Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов
daxilindəki debatların iştirakçıları da eyni problemə müraciət edirlərsə, deməli burada heç də hər şey dəqiq deyil (Friedman və Starr, 1997). Bu problemin faktik olaraq nəyi əhatə etməsindən asılı olmayaraq, bütün tərəflər razılaşır ki, onun mühüm elementi Marx tərəfindən çox əla işlənmiş tapmaca ilə əlaqədardır: «Tarixini insanlar özü yaradır, lakin onlar bunu istədikləri kimi, özlərinin seçdikləri şəraitdə edə bilmirlər» (Marx, 1962). Bu halda, agent-struktur problemi fəal və özünü inikas edən agentlərlə onların fəaliyyətinin baş verdiyi struktur konteksti arasındakı münasibətlərlə əlaqədar olur.9 Bu problemin çoxlu cəhətləri var və onlar, sosiologiya fəlsəfəsindəki müxtəlif örtüklər altında gizli qalır.10 (Singer, 1961). Naturalizm məsələsi ilə birləşdirildikdə, bu problemləri Şəkil 2.1-dəki matris formasında təsvir etmək şirnikləndirici olur və çoxları elə belə də edir (Hollis və Smith, 1990; Wendt, 1999).11
Belə təsvir-təqdimatların problemi onların, təsvir edə biləcəyi detalların sayının məhdud olması kimi öz-özünə aydın olan məsələdən də kənara çıxır (Bourdieu, 1977; Hollis və Smith, 1992: 216). Belə diaqram qurğuların gerçək çətinliyi onların məsələlərin tərkibliliyini (mürəkkəbliyini) nəzərə ala bilməməsinin faktik səhv xətlərindən daha böyük təqribiliyə gətirməsindədir. Yəni matris məsələ başqa diskursiv (mücərrəd) və daha az dixotom (ikiləşmiş) üsullarla nəzərdən keçirilən zaman dəyişməz saxlanıla bilməyən bərk sərhədlər təsviri verir. Bundan əlavə BM-i əsasən onun praktiklərinin qurması faktını ciddi nəzərə alsaq, müasir BM-in səhv xətlərinin özlərinin də onların iki vuraq iki matris formasında təsvir-təqdimatının artefaktları olduğunu görə bilərik. Qısası, fənnin bölmələrinin izahı üçün belə vasitələrin istifadə edilməsi onların quruluşuna öz payını verir. Mürəkkəb məsələləri öyrədərkən və ya başa düşərkən belə qurğular mühüm köməkçi vasitələr ola bilər, lakin biz həmişə Mario Bunge-nin «Sadəlik Əfsanəsi» adlandırdığı şeydən xəbərdar olmalıyıq (Bunge, 1963).
Fəslin məqsədi BM-də sosiologiya fəlsəfəsinin müxtəlif cür işlədildiyini təsvir etmək, və şeylərin ədəbiyyatın onları təsvir etdiyindən daha mürəkkəb olması haqqında dəfələrlə istifadə edilmiş və zəhlətökən bəyanatları sadəcə olaraq təkrar etmək deyildir.
Şəkil 2.1 Sosial tədqiqatla əlaqədar fəlsəfi mövqelərin mənzərəsi.
Fəslin başlıca məqsədi fənnin strukturunu təşkil edən müasir nəzəri layların onların üzərinə qoyulmuş yükü çəkmək imkanında olmadıqlarını göstərmək məqsədi ilə sosiologiya fəlsəfəsinin BM çərçivəsində dəyərləndirilməsini aparmaqdır. Qısası, fənnin istifadə etdiyi müasir meta-nəzəri karkas qurucu dialoq üçün səddir; həyati maraq daşıyan məsələləri tədqiq etmək üçün maneədir; məsələlərin xaotik təhrifidir; və ən vacibi, sahənin daxilində işləyənlərin quraşdırmasıdır və deməli onlar bunu dəyişdirmək gücündədirlər.
Mən sosiologiya fəlsəfəsinin ciddi qəbul edilməsinin xeyrinə dəlillər gətirməkdən başlayacaq və sosiologiya fəlsəfəsinin inkişafı haqqında qısa xülasə verəcəyəm. Növbəti bölmədə mən fənnin əvvəlki inkişafını, onun sosial hadisələr elmi olması barədə bəyanatlar kontekstində qısaca müzakirə edəcəyəm. Sosiologiya fəlsəfəsi fənnin inkişafının məhz həmin dövründən itirilmişdi, çünki, bu bir fakdır ki, o vaxt fəlsəfənin alt-fənni kimi elmin fəlsəfəsi hələ meydana gəlməmişdi. Üçüncü bölmə BM-i elmin fəlsəfəsi və sosiologiyanın fəlsəfəsini təsvir edən ədəbiyyatın əsasında bir elm kimi yaratmaq üçün göstərilmiş ilk həqiqi cəhdə həsr edilir. Burada həlledici toplanan pozitivmizmin rolu və onun fənn daxilində istifadəsinin başa düşülməsi olacaqdır.12 Dördüncü bölmədə mən diqqəti müasir debatlar üzərində cəmləyəcəm və xüsusi halda şərhçilərdən birinin sözləri ilə desək, getdikcə daha çox «fəlsəfi bataqlığa» (Walker, 2000) çevrilməyə başlayan şeyə müəyyən aydınlıq gətirməyə çalışacağam. Burada mən fənni debatları çərçivəyə salmağın müasir üsullarının öz-özlərini hansı sürətlə məhv etdiyini göstərirəm.13
BM-də sosiologiya fəlsəfəsini tədqiq etməyin faydalı olması açıq-aşkar deyil. Tənqidi mövqedə duranlar belə tapşırığı yerinə yetirmək üçün fənnin intellektual ehtiyatları və ya ehtiyacının olmasına tez-tez şübhə edirdilər (Griffiths və O'Callaghan, 2001:199; Skocpol, 1987). Çoxları belə ezoterik (sirrli) nəzəriyyələri daha uyğun adamlara, məsələn filosoflara saxlamağı üstün tutur (Wallace, 1996). Digərləri fəlsəfənin fərqli «tərtibli mülahizə» kimi, legitimləşdirməni tələb olunan qaydada öz adından təmin edə biləcəyinə şübhə edir (Gunnell, 1975: 54; 1998: 6). Fənnin özünü inikas edə bilməsi ilə əlaqədar olan bu bədbinlik, bu cür tədqiqatların adətən bilik yaratmanın daha substantiv formalarını nəzərə almamağa gətirdiyinə inamdan doğur (Gunnell 1998: xii; Halliday, 1996: 320; Mann, 1996; Skocpol, 1987). «Quru»ların qohum fənnlərdən götürmüş olduğu məsum təxsisatlarla bağlı qanuni narahatlıqlar da mövcuddur (Hollis and Smith, 1991).
Əlbəttə, sosial elmlərin öz fəaliyyətini sosiologiyanın fəlsəfəsi baxımından legitimləşdirməyə ehtiyac duyması faktında nəsə dərin bir istehza var. Bəzi diqqətəlayiq istisnaları kənara qoysaq, alimlər öz praktikalarını elmin fəlsəfəsi baxımından çox nadir hallarda legitimləşdirirlər (Gordon, 1991; Gunnell, 1998; Nicholson, 1996a). Doğrudan da, müasir elm yalnız fəlsəfədən müstəqil olması möhkəm müəyyən edildiyi andan elm kimi meydana çıxmışdır (Easton, 1965; Gordon, 1991; Gunnell, 1975; Little, 1980). Bəziləri təbiət qanunlarının, qalanları da ona bənzətmək istəyinin müttəfiqi olan uğurunu nəzərə alaraq, belə fikir söyləyirdilər ki, sosial tədqiqatlar özlərini elm kimi təsdiq etmək istəyirlərsə onların da sosial fəlsəfədən bu qaydada boşanması qaçılmazdır. (Little, 1980: 3; Nicholson, 1996a: 8-10).
Lakin bu prosesə qaçılmaz kimi baxılması güman ki, çox kəskin təklifdir. Təbiət elmləri ilə məşğul olan alimlərin çoxu spekulyativ fəlsəfəni tərk etməkdən məmnuniyyət duysalar da, sosial tədqiqatlarla məşğul olanlar məmnun deyildilər. (Gadamer 1977; Winch, 1958; BM-də bax Bull, 1969; Gamett, 1984; Hollis və Smith 1990; Little, 1980). Bu, müasir sosial elmləri hələ də strukturlaşdırmaqda davam edən intellektual parçalanmadır, lakin qeyd etmək vacibdir ki, bu, təkcə sosial tədqiqatlarda fəlsəfi mövcudluğu təmin etmək yox, həm də elmin müəyyən formalarını içəri buraxmamaq istəyindən yaranır (Bull, 1969; Reynolds, 1973). Ümumiyyətlə, elmi BM-i inkar edənlər per se (öz-özlüyündə) sistemli tədqiqatların əleyhinə deyillər (Gamett, 1984; Reynolds, 1973). Doğrudan da sosiologiyanın əleyhinə olanların nüfuzlu mənbə kimi tez-tez iqtibas etdikləri Vico özünün əsas işini New Science14 adlandırmışdı (Vico, [1744] 1984). Hermenevtika (hermeneutics) elmi tədqiqata fərqli yanaşma kimi meydana çıxdıqda, onun erkən tərəfdarları özlərini hələ də məna elmi (mənaşünaslıq) yaratmaqla məşğul olan kimi görürdülər. (Bauman, 1978; Dilthey, 1976; Husseri, 1982; Outhwaite, 1975). Sosial dünya haqqında elmin
9
Bu sual altında qruplaşdırılanlar yenə də varlıqların təbiətinə aid problemlər dəstidir, məsələn «şəxsiyyət» nədir; kollektiv fəaliyyət problemi; sosial strukturların təbiəti və.s.
10
Bu debata agent-struktur debatı yarlığı vurulsa da, bildirilirdi ki, bu, adətən fərd/cəmiyyət və ya makro/mikro problemi adlandırılan şey üçün işlədilən fərqli terminologiyadır. Lakin, bu problemlər əlaqəli olsa da, onları müxtəlif problemlər kimi nəzərdən keçirmək üçün yaxşı əsas vardır (bax, Layder, 1994).
11
Belə demək olar ki, Şəkil 2.1 naturalizm problemini agent-struktur problemi ilə birləşdirdikdə tutula biləcək dörd mümkün mövqeyi təsvir edir. İzahın strukturla görüşdüyü yuxarı sol qutu diqqətini struktur qüvvələrdə cəmləyən sosial tədqiqata elmi yanaşma kimi başa düşülə bilər. Aşağı sol qutu (izah və agentlər) diqqəti agentlərə yetirən elmi yanaşmadır. Diaqramın sağ tərəfindəki qutular sosial tədqiqatda diqqəti struktur amillərində (yuxarı sağ), ya da agent amillərində (aşağı sağ) cəmləşdirən qeyri-elmi yanaşmanı (məsələn, hermenevtika) təmsil edir.
12
Mən pozitivizmə elmin fəlsəfəsi kimi baxıram. Bu mənada o, elmi təşkil edən yeganə hesabatdır. Elmin pozitivizmin mərkəzi prinsiplərinin əksəriyyətini inkar edən çoxlu sayda hesabatları mövcuddur. Aydın olmalıdır ki, bu fəslin əsas məqsədlərindən biri pozitivizm kimi mövqelərə aydın və müəyyən məna verməyin mümkün olması ideyasını müzakirə mövzusuna çevirməkdir. Pozitivizmin müxtəlif variantları və pozitivist olduğunu bəyan edənləri bir-birindən ayıran çoxlu şeylər mövcuddur. Lakin bu etirazlardan kənarda pozitivizm aşağıdakı tərzdə xarakterizə edilə bilər, (i) Fenomenalizm: əşyaların bizə təzahür etdiyi çərçivədən kənara çıxa və ona görə də gerçəklik haqqında etibarlı bilik əldə edə bilmədiyimizi qəbul edən nəzəri baxışlar – başqa sözlə, biliyin yeganə obyekti gerçəkliklər deyil təzahürlərdir. (ii) Nominalizm: istifadə etdiyimiz sözlərin obyektiv mənaya malik olmadığını qəbul edən nəzəri baxışlar – sözlər və anlayışlar gerçəkliyin hər hansı faktik obyektini və ya universal cəhətini ifadə etmir, onlar yalnız bizim rahatlığımız üçün düşəndən-düşənə istifadə etdiyimiz şərti rəmzlərdir (simvollardır). (iii) Koqnitivizm (idrakçılıq): mühakimə və normativ bəyanatları qiymətləndirmək üçün onlara heç bir idraki dəyər yazıla bilməz hökmünü qəbul edən nəzəri baxışlar. (iv) Naturalizm: elmi metod elə bir vəhdətə malikdir ki, ictimai elmlər də təbiət elmlərinin öyrənildiyi tərzdə öyrənilə bilər hökmünə inam (bax Kolakowski, 1969). Pozitivistlərin çoxu bu fəlsəfi fərziyyələrdən elmin praktikası barədə aşağıdakı inamları qəbul edirlər: (1) İzahın «çətir qanunu» (covering-law) modelinin (tez-tez D-N modeli də adlandırılan) qəbul edilməsi. İzah yalnız o halda etibarlıdır ki, prosesə izah edilməli hadisənin bütün hallarını, birinin o birisinə gətirməsi mənasında, əhatə edən qanunu cəlb etsin. (2) Nəzəri terminlərin instrumentalist emalı. Nəzəri terminlər gerçək obyektlərə aid deyildir, lakin belə obyektlər hadisəni izah etmək üçün «sanki» mövcud olan kimi başa düşülməlidir. Lakin burada belə obyektlərin gerçək olaraq mövcud olmasına heç bir epistemoloji təminat (inam üçün əsas) yoxdur. Nəzəri anlayışlar və təkliflərin dəyərləndirilməsinin uyğun yolu düz və səhv kateqoriyalarından deyil, onların səmərəliliyindən keçir. (3) Humea səbəbiyyət prinsipinə uyğunluq (cavab vermək). A hadisəsinin B hadisəsini zəruri etdiyini demək, A hadisəsi baş verdikdə B hadisəsi də baş verir deməkdən artıq bir şey deyil. Bu, «sabit əlaqələr» kimi yozulan səbəbiyyət qanunlarına gətirir. (4) Operasionalizmə uyğunluq (istifadəyə yararlıq), hansı ki, elmin anlayışlarının operasionallaşdırılmasına gətirir – onlar təyin edilməli, onların mənası məhdudlaşdırılmalı, onların ölçülməsində konkret əməliyyatlardan istifadə edilməlidir. Misal üçün, əqli anlayışın mənası onun istifadəsini müəyyən edən müşahidə edilən əməliyyatlarla
13
Mənim təhlilim problemlərə İngilis-Amerikan mövqeyindən baxışdır, və belə deyilə bilər ki, Kontinental Avropa BM-i problemləri başqa tərzdə həll edə bilər. Lakin bu fəsildə mənim müraciət etdiyim anti-elmi mövqelərin çoxu öz başlanğıcını Alman idealizmindən götürür, və bu mənada əsaslandırmaq olar ki, debatın terminləri fərqli ola bilərsə belə, təməldə dayanan problemlər eynidir (bax Jergenson, 2000).
14
Məqalənin orijinal sərlövhəsi