Müdrikliyə ədalətə uğura 40 çağırış /müntəxabat/. Mehman Kərimov
olduğunu bilirdim. Bəlkə də faşistlərin dəyişdiyi bu baş nazir haqqında məlumatları mənə öyrətməkdə faşist məktəblərinin məqsədi onun (“qorxaq Fakta” – Luici Fakta) axmaq və pis nazir olduğunu göstərmək idi. Olsun, amma yenə də ən azından onun haqqında məlumatlı idim. Bundan əlavə, məktəb bir yana qalsın, mən doğumumdan iyirmi il əvvəl səssiz filmlərdə çəkilmiş Francesca Berlinini tanıdığım halda, bu günün gəncləri iyirmi il əvvəlki kino aktrisalarını tanımırlar. Bəlkə də, mən evimizdə köhnə əşyaların saxlandığı otaqdakı köhnə jurnalları vərəqləməyi sevdiyimdən bunları bilirdim. Yeri gəlmişkən, sənə də köhnə jurnalları vərəqləməyi məsləhət görərdim, çünki belə etməklə də sən doğulmazdan əvvəl baş verənləri öyrənə bilərsən.
Bəs keçmişdə olanları öyrənmək niyə bu qədər vacibdir? Çünki belə biliklər çox vaxt indiki hadisələrin gedişini anlamağa kömək edir və istənilən halda, futbol klublarının heyətlərini bilmək kimi, yaddaşımızı zənginləşdirir.
Nəzərə al ki, yaddaşını məşq etdirməyi yalnız kitab və jurnallarla yox, internet vasitəsiylə də edə bilərsən. Belə ki, sən internetlə yalnız dostlarınla deyil, dünya tarixi ilə də “çatlaşa” (belə demək mümkündürsə) bilərsən. Hetlər kimlərə deyilir? Komisard kimdir? Kolumbun gəmiləri necə adlanırdı? Dinozavrların nəsli nə zaman kəsilib? Nuhun gəmisində sükanın olması nə qədər mümkündür? Öküzlərin əcdadına nə deyilir? Yüz il əvvəllər də pələnglər mövcud idimi? Mali imperiyası haqqında nə bilirsən? Və bu haqda tarixə kim məlumat verib? Tarixdə ikinci Roma Papası kim olub? Mikki Maus nə zaman ekranlaşdırılıb?
Bu siyahını sonsuza qədər uzada bilərəm və hamısı da sənə gözəl araşdırma macərası olar. Və bütün bunları yadda saxlamaq sənin xeyrinə olar. Gün gələcək, sən də qocalacaqsan və sənə elə gələcək ki, minlərlə həyat yaşamısan. Sanki, sən də Vaterloo döyüşündə iştirak etmisən, Yuli Sezarın qatilinə köməklik etmisən və Bertoldo Şvarz qızıl hazırlamaq üçün müxtəlif maddələri qarışdıran zaman səhvən barıtı kəşf etdiyi və partladığı (elə ona haqq olub) yerin yaxınlığında olmusan. Öz yaddaşlarını zənginləşdirməyən digər dostların isə sadəcə bir həyat – öz həyatlarını yaşayacaqlar ki, bu da çox cansıxıcı və böyük emosiyalardan məhrum bir həyatdır.
Buna görə də öz yaddaşını zənginləşdir, elə günü sabahdan “La Vispa Teresa”-nı öyrən.
Bilmirəm indiki yeniyetmələrin böyümək imkanı hələ qalır, ya yox. Amma gözləri mobil telefonlara dikilmiş böyüklər həmişəlik itiriliblər.
T. CEFERSON SƏMƏRƏLİ KEÇƏN ÖMRÜN 10 ŞƏRTİNİN OLDUĞUNU QEYD EDİRDİ:
1. Bu günün işini sabaha qoyma.
2. Özün edə biləcəyin işi başqasına gördürmə.
3. Nə qədər ki, pul əlində deyil, onu xəyalən də olsa xərcləmə.
4. Sənə lazım olan şeyi, “ucuzdur” deyə dərhal alma, fikirləş.
5. Təşəxxüs, iddia bizə aclıq və soyuqdan baha başa gəlir.
6. Biz az yediyimizə görə heç vaxt peşman olmuruq.
7. Həvəslə görülən iş adamı bezdirməz.
8. Baş verməmiş, amma baş verə biləcək şeylərə görə nə qədər əzab çəkmişik.
9. Hər bir işin asan tərəfindən yapış.
10. Qəzəblənmisənsə, nəsə deməzdən əvvəl 10-a qədər, bərk qəzəblənmisənsə 100-ə qədər say.
HƏZRƏT ƏLİDƏN BEŞ HİKMƏT
Beş şey yaxşıdır, hər adamda ola. Amma sahibində olsa daha yaxşıdır: elm, ədalət, səxavət, səbir və həya. Elm alimlərdə, ədalət hakimlərdə, səxavət varlılarda, səbr kasıblarda, həya qız-gəlinlərdə. Elmsiz alim tavansız ev kimidir. Ədalətsiz hakim susuz arx kimidir. Səxavətsiz varlı meyvəsiz ağac kimidir. Səbirsiz yoxsul işıqsız lampa kimidir. Həyası olmayan qız-gəlin duzsuz təam kimidir.
Müsəlmanın boynunda beş haqq var: salamın cavabını vermək, çağırışa getmək, qonşuluqda sülh etmək, xəstəyə baş çəkmək, dəfndə iştirak etmək.
Elm beş şeydə cəmləşir:
Çox sual etmək, çox məşğul olmaq, pak işlər görmək, dahilərə xidmət etmək və Yaradandan kömək istəmək.
Beş şey böyük nemətdir: Can sağlığı, əmin-amanlıq, ruzi bolluğu, müvafiq munis (yaxın adam, sirdaş, ürək dostu), yaxşı övlad.
Beş şey insan üçün sirdir: Qiyamət nə vaxt olar, nə vaxt yağış yağar, hamilə qadının qız və ya oğlan doğması, sabahkı qazancının nə olacağı və nə vaxt öləcəyi.
Xeyirli meyvə beşdir: Nar, alma, heyva, üzüm, tər xurma.
Beş şey alqışlanar: öz ailəsinin qeyrətini çəkmək, səxavətli olmaq, yumşaq xasiyyətli olmaq, doğruçul olmaq, şücaətli olmaq.
Beş şey qəbahətdir: qoca adamın eşqə düşməsi, padşahın hiddətlənməsi, şərəfli adamın yalan danışması, dövlətlinin xəsisliyi, alimin tamahkarlığı.
Beş şeyin – zülm, təkəbbür, həsəd, xəyanət və hiylənin müştərisi beş nəfərdir: zülmün müştərisi padşahlar, təkəbbürün müştərisi obalarda tək yaşayanlar, həsədin müştərisi alimlər, xəyanətin müştərisi tacirlər, hiylənin müştərisi pis qadınlardır.
Dünyanın möhnəti beşdir: qərib yerdə xəstələnmək, qocalıqda yoxsulluq, gözlü ikən kor olmaq, ağıllı ikən dəli olmaq və cavan ölmək.
Beş şeyi öldürmək günahdır: meymunu, dəvəquşunu, şanapipiyi, bal arısını, qarışqanı.
Beş şeyi öldürmək günah deyil: qarğanı, çalağanı, ilanı, əqrəbi, quduz iti.
Ənuşirəvanın xəzinəsində tapılan bir lövhədə beş sətir yazılıbmış:
Hər kimin dostu yoxdur ünsiyyəti yoxdur, hər kimin qardaşı yoxdur arxası yoxdur, hər kimin arvadı yoxdur eşq-işrəti yoxdur, hər kimin malı yoxdur cəlalı yoxdur, hər kimin bu şeyləri yoxdursa, qəm-qüssəsi yoxdur.
HARVARD MƏZUNLARI UĞUR HAQQINDA
Harvard Universitetinin əməkdaşları və ən uğurlu məzunları arasında aparılan araşdırmanın nəticələrinə görə xoşbəxtlik və uğurun 7 şərti var:
1. Həyatdakı çətinliklərə qarşı mübarizə aparmaq və uyğunlaşmaq.
2. Təhsil.
3. Sevgi və sədaqətə əsaslanan evlilik.
4. Siqaretdən istifadə etməmək.
5. Spirtli içkidən həddən çox istifadə etməmək.
6. Məşq.
7. Sağlam bir çəkidə qalmaq.
QANUNİ SULTAN SÜLEYMAN ÖLƏRKƏN 3 ŞEYİ VƏSİYYƏT EDİB:
1) Qoy mənim tabutumu ən yaxşı həkimlər aparsın. Hamı bilsin ki, hətta onlar da ölümün qarşısında acizdirlər.
2)