Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов
fərqlər olmuşdur (Jorgensen, 2000). Sahənin fənnlərarası xarakteri və milli şəraitlərdəki fərqlər tez-tez belə bir fikrə gətirir ki, dəqiq BM fənni və ya sahəsi mövcud deyildir, lakin fənnin sərhədləri və təsisati mövqeyi ilə əlaqədar qeyri-müəyyənliklərə baxmayaraq, akademik tədqiqat sahəsi kimi BM dəqiq peşəkar mənsubiyyətə və mülahizələrə malikdir.
Mən sonra diqqəti BM-in tarixşünaslığı üzərində, yəni həm sahənin tarixinin tədqiqi, həm də bu tədqiqat və işlərdə istifadə edilən metodoloji prinsiplər üzərində cəmləyirəm. Mən diqqəti iki fundamental problem üzərində cəmləyəcəyəm: birincisi, sahənin tarixinin onun bugünkü xarakteri haqqında müəyyən təsəvvür yaradılması məqsədilə yazılması praktikasını əhatə edən prezentizm (cariçilik), ikincisi isə beynəlxalq siyasət səltənətindəki ekzogen (sistemdənkənar) hadisələrin BM-in akademik tədqiqat sahəsi kimi inkişafını mühüm dərəcədə struk-turlaşdırdığını fərz edən kontekstualizmdir. Mən bu problemləri mövcud ədəbiyyatın şərhi yoluyla təsvir etməyə çalışacağam. Son zamanlar sahənin tarixi haqqında ədəbiyyatda nəzərəçarpacaq kəmiyyət və keyfiyyət artımı müşahidə olunmuşdur və belə bir fikir irəli sürmək olar ki, ümumiyyətlə sosial elmlərin tarixi ayrıca tədqiqat ixtisasına çevrilməyə başlayır. Bu yeni ədəbiyyat BM-in ənənəvi təsvirləri üzərinə artan şübhə toxumları səpməyə başlamışdır. Bu fəsildə mənim əsas məqsədim sahənin inkişafı haqqında ənənəvi təsəvvürləri şübhə altına almaq və BM-in fənn tarixi haqqında daha səriştəli işləri həvəsləndirməkdir.
Mən fəsilboyu dövri olaraq John Gunnell (1998) tərəfindən qurulmuş konseptual struktura iqtibas edəcəyəm. Gunnell-in «mülahizələrin diskursiv tərtibi» adlandırdığı bu struktur BM sahəsində müxtəlif problemlərin təhlilinə tətbiq edilə bilər, çünki digər sosial elmlərlə bağlı çoxlu sayda xarakteristikalardan istifadə edir. Gunnell-in terminologiyasına görə sosial elmlər onların müxtəlif üsullarla bəhs etdiyi faktlarla, bəzən isə birinci tərtib fəaliyyətlə məntiq, funksiya və özünüdərk terminlərində müəyyən edilmiş ikinci tərtib meta-texnologiyalardır (Gunnell, 1998: 22). Təbiət elmləri, din, musiqi, incəsənət və siyasəti əhatə edən birinci tərtib metodları Gunnell əzəli və «verilmiş» hesab edir, çünki onların «müxtəlif formaları və tarixi təzahürləri bəşər fəaliyyətinin funksional zəruri elementlərini təşkil edir (1998: 19). Mülahizələrin tərtibi arasındakı münasibətə gəldikdə, məsələnin çətinliyi ikinci və birinci tərtib metodlar arasında olanla əlaqədardır. Əvvəlki müxtəlif yollarla sonrakı üzərində epistemik və praktik hökmranlıq əldə etməyə çalışırdı. Gunnell yazırdı ki, «sosial elmlərin tarixi mühüm dərəcədə onun idraki iddialarının düzgünlüyünü necə sübut etmək və onları praktik hakimiyyətin əsasına necə qoymaq məsələsi ilə hərəkətə gətirilmişdir». (1998: 3). Biz bu strukturun BM-in intellektual tarixinə tətbiqi prosesində, zaman-zaman beynəlxalq siyasətin praktikası üzərində hökmranlığı əldə etmək üçün, sahənin mövcudluğunun lap əvvəlindən meydana çıxan müxtəlif nəzəri, metodoloji və epistemoloji mövqelərin necə işə cəlb edildiyini görə bilərik. BM-in tarixçələri, başqa sosial elmlərdə təklif edilənlər kimi, çox vaxt elmi yanaşmanın cari təsvirini legitimləşdirmək məqsədilə sahənin konkret təsvirinin yenidən canlandırılmasına xidmət edirdi. Belə təsdiq axtarışı, sosial elmdə sahənin inkişafını qiymətləndirmək üçün qismən daha bir ikinci-tərtib praktikaya – təbiət elmlərinin tarixi və fəlsəfəsinə üz tutmağa olan marağı izah edir. Bu, Gunnell-in terminlərində «üçüncü dərəcəli söhbətə (diskursa, mülahizəyə)» aid edilən, və mənim, BM sahəsinin beynəlxalq siyasətlə münasibətlərində istinad nöqtəsi təmin edə biləcək bilik səlahiyyəti əldə etməyi arzuladığı tərzdə, tədqiq edəcəyim fənnin tarixi mühiti vasitəsilə baş verə bilər. Belə ki, mən BM-in beynəlxalq siyasətlə münasibətdə ona nəzəri və praktik dəyər təmin edəcək bilik səlahiyyəti əldə etməyi düşündüyü tərzi tədqiq edəcəyəm.
Sahənin fənn sərhədlərini müəyyən-ləşdirmək onun mühakimə obyekti üzərində səlahiyyət qazanmağın mühüm şərtidir. Ona görə də ayrıca BM sahəsi və ya fənninin olub-olmaması ardıcıl müzakirə mövzusu olmuşdur (Gurian, 1946; Kaplan, 1961; Neal və Hamlett, 1969; Olson, 1972; Olson və Groom, 1991; Olson və Onuf, 1985; Palmer, 1980; Thompson, 1952; Wright, 1955). Ziddiyyətlər, müəyyən dərəcədə, sahənin mənşəyi və coğrafi sərhədləri ilə əlaqədar mübahisəli məsələlərlə bağlı olsa da, dərindən baxdıqda BM-in ikinci-tərtib mülahizə kimi mənsubiyyəti və onun müzakirə predmetinin vəziyyətini əhatə edir. Bu suala heç vaxt kafi cavab verilməyəcəyi aydın olsa da, fənn tarixi sahənin öz mənsubiyyətini müəyyən etməyə çalışması tərzini nəzərdən keçirmək üçün həqiqətən də bəsirətli müşahidə nöqtəsi təmin edir.
Sahəni ayrıca akademik praktika kimi görməyə başladığımız nöqtədən əvvəlki dövrü onun «tarixə qədərki dövrü» adlandıracağıq. Bu müddətdə «tədricən mülahizələrdən fənnə keçid baş vermişdir» (Farr, 1990). Bu dövr sonradan sahənin iyirminci əsrin ilk onilliklərindəki formasını təşkil etmiş mövzular və problemlərin çoxunun müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir (Schmidt, 19980). Sahənin keçmişinə beynəlxalq hüquq, diplomatiya tarixi, sülh uğrunda hərəkat, etika, coğrafiya və antropologiya daxil idi (Olson və Groom, 1991). The Study of International Relations-də (1955) Quincy Wright BM-in inkişafına öz töhfəsini vermiş səkkiz «təməl fənn» və altı «dünyəvi nəzər nöqtəsinə» malik fənn müəyyən etmişdi.2 Wright bir çoxları ilə paralel olaraq bildirirdi ki, belə çox sayda muxtar tədqiqat sahələrini sintez etmək vəzifəsi vahid, ardıcıl BM fənninin yaradılması cəhdlərini mürəkkəbləşdirir (Bailey, 1932; Gurian, 1946; Kirk, 1947; Wright, 1955). Bundan əlavə Kenneth Thompson müşahidə etmişdi ki, Beynəlxalq münasibətlərin predmetinə aid elə bir konkret məsələ olmayıb ki, başqa müstəqil sahələrə düşməsin (Thompson, 1952: 433). Sahənin fənnlərarası xarakteri və digər fənnlərin onun predmetinin müxtəlif mövzularını tədqiq etməsi faktı tez-tez «Beynəlxalq münasibətlər ayrıca fənndirmi» sualının qoyulmasına gətirirdi (Kaplan, 1961). Bu, adətən mərkəzi səlahiyyətin olmadığı halda sahənin siyasət terminlərində ifadə edilən konkret predmetinə iqtibas edilməsi, eləcə də müxtəlif epistemoloji və metodoloji əsaslar gətirməklə cavab verilmiş maraqlı və mühüm sualdır. Lakin bu sualın çox cəlbedici olmasına baxmayaraq, onun beynəlxalq siyasətin öyrənilməsi tarixinin bərpası yolunda maneəyə çevrilməsinə yol verməmək çox vacibdir.
Bununla belə bu problemlər sahənin təsisati kontekstinin aydın müəyyən edilməsinin və diqqəti onun üzərində cəmləməyin vacibliyini ön plana çəkir. Təsisati kontekstin dəyişkənliyi sahənin yaranmasını əsaslandırmaq üçün istifadə edilə biləcək tarixçələrin geniş intervalı üçün qismən məsuldur. Bu, böyük fərqlərə gətirir, məsələn BM, Birinci Dünya Müharibəsindən sonra bir sıra müstəqil kafedralar yaranmış Böyük Britaniyada olduğu tərzdə ayrıca fənn kimi, yoxsa, Birləşmiş Ştatlar, Almaniya və Fransa halında olduğu tərzdə, siyasət elminin alt-sahəsi kimi təsis edilmişdir.3 Hər bir halda ənənəvi tarixlər sahənin təsisati quruculuğunun xarakterindən daha çox, mühüm siyasi hadisələrin sahənin yaranmasına təsirini qeyd etməyə
2
Səkkiz təməl fənnə beynəlxalq hüquq, diplomatiya tarixi, hərbi elm, beynəlxalq siyasət, beynəlxalq təşkilatlar, beynəlxalq ticarət, müstəmləkə idarə üsulu və xarici əlaqələrin həyata keçirilməsi daxildir. Dünyəvi fənlərə dünya coğrafiyası, ümumdünya tarixi, psixologiya, sosiologiya, dil və biologiya daxildir.
3
Waever, 1998 Almaniya, Fransa, Böyük Britaniya və Birləşmiş Ştatlarda BM-in inkişafı barədə çox faydalı müzakirələrin təşkilini təmin edir.