Ey insanlar, hamınız türksünüz!. Gene D. Matlock

Ey insanlar, hamınız türksünüz! - Gene D. Matlock


Скачать книгу
də tanıyırıq. Ənənəvi biliklər isə bizə Meru dağının Qərbi Tibetdə, indiki Kailasa dağı olduğunu deyir.

      Ancaq bu dağ Əfqanıstandakı Heratın, ya da Orta Asiyanın cənub-şərqində ora bənzər bir yerin yaxınlığında, təxminən indiki Pakistan və Əfqanıstanın yerləşdiyi bölgədə ola bilər. (Ref: Ancient geography of Ayodhya, Dr.

      Shyam Narain Pande.) Bir çox xristian və yəhudi Meru dağının Ağrı dağı olduğunu hesab edir, lakin “Əhdi-ətiq”

      və “Əhdi-cədid”də bu qeyd olunmayıb.

      Meru dağının başqa bir adı da “Hindistana aid olan”

      mənasındakı Seneru və ya Sinaru dur. Linqvistik baxımdan bu söz Shinar və ya Sinar (Şinar – Özgür Umut Hoşafçı, tərc.) ilə bənzərdir.

      Tanrı bizə ilk dilimizdən bir çox kəlmə saxlayaraq yetərli qədər mərhəmət göstərmişdir. Bunlardan ikisi: Belief (inanc) və Science-dir (elm). Bu iki söz dünyanın bir çox dillərində oxşar biçimdə tələffüz edilir. Əgər bu iki kəlmənin gerçək mənalarını yenidən xatırlaya bilsək, qaynağa qayıtmağı bacaracağıq.

      Əgər qədim ifadələr olan: belief (inanc), science (elm) və scientific (elmi) sözlərinin gerçək anlamını öyrənsək, özümüzü və dünyanı daha təsirli biçimdə yenidən öyrənə

      və anlaya bilərik.

      Sözlərin təsnifatı ilə məşğul olanların əksəriyyəti ingiliscə belief (inanc) və believe (inanmaq) sözlərinin qaynağını və etimologiyasını bilmədiklərini qeyd edirlər .

      Non-belief (inancsız), ya da not-believe (inanmamaq) inanmağın inkarıdır. İngilis dili Hind-Avropa dil ailəsinə aiddir. Bəzi hindlilər ingilis və alman dillərinin sanskritcəyə

      ən yaxın dillər olduğunu düşünür. Buna türk dilini də

      17

      əlavə etməlidirlər, çünki, ingilis və alman dillərinin formalaşmasında türkcə də rol oynamışdır.

      Böyük tufandan əvvəl ilk beş insan irqi Hiperboriyada yaşayarkən onların zehinləri hər şeyi bilir və əsla səhv etmirdi. Çinli taoistlərin dediyi kimi, onlar ruhani insanlar idi. Lakin insanlığın eqosu düşüncəni təslim alandan sonra, onlar öz fikirləri, hərəkətləri və potensiallarının üstünə yanlış inancları qəbul edərək “Universal ağıl” ilə bütün əlaqəni yavaş-yavaş itirməyə, gerçəyi təkbaşına axtarmağa başladılar. Bu dəfə Tanrıdan gələn heç bir yardım yox idi. Həm də, öz düşüncələrini daha düzgün elan etməklə və başqalarını öz ardınca gəlməyə məcbur qoyaraq yalnız özlərini aldatdıqlarını kəşf etmişdilər.

      Dindarlıq psixologiyasının araşdırılması

      Bu bölümü və kitabı davam etdirməzdən əvvəl: bəzi dini-siyasi doktrina və təşkilatların düşüncəsini təsdiqlə-mək üçün başqalarını üzvlüyə qəbul edərək ələ keçirmək istəyən insanın ölümcül potensiala sahib ruhi vəziyyəti haqqında detallı danışmalıyam.

      İnsan belə məsələlər haqqında düşüncəsinin mütləq həqiqət olduğunu fikirləşəndə, avtomatik olaraq hər şeyi bildiyi qənaətinə və xudpəsəndlik duyğusuna qapılır.

      Özünü əbədiyyətlə çuğlaşmış kimi hiss edir. Bu hissə yaxşı bələdəm. Hal-hazırda oxuduğunuz kitabdakı məsələ ilə

      bağlı mən də məhz belə hiss edirəm. Bu gözəl hissdir. Ancaq ondan başqalarını öz iradəmizə tabe etmək və təzyiq 18

      göstərmək üçün vasitə kimi istifadə etdiyimizdə bu hiss şeytani hal alır.

      Uşaqlığımda atam və anam Nasıranlı4 radikal dindar xristian kilsəsinin üzvü idilər. Bizlərə öyrədilmişdi ki, dünyada yeganə doğru bizik, qalan hər kəs yanlışdır. Nasıranlı (kilsəsinə aid) olmayan insanlar üçün dərindən kə-dərləndiyimi xatırlayıram. Məhəlləmizdə Yehova şahidlə-rindən olan bir ailə var idi. Mən də, dostlarım da ən çox onlar üçün üzülürdük. Bir dəfə dostumla birgə bu ailənin uşaqlarına onlara yazığımız gəldiyini və “itkin ruhları”-

      nın xilası üçün dua etdiyimizi demişdik. Onlar isə cavabında bizim üçün eynilə bizim qədər narahat olduqlarını dedilər.

      İraqda diktator Səddam Hüseynə qarşı müharibə başlayanda burada – Cənubi Kaliforniyada müharibəyə qarşı çıxan minlərlə siyasi aktivist insanların işə getməsinə əngəl törədərək küçələrə toplaşmışdı. Heç kimə lazım olmayan bu etirazı “insanları özünə gətirməyə çalışdıqları və düz yola qaytarmaq istədikləri” şüarı ilə pərdələyirdi-lər. Onlar təkcə özlərinin doğru olduğuna inanmışdılar.

      Narahat etdikləri günahsız insanların bütün bunları onlar olmadan da başa düşdüyünü qəbul etmirdilər. Halbuki bu adamlar işə getmək, işdən gəlmək, uşaqları məktəbdən götürüb evə getmək istəyirdilər.

      Bu bölüm üzərində işlədiyim gün Əfqanıstan rəsmi-ləri xristianlığı qəbul etmiş bir nəfəri edam cəzasına məhkum etmək üzrə idilər. Əfqan hakimlər onun ruhi xəstə

      olduğunu elan edərək xilas etməyə çalışırdılar. Lakin Əf-4Nasıranlı – Nəsrani. İlk Xristian-yəhudi məzhəblərindən biri. İsa peyğəmbər üçün də “Nasıranlı isa” təbiri işlənmişdir.

      19

      qanıstanın rəsmi dini nümayəndələri onun azadlığa bu-raxılacağı təqdirdə, müridlər tərəfindən öldürüləcəyini açıqayırdılar. Ona görə də, heç bir ölkə bilavasitə, yaxud dolayısıyla teokratiya ilə idarə edilməməlidir.

      Tanrının insanlıqdan nə istədiyini bildiklərini zənn edənlər təkcə Əfqanıstanda deyil. Burada, ABŞ-da De-mokratlar Partiyasının tanınmış bir siyasətçisi demişdi ki, İsa Məsih Amerikadan köç qanunlarının liberallaşdırıl-masını istəyir.

      Əvvəl də qeyd etdiyim kimi, siyasətçi və dindarlar öz

      “İncil”lərində özlərini nə qədər güclü və haqlı hiss edirlərsə, mən də bu kitabda yazdıqlarımla bağlı eyni hisləri keçirirəm. Öz “dini həvəs”imi düzgün yönləndirmək üçün dinləri araşdırmağa başladım. Və bütün dinlərin təməl prinsiplərinin bu kitabda danışdığım şeylərlə eyni olduğunu kəşf etdim. Bu səbəbdən də bütün dinlərin ruhani elm öyrətdiyi nəticəsinə gəldim. İnsan başqa birini dinini dəyişdirməyə, ya da başqa dinə qoşulmağa təşviq etməməlidir. O, elə dayandığı yerdəcə doğru dayanıb.

      Dini təşkilatlara xəbərdarlıq edirəm ki, bu kitabda yazdıqlarımı qəbul etsələr belə, onları hansısa təzyiq üsulu ilə öz üzvlərinə qəbul etdirməyə çalışmasınlar. Heç kəs üzvlərini tarazlıqda saxlamaq üçün təşkilat da qurmama-lıdır. Belə bir şey olarsa, onsuz da Təbiət özü bu təlimləri yararsız və mənasız hala salacaq. Heç bir din insanı qova bilməz. Təbiət isə şübhəsiz ki, bunu edə bilər. İnsanlığın xilas olub-olmayacağına onun özünün qərar verməsi kimi qazanılmış və təbii haqqına Buddizm yaxud, Xristianlıq (Krişta) deyirik.

      İnsanları eyni musiqinin sədaları altında addımlat-maq üçün onun cahil, barbar və mənasız axtarışına


Скачать книгу