Müdrikliyə ədalətə uğura 40 çağırış /müntəxabat/. Mehman Kərimov

Müdrikliyə ədalətə uğura 40 çağırış /müntəxabat/ - Mehman Kərimov


Скачать книгу
güdən ayrıca hissələrin mexaniki birliyi deyil, bütöv bir xalqdır. Rus xalqının dünyada öz siması var, o heç bir başqa xalqa bənzəməz. Bu xalqın öz tarixi, böyük keçmişi, böyük gələcəyi qarşısında dayanan vəzifələri var və bu xalq dünyada öz yerini, öz işini müdafiə etməlidir.

      Hal-hazırda bizdə böyük bir keçid prosesi başlayır. Bu keçidin mahiyyəti yeni şüur və yeni, əsl vətənpərvərlikdir. Köhnə məhv olub, yeni isə hələ yaranmayıb.

      Demokratiyaya keçid ilk növbədə özünüidarəyə keçiddir və burada sinfi fərqlərdən söhbət gedə bilməz. Demokratiya xalqın vətəndaş səviyyəsini büruzə verir. Demokratiyanı burjua sinfinə qarşı qoymaq olmaz, bu, ən azı nadanlıqdır. Demokratiya bütöv xalqın ali hakimiyyətidir. Demokratiya fəhlə və kəndli sinfinin hökmranlığı kimi başa düşülməməlidir. Proletariat diktaturası azlığın çoxluq üzərində hakimiyyətidir və bu diktatura məzmun etibarilə demokratiyaya ziddir, antidemokratikdir. Azad xalq heç bir sinfin diktaturasına dözməz.

      Uzun illər boyu köləlikdə yaşayan bir xalqın demokratiyaya keçməsi ilk növbədə xalqın tərbiyəsi, şüurunun yüksəldilməsi kimi məsələləri ön plana çəkir. Əgər xalqda insan azadlığına hörmət yoxdursa və insan hüquqlarına hörmət edilmirsə, deməli, o xalq demokratiyadan hələ çox uzaqdır. Əgər inqilab edənlər zorakılığa əl atırsa, gələcəkdə onlara qarşı da zor işlədiləcək. Zor edənin bir zaman özünə də zor edəcəklər, bu, təbiətin qanunudur. Demokratiya insanın xüsusi bir mədəniyyətidir, yalnız azad insanlar azad, demokratik dövlət yarada bilərlər. Xalq o zaman azad və yetkin xalq adına layiq olur ki, o milli birliyini, vahidliyini dərk edir, həm öz dövləti daxilində, həm xaricində başqa dövlətlər və millətlər qarşısında. Xalq daxili hissələrə və bölümlərə parçalanırsa, öz bütövlüyünü, ləyaqətini qorumaq istəmirsə, o hələ azadlığa hazır deyil və kölə vəziyyətinə qayıdır.

      Hər bir xalq ruhunun gücü və bütövlüyü ilə tarixdə yaşayır və böyük işlər görür. Xalqın ruhu pozulursa və zəifləyirsə, xalq geriyə çəkilir, tarix səhnəsindən çıxır və solur.

      EYNŞTEYN: MƏN DÜNYANI NECƏ BAŞA DÜŞÜRƏM?

Həyatın mənası

      İnsan həyatının və ya ümumilikdə üzvi həyatın mənası nədir? Bu suala cavab dinə işarə edir. Onda soruşa bilərsiniz ki, bu sualı verməyin bir mənası varmı? Cavab verirəm: öz həyatını və digər insanların həyatını mənasız hesab edən şəxs, sadəcə bədbəxt deyil, həm də həyat üçün yararsızdır.

Mən dünyanı necə başa düşürəm?

      Biz fanilər çox qəribə biz vəziyyətdəyik. Hər birimiz burada müvəqqəti qonağıq, dünyaya nə üçün gəldiyimizi bilmirik, bəzən isə başa düşdüyümüzü zənn edirik. Çox dərinə getmədən gündəlik həyatımızda başqaları üçün, birinci növbədə, xoşbəxtliyimizin üzlərindəki təbəssüm və gümrahlıqdan asılı olduğu insanlar üçün, daha sonra isə, şəxsən tanımadığımız, amma talelərimizin sevgi ilə bağlandığı insanlar üçün mövcud olduğumuzu bilirik. Daxili dünyamın və xarici həyatımın ölü, yaxud diri, bütün digər insanların əməyindən asılı olduğunu, aldığım və hələ də almaqda olduğum hər şeyi eyni ölçüdə geri qaytarmalı olduğumu gündə yüz dəfə öz-özümə xatırladıram. Mən olduqca sadə həyat tərzi sürürəm, lakin tez-tez həmfanilərimin əməyini lüzumsuz istifadə etməyim fikri məni üzür. Cəmiyyətdə sinfi fərqin ədalətsizlik olduğunu və bunun əksər hallarda gücə əsaslandığını düşünürəm. Həm də əminəm ki, təvazökar həyat tərzi fiziki və əqli baxımdan, hamı üçün daha yaxşıdır.

      Mən, ümumiyyətlə, insanın fəlsəfi mənada azadlığına inanmıram. Hər kəs yalnız xarici təzyiqlərin deyil, həm də daxili zərurətin təsiri altında hərəkət edir. Şopenhauerin “insan istədiyi hər şeyi edə bilər, lakin o, hər şeyi istəyə bilməz” sözü gəncliyimdən bəri mənə ilham vermişdir; həm öz həyatımdakı, həm də digərlərinin həyatındakı çətinliklər qarşısında daima bir ovuntu və tükənməz səbir mənbəyi olmuşdur. Bu düşüncə insanı asanlıqla iflic edə bilən məsuliyyət hissini mərhəmətli şəkildə yüngülləşdirir, özümüzü və digərlərini çox ciddi qəbul etməyimizin qarşısını alır və həyata yumorla baxmağımıza imkan yaradır.

      İnsanın öz mövcudluğunun və ya hər hansı digər yaradılışın mənasını və ya məqsədini sorğulaması ümumilikdə, obyektiv baxımdan həmişə absurd görünüb mənə. Bununla yanaşı, hər kəsin səylərini və mühakimələrini yönləndirən müəyyən idealları var. Bu mənada mən heç vaxt rahatlıq və xoşbəxtliyə nəticə olaraq yanaşmamışam, belə bir əxlaqi zəmin daha çox donuz sürüsünə yaraşır. Yolumu işıqlandıran və mənə zaman-zaman həyatı sevinclə qarşılamaq cəsarəti verən ideallar Həqiqət, Mərhəmət və Gözəllik olmuşdur. Eyni düşüncəni paylaşdığım insanlarla həmrəy olduğumu hiss etməsəm, incəsənətdə və elmi araşdırmalarda əlçatmaz olan məqsədə doğru getməsəm, həyat mənə bomboş görünərdi. İnsani səylərin bəsit məqsədləri mal-mülk əldə etmə, yalançı uğur qazanma, dəbdəbəli yaşama həmişə məni diksindirib.

      Mənim güclü sosial ədalət və sosial məsuliyyət hissim həmişə digər insanlar və cəmiyyətlərlə birbaşa təmasa olan ehtiyacım ilə qəribə şəkildə ziddiyyət təşkil edib. Mən yalnız insanam heç vaxt sözün əsl mənasında ölkəmə, evimə, dostlarıma və hətta ən yaxın ailə üzvlərimə ürəkdən bağlı olmamışam; həmişə bütün bu bağlara qarşı soyuqluq və illər keçdikcə artan yalnız qalmaq ehtiyacı hiss etmişəm. İnsan digər insanlarla qarşılıqlı anlaşma və rəğbət hissinin limitlərinin olduğunu təəssüflənmədən dərk edir. Şübhəsiz ki, bu zaman o, öz sadəlövhlüyü və laqeydliyindən nələrisə itirir; digər tərəfdən isə başqalarının fikirlərindən, mühakimələrindən və vərdişlərindən asılı olmur və öz daxili balansını belə etibarsız təmələ əsaslanmaqdan çəkindirir. Mənim siyasi idealım demokratiyadır. Hər kəs bir fərd olaraq hörmətlə qarşılanmalı, lakin heç kim bütləşdirilməməlidir.

      Taleyin ironiyasıdır ki, mənim özüm insanlar tərəfindən hədsiz heyranlıq və hörmətlə qarşılanıram. Bu nə mənim günahımdır, nə də buna layiqəm. Bunun səbəbi yəqin ki, insanların cılız gücüm və sonsuz mübarizəm nəticəsində əldə etdiyim bir neçə ideyanı başa düşmək arzusudur.

      Mən tamamilə əminəm ki, hər hansı təşkilatın məqsədlərinə çatması üçün tək bir nəfərin düşünməsi, idarə etməsi və ümumilikdə öhdəlik götürməsi lazımdır. Amma idarə edilənlər təzyiq altında olmamalıdır. İnsanlar öz liderlərini seçmək imkanına malik olmalıdırlar. Mənim fikrimcə zor tətbiqinə əsaslanan avtokratik sistem qısa müddətdə tənəzzülə uğrayır. Çünki güc, əxlaqı aşağı olan insanları özünə cəlb edir. Mən əminəm ki, dahi tiranları əclafların əvəz etməsi dəyişməz bir qaydadır. Bu səbəbdən də, hazırda İtaliya və Rusiyada gördüyümüz sistemlərə qarşı həmişə müxalif olmuşam. Bugün Avropada demokratik idarəetmə formasının gözdən düşməsinin səbəbi demokratiyanın ana ideyasında deyil, hökumət başçılarının qeyri-stabilliyi və seçki sisteminin şəxsləri ayrı-ayrı nəzərə almayan xarakterində axtarmaq lazımdır. Məncə, bu baxımdan Amerika Birləşmiş Ştatları doğru yolu tapıb. Onlar uzun müddət üçün seçilmiş məsuliyyətli prezidentə sahibdirlər


Скачать книгу