Altunsaç. Курбан Саид
«Suaheli Qrammatikası»nın, «Ortaçağ Fars Dilinə Giriş» kitablarının adları çəkilir, xalçaçılıq və miniatür sənətkarlığında Şərqin çeşidli məktəbləri və onların üslubları təhlil olunur, Əsəd Bəyin digər tarixi romanlarında rast gəldiyimiz türk sultanlarından Böyük Orxan Bəyin, Vəhdəddinin, Əbdülhəmidin, Mehmet Rəşidin, Sultan Muradın, baş vəzir Qara Mustafanın obraz səciyyələri və xarakterləri açılır, Bektaşi təriqətinin və yanıçarların acı taleyi «Allahu Əkbər» romanında olduğu kimi burda da özünə yer tapır.
Əsəd Bəyin araşdırıcıları alman, ingilis, italyan dilləri ilə yanaşı onun türk, rus, ərəb, fars, urdu dillərində də sərbəst danışdığını qeyd edir, hətta türk və rus dillərində də əsərlərinin olduğunu söyləyirlər. Türk dilini (hətta dillərini) elmi səviyyədə bilməsini və digər dillərə bələdliyini onun bu əsərində aşkar görmək mümkündür. Əsərdə Asiyadehin ərəb və fars dillərini mükəmməl bilməsinə işarə, çox güman ki, Əsəd Bəyin öz ömür yolundan bir parçanın təsviridir.
Bunlardan əlavə, müəllif əsərdə oxucusunun əlindən tutub onu Əsəd Bəyin gəzdiyi dünyanın səyahətinə çıxarır və bütün coğrafi məkanları optik dəqiqliklə təsvir edir. Oxucu özünü Adriatik dənizi sahillərində, Afrikada, Almaniyada, Amerika Birləşmiş Ştatlarında, Avstriyada, Ərəbistanda, İsveçrədə, İtaliyada, Rumelidə, Türkiyədə hiss edir.
Romanda gedən coğrafi adların tam olmayan mənzərəsi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.