилев


Скачать книгу
lakin Beyşen dağlarında Mın Veyin çinli dəstələri ilə üzləşdilər. Vahimə içərisində geriyə dönən jujanlar bu dəfə teleutlarla qarşılaşdılar və yenidən darmadağın edildilər. Bəxti gətirməyən xan Futu bu qırğında da həlak oldu. Mivotu onun başının dərisini Mın Veyə göndərdi. Bunun müqabilində çinlilər Mivotuya musiqi alətlərinin tam dəstəsini 80 nəfər musiqiçi, 10 parça al-qırmızı qumaş və altmış top güllü ipək parça hədiyyə verdilər.

      Həlak olmuş Futunun varisi Çeunu iki dəfə Çinlə razılığa gəlməyə təşəbbüs göstərdi, lakin tezliklə başa düşdü ki, onu yalnız qüvvə xilas edə bilər. 516-cı ildə o, Qaoqyuya hücum edib Mivotunun dəstəsini əzdi, dəstə başçısını isə əsir götürüb özünəməxsus üsulla öldürdü. Onun ayaqlarını yabının qarnının altına sarıyıb Mivotu ölənə qədər atı o yan bu yana qovdular. Kəllə sümüyündən isə qədəh düzəltdirdilər. Jujanlardan xilas olmuş teleutlar eftalitlərlə yaxınlaşdılar. Bundan sonra Jujan xanının səfirliyini imperator Vey Syaomin-di qəbul etdi (518-ci il).

      Vassal təəhüdlərin dəqiq yerinə yetirmədiklərinə görə onları məzəmmətlədilər. Bu cür münasibət istənilən güzəştə yol açırdı və elə görünürdü ki, Jujan düşdüyü ümidsiz vəziyyətdən çıxacaq.

      Jujanda çəkişmələr. Çeunu, Jujanın xilası üçün mümkün olan hər şeyi elədi. Teleutları əzdikdən sonra o, qərbdə müharibəni davam etdirmədi, eftalitlərlə sülh bağladı. İttifaq Jujan şahzadə qızlarının eftalit əyanları ilə nikahı nəticəsində daha da möhkəmləndirildi.12 Şərqdə jujanlar Koreya (Qao-Qyuili) ilə dil tapıb onunla birlikdə mancur tayfalarından olan dideuqanları əzmək və bununla da Mancuriyada Bey sülaləsinin mövqelərini zəiflətmək istəyirdilər. Turfan məsələsi də eyni dərəcədə uğurla həll olundu. 518-ci ildə Çin hökuməti Turfan vahəsinin əhalisini Daxili Çinə köçürmək fikrindən rəsmi şəkildə imtina etdi və Qaoçan knyazlığını tanıdı. Ehtimal ki, turfanlıların jujanlarla ticarət əlaqələri kəsilməmişdi. Onlar fasiləsiz surətdə buğda və parça ilə təchiz edilirdilər. Dəmir məmulatlarını jujanlara Altaydakı vassalları – türkyutlar (türk-tukyu) gətirirdilər.

      Lakin ortadakı birlik pozulmuşdu. Buddizm Jujana nüfuz etmişdi. Bir qayda olaraq buddist missionerləri ilk növbədə xanı öz tərəfinə çəkirdilər. Düşərgədə «şamanlar» – budist ruhaniləri və «ni»lər – rahibələr peyda olmuşdular. Yeni şəraitdə buddizm fantastik formalar kəsb edirdi; məsələn, rahibələrin qanuni ərləri var idi, lakin, görünür, bu xanı o qədər də narahat etmirdi. Məlumatların kasadlığına baxmayaraq, təsdiq etmək olar ki, buddizm heç də hamının xoşuna gəlmirdi. Xanın öz ailəsində və qoşunda da müxalifət meydana çıxmışdı. Jujan ona indi hər zamankından daha artıq lazım olan birliyi itirmişdi. 513-cü ildə Çindəki Jujan səfirliyinə «mirvari bəzəkli büt» gətirən şaman Xuiqyuan başçılıq edirdi. Bu köçərilərin tarixində ilk təsadüf idi ki, dini şəxs dünyəvi missiya ilə çıxış edirdi.

      Aşağıdakı epizod daha səciyyəvidir. Jujanların düşərgəsində Deu-xun divan adlı gənc şaman qız yaşayırdı. Onun təxəllüsünün fars mənşəli olması («divanə») diqqəti cəlb edir. «O, müalicə edir və cadugərliklə məşğul olurdu (yəni ruhların köməyi ilə şamanlıq eləyirdi) və Çeunu həmişə şaman qıza inanırdı».13 Çin salnaməçisi onu şarlatan sayır və Deu-xunun fırıldaqçılığı haqqında bir epizod da gətirir. Lakin bizi maraqlandıran bu deyil. «Çeunu ona çox ehtiram göstərir və sevirdi, şaman qızın məsləhətlərinə əməl edərək dövlətin idarə olunmasını tamamilə dolaşdırmışdı».14 Orduda Çeunun məşuqəsinə qarşı müxalifət yarandı və 520-ci ildə xan yürüşdə olanda onun anasının əmri ilə Deu-xunu boğub öldürdülər. Çeounu qayıdanda əyanlarla birlikdə qəsd hazırlayan ananın əmri ilə onu da öldürdülər, taxt-tacı isə qadın özünün o biri oğlu Anaxuanyuya verdi.

      On gündən sonra Çeunun intiqamı alındı. Xanın qohumu olan Şifa adlı birisi düşərgəyə hücum edib onu dağıtdı. Anaxuan Çinə qaçdı, anası və qardaşları isə öldürüldülər. Anaxuan Çində mərhəmət axtardığı dövrdə dayısı Polomın öz tərəfdarlarını topladı və Şifanın dəstəsini dağıtdı. Şifa Mancuriyaya, dideuqan tayfasının yanına qaçdı və orada öldürüldü. Polomın xan titulu qəbul etdi. 521-ci ildə o, üsyana qalxan teteutlar tərəfindən basıldı və təbəələrinin bir hissəsi ilə Çinə köçdü. Jujan yenidən məhv olmağın astanasında idi.

      Nəhayət, Çin istədiyinə nail oldu: hər iki jujan xanı özlərini ona təslim etdilər. Şimaldan gələnlər danışırdılar ki, «dövlətdə böyük həyəcan başlanıb. Hər tayfa ayrılıqda yaşayır və növbə ilə bir-birilərini qarət edirlər».15

      Teleutlar münaqişələrdən faydalandılar: işgəncə ilə öldürülən Mivotunun qardaşı İfu Qaoqyuy dövlətini bərpa etdi və 521-ci ilə Polomının jujanlarını məğlubiyyətə uğradaraq Çinə qovdu. Həmin ilin payızında Anaxuanın qardaşı, taxt-tacda onu əvəz edən Sinifa qaoqyuyların əlindən Çinə qaçdı. Çin hökuməti qazanılmış müvəffəqiyyəti daha da möhkəmləndirmək qərarına gəldi. Polomını və onun tərəfdarlarını Çinin içərilərində, Kukunor gölü yaxınlığında yerləşdirdilər, daha çox etimad qazanmış Anaxuana isə sərhəddən xaricdə, Dunxanın şimalında yer verdilər. Polomın dərhal eftalitlərin yanına qaçmağa cəhd göstərdi, çünki onun üç bacısı eftalit hökmdarında ərdə idi. Lakin Polomını tutdular və o ömrünü həbsxanada başa vurdu. Anaxuan daha dözümlü idi. 522-ci ildə o, səpmək üçün 10 min kisə darı aldı, lakin çox güman ki, jujanlar toxumluq darını yemişdilər. Odur ki, növbəti il onların arasında aclıq başlandı. Bu isə Çin əhalisini yeni hücuma məruz qoydu. Anaxuan təhqiqat üçün göndərilən Çin məmurunu həbs etdirdi, ətrafda nə mümkündüsə, hamısını çapıb-taladı və ordusu ilə birlikdə şimala köçdü. Çin məmuru yalnız burada azad edildi. Anaxuanın dalınca göndərilən atlılar əliboş qayıtdılar. Bu başgicəlləndirici macəra jujanları xilas etdi.

      Vey imperiyası heyrətamiz sürətlə iflasa uğrayırdı, hər il yeni siyasi situasiya yaranırdı. Artıq 496-cı ildə xilərin (tatabların) üsyan qaldırdıqları Qərbi Mancuriya itirilmişdi, Cənubi Çində Lyan imperiyası fəallaşmışdı, nəhayət 524-cü ildə ölkənin ən şimal nöqtəsində Voye qalasında qiyam başlandı və tezliklə o, geniş miqyas aldı. Anaxuan bu qiyamı yatırmağı öz öhdəsinə götürdü və 525-ci ilin baharında qiyamçıları darmadağın etdi. Həmin xidmətinə görə o, «müxtəlif şeylərdən» ibarət mükafat aldı, günahı isə tamamilə bağışlandı. İndi Qaoqyayın növbəsi çatmışdı. Teleutlarla təkbətək qalan jujanlar onları son nəfərinə qədər qırdılar. İfu öz balaca qardaşı Yueqyunun əmri ilə öldürüldü. Yueqyu müharibəni davam etdirmək istəyirdi, lakin 534—537-ci illərdə məğlubiyyətə uğradı. İfunun oğlu Bidi öz əmisini öldürdü və müqavimət hərəkatına rəhbərlik etməyə başladı. 540-cı ildə jujanlar Bidinin dəstələrini darmadağın etdilər və beləliklə, Qaoqyuy dövlətinin mövcudluğuna son qoyuldu. Həmin müddətdə Çindəki Vey imperiyası öz aralarında mübarizə aparan şərq və qərb hissələrinə parçalandı. Bundan sonra Anaxuan artıq hegemon qüvvə kimi çıxış edirdi, çünki hər iki tərəf


Скачать книгу

<p>12</p>

Aydındır ki, jujan-eftalit ittifaqının bağlanması eftalit hökmdarlığı ilə Vey imperiyasının dostluq əlaqələrinə son qoydu. 516-520 və 526-cı ildə eftalit elçiləri artıq Cənubi Çinə deyil, Lyan imperiyasına gedirdilər. Onların apardıqları danışıqların Toba əleyhinə koalisiya yaratmaq olduğunu güman etmək mümkündür.

<p>13</p>

Н. Я. Бичурин. Собрание сведений… т. с: 196.

<p>14</p>

Orada, s. 197.

<p>15</p>

Н. Я. Бичурин. Собрание сведений… s.202