Ey insanlar, hamınız türksünüz!. Gene D. Matlock

Ey insanlar, hamınız türksünüz! - Gene D. Matlock


Скачать книгу
bu, işə

      yarayacaqmı?

      Bəziləri mənim insanın ruhani təbiəti ilə bağlı bu tap-macaya həqiqət kimi yanaşdığım üçün axmaq bir çarə-sizlik içində olduğumu deyirlər. Onların fikrinə görə bu, bazar günləri kilsə ayinlərində, savaş meydanlarında, ya da ölüm yataqlarında gerçək olması arzulanan mümkünsüz və faydasız nağıldır.

      Bəli, tamamilə doğrudur. Mən çarəsizəm. Onlar da çarəsizləşəcək qədər müdrik ola bilərdilər. Müasir insan ruhi cahilliyi ilə bu planeti təlatümə sürüklədi. Geri qalmış və barbar teokratiyalar belə kütləvi qırğın silahları yaradır və istifadə etməkdən çəkinmirlər. Türk Kriştihanla-rının ruhani elmlərini nəzərdən keçirmək üçün indikindən daha yaxşı fürsət ola bilməz. Armagedon3 kabusunun dini qorxu üsulu olmadığını artıq anlayırıq. O həqiqət ola bilər. İkisindən hansını seçərdiniz? Armagedonun və

      dünyadakı bütün həyatın yox edilmə gerçəyini? Yoxsa həqiqətən də keçərli olan ruhani elmi?

      3 Qiyamət günü.

      12

      Bölmə 2

      İnancın və elmin əsl

      mənasını nə vaxt anlayacağıq?

      Bu kitabda Tanrının (Yaradılışın) insanlığı, çinlilərin

      “Tao”, hindlilərin “drahma” (həyat elmi) adlandırdıqları İlahi qanun ilə yaşamağa məcbur etdiyi sonuncu hadisə-nin Nuh tufanı olmadığını isbat etməyə çalışacağam.

      Tanrının insanlığı ilk “sağaltma” cəhdi Adəm və

      Həvvanı cənnətdən yola salması idi. Əgər Adəm və Həvva yaşamaq üçün çalışmalı olsaydılar, bəlkə də şeytansayaq əməllər görməyə vaxt tapmayacaqdılar. Ancaq dürüst işlər axırda dəyərsiz çıxır. İnsanlıq, Hamın öz atası ilə

      cinsi əlaqəyə girmək cəhdində də göstərildiyi kimi, özü özünü məhv etməyə başladı. Həm “Əhdi-ətiq”in ilk kitabı

      “Təqvin”də, həm də hind müqəddəs kitablarında Hamın təsviredilməz günahından söz açılır.

      Hind Matsya Puranadan (Balıq xronikası) götürülmüş aşağıdakı hekayə Nuh tufanı versiyalarından biridir:

      13

      “Bütün yer üzünün hökmdarı Satyavarmanın üç oğlu olmuşdu: ən böyüyü Şem, sonra Şam, kiçiyi isə Jyapeti idi.

      Üçü də əxlaqlı, ləyaqətli, işdə qüsursuz, atılan və vurulan silahları hünərlə işlətməyi bacaran, döyüşlərdə səbirsiz və cəsarətli adam idi.

      Lakin, dini düşüncələrə qapılmaqdan həzz alan və

      oğullarının hökm etmək üçün yaradığını görən Satyavarman dövlət işlərini onların üstünə atdı.

      O, tanrıları, rahibləri və inəkləri razı salarkən, günlərin bir günü kral taleyin şıltaqlığı üzündən bal likörü içdi.

      Şüursuz və çılpaq yatıb yuxuya qaldı. Sonra Şam onu gördü və qardaşlarını atasının başına yığdı.

      Onlara dedilər: “Başımıza nələr gəldi? Atamız nə ha-la düşüb?”

      İki qardaş atalarının üstünü örtüb, onu oyatmağa başladılar. Huşu özünə gələndə nə baş verdiyini anlayan kral Şama, – “Sən kölələrin köləsi olacaqsan, – deyə lənət yağdırdı”. “Və onların hüzurunda gülən adam olduğun üçün adın da qəhqəhədən olacaq”, – dedi. Sonra Şama qarlı dağların cənubundakı uzaq ölkəni verdi.

      Jyapetiyə isə qarlı dağların ətəyindəki hər şeyi bağış-ladı. O dini təfəkkürünün gücü sayəsində ən böyük xoş-bəxtliyə çatdı”.

      Yuxarıdakı hekayəni “Təqvin”dəki “Yol” hekayəsi ilə

      müqayisə edin:

      “Və gəmidən çıxan Nuhun oğulları – Sam, Ham və

      Yafət idi. Ham həm də Kənanın atasıdır. Bu üçü Nuhun oğulları idi və dünyaya yayılan bütün insanlar onlardan törədi. Nuh isə bağbanlıq etməyə başladı. Və bir gün şərab içib sərxoş oldu və çadırının içində çılpaq halda yatıb 14

      qaldı. Kənanın atası Ham atasını çılpaq halda gördü və

      bunu qardaşlarına dedi. Sam ilə Yafət dal-dala gedib atalarının çılpaq vəziyyətini görmədən onun üstünü örtdü-lər; üzlərini çevirib eyni vəziyyətdə də geri qayıtdılar.

      Nuh şərabın təsirindən ayılıb oğlunun etdiklərini başa düşdü. Və dedi: “Kənan lənətli olsun. Qardaşlarının qul-larının qulu olacaqdır”. Sonra isə “Samın Allahı – Rəbbi mübarək olsun. Və Kənan ona qul olsun”.

      “Allah Yafətə genişlik versin və Samın çadırlarında otursun. Və Kənan ona qul olsun”.

      (“Təqvin”, 9:18 – 28)

      Kitabın növbəti bölmələrində öyrənəcəksiniz ki, hal-hazırda Sibir və Şimali Orta Asiya kimi tanınan yerin ən şimal nöqtəsində, “şimal qütb dairəsi” adlandırdığımız bölgədə bir zamanlar “Hiperboriya” adlı böyük sivilizasiya mövcud idi. Hiperboriyalılar və Kriştaların bir çoxu ruhani olmaqdan əl çəkərək özünü şeytansayaq işlərə verdiyindən, Tanrı Yer kürəsinin öz oxundan çıxmasına səbəb olan hiperboriyalıları lənətlədi. Hiperboriya bütünlüklə sular altında qaldı. Yerin öz oxundan çıxması daş-qına məruz qalmış şimal qütb dairəsini buz və qarla örtülü, əlverişsiz, qeyri münbit və quraq əraziyə çevirdi.

      Kitabi-müqəddəsə görə, təkcə Nuh və onun ailəsi sağ

      qalmışdı. Əslində isə dünyanın başqa bölgələrindəki insanlar kimi Nuh əyyamının beş qəbiləsi də tufandan xilas olmuşdu.

      Nuhun gəmisi Orta Asiyadan cənuba tərəf irəlilədi və

      Şərqi Anadoluda Ağrı dağında qayaya oturdu. Çoxumu-za öyrədildiyi kimi, tarixin o çağında dünyada yaşayan hər kəs yalnız sanskritcə danışa bilirdi. Dünyadakı bütün 15

      xalqların əcdadı olan Hiperboriya sakinləri bu gün bizim

      “türk” adlandırdığımız insanlar idi.

      Böyük tufanın belə insanlığı günahlardan yayındır-mağa yetməməsi bizə təəccüblü görünməməlidir. Ham bunu dəqiqliklə isbat etmişdir. Tanrı isə başqa strategiya tətbiq edib:

      “Və bütün dünyanın dili və sözü birdir. Və vaqe oldu ki, Şərqə köçdükləri vaxt Şinar diyarında bir ovalıq tapdılar və oraya yerləşdilər. Bir-birilərinə dedilər: “Gəlin kərpic düzəldək və

      onları yaxşıca bişirək”. Və onların daş əvəzinə kərpicləri, se-ment əvəzinə qırları var idi. Və dedilər: “Bütün yer üzünə da-ğılmayaq deyə, gəlin özümüzə bir şəhər və başı göylərə çatan qala bina edək və özümüzə də nam olsun”. Və Adəm oğullarının tikməkdə olduqları şəhəri və qalanı görmək üçün Rəbb endi. Və

      Rəbb dedi: “Hamısı eyni qövmdür,


Скачать книгу