Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов

Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов


Скачать книгу
tədqiq edilməsinin gərəkliyinə şübhə edənlərə ilkin cavabdır.1 Sahənin müasir vəziy-yətinin ümumi diaqnozu razılaşdırılmış mənsubiyyətin (xüsusiyyətlərinin) çatışmaması olduğu halda, yuxarıdakına bənzər bəyanatlar göstərir ki, sahənin sərhədlərinin müəyyənliyi heç vaxt çoxlarının düşündüyü qədər təhlükəsiz olmamışdır. Son zamanlarda nəşr edilmiş kitabların, günü-gündən artan ixtisaslaşmış jurnallardakı məqalələrin, Beynəlxalq Tədqiqatlar Assosiasiyasının (ISA) və Britaniya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının (BISA) proqramlarının səthi xülasəsi qeyri-adi imkanlara malik mürəkkəb bir sahəyə işarə etsə də, onun tarixinin öyrənilməsi məsələsinə şübhə toxumlarının atılması davam edir. Bu məsələnin tədqiqinin qanunauyğun olmasının etiraf edilmə-məsinin bir izahı ondan ibarətdir ki, “biz tarixi onsuz da bilirik”. Digər səbəb ondan ibarət ola bilər ki, sahənin inkişafı haqqında söylənən indiki hekayət hakim meylləri təmin edir. İstənilən halda, fənnə giriş dərsliklərində, sahənin vəziyyəti haqqında məqalələrdə və ISA Prezidentinin müraciətlərində bu tarixin qısa xülasələri ilə əlaqədar qıtlıq yoxdur.

      Bu çıxışlarda tez-tez sahənin idealist, realist, davranışçı (behavioralist), post-davranışçı (post-behavioralist), plüralist, neorealist, rasionalist, post-pozitivist və konstruktivist kimi müxtəlif mərhələlər silsiləsindən keçməklə necə inkişaf etdiyi haqqında ənənəvi tarixi söylənilir. Birinci üç mərhələnin təsviri tələbələrin və tədqiqatçıların beyninə o qədər dərindən yeridilir ki, sahənin ibtidai dövrlər tarixinin başa düşülməsi üçün heç bir başqa alternativin olmaması təsəvvürü yaranır. Məsələn Hedley Bull hesab edir ki, «nəzəri fəaliyyətin üç ardıcıl dalğasını ayrıd etmək mümkündür» – 1920-ci illərdə və 1930-cu illərin əvvəllərində üstünlük təşkil edən «idealist» və ya «proqressivist» nəzəriyyə, 1930-cu illərin sonlarında və 1940-cı illərdə inkişaf etmiş «realist» və ya konservativ (mühafizəkar) nəzəriyyə və nəhayət, 1950-ci illərin sonu və 1960-cı illərdə meydana çıxmış və «öz mənşəyini əvvəlki iki növ nəzəriyyənin əsaslandığı metodologiyaların qeyri-kafiliyindən götürən» «ictimai elmi» nəzəriyyələr (Bull, 1972: 33). Sahənin təkamülünün bu tarixi öz növbəsində tez-tez «idealistlər» və «realistlər» arasında sahənin fənni təyini haqqında «böyük debatlardan» başlayaraq, bu gün «rasionalistlər» və «reflektivistlər» arasında aparılan son debatlara qədər genişləndirilən «böyük mübahisələr» silsiləsi vasitəsilə təkamül kimi sıx əlaqəli hesabatla möhkəmləndirilir. (Banks, 1986; Katzenstein və başq., 1999; Keohane, 1988; Lijphart, 1974a; Maghroori, 1982; Mitchell, 1980). Sahə tarixinin bu özünəməxsus quruculuğu, əvvəlki mübahisələri kölgədə qoyaraq, indiki mübahisəni BƏ üzrə bütün ciddi tədqiqatçıların diqqətini cəmləməli olduqları mövzuya çevirməyə meyl göstərir.

      Nəhayət, sahənin tarixinin səlnaməsi ənənəvi olaraq beynəlxalq siyasət kimi müəyyənləşdirilmiş səltənətdə baş verən kənar hadisələrə istinad etməklə tərtib edilmişdir. Belə bir güclü inam mövcuddur ki, beynəlxalq siyasətdəki müharibə və ya ABŞ-ın öz siyasətini kəskin dəyişməsi kimi mühüm hadisələr BM-i formalaşmaşdıran başqa amillər dəstindən daha artıq təsirə malik olmuşdur. Məsələn, sahənin yaranması tez-tez Birinci Dünya müharibəsinin dəhşətlərinə cavab olaraq, 1919-cu ildə Aberystwyth-dəki Wales Universitet Kollecinin Beynəlxalq Siyasət fakultəsində beynəlxalq siyasətin öyrənilməsi üzrə dünyada ilk kafedranın təməlinin qoyulması ilə əlaqələndirilir (Porter, 1972).

      Bu fəsildə mənim əsas məqsədim sahənin necə inkişaf etdiyi haqqında geniş yayılmış bu rəyləri şübhə altına almaq, və bu tarixin ədəbiyyatın əsas axınında ənənəvi olaraq təsvir ediləndən daha mürəkkəb və daha az öyrənilmiş olduğunu göstərməkdir. Sahənin necə inkişaf etdiyinin birqiymətli anlanılmasını tam əhatə etməyimizin mümkünsüz olduğunu başa düşsək də, BM-in müasir praktikləri və tədqiqatçılarının bu tarixlə lazımi dərəcədə tanış olmalarının həlledici əhəmiyyətə malik olduğunu göstərən bir çox dəlillər vardır.

      Birincisi, əsasən unudulmuş alimlərə məxsus çoxlu sayda nəzəri anlayışlar sadəcə olaraq şüurlardan silinmişdir. Buna baxmayaraq onlar, yada salınarsa, indiki vəziyyətə mühüm əlavələr edə bilər. İkincisi, sahə özünün təkamülü haqqında gerçək tarixini kölgədə qoyan güclü əfsanə yaratmışdır (Booth, 1996; Kahler, 1997; Osiander, 1998; Schmidt 1998a, 1998b; Waever, 1998; Wilson, 1998). Üçüncüsü, sahənin tarixinin olduğu kimi başa düşülməsi Beynəlxalq münasibətlərin öyrənilməsi haqqında bizim indiki fərziyyə və ideyalarımızın təbiətinin izahı üçün çox mühümdür. Cari intellektual metodlar və nəzəri mövqelər tez-tez beynəlxalq siyasətin üzləşdiyi son dilemmaların cavabı kimi qələmə verilsə də, daha iti tarixi şüur müasir metodların çox vaxt keçmiş müzakirələrin yeni formada təzahürü olduğunu bizə xatırladır. Sahənin necə formalaşdığını lazımi dərəcədə anlamadıqca, təkəri yenidən icad etmək təhlükəsi qalır. İndi yeni kimi qəbul edilənlərin çoxunun əslində sahənin qeyri-ardıcıl keçmişinin dərinliklərində artıq mövcud olduğu haqqında mülahizəni doğru saymaq üçün kifayət qədər sübutlar mövcuddur. Nəhayət, sahənin bəsirətli tarixi indinin tənqidi təsviri üçün məhsuldar əsas təklif edir. Əfsanəvi əvəzinə faktik olanı bildikdə, tarix bizi sahə haqqında geniş yayılmış təsəvvürlərimizin bir hissəsini dəyişməyə və nəticədə yeni minillikdə beynəlxalq siyasət haqqında fikirləşmək üçün böyük ehtiyacımız olan sahələri açmağa təhrik edə bilər.

      Bu fəsildə mənim məqsədim BM-in geniş mənada təyin edilmiş sahəsinin və ya fənninin hərtərəfli tarixini vermək deyildir. Bu məsələnin deyilən formada qeyri-mümkün olmasından əlavə, aşağıda göstərəcəyim kimi, mənşəyi, təsisati yeri və coğrafi sərhədləri baxımından sahənin dəqiq müəyyən edilməsində kifayət qədər çoxrəylik olduğundan, belə problemlərə müfəssəl olaraq müraciət etmədən, BM-in sadəcə şəcərə tarixini yazmaq özünün qeyri-məhsuldar nöqtəsinə artıq gəlib çatmışdır. Bundan əlavə, tarix haqqında əvvəlki işlərin çoxu birqiymətli tarixi dəyərləndirmə məsələsini asanlaşdırmaq yolunda kifayət qədər nəzəri və metodoloji səriştə göstərmədiyindən, son zamanlar bu sahədə görülmüş bəzi işlər tədqiqatçıları çoxlu sayda tarixşünaslıq problemləri ilə üz-üzə qoymuşdur. Ən son tədqiqatçılıq cərəyanı fənnin mənsubiyyəti ilə onun tarixi təsvirinin təqdimatı arasındakı əlaqəni aydın başa düşür. Bundan əlavə, BM tarixinin bərpası tərzi müstəqil dəyərləndirmənin özü qədər mühüm olmağa başlamışdır və ona görə də sahənin tarixinin yazılmasına necə yanaşmaq lazım olduğu haqqında fundamental tədqiqat məsələlərinə müraciət etmək həlledici dərəcədə mühüm olmağa başlayır.

      Mən BM-in hansı dərəcəyə qədər fərqləndirilə bilən mənsubiyyətə malik, yaxşı müəyyən edilmiş sərhədləri olması ilə əlaqədar bir sıra köhnə və mübahisəli məsələlərin, eləcə də eyni dərəcədə mübahisəli olan, sahənin tarixinin aşkar milli və təsisati fərqlərə kifayət qədər diqqət verməyən kosmopolit münasibət çərçivəsində yazılmalı olması, yoxsa bu məsələyə dəqiq sərhədlənmiş milli cəhətlərin daxilindən yanaşılmalı olması kimi məsələlərin qısa müzakirəsindən başlayacağam. Hərçənd ki, sahənin yaranması tarixini haradan


Скачать книгу

<p>1</p>

BM qısaltması təsisatlanmış akademik Beynəlxalq münasibətlər sahəsinə aiddir.