Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов
inkişafına tarixi perspektivdə baxıldıqda, Thucydides-in pozitivist kimi qələmə verilməsinin müdafiə ediləcəyi şübhə doğurmur (Kolakowski, 1969; Oldroyd, 1986) (Bagby, 1994; Garst, 1989). İstənilən halda bu, iyirminci əsrdə pozitivizm və elmin bir-birini əvəz edən terminlərə çevrilməsinin necə baş verdiyinə işıq salır (Bhaskar, 1986). Eyni ilə də bu, bütün sosial elmlərin bilik olmaq iddialarının əsaslandırılmış olması barədə fikirləşmək üçün vacib səbəb olduğuna işarə edir. Elmin fəlsəfəsinin təbiət elmləri üçün legitimləşdirici struktur təmin edə bilməsi ilə əlaqədar şübhələrə baxmayaraq, elmin, xüsusən də texnoloji yeniliklər formasında, nəticələri çətin ki, şübhə altına alına bilsin (Gunnell, 1998; Nicholson, 1996a, 1996b). Eşidilməkdə olan az miqdarda müxalif səslərə baxmayaraq, bu uğur müasir cəmiyyətlərdə elmə onun hələ də əhəmiyyətli dərəcədə saxlamaqda olduğu nəhəng bir nüfuz qazandırmışdır (Appleyard, 1992; Dunbar, 1995).
Əgər sosial tədqiqat təbiət elmlərinin bənzəri olmalıdırsa, onun onların metodlarını, prosedurlarını və təməlində dayanan məntiqi əsaslandırmaları öyrənməsi tələb olunur. Elm olmaq iddialarının ölçülə biləcəyi arşın tələb olunur. Onları axtarmaq üçün elmin fəlsəfəsindən yaxşı yer varmı? Beləliklə, təbiət elmləri fəlsəfə ilə zorla boşanma nəticəsində elmə çevrildiyi halda, sosiologiya legitimlik əldə etmək üçün üzünü elmin fəlsəfəsinə çevirmişdir. Sosiologiyada bilik iddiaları həmişə müəyyən legitimləşdirici fəlsəfi struktur terminlərində ifadə edildiyindən, müxtəlif fənnlər bu iddiaların statusunu yoxlamağa ehtiyac duyurdu. (Reynolds, 1973: 14). Ən azı ona görə ki, kiminsə tədqiqatlarının elm olması iddiası, əlbəttə ki, biliklərin digər formalarına verilməmiş legitimliyə iddia etmək deməkdir (Ashley və Walker, 1990; Smith, 1987).
Gunnell (1975: 54) buna qeyri-mümkün iş kimi baxır və belə hesab edir ki, siyasi «elm öz metodoloji marşrutunu cızmalıdır və bu marşrutu müdafiə elmin nüfuzu hesabına əldə edilə bilməz». Bu fikirlə əlaqədar iki problem var. Birincisi, elmin fəlsəfəsinin sosial tədqiqatlara təsiri təkcə metodoloji deyildir, və ikinci, bu arqument belə bir fərziyyənin üzərində dayanır ki, elmin fəlsəfəsi bizə elmin praktikası (metodları) haqqında heç nə deyə bilmir; əlbəttə bu belə olsaydı, o, haqlı olardı.
Lakin elmin fəlsəfəsi həqiqətən də elmin praktikası üzərində düşündüyünü və onun bəzi mühüm elementləri haqqında fikir söylədiyini iddia edir. Şübhə yoxdur ki, bunların çoxu səhv də ola bilər, lakin bu başdan onların hamısının səhv olduğunu bildirmək üçün əsas yoxdur. Elmin fəlsəfəsi, elmi anlamaq terminlərində müəyyən legitimlik iddiasında olduğundan, sosial tədqiqatların resurs üçün ona müraciət etməsi tamamilə qanunauyğundur. Əgər Gunnell-in mülahizəsi öz məntiqi nəticəsinə qədər davam etdirilsəydi, politologiya və BM, fənnin daxilində yaradılmış resurslardan başqa, bütün resursları cəlb etməkdən kənarlaşdırılmalı idi (Gunnell-in arqumentlərinin əksinə olanlar üçün bax Reynolds, 1973). Bundan başqa, akademik fənlər Gunnell-in təklif etmək istədiyi qədər hermetik möhürlənməyib və fəlsəfi konsepsiyaları strukturlarının mühüm elementləri kimi öz daxilində saxlayır.
Elmin fəlsəfəsində inkişaf etdirilmiş konsepsiyaların çoxu fənnin toxumasına tamamilə birləşdirilmişdir (Gunnell, 1975: xiii), və ola bilsin ki, fənnin portretini hər hansı digər amillərdən daha çox formalaşdırmışdır və formalaşdırmaqdadır (Nicholson, 1996a, 1996b; Smith, 1995). Bu baxımdan, BM-in sosiologiyanın fəlsəfəsi ilə birgə işləməsinə alternativ yoxdur. Bütün dərsliklərdə bu problem barədə giriş bölmələri və ayrıca fəsillərə yer ayrılması faktdır. Digər səbəb konseptual tədqiqatın empirik tədqiqat üçün ilkin şərt olmasıdır. (Walker, 1993: 82). Empirik tədqiqatlara keçməzdən əvvəl, tədqiqatçılara izah etmək istədiklərinin nə olması, və onu hansı yolla daha yaxşı izah etməyin mümkünlüyü barədə müəyyən ideyalar lazım olur. Bütün tədqiqatlar müəyyən fərziyyələrdən başlayır və onların əsaslarının başa düşülməsi tədqiqatın mühüm hissəsidir.
Belə mücərrəd konseptual tədqiqatların niyə vacib olması barədə yekun arqument ondan ibarətdir ki, təbiət elmlərinin alimləri konkret izahların faktik məzmunu ilə razılaşmayanda belə, ən azı verilmiş hadisənin izahının nəyə bənzəyə biləcəyi barədə razılığa gəlirlər (Nicholson, 1996a: 2; Reynolds, 1973). Sosial elmlərin tədqiqatçıları isə yox (Hollis və Smith, 1990; Reynolds, 1973). Güman ki, müharibənin səbəblərini aydınlaşdırmaq istəyi ilə yaradılmış fənnin belə tədqiqatın edilə biləcəyi şəraiti bilməməsi lənətlənmə hökmünə bərabərdir (Nieholson, 1996a: 3). Müharibənin səbəblərini bilmək bir şeydir; bizim onları bildiyimizi bilmək isə tamamilə başqa məsələdir.
İstənilən halda, işlə məşğul olmaq öz-özlüyündə uğuru təmin etmir, və etiraf edilməlidir ki, BM-də sosiologiyanın fəlsəfəsindən istifadə edilməsinə etirazlar, və onun düzgün tətbiq edilməməsi haqqında şikayətlər müəyyən əsasa malikdir. (Halliday, 1994: 23; Kratochwil, 2000; Wallace, 1996). Ümumi halda bu problemlər konseptual aydınlığın olmaması, əsas terminlərin düzgün işlədilməməsi və qohum fənnlərdə inkişaf etdirilmiş həlledici konsepsiyaların istifadə xüsusiyyətlərini və ya inkişaf kontekstini nəzərə almadan bəsit tətbiqi nəticəsində yaranır. Bu narahatlıqların ən parlaq nümunəsi ontologiya, epistemologiya və metodologiya kimi terminlərin işlədilməsidir, hərçənd ki, Kuhn-un paradiqmlər anlayışının geniş və tənqidsiz qəbulu ikinci nümunə olmağa çox yaxındır yaxınlaşır. (Banks, 1985; Vasquez, 1998). (Banks, 1985; Vasquez, 1998). Bu terminlər sosiologiya və elmin fəlsəfəsində, analitik aydınlığı təmin etmək və sahənin özünəməxsus cəhətlərini təsvir etmək üçün çox konkret istifadəyə və funksiyaya malikdir. BM-də isə bu terminlər çox vaxt onların necə və nə üçün istifadə edilməsinə kifayət qədər diqqət yetirilmədən ətrafa fəlsəfi əl qumbaraları kimi atılır.
Məsələn, özünün başqa cəhətlərinə görə nümunəvi olan işlər silsiləsində Michael Nicholson pozitivizmə müxtəlif formalarda «epistemologiya» (Nicholson, 1996a, 1996b), «metodologiya» (fəslin sərlövhəsinin «Beynəlxalq münasibətlərin epistemologiyası» olmasına baxmayaraq) (Nicholson, 1996a; Nicholson və Bennett, 1994), 'biheviorizm''' (Nicholson, 1996a;129) və «sosial davranışa elmi yanaşma» (Nicholson, 1996a: 190) kimi müraciət etmişdir, hərçənd ki, hamı sonuncunun böyük təəssüf hissi ilə edildiyini başa düşür. Eləcə də Steve Smith pozitivizmi epistemologiya (Smith, 1996: 24); «empirik epistemologiyaya» malik olan (Smith, 1996: 22), və realizmin təməlini bərkidən «metodologiya» (Smith, 1997: 166) kimi nəzərdən keçirmişdir. Mən bu iki tədqiqatçını meylin ən pis deyil, tipik nümunəsi kimi gətirmişəm. Lakin aydındır ki, burada müəyyən qarışıqlıq var.15
Fənnin erkən tarixində elmin problemli anlayış hesab edilmədiyi vaxtlar olub (Bluhm, 1967; Boucher, 1998; Dougherty və Pfaltzgraff, 1996; Tellis, 1996). İlk praktiklərə güman ki, elm anlayışının tam mənası məlum deyildi, lakin BM-in elm olmalı olması və elm olacağı haqqında ümumi bir razılıq var idi. Ashley J. Tellis bildirirdi ki, realizmin Thucydides-dən bu günə qədər inkişafı «elmi nəzəriyyəyə doğru uzun bir yürüş» (Tellis, 1996) kimi başa düşülməlidir. Thucydides-ə realist kimi baxmağın düzgünlük dərəcəsini şübhə altına qoyan çoxlu tənqidlərə baxmayaraq, onun Peloponnes Müharibəsi haqqında mülahizələrinin «bitərəf mövqedən, kifayət dərəcədə intellektual səviyyədə,
15
Ontologiya, epistemologiya və metodologiya arasındakı fərqi yadda saxlamaq vacibdir. Fəlsəfi terminlərdə